Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-13/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Qüdrət oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı Şəhəri “Ədalət” Vəkil Bürosunun vəkili Yavərzadə Yavər Elçin oğlunun, Müdafiəçi - Bakı Şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Qasımov Rövşən Əliqasım oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu ilə birlikdə verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2019-cu il tarixli hökmü ilə (hakimlər M.A.Xankişiyevin sədrliyi ilə, F.Ə.Qəniyev və M.M.Ağalarovdan ibarət tərkibdə) xx xxxxx 1964-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməmiş, CM-nin 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 14 avqust 2018-ci il tarixdən 15 avqust 2018-ci il tarixə kimi tutulduğu 01 (bir) gün, 24 avqust 2018-ci il tarixdən 01 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 06 (altı) ay 05 (beş) gün, ümumilikdə tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmlə zərəçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilmiş, ekspertiza xərci məsələsi də həll edilmişdir. Həmin hökmlə, həmçinin, X5 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, hökm həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hökmdən həmçinin, zərərçək miş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər K.H.Əkbərov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 28 iyul 2020-ci il tarixli qərarı apellyasiya şikayəti qismən təmin edilmiş, hökmdən məhkumlar Təqsirləndirilən şəxs və X2 barələrində CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmə tətbiq olunması və bununla bağlı göstərişlər xaric edilmiş, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 14 avqust 2018-ci il tarixdən 15 avqust 2018-ci il tarixə kimi tutulduğu 01 (bir) gün 24 avqust 2018-ci il tarixdən 01 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 06 (altı) ay 05 (beş) gün, ümumilikdə tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 06 (altı) gün ona hazırki qərarla təyin olunan cəzadan çıxılmaqla üzərində 06 (alt) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs hazırki qərarla üzərində saxlanılan 06 (alt) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həmin cəzasının başlanğıcı 17 mart 2020-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs iş üzrə vurulmuş maddi ziyana görə məhkumlar (mülki cavabdehlər) Təqsirləndirilən şəxs və X1 2.500.000 (iki milyon beş yüz min) ABŞ dolları (öd əniş gününə manatla olan məzənnə ilə) pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu ilə birlikdə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamaq və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda dəyərə malik əmlak hüquqlarını əldə etmək barədə bacısı oğlu X5 və şəx siyyəti istintaqla araşdırılan qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Əfqanıstan İslam Respublikasında qeydiyyatdan keçməklə fəaliyyət göstərən «X14 Refinery So» neft istehsalı və emalı şirkətinin 10.000.000 ABŞ dolları dəyərində nizamnamə kapitalında 25 faiz paya malik olan Təqsirləndirilən şəxs digər şəriki Zərərçəkmiş şəxs oğlunun nizamnamə kapitalındakı 25 faiz səhm payını onun etibarından sui-istifadə edərək aldatma yolu ilə ələ keçirmək üçün 15 noyabr 2016-cı il tarixdə bacısı oğlu şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan cinayətin digər iştirakçısı ilə birlikdə ünvan 2 ünvanında yerləşən 1 saylı Bakı «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariusda guya Zərərçəkmiş şəxs Əfqanıstan İslam Re spublikasında adına olan istənilən səhmlərin bir hissəsi və ya hamısı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını şəxs1 etibar etməsinə dair hüquq verən digər rəsmi sənəd hesab edilən etibarnaməni istifadə etmək məqsədi ilə AR-İ 498012 nömrəli blankda saxtalaşdırmaqla şəxsiyyəti istintaqla araşdırılan cinayətin digər iştirakçı Zərərçəkmiş şəxs adından imza etdikdən sonra reyestrdə 7E-62865 qeydiyyat nömrəsi ilə təsdiq edilməsinə nail olaraq qanunsuz hazırlamış və ya saxta etibarnaməni Fars dilinə tərcümə etdirərək Bakı şəhəri 1 saylı notariat kontorunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində imza və möhürün həqiqiliyini təsdiq etdirmiş, bundan sonra 02 dekabr 2016-cı il tarixdə Təqsirləndirilən şəxs bacısı oğlu şəxs1 birlikdə Əfq anıstan İslam Respublikasına gedərək 10 dekabr 2016-cı il tarixədək orada olduqları müddətdə bilə-bilə hüquq verən digər rəsmi sənəd hesab edilən saxta etibarnamədən istifadə etməklə «X14 Refinery So» neft istehsalı və emalı şirkətinin nizamnamə kapitalındakı Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə külli miqdarda 4.357.500 manat təşkil edən 2.500.000 ABŞ dolları dəyərində 25 faiz səhm paylarını Təqsirləndirilən şəxs sahibindən xəbərsiz öz adına keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlak hüquqlarını əldə edib külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu kassasi ya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından suiistifadə etməsi və zərərçəkmiş şəxsi aldatması istər ibtidai istintaq, istərsə də, birinci və apellyasiya məhkəmələrində sübuta yetirilməmişdir. Belə ki, birinci və apellyasiya instansiya məhkəmələri əsassız və qanunsuz olaraq Təqsirləndirilən şəxs təqsirli bilmişdir ki, guya ki, o, bilə-bilə hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla və saxta etibarnamədən istifadə etməklə “X14 Refinery Co” neft istehsalı və emalı şirkətinin nizamnamə kapitalındakı Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə külli miqdarda 4.357.000 manat təşkil edən 2.500.000 ABŞ dolları dəyərində 25 faiz səhm paylarını sahibindən xəbərsiz öz adına keçirərək etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlak hüquqlarını əldə edib külli miqdarda ona ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Halbuki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir işçi kimi işə götürmüş, bütün yol və otel xərclərini ödəməklə yanaşı ona hər ay 3.000 dolları əmək haqqı ödəmişdir. Yəni, şirkətin 10.000.000 ABŞ dolları dəyərində nizamnamə kapitalındakı 50% faiz pay Təqsirləndirilən şəxs, digər 50% isə Əfqan vətəndaşına məxsus olmuşdur. Təqsirləndirilən şəxs öz payının 25 faizini Zərərçəkmiş şəxs təklifi və təkidi ilə, lakin, müəyyən şərtlər daxilində, yəni zavod fəaliyyətə başlayandan sonra bir il ərzində zavodun tikintisinə sərf etdiyi pulları əldə edəcəyi təqdirdə əvəzsiz olaraq şəxs1 hədiyyə kimi vermişdir. Şərtə görə zavodun tikintisinə qoyulan vəsait 1 il müddətində qaytarılmadığı halda hədiyyə ge ri qaytarılmalı idi. Lakin, zavod işə düşəndən bir il sonra nəinki, Təqsirləndirilən şəxs zavodun tikintisinə qoyulmuş pul geri qaytarılmış, hətta zavodun bir ildə 1.700.000 dollar borcu yaranmışdır. Buna baxmayaraq, Zərərçəkmiş şəxs şərtə əməl etməmiş, hədiyyəni hədiyyə verənə qaytarmamışdır. Eyni zamanda, zərərçəkmişin özünün istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində verdiyi ifadələri ilə tam sübuta yetirilmişdir ki, “X14 Refinery Co” neft istehsalı və emalı şirkətinin tikintisinə vəsait xərcləməmişdir. Zavodun tikintisinə sərf edilən bütün xərclər Təqsirləndirilən şəxs tərəfindən qoyulmuşdur. Yəni, Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Əfqanıstanda görülən işlər üçün konkret olaraq o pul xərcləməmişdir. Şərh olunanlara baxmayaraq, istər ibtidai i stintaq orqanı, istərsə də, birinci instansiya məhkəməsi və sonda isə apellyasiya instansiya məhkəməsi absurd şəkildə hesab etmişlər ki, guya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2.500.000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Halbuki, 25% pay Təqsirləndirilən şəxs məxsus olduğundan və zərərçəkmiş kimi tanınmış şəxsə hədiyyə kimi verdiyindən və Təqsirləndirilən şəxs sonradan saxta etibarnamədən istifadə etməklə, yəni qanunsuz yolla hədiyyə verdiyi öz 25% payının geri almasından və zavodun borcunu ödəməkdən ibarət olan hərəkətlərinin nəticəsi olaraq Zərərçəkmiş şəxs zərər dəyməmişdir. Mövcud qanunvericiliyin tələblərinə görə bağışlanmış hədiyyənin hədiyyə verən tərəfindən hədiyyə alandan geri alınması hədiyyə alana zərər vurmur. Bundan əlavə, istər ibtidai istintaq və istərsə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş mötəbər sübutlarla tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədiyyə verdiyi “X14 Refinery Co” neft istehsalı və emalı şirkətindəki 25% payını onun etibarından sui-istifadə etməklə və ya onu aldatmaqla ələ keçirməmişdir. Yəni, Təqsirləndirilən şəxs zərərçəkmişin 25 faizinə olan hüquqlarını onun etibarından suiistifadə etməklə və ya bu əmlakı aldatmaqla ələ keçirməmişdir. Buna baxmayaraq, ibtidai istintaq orqanı, birinci və apellyasiya instansiya məhkəməsi dələduzluq cinayətinin tərkibini yaratmaq məqsədi ilə CM-nin 178-ci maddəsinin dispozisyasının mətnini, yəni əsas tərkib əlamətləri olan etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmanı hökm və qərarlarına köçürməklə uydurma cinayət yaratmışlar. Eyni zamanda, cinayət işi üzrə hökm və qərarlar yalnız zərərçəkmiş şəxsin ifadələrindəki yoxlanılmamış, digər sübutlarla təsdiq olunmamış uydurma məlumatlar əsasında çıxarılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsindəki 28 iyul 2020-cu il tarixli qərarını ləğv etməklə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə yeni qərar qəbul edilməsini və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəznın şərti olaraq tətbiq edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Zərərçəkmiş şəxs şəxs1çıxış edərək, apellyasiya məhkəməsinin qərarının ədalətli olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il t arixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi Yavərzadə Yavər Elçin oğlu çıxış edərək, apellyasiya məhkəməsinin qərarının ədalətli olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu çıxış edərək, kassasiya şikayətində qeyd edilənləri bir daha vurğulayaraq, sənədlərin saxtalaşdırılması prosesində hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs iştirak etmədiyini bildirib, Təqsirləndirilən şəxs barəsindəki 28 iyul 2020-cu il tarixli qərarını ləğv etməklə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə yeni qərar qəbul edilməsini və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının Təqsirləndirilən şəxs aid hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının həmin hissədə dəyişdirilmədən saxlanılmasını v ə kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etmə yə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şi kayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarının Təqsirləndirilən şəxs aid hissədə qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qa nunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq norması nın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxs və onun nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun müdafiəçisinin isə qərarın ləğv edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhk əməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmə, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdırmaqla bilə-bilə həmin saxta sənədlərdən istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də ha qlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətində onun tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi, odur ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməli olduğu iddia edilir. Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin d ə razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə g ələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhk əmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların (əmlakın hədiyyə verilməsə, hədiyyənin geri qaytarılmaması və s.) mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatı rladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əm əl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi t ərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsir li bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkumun müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədil məsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərili r ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbay can Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, məhkum Təqsirləndir ilən şəxs cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi hissəsinin xaric edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətində göstərilən hallar da Təqsirləndirilən şəxs şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Res publikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Təqsirləndirilən şəxs aid hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhku m Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu ilə birlikdə verdiyi kassasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-13/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-13/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver