Məhkəmə qərarları › İş №1(102)-13/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-13/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-13/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun və Məhkum müdafiəçisi – XX80nun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 apre l 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim N.F.Quliyev, hakimlər O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xxx xxxx 1990-cı ildə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittihamın irəli sürülməsinə dair müddəa xaric edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay m üddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 06 iyun 2018-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Həmçinin, həmin hökmlə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmə əsasən Məhkum 2016-cı ilin mart ayının axırında atası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 dekabr 2016-cı il tarixdə ünvan4nda vəfat etmiş XXX35nun mətbəxdəki dolabda ol an şəxsi əşyalarına baxdıqda dəri əl çantasının içərisində olan ona məxsus, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 13 bükümdə, ümumi təmiz çəkisi 259.851 qram külli miqdarda narkotik vasitə tiryəki, 2 bükümdə ümumi təmiz çəkisi 6,952 qram külli miqdarda psixotrop maddə metamfetamini və 3 həbdən ibarət bir həbdə 40 milliqram olmaqla ümumi təmiz çəkisi 0,12 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatını taparaq yaşadığı evin ikinci mərtəbəsində yerləşən mətbəxdə quraşdırılmış mebelin bır hissəsi olan dolabın alt hissəsində gizlətməklə saxlamış, 06 iyun 2018-ci ıl tarixdə saat 16 radələrində Məhkum həmin çantadan ayrı-ayrılıqda təmiz çəkiləri 109.930 qram və 1,372 qram olmaqla 2 büküm narkotik vasitə tiryəki sat maq üçün götürüb evdən çıxdıqdan sonra onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olan XXXX88nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərinin “İsgəndərli” adlanan ərazisində saxlanılaraq ünvan9-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən ümumi təmiz çəkisi 111,302 qram külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı kimi onun qadaşı XXX60la yaşadığı, ünvan8ə baxış keçirilən zaman isə evin ikinci mərtəbəsində yerləşən mətbəx mebelinin bir hissəsi olan dolabın alt hissəsindəki dəri çantanın içərisindən 11 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,921 qram, 4,908 qram, 4,892 qram, 4,940 qram, 4,886 qram, 4,914 qra m, 4,935 qram, 4,890 qram, 4,897 qram, 4,562 qram və 99,804 qram, ümumi təmiz çəkisi 148,594 qram olan külli miqdarda narkotik vasitə tiryək, 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,887 qram və 2,065 qram ümumi təmiz çəkisi 6,952 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 3 həbdən ibarət bır həbdə 40 milliqram olmaqla ümumi təmiz çəkisi 0,12 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum və X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cin ayətlər Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində satış məqsədi olmadığı halda Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu iddia edərək, cinayətin həmin maddədən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və Məhkum CM-in 234.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 17 dekabr 2019-cu il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiə çisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə XXXXX66nin 18 dekabr 2019-cu il tarixli 17/18-4465 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, müdafiəçinin ərizənin təmin edilməsinə və dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışlarını dinləyib, cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümk ün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və X3 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar