Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-13/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, -məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi-vəkil Hacıyev Namiq Sərkar oğlunun v ə Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi-vəkil Hacıyev Namiq Sərkar oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hö kmü ilə (hakimlər:A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Təqsirləndirilən şəxs1- xx xxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ünvan3-da qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən topl amaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs2-xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs3- xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından mühafizə İdarəsinin Növbətçi Hissəsinin sürücüsü işləmiş, məhkum olunmamış, Ünvan4-də qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (sə kkiz) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum - xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilin ərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün nəzərə alınaraq, azadlığın məhdudlaşdırılmasının iki günü həbsin bir gününə bərabər olmaqla, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzar ət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Məhkum ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində yaşadıqları məhəllədə görüşərək oğurluq etmək qərarına gəlmiş, həmin məqsədlə Təqsirləndirilən şəxs2 yaşadığı evdən mismar çıxardan ling götürərək, ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 məxsus “xx” adlı marketin yaxınlığında dayanıb sahibinin getməsini gözləmiş, Zərərçəkmiş şəxs1 mağazanı bağlayaraq avto mobilinə minib getdikdən sonra, xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında “xx" adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, Məhkum marketin yaxınlığında dayanaraq kənar şəxslərin gəlib-getmələrinə nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə əvvəlcədən özü ilə gətirdiyi mismar çıxardan ling vasitəsi ilə marketin jalüzünün qıfılını sındıraraq qapısını açmış, Təqsirləndirilən şəxs2 ilə birlikdə marketə qanunsuz daxil olub, oradan içərisində 984 manat pul olan 500 manat dəyərində 01 ədəd kassa aparatını, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 7 ədəd “Klassik” markalı, ümumilikdə dəyəri 8 manat olan 5 ədəd “Vikeroy” markalı, ümumilikdə dəyəri 15 manat olan 10 ədəd “Vinçester” markalı, ümumilikdə dəyəri 7 manat 20 qəpik olan 6 ədəd “Prima” markalı, ümumilikdə dəyəri 18 manat olan 9 ədəd "Rotmons" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 14 ədəd "LD" markalı, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 07 ədəd "NZ" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 18 ədəd "Palmalı" markalı, ümumilikdə dəyəri 111 manat 60 qəpik olan 62 ədəd "Vest" markalı siqareti, 1800 manat dəyərində müxtəlif markalı siqaretləri, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Cin” danışıq konturunu, ümumilikdə dəyəri 34 manat olan 34 ədəd bir manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 50 manat olan 10 ədəd beş manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 18 manat olan 09 ədəd iki manatlıq “Na r” danışıq konturunu, ümumilikdə dəyəri 40 manat olan 40 ədəd bir manatlıq “Cin” danışıq konturunu, 105 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq konturlarını, ümumilikdə dəyəri 34 manat 20 qəpik olan 38 ədəd 250 ml. həcmində "Hell" markalı enerji içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3908 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə silah qismində istifadə edilən əşyanı tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əvvəlcədən əldə edilm iş razılaşmaya əsasən mağazadan aldıqları saç lakı və Təqsirləndirilən şəxs2 özü ilə götürdüyü mismar çıxardan linglə silahlanaraq, habelə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirib, xx xxxx 2018-ci il tarixdə, saat 03:30 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Ünvan5 ünvanında yerləşən siqaret satışı köşkünün qarşısına gəlmiş, o, köşkün satış aparılan pəncərəsini döyüb, pəncərəni açan satıcı Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə silah qismində istifadə etdiyi saç lakını püskürdərək, Zərərçəkmiş şəxs5 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib sonuncunun müqavimətini qırmış, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikə köşkə qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi mismar çıxardan lingi satıcı Zərərçəkmiş şəxs5 qarşı yönəldib, həmin alətlə sonuncunu vuracağı ilə hədələyərək, köşkdən ümumilikdə dəyəri 3200 manat təşkil etmiş müxtəlif markalı siqaretləri və 480 manat nəğd pulu ələ keçirib talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 3680 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən olmuş razılaşmaya əsasən, xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avto mobil ilə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən “Rəsul” adlı marketin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs3 onu Təqsirləndirilən şəxs2 ilə birlikdə marketin yaxınlığında düşürtdükdən sonra avtomobili idarə edərək həmin ərazidən bir qədər kənarlaşaraq gözləmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə tanınmamaları üçün üzlərinə maska keçirib, Təqsirləndirilən şəxs2 mismar çıxardan ling vasitəsi ilə marketin qapısının qıfılını sındırdıqdan sonra sonuncu ilə birlikdə marketə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 1700 manat olan müxtəlif markalı siqaretləri və marketin kassasında olan 200 manat pulu gizli olaraq talamış, kənardan avtomobil işığı düşdüyü üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə marketdən çıxıb qaçaraq, telefonla zəng edib Təqsirləndirilən ş əxs3 yanlarına çağırdıqlarından, sonuncu idarə etdiyi avtomobillə gəlib onları həmin yerdən götürərək taladıqları əmlakla birlikdə özünün yaşadığı mənzilə aparıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz niyyətlərini həyata keçirmək üçün əvvəlcədən Təqsirləndirilən şəxs3 yaşadığı evdən götürdükləri təsərrüfat-məişət təyinatl ı bir ədəd mətbəx bıçağı və sonuncunun idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobildən götürdükləri bir ədəd zavod üsulu ilə tapanca formasında hazırlanmış oyuncaq ilə silahlanıb, xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, **-UX*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən “24 saat” adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs3 avtomobildə qalıb kənar şəxslərin gəldiyi təqdirdə məlumat vermək üçün gözləmiş, o isə Təqsirləndirilən şəxs2 ilə birlikdə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirərək “24 saat” adlı marketə daxil olmaqla, o, silah qismində istifadə etdiyi bıçağ ı, Təqsirləndirilən şəxs2 isə tapanca formasında hazırlanmış oyuncağı həmin vaxt marketdə satıcı işləyən Zərərçəkmiş şəxs3 istiqamətində yönəldərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 “tərpənmə, yoxsa vuraram!” sözlərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, bundan sonra o, marketdə yerləşən içərisində 230 manat pul olan 150 manat dəyərində kassa aparatının siyirməsini ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 380 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Məhkum ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində yaşadıqları məhəllədə görüşərək oğurluq etmək qərar ına gəlmiş, həmin məqsədlə yaşadığı evdən mismar çıxardan ling götürərək ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 məxsus “OM” adlı marketin yaxınlığında dayanıb sahibinin getməsini gözləmiş, Zərərçəkmiş şəxs1 mağazanı bağlayaraq avtomobilinə minib getdikdən sonra, xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında “OM" adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, Məhkum marketin yaxınlığında dayanaraq kənar şəxslərin gəlib-getmələrinə nəzarət etmiş, o isə əvvəlcədən özü ilə gətirdiyi mismarçıxardan ling vasitəsi ilə marketin jalüzününün qıfılını sındıraraq qapısını açmış, Təqsirləndirilən şəxs1 ilə birlikdə marketə qanunsuz daxil olub, oradan içərisində 984 manat pul olan 500 manat dəyər ində 01 ədəd kassa aparatını, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 7 ədəd “Klassik” markalı, ümumilikdə dəyəri 8 manat olan 5 ədəd “Vikeroy” markalı, ümumilikdə dəyəri 15 manat olan 10 ədəd “Vinçester” markalı, ümumilikdə dəyəri 7 manat 20 qəpik olan 6 ədəd “Prima” markalı, ümumilikdə dəyəri 18 manat olan 9 ədəd "Rotmons" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 14 ədəd "LD" markalı, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 07 ədəd "NZ" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 18 ədəd "Palmalı" markalı, ümumilikdə dəyəri 111 manat 60 qəpik olan 62 ədəd "Vest" markalı siqareti, 1800 manat dəyərində müxtəlif markalı siqaretləri, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Cin” danışıq konturunu, ümumilikdə dəyəri 34 manat olan 34 ədəd bir manatlıq “Sim” danı şıq konturunu, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 50 manat olan 10 ədəd beş manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 18 manat olan 09 ədəd iki manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 40 manat olan 40 ədəd bir manatlıq “Cin” danışıq konturunu, 105 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq konturlarını, ümumilikdə dəyəri 34 manat 20 qəpik olan 38 ədəd 250 ml. həcmində "Hell" markalı enerji içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3908 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə silah qismində istifadə edilən əşyanı tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən mağazadan aldığı saç lakı və özündə olan mismarçıxardan linglə silahlanaraq, habelə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskaları keçirib, xx xxxx 2018-ci il tarixdə saat 03:30 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Ünvan5 ünvanda yerləşən siqaret satışı köşkünün qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 köşkün satış aparılan pəncərəsini döyüb, pəncərəni açan satıcı Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə silah qismində istifadə etdiyi s aç lakını püskürdərək, Zərərçəkmiş şəxs5 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib sonuncunun müqavimətini qırmış, o isə həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikə köşkə qanunsuz daxil olaraq silah qismində istifadə etdiyi mismarçıxardan lingi satıcı Zərərçəkmiş şəxs5 qarşı yönəldib, həmin alətlə sonuncunu vuracağı ilə hədələyərək, köşkdən ümumilikdə dəyəri 3200 manat təşkil etmiş müxtəlif markalı siqaretləri və 480 manat nəğd pulu ələ keçirib talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 3680 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən olmuş razılaşmaya əsasən, xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən “Rəsul” adlı marketin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs3 onu Təqsirləndirilən şəxs1 ilə birlikdə marketin yaxınlığında düşürtdükdən sonra avtomobili idarə edərək həmin ərazidən bir qədər kənarlaşaraq gözləmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə tanınmamaları üçün üzlərinə maskalar keçirib özü ilə gətirdiyi mismarçıxardan ling vasitəsi ilə marketin qapısının qıfılını sındırdıqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə marketə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 1700 manat olan müx təlif markalı siqaretləri və marketin kassasında olan 200 manat nəğd pulu gizli olaraq talamış, kənardan avtomobil işığı düşdüyü üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə marketdən çıxıb qaçaraq, telefonla zəng edib Təqsirləndirilən şəxs3 yanlarına çağırdıqlarından, sonuncu, idarə etdiyi avtomobillə gəlib onları həmin yerdən götürərək taladıqları əmlakla birlikdə özünün kirayədə yaşadığı mənzilə aparıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqca dan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz niyyətlərini həyata keçirmək üçün əvvəlcədən Təqsirləndirilən şəxs3 yaşadığı evindən götürdükləri təsərrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı və sonuncunun idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobildən götürdükləri bir ədəd zavod üsulu ilə tapanca formasında hazırlanmış oyuncaq ilə silahlanıb, xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən “24 saat” adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs3 avtomobildə qalıb kənar şəxslərin gəldiyi təqdirdə məlumat vermək üçün gözləmiş, o isə, Təqsirləndirilən şəxs1 ilə birlikdə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirərək “24 saat” adlı marketə daxil olmaqla, o, tapanca formasında hazırlanmış oyuncağı, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi bıçağı həmin vaxt marketdə satıcı işləyən Zərərçəkmiş şəxs3 istiqamətində yönəldərək, hücuma məruz qalmış Qafqaz Qəhrəmanova “tərpənmə, yoxsa vuraram!” sözlərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 marketdə yerləşən içərisində 230 manat pul olan 150 manat dəyərində kassa aparatının siyirməsini ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 380 manat məbləğində ma ddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən mağazadan aldıqları saç lakı və Təqsirləndirilən şəxs2 özü ilə götürdüyü mismarçıxardan linglə silahlanaraq, habelə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirib, xx xxxx 2018-ci il tarixdə saat 03:30 radələrində radələrində idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Ünvan5 ünvanda yerləşən siqaret satışı köşkünün qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 köşkün satış aparılan pəncərəsini döyüb, pəncərəni açan satıcı Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə silah qismində istifadə etdiyi saç lakını püskürdərək, Zərərçəkmiş şəxs5 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib sonuncunun müqavimətini qırmış, o isə həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə köşkə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi mismarçıxardan lingi satıcı Zərərçəkmiş şəxs5 qarşı yönəldib, həmin alətlə sonuncunu vuracağı ilə hədələyərək, köşkdən ümumilikdə dəyəri 3200 manat təşkil etmiş müxtəlif markalı siqaretləri və 480 manat pulu ələ keçirib talayaraq Zərərçəkmiş şəx s6 ümumilikdə 3680 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən olmuş razılaşmaya əsasən, xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində bir qrup şəxs halında idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Rəsul” adlı marketin yaxınlığında düşürtdükdən sonra avtomobili idarə edərək həmin ərazidən bir qədər kənarlaşaraq gözləmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə tanınmamaları üçün üzlərinə maska keçirmiş, Tə qsirləndirilən şəxs2 özü ilə gətirdiyi mismarçıxardan ling vasitəsi ilə marketin qapısının qıfılını sındırdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 marketə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 1700 manat olan müxtəlif markalı siqaretləri və marketin kassasında olan 200 manat nəğd pulu gizli olaraq talamış, kənardan avtomobil işığı düşdüyü üçün onlar marketdən çıxıb qaçaraq, telefonla zəng edib onu yanlarına çağırdıqlarından, idarə etdiyi avtomobillə gəlib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin yerdən götürərək taladıqları əmlakla birlikdə özünün yaşadığı mənzilə aparıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz q almış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz niyyətlərini həyata keçirmək üçün əvvəlcədən onun yaşadığı evindən götürdükləri təsərrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı və idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobildən götürdükləri bir ədəd zavod üsulu ilə tapanca formasında hazırlanmış oyuncaq ilə silahlanıb, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirərək, xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində onun idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən “24 saat” adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılığa görə, özü avtomobildə qalıb kənar şəxslərin gəldiyi təqdirdə məlumat vermək üçün gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanınmamaları üçün başlarına papaqdan hazırladıqları maskalar keçirərək “24 saat” adlı marketə daxil olmaqla, Təqsirləndirilən şəxs2 tapanca formasında hazırlanmış oyuncağı, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi bıçağı həmin vaxt marketdə satıcı işləyən Zərərçəkmiş şəxs3 istiqamətində yönəldərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 “tərpənmə, yoxsa vuraram!” sözlərini deyərək sonuncun un həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, Təqsirləndirilən şəxs1 marketdə yerləşən içərisində 230 manat pul olan 150 manat dəyərində kassa aparatının siyirməsini ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 380 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs Məhkum tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində yaşadıqları məhəllədə görüşərək oğurluq etmək qərarına gəlmiş, həmin məqsədlə Təqsirləndirilən şəxs2 yaşadığı evdən mismarçıxardan ling götürərək ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 məxsus “xx” adlı marketin yaxınlığında dayanıb sahibinin getm əsini gözləmiş, Zərərçəkmiş şəxs1 mağazanı bağlayaraq avtomobilinə minib getdikdən sonra, xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında “OM" adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, özü marketin yaxınlığında dayanaraq kənar şəxslərin gəlib-getmələrinə nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə mismar çıxardan ling vasitəsi ilə marketin jalüzününün qıfılını sındıraraq qapısını açmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 marketə qanunsuz daxil olub, oradan içərisində 984 manat pul olan 500 manat dəyərində 01 ədəd kassa aparatını, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 7 ədəd “Klassik” markalı, ümumilikdə dəyəri 8 manat olan 5 ədəd “Vikeroy” markalı, ümumilikdə dəyəri 15 manat ola n 10 ədəd “Vinçester” markalı, ümumilikdə dəyəri 7 manat 20 qəpik olan 6 ədəd “Prima” markalı, ümumilikdə dəyəri 18 manat olan 9 ədəd "Rotmons" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 14 ədəd "LD" markalı, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 07 ədəd "NZ" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 18 ədəd "Palmalı" markalı, ümumilikdə dəyəri 111 manat 60 qəpik olan 62 ədəd "Vest" markalı siqareti, 1800 manat dəyərində müxtəlif markalı siqaretləri, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Cin” danışıq konturunu, ümumilikdə dəyəri 34 manat olan 34 ədəd bir manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 50 manat olan 10 ədəd beş manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyə ri 18 manat olan 09 ədəd iki manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 40 manat olan 40 ədəd bir manatlıq “Cin” danışıq konturunu, 105 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq konturlarını, ümumilikdə dəyəri 34 manat 20 qəpik olan 38 ədəd 250 ml. həcmində "Hell" markalı enerji içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3908 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.Şahid3 və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının x x xxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi-vəkil Hacıyev Namiq Sərkar oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası ona aid olan hissədə işin konkret hallarını araşdırmamış, yüksək cəza tətbiq edilməklə qərar çıxartmışdır. Törətdiyi əməldən peşiman olmağını, ilk dəfə cinayət törətməyini, zərərçəkmiş şəxslə barışıq əldə etməyini, dəymiş ziyanın ödənilməsini və hazırda zərərçəkənin şikayətinin olmamasını, artıq islah olunmağını nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının minimuma endirilməsi, CM-nin 62-ci maddəsi tətbiq edi lməklə azadlığa buraxılması və ya CM-nin 70-ci maddəsi tətbiq olunmaqla azadlığın məhdudlaşdırılması cəzasının şərti cəza ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsindən ərizə göndərərək kassasiya şikayətlərini geri götürdüklərini bildirdiklərindən onların kassasiya şikayətlərinin dəlilərinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçinin, Məhkum barəsindəki kassasiya şikayətinin təmin edilməməsi, digər məhkumlar barəsindəki kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıd akı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində törətdiyi əməldən peşiman olmağını, ilk dəfə cinayət törətməyini, zərərçəkmiş şəxslə barışıq əldə etməyini, dəymiş ziyanın ödənilməsini və hazırda zərərçəkənin şikayətinin olmamasını, artıq islah olunmağını nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının minimuma endirilməsi, CM-nin 62-ci maddəsi tətbiq edilməklə azadlığa buraxılması və ya CM-nin 70-ci maddəsi tətbiq olunmaqla azadlığın məhdudlaşdırılması cəzasının şərti cəza ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məkəmə Məhkum zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam aradan qaldıraraq onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül növdə azadlığın məhdudlaşdırılması cəzasının nisbətən aşağı həddində cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı il ə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə cinayətin törədilməsi zamanı və bundan sonra Məhkum davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmiş, eləcə də cinayətin açılmasına onun fəal kömək etməsi müəyyən edilməmişdir. İbtidai istintaq müddətində etirafedici ifadələr versə də məhkəmə iclasında özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Lakin onun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 143146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə tam sübut edilmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilməmişdir və bu barədə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olun masını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən azalığın məhdudlaşdırılması cəzasına şərti məhkumetmənin tətbiqi nəzərdə tutulmamışdır və Məhkum cəzanı çəkmədə islah olunacağına əsas verən hallar da müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlili də təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu i l tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Kassasiya ş ikayətlərinin geri qaytarılması barədə məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs3 ərizələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, onların vəsatətləri qanuna uyğun olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci və 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı onun kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılsın. Məhkum lar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs3 barələrində kassasiya şikayətləri geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-13/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-13/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver