Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1299/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər Gəncə şəhəri Ni zami Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli hökmü ilə CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, 24 may 2017ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtararaq azad olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 yanvar 2019cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 67.1-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, 19 dekabr 2020-ci il tari xdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtaraq azad olunmuş, 3000 (üç min) manat miqdarında cərimənin 500 (beş yüz) manatını ödəmiş, 2500 (iki min beş yüz) manatı isə ödənilməmişdir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 67.1-ci maddəsinə əsasən isə hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, Məhkum məhkəməyədək icraat zamanı 14 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək, 04 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək şüb həli şəxs qismində tutulması müddəti nəzərə alınaraq həmin 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış, onun üzərində son olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, habelə onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,833 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaş adığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ına daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin gün saat 20 radələrində məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təmiz çəkisi 5,833 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 5,562 qramı hissəsini bölərək yaşadığı evdə saxlayıb, 0,271 qram hissəsini isə əynində olan göy rəngli cins şalvarın ön sol yan cibinə qoyub Gəncə şəhəri, Nizami rayonu, Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yaxınlığında daşıyarkən saxlanılıb ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq xx.xx.2021ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin mətbəxindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə kusta r üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 sentyabr 2021-ci il tarixdə saat 23.50də Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən bölməyə gətirilərək 04 sentyabr 2021-ci il tarixdə üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarının ön sol yan cibindən 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrli k edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 10 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad edən dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, b irinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə Məhkum əməlini düzgün tövsif etməməklə onun barəsində qanunsuz və ədalətsiz yekun məhkəmə aktları qəbul etmişlər. Dövlət ittihamçısı kassasiya protestində bildirmişdir ki, məhkəmə Məhkum əməlini tövsif edərkən əsas istinad etdiyi hal ondan ibarət olmuşdur ki, sonuncudan aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut əldə edilməmiş, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxs, yəni istehlakçı müəyyən olunmamışdır. Halbuki, Məhkum qarşı narkotik vasitələrin satışı faktı ilə deyil, onların satışı məqsədilə təkrarən əldə edib üzərində saxlamas ı ilə əlaqədar ittiham irəli sürülmüş və əgər sonradan onun kiməsə narkotik vasitə satması, yəni istehsalçı müəyyən olunsaydı, o zaman Məhkum təkrarçılıqla satış faktı ilə bağlı ittiham elan edilə bilərdi. Həmçinin məhkəmələr tərəfindən ibtidai istintaqın sonrakı mərhələsində keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi barədə məktubda əks olunmuş hallar da nəzərə alınmamışdır. İş üzrə araşdırılmış bütün sübutlar məhkəmələr tərəfindən düzgün qiymtləndirilməyərək yanlış olaraq Şahid1 özünü müdafiə xarakterli ifadələri əsas kimi götürülmüş, hər hansı hala istinad edilmədən əməliyyat tapşırığının icrası ilə bağlı verilmiş məktubun ziddiyyətli olması qənaətinə gəlinmişdir. İşin hallarından görünür ki, Məhkum üzərindən və yaşadığı evdən aşkar edilmiş iki ədəd sellofan bükümlərdə yerləşdirilən he roinin ümumi təmiz çəkisi 5,562 qram olmaqla bu narkotik vasitənin şəxsi istehlak miqdarından təxminən 37 dəfə, külli miqdarının aşağı həddindən isə təxminən 3 dəfə çox olmuş və bu hal da onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə edilib saxlanılmaqla daşınmasına dəlalət edir, məhkəmələrin isə ümumiyyətlə bütün sübutları əlaqəli şəkildə təhlil etməmələrini və gəldikləri nəticələrin əsassız olduğunu təsdiq edir. Bundan başqa, məhkəmələr Məhkum narkomaniya xəstəliyindən əzab çəkən şəxs olmasına istinad etməklə, ondan aşkar olunmuş narkotik vasitənin çəkisinin o qədər də çox olmamasını əsas gətirməklə sonuncunun narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsi qənaətinə gəlmiş, halbuki məhkəmələrin istinad etdikləri bu hal da Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ni satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasını təkzib edən amil kimi çıxış edə bilməz. Həmçinin apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında araşdırılmış Məhkum telefon nömrələrinə daxil və xaric olmuş zənglərin, daxil və xaric olmuş mesajların çıxarışları dəqiqliklə tədqiq edilməməklə, təhlillər aparılmamış, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələdən çoxlu sayda smslər yazılması, həmin nömrələrə cavab yazılması ilə bağlı xüsusatlara düzgün qiymət verilməmişdir. Sadalananlara baxmayaraq birinci instansiya məhkəməsinin düzgün olmayan mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini də nəzərə almamış, iş üz rə toplanmış sübutları müqayisəli şəkildə yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsassız olaraq düzgün hesab etmişdir. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləy ib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəli lləri ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPMnin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş h esab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydası nda icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiy a qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyin yuxarıda təsvir edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan R espublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır ə məllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini, digər tərəfdən isə hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin onlara istinad olunan cinayətlərin törədilməsində təqsirlilikləri sübuta yettrildiyi halda isə həmin şəxclər barəsində bu ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına d air sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq t əmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyin ə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hü quqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndir ilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3 -cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənb əyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cüm lədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəməni n hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qər arını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyy əti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin təsvir olunan normalarına uyğun hüququi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələ b edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarında öz hüquqi mövqeyini müəyyənləşdirərkən e yni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticəyə görə, Məhkum üzərində və evində aşkar edilmiş narkotik vasitəni o, satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək daşımış və saxlamış və buna görə onun əməli CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Hazırki cinayət işi üzrə məhkəmyədək icraat materiallarından isə görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı onun satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təmiz çəkisi 5,833 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 5,562 qramı hissəsini bölərək yaşadığı evdə saxlamasına, 0,271 qram hissəsini isə əynində olan göy rəngli cins şalvarın ön sol yan cibinə qoyub daşımasına və təkrarən məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamasına görə CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə itti ham irəli sürülmüş, birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək saxlaması və daşıması mötəbər sübutlarla təsdiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən nəticə ilə razılaşaraq bu nəticəni hasil edən əsas kimi ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı hazırki iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin satışını həyata keçirmək məqsədilə məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini, həmçinin hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər halların müəyyən edilməsini təsdiqləyən sübutların təqdim edilməməsini göstərmişdir. Eyni zamanda məhkəmələr belə nəticəyə gələrkən Məhkum ibtidai araşdıra zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında onun narkotik vas itəni satış məqsədi olmadan yalnız öz istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması barədə ifadələrinə, polis əməkdaşlarının məhkəmə iclasında vermiş olduğu ifadələrinə, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi tərəfindən təqdim edilmiş 29 dekabr 2021-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubuna əsaslanmışlar. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi ilə bağlı məhkəmələrin (natamam araşdırma aparılması nəticəsində) məhkumdan aşkar edilmiş narkotik vasitələrin bilavasitə satışına yönəlmiş əməlini təsdiq edən hər hansı sübutun cinayət işi materiallarında olmaması barədə gəldikləri qənaət yanlışdır və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə lərlə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs belə hərəkətləri qanunsuz və iki dəfə və ya daha çox etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psi xotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya ps ixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmələrin gəldikləri nəticənin təhlili isə göstərir ki, aşağıdakı əsaslara gör ə həmin nəticə həm işin faktiki (obyektiv) hallarına, həm də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və araşdırılması üçün məhkəmələrə təqdim olunmuş sübutların natamam tədqiq edilməsi, bəzilərinin isə ümumiyyətlə araşdırılmaması, bu sübutlara qanunvericiliyn yuxarıda təsvir edilmiş tələblərinə müvafiq olaraq ayrı-ayrılıqda, məcmu və biri-biri ilə müqayisəli şəkildə qiymət verilməməsi vəziyyətində Məhkum üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi olmadan, yəni yalnız öz şəxsi istifadəs i üçün əldə edərək saxlaması və daşıması barədə qəti fikir yürütmək mümkün deyil. Əvvəla, istər Məhkum elan olunmuş ittihama, istərsə də onun barəsindəki yekun məhkəmə aktlarına görə, sonuncunun üzərindən və yaşadığı evdən götürülmüş narkotik vasitənin ümumi təmiz çəkisi birinci dəfə 5,562 qram olmaqla heroinin şəxsi istehlak miqdarından təxminən 37 dəfə, külli miqdarın aşağı həddindən isə təxminən 3 dəfə çox olmuş, həm bu vasitə, həm də onun üzərindən sonradan aşkar edilərək götürülmüş və miqdları heroinin şəxsi istehlakı miqdarından çox olmuş 0,422 qram çəkidə narkotik vasitə çəkilib xırda bükümlərə ayrılaraq bölünmüş, dövriyyəsi qadağan edilmiş bu narkotik vasitələr məhkum tərəfindən həm üzərində, həm də yaşadığı evində saxlanılmış, məhkəmələr isə həm bu xüsusatlara, həm də iş üzrə şahi d qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrində göstərdikləri, habelə ilkin və ibtidai araşdırma zamanı əldə edilmiş məlumatlarda əksini tapmış hallara diqqət yetirməmişlər. Belə ki, ibtidai araşdırma zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına 29 dekabr 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Məhkum 14 iyul 2021-ci il tarixdə üzərindən və yaşadığı evdən, 03 sentyabr 2021-ci il tarixdə isə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi, narkotik vasitə satdğı şəxslərin dairəsi müəyyən olunmamış, onun narkotik istifadəçisi olması, mütəmadi narkotik vasitələrin satışı ilə məşğu l olması barədə əməliyyat məlumatları vardır. Yuxarıda adları göstərilən polis əməkdaşlarının ifadələrindən görünür ki, onlar da hər birisi ayrı-ayrılıqda verdikləri ifadələrində Məhkum narkotik vasitələrin təkcə istifadəsi ilə deyil, həmçinin satışı ilə də məşğu olması barədə əməliyyat məlumatının olmasını bildirmişlər. Göründüyü kimi əməliyyat tapşırığına verilmiş cavab məktubunda Məhkum aşkar edilmiş narkotik vasitənin konkret olaraq haradan və kimdən almasını, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmadığı qeyd olunduğu halda, məhkəmələr yanlış qiymətləndirmə aparıb təkcə həmin hala istinad edərək sonuncudan aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübutun olmaması, məhkumun həmin narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçın ın müəyyən edilməməsi kimi dəyərləndirməklə onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini məqsədə müvafiq hesab etmişlər. Hərçənd, qeyd edilməlidir ki, Məhkum qarşı narkotik vasitəni satmasına görə deyil, həmin vasiətni satış məqsədilə əldə edib evində saxlamasına və üzərində daşımasına görə ittiham iəli sürülmüşdür. Bundan başqa, ibtidai araşdırma zamanı qanuna müvafiq qaydada (Konstitusiyanın 66-cı maddəsinə əsasən) xəbərdar edilib onun ifadə verməkdən imtina edə bilməsi hüququ izah olunduqdan sonra şahid qismində dindirilmiş Məhkum arvadı X6 göstərmişdir ki, onun əri 2021-ci ilin iyul ayının əvvəlləində yaşadıqları evin həyətində tanımadığı şəxslərə 10-20 manat məbləğində pul müqabilində narkotik vasitə olan heroin satmışdır. O, Anara bu barədə öz iradlarını bildirsə də, sonuncu öz çirkin əməllərindən əl çəkmirdi. Eyni zamanda adı çəkilən şahid qeyd etmişdir ki, Anar özü də 2007-ci ildən narkoiik vasitə olan heroindən istifadə edir və bu səbəbdən onların ailə münasibətlərində soyuqluq yaranmışdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr digər sübutlarla birgə bu ifadələri ümumiyyətlə tədqiq və təhlil etməmiş, həmin ifadələrlə bağlı Məhkum suallar belə verilməmişdir. Bundan əlavə, kassasimya protestində qeyd olunur ki, cinayət işinin materiallarında olan iş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş və işə maddi sübut kimi əlavə edilmiş bir ədəd CD diskdəki Məhkum istifadəsində olan **********01, +**********32 və + **********04 saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəs i ilə ötürülən məlumatlardan müəyyən edilmişdir ki, 12 aprel 2021-ci il tarixdə saat 18:21:41-də **********18 saylı mobil telefon nömrəsindən **********01 nömrəli mobil telefon nömrəsinə “Ko kutardi qelem sizə kn yoxdu evde ol ha cixdim evden 15 dq ordayam” məzmunda, 19 aprel 2021-ci il tarixdə saat 21:08:56-da **********92 mobil nömrədən **********01 mobil nömrəyə “Qaligi qoymadunda karta camat pulun isteyir vere bilmirem. Hindiden” “bele eleyirsen dalneşi neter olar ki bizimki tutmayacag hindiden” məzmunda, 13 aprel 2021-ci il tarixdə saat 20:00:33-da **********84 mobil nömrədən **********30 mobil nömrəyə “Qaqa xalafleniqi satıb zeng едесет sen quran mene saxla veziyetim pisdi доzе bilmirem” məzmunda, 17 iyul 2021 saat 11:16:13də **********32 mobil nömrədən **********36 mobil nömrəyə “ИЛ ХАМ САПАМ МЕНЕМ АНАР БИЗДЕДЕ ВЕЗИЯТ ПИСДИ НЕТЕРИ ЕДЕК ДУЗЕЛЕК ГАГА НОЛДУ ЗЕНГ ЕЛЕ” məzmunda, 26 iyul 2021-ci il tarixdə saat 05:33:09-da **********32 mobil nömrədən **********87 mobil nömrəyə “darvazanin yanindaki aynanin qabaqinda ezik prima kutusunda kolani az vemdi deden, qaqa meni o pula qore problemdeyem adama bel hormetsizlik etmezler mene bir soz de, qaqa men dedene pul vermeliyem mejburam deyem ki sennen alacaqim vdr” məzmunda və Məhkum narkotik vasitələrin qəbulu ilə yanaşı həm də onun narkotik vasitələrin satışı ilə məşğu olmasına dəlalət edən digər smslər aşkar edilmiş və dövlət ittihamçısı R.Alıkişiyevin öz kassasiya müraciətində bildirdiyi kimi, həmin sms-lər əks olunmuş disk apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuşdur. Lakin, məhkəmə kollegiyası vurğulamağ ı lazım bilir ki, cinayət işinin materiallarından "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskin istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı tədqiq olunması, yekun məhkəmə aktlarından isə həmçinin həmin diskdə əks olunmuş məlumatlara digər sübutlarla birgə qiymət verilməsi görünmür. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş bir ədəd “CD” disk tədqiq və təhlil edildiyi halda, Məhkum istifadəsində olmuş +**********01, +**********32 və +**********04 saylı mobil telefon nömrələrindən göndərilmiş və həmin telefon nömrələrinə daxil olmuş məlumatların araşdırılması Məhkum əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Məhkəmə kollegiyasının fikrincə bu cür, yəni ibtidai istin taq zamanı toplanmış sübutlar tədqiq və təhlil edilmədiyi, həmçinin həmin sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə etibarlı sayıla bilməz. Təsvir olunanlardan görünür ki, məhkəmələr sübutların təsviri ilə kifayətlənib, onları tədqiq və təhlil etməməklə, qəbul etdikləri yekun məhkəmə aktlarında əks etdirdikləri sübutlara uyğun olmayan nəticəyə gəlməklə cinayət-prosessual qanunun sübutların tədqiqinə dair qaydalarını, məhkəmə qərarlarının əsaslı və qanuni olması barədə tələblərini pozmuşdur. Məhkəmə kollegiyası onu da vurğulamaq lazım bilir ki, dövlət ittihamçısı R.Alıkişiyev öz kassasiya protestində apellyasiya instansiyası məhkəməsində "xxxx" MMC-dən götürülmüş bir ədəd “C D” diskə baxış keçirilməsini göstərsə belə, məhkəmə kollegiyası diskə baxış keçirilməsi ilə bağlı hər hansı bir hərəkətin edilməsini nə apellyasiya məhkəməsinin məhkəmə iclasının baxış protokolunda, nə də ki məhkəmənin yekun qərarında aşkar etməmiş və məhkəmə iclasının audioyazısının aparılması müəyyən edilmədiyindən kassasiya protestinin bu dəlilinin əsaslı olub-olmamasını yoxlaya bilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakı normalara da müraciət etməyi zəruri bilir. Belə ki, CPM-nin 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş len tlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Buna görə, məhkəmənin qəbul etdiyi qərarla yanaşı məhkəmə iclas protokoluna əsaslanmaqla apellyasiya protestinin ümumilikdə dəlillərinə ətraflı və inandırıcı cavab verilmək mümkün olmur. Bunun səbəbi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 51.6-1-ci maddəsinin tələbinə əməl olunmamasıdır. CPM-nin 51.6-1-ci maddəsinə əsasən, məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. İş materiallarından, o cümlədən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinə məhkəmə baxışını əks etdirən məhkəmə iclas protokolundan məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasının təmin olunması görünmür və buna görə də məhkəmə iclaslarının qanuna uyğun qaydada keçirilib-keçirilməməsini müəyyən etmək mümkün deyil. Halbuki, cinayət mühakimə icratının əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi təsbit olunmuş CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habe lə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.5-ci maddəsinə görə, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlil lərlə məhkum edilmiş şəxsin əməlinə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi haqqında apellyasiya müraciətində irəli sürülmüş dəlillər və bu dəlillər üzərində qurulmuş tələb əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarına dair sübutlardan çıxış edərə k belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar üzrə həqiqətin müəyyən edilməsi üçün Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi, lakin yuxarıda təsvir olumuş digər sübutlarla uzlaşmayan ifadələri bir daha yoxlanılmalı, iş üzrə toplanmış bütün sübutlar araşdırılmaqla Məhkum qarşı irəli sürülmüş ittihamı təsdiq və ya təkzib edən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra məhkumun bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Belə qənaət isə hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qəra rının ləğv edilməsini və bu hissədə yeni apellyasiya araşdırmalarını tələb edir. Yeni apellyasiya baxışı zamanı o, da nəzərə alınmalıdır ki, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixot rop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və hazırki cinayət işi üzrə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2021-cü il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyas iya baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlar dan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1299/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1299/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver