Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1299/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2025-ci il tarixli 1(103)-415/20 25 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin (hakim Şəfa Dadaşova) 04 dekabr 2024cü il tarixli 1(002)-163/2024 nömrəli hökmü ilə xx xxxxxxx 2002-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 06 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək tutulub saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2024cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X18 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli yolla talamaq məqsədilə əvvəllər tanıdığı X18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzində mühafizə xidmətini yerinə yetirən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin «Elit» ticarət mərkəzinin 2-ci mərtəbəsinə gəlib adam gələrsə xəbər vermək məqsədi ilə həmin mərtəbədə gözləyərkən X7 baş mühasib Zərərçəkmiş şəxs2 xidməti otağının giriş qapısının asma qıfılını və daxilə keçən qıfılını özü ilə gətirdiyi vint açanla açıb otağa qanunsuz daxil olaraq otaqdakı masanın altında yerləşdirilmiş dəmir seyfin qapısını vintaçanla açaraq orada saxlanılan baş mühasib Zərərçəkmiş şəxs2 məxsus 70 manat, "xxxx" MMC-yə məxsus 12800 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 18 fevral 2025-ci il tarixli 1(103)-415/2025 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(002)163/2024 nömrəli hökmü məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-415/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirsiz olduğundan onun barəsində bəraət hökmü nün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə ünvanladığı 02 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, o, 02 yanvar 2024-cü il tarixdə işlədiyi Ticarət Mərkəzinə gəldiyi zaman otağındakı seyfdən 70 manat pulun oğurlandığını aşkar etdiyini bildirmişdir. Lakin, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən həmin hadisə yerinə 02 yanvar 2023-cü il tarixdə saat 15:00-da baxış keçirilmişdir. Digər zərərçəkmiş şəxs X8 isə 02 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon polis idarəsi nin 10-cu polis şöbəsinə ərizə yazaraq, 02 yanvar 2024-cü il tarixdə Sədərək TM Elitin İİ mərtəbəsində baş mühasib Zərərçəkmiş şəxs2 otağındakı seyfə qoyduğu 12800 manat pulun oğurlandığını aşkar etdiyini bildirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 ərizəsi ilə Şahlar Səfərovun ərizəsi əhəmiyyətli dərəcədə ziddiyyətlidir. X3 05 yanvar 2024-cü il tarixli izahatında göstərmişdir ki, 31 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Elitin işıqlarını söndürmüşlər, sonra o, X21 əməkdaşları Cəbrayılov Faiq, Səfərov Vüqar, Məhkum, Bədəlov Seyfəddin, Sadıqov Röyal, Şirinzadə Ziya birlikdə Elitin “B” girişinə getmişlər, bəzi əməkdaşlar kontur vurmuş, bəziləri siqaret almış, təxminən 20-25 dəqiqə sonra isə hamısı təlimat yerinə getmişlər. Göründüyü kimi, Məhkum Süleyman Hüseynov, Cəbrayılov Faiq, Səfərov Vüqar, Bədəlov Seyfəddin, Sadıqov Röyal, Şirinzadə Ziya ilə birlikdə olması, həmin şəxslərlə birlikdə hərəkət etməsi onun qeyd olunan tarixdə və vaxtda oğurluq etməsi və ya hansısa formada oğurluqda iştirak etməsini tam olaraq istisna edir. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 tərəfindən Məhkum şübhəli şəxs qismində tutulması haqqında 06 yanvar 2024cü il tarixli qərarda onun hansı cinayəti törətməsində şübhəli olduğu və şübhəli şəxs qismində tutulmasını zəruri edən hallar göstərilməmişdir. X10 tərəfindən qəbul edilmiş 06 yanvar 2023-cü il tarixli “Müdafiəçi dəvət etmək barədə” qərarda o, Məhkum cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd etmişdir. Halbuki, həmin tarixdə Məhkum cinayət məsuliyyətinə cəlb olunmamışdır. Eləcə də, müstəntiq həmin qərarın qəbul edildiyi tarix kimi 06 yanvar 2023-cü il yazmışdır. Qərarın məzmununda isə ********* nömrəli cinayət işini 06 yanvar 2023-cü il tarixdə başlayıb icraatına qəbul etdiyini bildirmişdir. Lakin, ********* nömrəli cinayət işi 06 yanvar 2023cü il tarixdə deyil, 06 yanvar 2024-cü il tarixdə başlanmışdır. Məhkum şübhəli şəxs qismində ifadəsində göstərmişdir ki, X1 Ticarət Mərkəzinə gəldikdən sonra ondan kömək istəmiş, lakin, o, Nazimə hər hansı bir kömək etməkdən imtina etmiş, 2-ci mərtəbəyə qaxlamışdır. Həmin ifadənin sonuna Məhkum müdafiəçisi X13 onun 06 yanvar 2024-cü il tarixdə saat 10-11 radələrində 10-cu polis şöbəsində saxlanılması barədə qeyd yazmışdır. Halbuki, X10 06 yanvar 2024-cü il tarixdə tərtib etdiyi şübhəli şəxsin tutulması haqqında protokolda Məhkum həmin tarixdə saat 22:55 dəqiqədə tutduğunu qeyd etmişdir. X10 tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərarda Zərərçəkmiş şəxs2 izahatının alındığını göstərmiş və onun izahatında nələri qeyd etdiyini sadalamışdır. Halbuki, cinayət işinin materiallarında Zərərçəkmiş şəxs2 izahatının olmadığı müəyyən edilmişdir. Eləcə də, “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərara X7 şübhəli şəxs qismində ifadəsi yazılarkən onun cinayət işinin materiallarında olan şübhəli şəxs qismində ifadəsi arasında əhəmiyyətli ziddiyyətlərin olduğu, qərarda yazılmış ifadə ilə cinayət işinin materiallarında olan ifadələrin bir-birinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla da, X10 tərəfindən “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərara cinayət iş inin materiallarında olan X7 şübhəli şəxs qismində ifadəsinə uyğun olmayan məzmunda ifadə yazılmışdır. X10 tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsi barədə qərar (təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar) 08 yanvar 2023-cü il tarixdə qəbul edilmişdir. Halbuki, qərarın məzmununda həmin oğurluq hadisəsinin Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsindən 11 ay 23 gün sonra, yəni 31 dekabr 2023-cü il tarixdə baş verdiyi qeyd edilmişdir. X10 tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərkən onun ittiham edildiyi cinayət hadisəsi ümumiyyətlə baş verməmişdir. Eləcə də, həmin qərarın məzmununda yazılmış Məhkum özgə əmlakını gizli olaraq talamaq məqsədilə əvvəllər tanıdığı X18 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 dekabr 2023-cü il tarixdə saat 17 radələrində 12800 manat pulu gizli olaraq talayıb oğurlamaları həqiqəti əks etdirməmiş, Məhkum oğurluq cinayəti törətmədiyi halda X10 tərəfindən o, qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. X18 təqsirləndirilən şəxs qismində ifadəsində Zərərçəkmiş şəxs2 otağındakı seyfdən 4500 manat pulu tək olaraq oğurladığını, Məhkum həmin oğurluqda iştirak etmədiyini, ona hansısa formada kömək etmədiyini, oğurladığı puldan Məhkum hansısa bir məbləğdə pul vermədiyini bildirmişdir. X10 tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” qərardan görünür ki, Məhkum Nazim Abdulovla birlikdə oğurluq etməməsi, sonuncuya oğurluq etməsi ilə bağlı kömək etməsi barədə ifadəsində göstərdiyi xüsusatlar guya şübhəli şəxslərin ifadələri, hadisə yerinə baxış protokolu və s. iş materialları ilə təkzib edilmiş və Məhkum oğurluqda iştirak etməsi öz təsdiqini tapmışdır. Cinayət işinin ilkin mərhələsində X10 tərəfindən belə bir qərarın qəbul edilməsi onun Məhkum qərəzli münasibət göstərdiyini təsdiq edir. Belə ki, şübhəli şəxslərin ifadələri, hadisə yerinə baxış protokolu Məhkum oğurluq cinayətində iştirak etdiyini deyil, əslində iştirak etmədiyini təsdiq edir. Müstəntiq tərəfindən Məhkum ifadəsində göstərdiyi xüsusatlar üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün zərur i istintaq hərəkətlərinin aparılması barədə qərar qəbul etmək əvəzinə dərhal onun vəsatətini əsassız olaraq rədd etmişdir. İş materiallarına əlavə edilmiş Şahlar Səfərov tərəfindən "xxxx" MMC-nin təsisçisi Yusif Qədimbəyliyə ünvanlanmış 15 dekabr 2023-cü il tarixli ərizə müvafiq qaydada qeydiyyata alınmadığından, həmin ərizənin qeydiyyata alınmalı olduğu kitaba baxış keçirilmədiyindən ərizənin 15 dekabr 2023-cü il tarixdə yazıldığını şübhə altına alır və seyfə 12800 manat pulun qoyulmasını qanuniləşdirmək məqsədi ilə cinayət hadisəsindən sonra ərizənin yazıldığını daha inandırıcı edir. Zərərçəkmiş şəxs1 təqdim etdiyi X10 tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş 273722 nömrəli xx.xx.2023-cü il tarixli “Kassa mədaxil qəbzinin orderi” həmin sənədin əsli deyil, surəti əlavə edi lmiş, bu da, həmin sənədin həqiqiliyini şübhə altına alır. Sənədlərə əsasən 15000 manat puldan 21 dekabr 2023-cü il tarixdə 260 manat, 23 dekabr 2023-cü il tarixdə 51 manat, 25 dekabr 2023-cü il tarixdə 311 manat, 28 dekabr 2023-cü il tarixdə 100 manat və 1800 manat pul (260+51+311+100+1800=2522) istifadə edilmişdir. (15000-2522=12478) - Lakin, zərərçəkmiş şəxs X8 ifadəsində həmin 15000 manat puldan 2200 manatın xərcləndiyini, qalan 12800 manat pulun oğurlandığını göstərmişdir. Həmin xüsusat mahiyyət etibarı ilə şübhəli məqamdır və istintaq orqanı həmin şübhəli məqamı araşdırmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 22 dəqiqə müddətində davam edən video görüntünün olduğu DVD diskə baxış keçirilməsi haqqında protokola əsasən Məhkum oğurluğun baş verdiyi otağa daxil olmamış, orad a gözləməmiş, otağa daxil olaraq oğurluq etmiş Nazim Abdulova heç bir köməklik etməmiş, Məhkum verilmiş ittihamda təsvir olunan digər hərəkətləri etməmiş, oğurluğun törədilməsində hər hansı bir formada iştirak etməmiş, həmin cinayəti törətməmişdir. Təqsirləndirilən şəxs X18 15 mart 2024-cü il tarixli ifadəsində seyfdən 4500 manat pul götürmüşdür. Həmin pulu seyfin aşağı hissəsində sənədlərin üzərindən götürmüşdür. O, ofisə tək girmişdir, Elgiz və Süleyman oğurluq etməkdə ona heç bir köməklik etməmişdir. X17 tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi haqqında qərar (təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərar) 19 mart 2023-cü il tarixdə qəb ul edilmişdir. Halbuki, qərarın məzmununda həmin oğurluq hadisəsinin təqsirləndirilən şəxs Məhkum yeni məzmunda ittiham elan edilməsindən 08 ay 12 gün sonra, yəni 31 dekabr 2023-cü il tarixdə baş verdiyi qeyd edilmişdir. X17 tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edərkən onun ittiham edildiyi cinayət hadisəsi ümumiyyətlə baş verməmişdir. (səhifə 234-235) Təqsirləndirilən şəxs Məhkum 19 mart 2024-cü il tarixli ifadəsinə əsasən, o, Aidə Uğurliyevanın otağından Nazim Abdulovun oğurluq etməsində sonuncuya kömək etməmiş, verilmiş ittihamda göstərildiyi kimi o, Nazim Abdulovla qabaqcadan əlbir olan bir qrup şəxs halında çıxış etməmiş, adam gələrsə xəbər vermək məqsədi ilə 2-ci mərtəbədə gözləməmiş, Nazim Abdulova hə r hansı bir formada köməklik etməmiş, oğurluqda iştirak etməmiş, Nazim Abdulov oğurladığı puldan ona hansısa məbləğdə pul verməmişdir. Bundan başqa təqsirləndirilən şəxs Məhkum 19 mart 2023-cü il tarixli qərarla X17 tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən elan edilmiş ittihamın məzmunu ilə həmin müstəntiq tərəfindən tərtib edilmiş 30 mart 2024-cü il tarixli ittiham aktının nəticəvi hissəsində Məhkum verilmiş ittihamın təsviri arasında əhəmiyyətli dərəcədə ziddiyyət vardır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsirsiz olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, hazırkı cinayət işi ilə bağlı olan cinayət əməli digər məhkum X18 tərəfindən törədilmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şik ayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərə fli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikd ə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, digər məhkum X7, zərərçəkmiş Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs «Sabit Mühafizə Xidməti MMC-nin nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs1, şahidlər X2, X9, X14, X5 ifadələrini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən düzgün və doğru kimi qəbul edilmiş Məhkum ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatl arı göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun kassasiya şikayətində onun təqsirsizliyi ilə əlaqədar analoji dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti t örətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həm in nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, hazırkı cinayət işi üzrə apellyasiya icraatı zamanı apellyasiya şikayətində irəli sürülmüş dəlillər əlavə istintaq aparılmadan, yalnız birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında araşdırılmışdır. Kassatorun fikrincə, bu yanaşma ilə apellyasiya instansiyası məhkə məsi qanunvericiliklə onun üzərinə qoyulmuş işin hallarını tam və hərtərəfli araşdırmaq vəzifəsini icra etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin baxışı zamanı cinayət işi üzrə bütün sübutlar və müdafiə tərəfinin irəli sürdüyü dəlillər tam şəkildə araşdırılmış və qiymətləndirilmişdir. Bu araşdırmanın nəticəsində müəyyən edilmiş hallar və əldə olunmuş məlumatlar apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət vermək üçün kifayət olmuş, əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin müdafiə tərəfinin apellyasiya müraciətini birinci instansiya məhkəməsinin icraat materialları əsasında həll etməsi qa nunvericiliyin tələblərinə uyğun və əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. İbtidai istintaq zamanı tərtib edilərək iş materiallarına əlavə olunmuş bir sıra prosessual və digər sənədlərin tarix hissəsində 2024-cü ilin əvəzinə 2023-cü ilin göstərilməsi barədə kassasiya şikayətində irəli sürülmüş dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən uyğunsuzluqlar açıq-aşkar mexaniki xarakter daşıyır. Bu cür texniki səhvlər ibtidai istintaq zamanı əldə edilmiş sübutların mahiyyətinə və mötəbərliyinə, eləcə də istintaqın nəticələrinə şübhə yaradan hallar kimi qiymətləndirilə bilməz və hazırkı cinayət işi üzrə qəbul olunmuş məhkəmə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəli lləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 18 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2025-ci ll tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1299/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1299/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver