Məhkəmə qərarları › İş №1(102)-130/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-130/2019

30.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-130/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 130/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "30" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunu n iştirakları ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Zeynal Qurban oğlu, hakimlər Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) xx xxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanına qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Resp ublikası CM-nin 130.1-ci və 228.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 130.1-ci maddəsi ilə 01 il müddətə, CM-nin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq əldə edib özündə saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9 mm kalibrli, "KO22709" nömrəli, "Makarov" (PM) konstruksiyalı tapança ilə zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş ş əxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2014-cü ildən özünə məxsus Bakı şəhəri ünvan 2 ünvanında gözətçilik etməsi müqabilində əvəzsiz yaşamasına razılıq verdiyi Zərərçəkmiş şəxs və onun dostu X10 ilə birlikdə 10 sentyabr 2016-cı il tarixdə, saat 19 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən yeməkxanada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra saat 23 radələrində birlikdə yaşadıqları bağ evinə qayıdaraq eyvanda oturmuşlar. Onlar eyvanda oturub yolda dükandan aldıqları pivəni içə-içə söhbət etmişlər. Zərərçəkmiş şəxs pivəsini içib qurtardıqdan sonra Təqsirləndirilən şəxs məxsus bağ evinin həyətində qeyri-rəsmi nikah münasibətində olduğu X13 və onun iki övladı ilə birlikdə yaşadığı birotaqlı tikiliyə getmiş, Təqsirləndirilə n şəxslə həmin gün Zərərçəkmiş şəxs qonaq gəlmiş dostu və həmyerlisi X10 isə eyvanda söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs X10a on beş gün əvvəl qardaşı X2 qonşuluqda yerləşən bağ evinin hasarının Zərərçəkmiş şəxs və X10 tərəfindən hörülməsi işinin zəhmət haqqı dəyərinin əslində 300 (üç yüz) manat məbləğində olduğu halda, bu işin görülməsi üçün ondan daha artıq məbləğdə, yəni 600 (altı yüz) manat pul alınmasından narazı olduğunu bildirmiş, onların bu söhbətlərinin üstünə Zərərçəkmiş şəxs gəlib çıxaraq həmin iraddan hədsiz dərəcədə qəzəblənərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. X25 yanında onu təhqir edərək hörmətsizlik etməsi səbəbindən ona evdə olduqlarını, söyüş söyməyin lazım olmadığını deyib iradını bildirmiş, X10dan Zərərçəkmiş şəxsı aparmağa xahiş etmiş, sonu ncu isə onu nalayiq formada təhqir etməyə davam etmiş, spirtli içkinin təsirindən gözü dönmüş Zərərçəkmiş şəxsın daha da qızışıb dava salacağına görə baş verəcək fövqəladə vəziyyətdə özünü müdafiə etmək üçün qanunsuz olaraq əldə edib özündə saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9mm kalibrli, "KO22709" nömrəli, "Makarov" (PM) konstruksiyalı tapançanı gizlincə belinə qoymuş, X10dan Zərərçəkmiş şəxsı aparmağı bir daha xahiş etmiş, lakin Zərərçəkmiş şəxs mübahisəni davam etdirmiş, onun ailə üzvlərinin, nəslinin ünvanına nalayiq ifadələr işlətmişdir. O danışıq tonundan əsəbləşsə də, mübahisəni danışıqla yoluna qoymaq istəmiş, lakin bu dəfə Zərərçəkmiş şəxs daha irəli gedərək əyləşdiyi oturacaqdan qalxıb onun üstünə gəlmiş, həmin vaxt X10 Zərərçəkmiş şəxsın qolundan tu tub aparmaq istəyəndə, Zərərçəkmiş şəxs yumruqla X10ın sifətinə zərbə endirmiş, zərbənin təsirindən X10 taqətini itirərək yerə yıxılmış, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə şığıyaraq sağ əli ilə boğazından yapışmış, o ayağa qalxmaq istəsə də, Zərərçəkmiş şəxs onu itələmiş, o, yenidən kresloda oturmuş, bundan sonra Zərərçəkmiş şəxs onu var gücü ilə boğmağa başlamışdır. Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan dəfələrlə güclü olduğundan və içkinin təsirindən idarə olunmaz vəziyyətdə olduğundan ona müqavimət göstərə bilməmiş, Zərərçəkmiş şəxsın əlini boğazından çəkməsi üçün onun boğduğu əlindən tutub güc vermiş, lakin gücü çatmadığını görüb Zərərçəkmiş şəxsın silahı görəndə qorxub uzaqlaşacağını düşünərək sağ əlini belinə atıb tapançanı çıxarmaq istəmişdir. Bu zaman Zərərç əkmiş şəxs onun tapança çıxaracağını hiss edib sol əli ilə sağ əlindən tutmuş, həmin vaxt hər ikisi tapançadan tutmuşlar, o, tapançanı belindən çıxardaraq tapança qoruyucu rejimdə olduğundan atəş açılacağını düşünməmiş, lakin tapança qoruyucu rejimdən çıxmış və atəş açılmışdır. Lakin Zərərçəkmiş şəxs yenə də ondan əl çəkməmiş, tapançanın lüləsindən tutmuş, bu zaman Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşaraq iki dəfə də atəş açmışdır. Güllələrdən biri Təqsirləndirilən şəxs sol əlini yaralamış, biri isə tapançanın lüləsindən tutduğu üçün Zərərçəkmiş şəxsın əlinə dəymiş, Zərərçəkmiş şəxs həmin vaxt qarın nahiyəsindən də xəsarət almışdır. Zərərçəkmiş şəxs bayırda darvazanın yanında yerə yıxılmışdır. Təqsirləndirilən şəxs özü də əlindən yaralanmasına baxmayaraq Zərərçəkmiş şəxsı öz avt omobili ilə Kürdəxanı qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına aparmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Səfərov Rizvan Kamal oğlu, hakimlər Məmmədov Qail Fazil oğlu və Abdinbəyov Abid Kamil oğlundan ibarət tərkibdə) 23 avqust 2017-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsi 25 dekabr 2017-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar 9 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı və məhkumun ərizəsi təmin edilərək məhkum Təqsirləndirilən şəxs barə sində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmündə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair müddəa həmin hökmün məzmunundan xaric edilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2017-ci il tarixli qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə v ə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi R.M.Məmmədova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Kərimov Fərhad Abdulkərim oğlu, hakimlər Rzayeva Gülzar Lətif qızı və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə) 06 mart 2018-ci il tarixli qərarı ilə yuxarıda qeyd olunan apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmiş, kassasiya şikayəti təmin edilməmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirpaşa Süleyman oğlu, hakimlər Əhmədov Həsən Hüseyn oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 15 avqust 2018-ci i l tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 130.1 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs CM-nin 130.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair və CMnin 66.3-cü maddəsinə əsasən ona cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmiş, hökm qalan hissədə, o cümlədən Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi, apellyasiya instansiyası məhkəməsinin də qəbul etdiyi işin halları faktiki olaraq onların tədqiq etdiyi sübutlara uyğun gəlməmiş, belə ki, məhkəmələrin müəyyən etdiyi işin hallarına əsasən, hadisə zamanı “Zərərçəkmiş şəxs yumruqla X10ın sifətinə zərbə endirmiş, zərbənin təsirindən X10 taqətini itirərək yerə yıxılmış, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə şığıyaraq sağ əli ilə boğazından yapışmış, o ayağa qalxmaq istəsə də, Zərərçəkmiş şəxs onu itələmiş, o, yenidən kresloda oturmuş, bundan sonra Zərərçəkmiş şəxs onu var gücü ilə boğmağa başlamışdır. Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan dəfələrlə güclü olduğundan və içkinin təsirindən idarə olunmaz vəziyyətdə olduğundan ona müqavimət göstərə bilməmiş, Zərərçəkmiş şəxsın əlini boğazından çəkməsi üçün onun boğduğu əlindən tutub güc vermiş, lakin gücü çatmadığını görüb Zərərçəkmiş şəxsın silahı görəndə qorxub uzaqlaşacağını düşünərək sağ əlini belinə atıb tapançanı çıxarmaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun tapança çıxaracağını hiss edib sol əli ilə sağ əlindən tutmuş, həmin vaxt hər ikisi tapançadan tutmuşlar, o, tapançanı belindən çıxardaraq tapança qoruyucu rejimdə olduğundan atəş açılacağını düşünməmiş, lakin tapança qoruyucu rejimdən çıxmış və atəş açılmışdır. Lakin Zərərçəkmiş şəxs yenə də ondan əl çəkməmiş, tapançanın lüləsindən tutmuş, bu zaman Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşaraq iki dəfə də atəş açmışdır”. Hadisə zamanı Təqsirləndirilən şəxs X10un sifət nahiyəsinə yumruqla vurması nəticəsində sonuncunun “yerə yıxılması” barədə məhkəmələrin gəldiyi nəticə məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tam uyğunsuzluq təşkil edir. Belə ki, nə X10, nə də ki, Zərərçəkmiş şəxs işə birinci instansiya məhkəm əsində baxılarkən vermiş olduqları ifadələrində belə bir halın mövcudluğunu göstərməmiş, Təqsirləndirilən şəxs ifadələrində isə bu barədə hər hansı bir məlumat mövcud deyil. Hadisə zamanı “Zərərçəkmiş şəxs sağ əli ilə Təqsirləndirilən şəxs boğazından yapışması və sol əli ilə Təqsirləndirilən şəxs sağ əlindən tutması”, eləcə də “Zərərçəkmiş şəxs var gücü ilə Təqsirləndirilən şəxs boğmağa başlaması” barədə məhkəmələrin gəldiyi qənaət də tədqiq edilmiş sübutlara uyğun deyil. Belə ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində, hadisə zamanı özünü müdafiə edərək sağ əli ilə silahın yönünü dəyişdiyindən Təqsirləndirilən şəxs onun alnına dirəyib acdığı atəşin onun sağ əlini yaralamasını, bundan sonra Təqsirləndirilən şəxs itələyib divana yıxmasını, sol əli ilə Təqsirlə ndirilən şəxs boğazından tutub, sağ əli ilə silahı ondan almağa çalışmasını göstərmişdir. X10 da məhkəmə istintaqında verdiyi ifadəsində, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “boğmağa başlaması” barədə hər hansı bir məlumat verməyib, Zərərçəkmiş şəxs yalnız sol əli ilə Təqsirləndirilən şəxs “boğazından yapışmasını” və sağ əli ilə Təqsirləndirilən şəxs əlindən tutmasını göstərmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 1309 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs sol əlin İ barmağının dırnaq falanqasının dəlib keçən odlu silah yarası, sol əlin 1 barmağının orta falanqanın başının oynaqdaxili açıq qəlpəli sınığı, sağ dirsək oynağının sıyrıqları və döş qəfəsinin qançırı müəyyən edilmişdir. Həmin rəydən göründüy ü kimi, Təqsirləndirilən şəxs boğaz səthində hər hansı bir xəsarətin, o cümlədən onun əllə (tək əllə) boğulmağa xarakterik xəsarətin obyektiv əlamətləri aşkar edilməmişdir. Məhkəmələr əməlin hüquqi tövsifi ilə bağlı gəlmiş olduqları əsassız qənaətə zəmin yaratmaq məqsədi ilə hadisə zamanı “Zərərçəkmiş şəxs sağ əli ilə Təqsirləndirilən şəxs boğazından yapışması” mövqeyində olmuş və bununla da, hələ hadisənin ilkin mərhələsində Təqsirləndirilən şəxs tapancadan atəş açaraq Zərərçəkmiş şəxs sağ əlinin ovuc səthini dəlib keçən oğlu silah yarası yetirməsi faktını hadisənin sonrakı mərhələsinə keçirmiş, başqa sözlə hadisənin gedişatını, baş vermə ardıcıllığını gəlmiş olduqları nəticənin məcrasına yönəltmişlər. Protestdə həm də qeyd olunmuşdur ki, hadisə zamanı Zərərçəkmiş şəxs “Təqsirləndirilən ş əxs tapança çıxaracağını hiss etməsi” barədə məhkəmələrin mövqeləri də özlərinin tədqiq etdikləri sübatlarla uzlaşmır. Belə ki, məhkəmələr bu mövqedən çıxış edərkən yalnız məhkum edilmiş şəxsin ifadəsinə önəm vermiş, bir-birini tamamlayan digər sübutların mövcudluğunu isə diqqətdən kənarda qoymuşlar. Belə ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, “... Təqsirləndirilən şəxs otağa qayıdaraq yerində oturmuş, həmin vaxt masanın altından güclü səs eşidib, Təqsirləndirilən şəxsyə baxmamış, X10la danışmış, bu vaxt Təqsirləndirilən şəxs onun sağ gicgahına nə isə dirəyərək ondan “vurum səni?” deyə soruşduqda, Təqsirləndirilən şəxsyə “vur” deyərək cavab vermişdir. Təqsirləndirilən şəxs ona, “səni başa düşdüm, sən də mənim kimi qorxaq deyilsən” sözlərini deyərək onun boynundan öpmüş, əlləri ilə çiyninə toxunaraq sığal çəkmiş, sonra isə tualetə doğru getmişdir. Bu vaxt tapançanı belinə qoymasından Təqsirləndirilən şəxsnin əlindəkinin həqiqi silah və masanın altından gələn səsin də atəş səsi olduğunu başa düşmüşdür. Deməsinə görə Təqsirləndirilən şəxs silaha patron qoyarkən silah təsadüfən açılmışdır...”. Məhkəmələrin özlərinin istinad etdikləri Zərərçəkmiş şəxs həmin ifadəsindən göründüyü kimi, o, Təqsirləndirilən şəxs həqiqi silah olmasını hələ hadisələrin başlanğıc mərhələsində bilmiş və bu səbəbdən də sonuncuya aktiv müqavimət göstərmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi bu məlumatlar hadisə yerinə baxış keçirilməsi haqqında 10 sentyabr 2016-cı il tarixli protokolla da təsdiqini tapır. Belə ki, həmin protokoldan göründüyü kimi, hadisə yerinə baxış zamanı eyvanda gilizlər müəyyən edilməklə yanaşı, orada olan divanın altından döşəmə üzərindən bir ədəd patron da aşkar edilərək götürülmüşdür. Bundan başqa, protestdə qeyd edilmişdir ki, məhkəmələrin hadisə zamanı Təqsirləndirilən şəxs olan tapançadan cəmi üç atəş açılması, bunlardan birinin “tapançanın qoruyucu rejimdən çıxması səbəbindən açılması”, “digər iki atəşin” isə Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşaraq açması barədə qənaətləri isə işin faktiki halları ilə tam ziddiyyət təşkil etməklə tədqiq edilmiş sübutlara uyğun gəlmir. Belə ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, “... Təqsirləndirilən şəxs əsəbiləşərək sağ əlində saxladığı silahı onun alnına dirəyib atəş açmaq istəmişdir. Həmin vaxt ayaq üstə olm uş və Təqsirləndirilən şəxsnin əlindəkinin həqiqi silah olduğunu bildiyindən özünü müdafiə etmək üçün sağ əlini silahın qabağına vermiş, Təqsirləndirilən şəxs isə atəş açmışdır. Əli ilə silahın yönünü dəyişdirdiyindən, güllə alnına dəyməyərək sağ əlini yaralamışdır. Sonra Təqsirləndirilən şəxsni itələyib divana yıxmış və sol əli ilə boğazından tutub sağ əli ilə silahı ondan almağa çalışmışdır. Bu vaxt iki dəfə də atəş açılmışdır. O, güllələrin boşa getdiyini düşünmüş, lakin bir qədər sonra halının pisləşməsindən güllənin birinin qarın boşluğuna tuş gəldiyini başa düşmüşdür. X10 həmin vaxt eyvanda onlardan kənarda dayanıb tamaşa etmiş, müdaxilə etməyə qorxmuşdur. Tapançanı Təqsirləndirilən şəxsnin əlindən alaraq bayıra qaçmış və qışqıraraq kömək istəmişdir. Sonra taqətini itirib həyətyanı s ahənin dəmir tor hasarı qarşısında yerə yıxılmış, onun səsini eşidən arvadı X13 də yanma gəlmişdir...”. Hadisə yerinə baxış keçirilməsi haqqında 10 sentyabr 2016-cı il tarixli protokoldan görünür ki, baxış zamanı eyvanda olan divanın oturacaq hissəsinin qatlandığı yerdən iki ədəd, divanın altından döşəmə üzərindən bir ədəd, həyətdəki metal torun yaxınlığında aşkar edilmiş KO 22709 nömrəli “Makarov” konstruksiyalı tapançanın patronluğundan bir ədəd, cəmi dörd ədəd giliz müəyyən ediərək götürülmüşdür. Hökmdə və mübahisələndirilən yekun qərarda istinad olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20388/20389 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş dörd ədəd giliz 9 mm kalibrli olub, həmin kalibrə malik olan “Makarov” və avtomatik “Steçki n” konstruksiyalı silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların hissələridir, gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş KO 22709 nömrəli “Makarov” (PM) konstruksiyalı tapançadan atılmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi hökmündə ibtidai araşdırma orqanının “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 1 fevral 2017-ci il tarixli qərarına istinad edərək, cinayətin aləti olmuş yivli odlu silah olan 9 mm kalibrli KO 22709 nömrəli “Makarov” (PM) konstruksiyalı tapança, həmin tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqça, iki ədəd 9 mm kalibrli patron və dörd ədəd 9 mm kalibrli gilizin maddi sübut hesab olunaraq saxlanılması üçün Daxili İşlər Nazirliyinin Maddi T exniki Təminat Baş İdarəsinə təhvil verilməsini göstərmişdir. bBundan savayı, mübahisələndirilən yekun qərardan göründüyü kimi, məhkəmə kollegiyası təkzib edə bilmədiyindən, hadisə zamanı qarının ön divarının qarın boşluğuna nüfuz edərək sidik kisəsinin, “S”vari bağ müsariqəsinin yaralanmasına səbəb olan bir ədəd kor odlu silah (güllə) yarası, sağ əlin ovuc səthinin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan bir ədəd dəlib-keçən odlu silah (güllə) yarası almasına baxmayaraq Təqsirləndirilən şəxs aktiv müqavimət göstərən Zərərçəkmiş şəxs tapançanı onun (Təqsirləndirilən şəxs) əlindən alaraq həyətə qaçması, qışqıraraq kömək istəməsi və yalnız orada taqətini itirib yıxılması faktına münasibət belə bildirməmişdir. Halbuki, mühüm əhəmiyyətə malik olan işin müəyyən edilmiş bu faktiki h alı Təqsirləndirilən şəxs əməlinə obyektiv qiymət verilməsində məhkəmələrə yardımçı ola bilərdi. Hadisə yerinə baxış keçirilməsi haqqında 10 sentyabr 2016-cı il tarixli protokoldan da görünür ki, cinayətin aləti olan KO 22709 nömrəli “Makarov” konstruksiyalı tapança həyətdə metal torun yaxınlığında aşkar edilmişdir. Həmçinin protestdə qeyd edilmişdir ki, hadisənin bilavasitə şahidi olmuş X10 da ifadəsində, Təqsirləndirilən şəxs açdığı atəşlər nəticəsində yaralanan Zərərçəkmiş şəxs həyətə qaçaraq hasarın dibində yıxılmasını, səs-küyə Zərərçəkmiş şəxs yaşadığı qadının da ora gəlməsini göstərmişdir. Təqsirləndirilən şəxs öz məqsədinə, yəni xuliqanlıq niyyəti və ümum təhlükəli üsulla Zərərçəkmiş şəxs qəsdən öldürmək istəyinə çata bilməməsi hadisəyə digər şəxslərin müdaxiləsi səbəbindən də baş verməmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş, Zərərçəkmiş şəxsla qeyri rəsmi ər-arvad münasibətində olan X13 ifadəsində göstərmişdir ki, “... Zərərçəkmiş şəxs gedəndən sonra yaşadığı birotaqlı tikilidə yuxuya getmiş, az keçmiş həyətdən səs-küy eşitmişdir. Birdən iki dəfə yüksək partlayışa bənzər səs eşitmiş, dərhal ayağa qalxaraq bayıra çıxmışdır. Orada Zərərçəkmiş şəxsın hasarın dibində uzanıb “öldüm, öldüm” deyə qışqırdığını görmüş, ona yaxınlaşıb nə olduğunu soruşduqda Zərərçəkmiş şəxs güllələndiyini bildirmişdir. Zərərçəkmiş şəxsın qarın nahiyəsində qan olduğunu, əlinin də yaralandığını görmüşdür....”. Göründüyü kimi, Təqsirləndirilən şəxs real imkanı olmasına baxmayaraq Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə məhkəmələrin dəlili işin faktiki halları ilə təs diqini tapmamaqla təkzib olunur. Belə ki, şərh olunan sübutlara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayəti başa çatdıra bilməməsinin səbəbi məhz Zərərçəkmiş şəxs yaralı vəziyyətdə tapançanı Təqsirləndirilən şəxs əlindən alaraq həyətə qaçması və qışqıraraq kömək istəməsi olmuşdur. Bu halda, Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməsi, ona sonradan zəruri tibbi yardım göstərilməsi, habelə hadisəyə digər şəxslərin X13 və müəyyən mənada X10) müdaxilə etmələri də önəmli rol oynamışdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Bu normanın mənasına görə, şəxsin əməlində konkret cinayət tərkibinin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cinayətin töfsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasmda nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəti cələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub- olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabər lik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmənin hökmünə dair irəli sürülən ümumi tələblərə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab edilir. Protestdə həm də göstərilmişdir ki, sübutların tədqiq edilməsi qaydalarının pozulması ilə əldə olunmuş işin faktiki hallarına və əməlin hüquqi tövsifinə dair nəticə isə əsaslandırılmış, inandırıcı qə naət kimi qəbul edilə bilməz. CM-nin 36.3-cü maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq- aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Qanunvericilin tələbindən göründüyü kimi, zəruri müdafiə həddini aşma (müdafiənin ekstsessi) qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətləri nəzərdə tutur. Müdafiə hərəkətlərinin açıqdan açığa qəsdin xarakterinə uyğun gəlməməsi cinayətin edilmə üsuluna, qəsdin növünə görə müəyyən edilir. Zəruri müdafiə həddini aşma yetiriləcək və qarşısı alınan zərərin nisbətilə müəyyən edilir. Bu nisbət müəyyən edilərkən qəsdin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilm əsinə cəhd halında isə sonuncu Təqsirləndirilən şəxs həyatına nəinki qəsd, eləcədə onun sağlamlığına hər hansı bir dərəcədə xəsarət yetirmək niyyətində olmamış, bu zaman Zərərçəkmiş şəxs məqsədi yalnız odlu silahla silahlanmış Təqsirləndirilən şəxs onu öldürmək istəməsi qəsdindən yalın əllə yayınmaq olmuşdur ki, bu halda da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aktiv müqaviməti nəticəsində yalnız sağlamlığına zərər vurulmayan sağ dirsək oynağının sıyrıqları və döş qəfəsinin qançırı kimi xəsarətlər almışdır. Bu halda isə əməl məhkəmələrin gəlmiş olduğu nəticədən fərqli olaraq zəruri müdafiə həddini aşma kimi deyil, qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməlidir. Həmçinin CM-nin 36-cı maddəsinin mənasına görə, münaqişədə iştirak edən tərəfin qarşı tərəfin ictimai təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa, yaxud qarşı tərəfin hərəkəti ictimai təhlükəli qəsd xarakteri daşımırsa, belə hallarda zəruri müdafiə hüququ yaranmır və törədilmiş əmələ görə məsuliyyət ümumi əsaslarla həll edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən onun həyat və sağlamlığı üçün hər hansı bir təhlükə, təhdid olmadığı halda, hələ münaqişənin əvvəlində silah tətbiq etmək üçün hazırlıq görüb, qanunsuz əldə edib saxladığı odlu silahı əvvəlcədən götürüb üzərində saxlamış, sonradan silahı X1 alnına dayayıb atəş açmaq istərkən sonuncu müqavimət göstərərək tapançanı əli ilə yuxarı qaldırdığından onu öldürmək üçün acdığı atəş X1 alnına dəyməyərək sonuncunun sağ əlininin ovuc səthinə xəsarət yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs müqavimətini davam etdirərək o nu boğazından tutmaqla eyvanda olan divana yıxaraq atəş açmasının qarşısını almaq üçün tapançanı onun əlindən almağa çalışdıqda açdığı atəşin Zərərçəkmiş şəxsla yanaşı yanlarında olan X10un da həyat və sağlamlığı üçün təhlükə törətdiyini dərk edib ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə yenidən nizamsız atəşlər açaraq sonuncuya qarının ön divarının qarın boşluğuna nüfuz edərək sidik kisəsinin, “S”vari bağ müsariqəsinin yaralanmasına səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin sərxoş vəziyyətində olması ilə əlaqədar aktiv fiziki hərəkət etmək qabiliyyətində olmadığından, habelə Zərərçəkmiş şəxs müqavimət göstərməklə tapançanı onun əlindən alması və sonuncunun dərhal xəstəxanaya çatdırılaraq üzərində cərrahi əməliyya t aparılması nəticəsində həyatı xilas edildiyindən, Zərərçəkmiş şəxs həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, qanunsuz olaraq əldə etdiyi və saxladığı odlu silahdan istifadə etməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs niyyətini həyata keçirmək üçün seçdiyi cinayətin aləti odlu silah olan tapança olmuşdur ki, bu da bir daha onun əməlini həyata keçirməkdə israrlı olduğuna dəlalət edir. Ölüm hadisəsi isə Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərdən, yəni Zərərçəkmiş şəxs fəal müqavimət göstərməsi, yaralı olmasına baxmayaraq tapançanı Təqsirləndirilən şəxs əlindən alıb hadisənin baş verdiyi eyvandan həyətə qaçıb qışqıraraq kömək istəməsi, atəş və münaqişə səslərinə eyni həyətdə yaşayan arvadı X13nın dərhal ora yaxınlaşıb işə qarışması, habelə ona vaxtında tibbi yardım göX13bindən baş verməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti və ümumi təhlükəli üsulla qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi cinayətinin tövsifində səhvə yol verilmişdir. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apel lyasiya baxışına təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, müdafiəçinin isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ciil tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar sadalanaraq iddia edilir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham tam təsdiq olunur. Məhkəmə kollegiyası ittiham tərəfinin bu iddiası ilə əlaqədar iş materiallarını təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələr ibtidai istintaq orqanın verdiyi ittihamın sübuta yetirilməsində şübhələrin yaranması qənaətinə gəlsələr də, həmin şübhələrin aradan qal dırılması üçün müvafiq tədbirlər görməmişlər. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə apellyasiya məhkəməsinin əvvəlki qərarını (23 avqust 2017-ci il tarixli) ləğv etmiş kassasiya instansiya məhkəməsi də ittihamın sübut edilməsində yaranmış şübhələrin apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmadığı, bu istiqamətdə müvafiq tədbirlərin görülmədiyi mövqeyində olmuş, sübutlar arasında ziddiyyətlərin və yaranmış şübhələrin aradan qaldırılması üçün hansı istintaq hərəkətlərinin aparılmalı olduğunu özünün 06 mart 2018-ci il tarixli qərarında ətraflı şərh etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının həmin tarixli qərarında aşağıdakılar göstərilmişdir: “...Bundan başqa Təqsirləndirilən şəxs ifadələrində tapançada 7 ədəd patron olduğun u göstərmişdir. Hadisə yerinə baxış protokolunda tapançanın patronluğunda, sandıqçasında və yerdə 2 ədəd patron və 4 ədəd boş giliz aşkar edildiyi göstərilmişdir. Özü də dolu patronların biri sandıqçada, biri isə divanın altında aşkar edilmiş, gilizlərin ikisi divanın üstündə, biri divanın altında biri isə tapançanın patronluğunda aşkar edilmişdir. Göründüyü kimi yeddinci bir patron və ya boş giliz aşkar edilməmişdir. Həmin giliz və ya patronu tapmaqla hadisə zamanı tapançadan neçə atəş açılmasını müəyyən edilməsi, mümkün olardı. Ümumiyyətlə hadisə zamanı tapançadan neçə atəş açılması, atəşlərin hansı vaxt, hansı məsafədən kim tərəfindən kimə atılması, boş gilizin tapançanın patronluğunda, dolu patronun divanın altında aşkar edilməsinin səbəbləri araşdırılmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs barəsində canlı şəxsin məhkəmə-tibb ekspertizasının 21.09.2016-cı il tarixli rəyində 13.10.2016-ci il tarixli 03 saylı ŞKX-dan daxil olmuş stasionar xəstənin tibb kartasına istinadən göstərilir ki, sağ əlin ovuc səthində hipotenar nahiyəsində bir-birindən təqribən 1,5 sm aralı d1,0 və d1,7 sm ölçülərdə ətrafı qaralmış 2 ədəd odlu silah yarasının giriş və çıxış dəliyinə uyğun yaralar qeyd olunur. Bu xəsarət rəyin nəticə hissəsində belə təsvir edilir: sağ əlin ovuc səthinin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan bir ədəd dəlib keçən odlu silah (güllə) yarası. Bu uyğunsuzluq aydınlaşdırılmamışdır. Təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və hadisəni bilavasitə müşahidə etmiş şahid X10 ifadəsində tapançadan atəşlərin yaxın məsafədən, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxsin əlbəyaxa dartışdıqları vəziyyətdə atıldığını göstərmişlər. Lakin, məhkəmə-ballistik ekspertizanın 02.11.2016-cı il tarixli rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxsla, X10a, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. -Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd alt tumanı üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə olan zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə, 21 sentyabr 2016-cı il tarixli 1357 saylı məhkəmə tibb ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunan “ Vət, Zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna nüfuz edərək...... bir ədəd kor odlu silah (güllə) yarası”, “Sağ əlin ovuc səthinin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan bır ədəd dəlib keçən odlu silah (güllə) yarası,”; -həmçinin 12 sentyabr 2016-cı il tarixli 1309 saylı məhkəmə tibb ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunan “Vət. Təqsirləndirilən şəxs sol əlin İ barmağının orta falanqasının dəlib keçən odlu silah yarası...." xəsarətləri əsas götürməklə, belə rəyə gəlmək olar ki, bir ədəd göy rəngli cins şalvar, bır ədəd alt tumanın üzərində olan zədələr yivli odlu tapançadan açılmış bir atəş nəticəsində, hər hansı ilkin maneəyə dəyərək, diametri təxminən 9 mm olan güllənin (ehtimal etmək olar ki, Vət. Zərərçəkmiş şəxs və Vət. Təqsirləndirilən şəxs əllərin də olan xəsarətlər) təsirindən yaranan ikinci giriş zədələridir. Həmin 10 zədələr (paltarlar üzərindəki zədələr) ikinci giriş zədəsi olduğundan, o, cümlədən çıxış zədəsinin olmaması səbəbindən atəşin məsafəsini və istiqamətini müəyyən etmək mümkün olmadı, - Həmçinin belə zədələr tədqiqata təqdim edilmiş PM markalı “KO-22-709” nömrəli, diametri 9 mm kalibrli silahdan atılan güllənin təsirindən də yarana bilər. - Qərarda qoyulan "Atəş açılan zaman zərərçəkmiş şəxslə atəş açan hansı qarşılıqlı vəziyyətdə olmuşdur" sualına istintaq eksperimenti keçirməklə müəyyən etmək mümkündür. Belə vəziyyətdə məhkəmə kollegiyası cinayət işinin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırıldığı nəticəsinə gələ bilmir. Məhkəmə-ballistik ekspertizanın rəyində atəş açılan zaman zərər çəkmiş şəxslə atəş açanın hansı qarşılıqlı vəziyyətdə olmalarını müəyyən edilməsi üçün istintaq eksperimenti keçirilməsinin zəruriliyi göstərilsə də, belə eksperiment keçirilməmişdir. Bundan başqa həmin ekspertizanın rəyi ilə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və X10a məxsus geyim əşyalarının səthində atəşin əlavə faktoru olan yanmamış barıt hissəcikləri aşkar edilməmiş, atəşlərin hansı məsafədən atılması və istiqaməti müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, cinayət işinin faktiki halları düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 260.1-ci maddəsinə əsasən ifadələrin yerində yoxlanılması şahidin, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxslərin dəqiq məlum olan yerdə baş vermiş hadisə il ə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə aparılır. CPM-nin 262.1-ci maddəsinə əsasən cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksperimenti apara bilər. CPM-nin 336.1, 336.3-cü maddələrinə əsasən məhkəmə baxışı zamanı istintaq eksperimenti cinayət prosesi tərəflərinin iştirakı ilə bu Məcəllədə müvafiq istintaq hərəkətlərinin məhkəməyədək icraatı üçün nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir. Məhkəmə baxışı qaydalarına riayət etməklə istintaq eksperimentinin aparılmasını həyata keçirmək mümkün olmadıqda, məhkəmə cinayət prosesi tərəflərinin razılığı ilə göstərilən hərəkətin müəyyən müddətdə həyata keçirilməsini məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşıra bilər. Zəruri hallarda göstərilən hərəkətlərin həyata keçirilməsi müddətində məhkəmə baxışında tənəffüs elan edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi qaydalar üzrə istintaq eksperimenti və ya ifadələrin yerində yoxlanmasını mütəxəssislərin və proses iştirakçıların iştirakı ilə keçirməklə, tapançadan hadisə zamanı neçə atəş açıldığı, atəşlərin kim tərəfindən konkret hansı vəziyyətdə, hansı məsafədən atıldığı, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs tərəfindən alınmış xəsarətlərin hansı vəziyyətdə alındığı, ümumiyyətlə hadisənin obyektiv mexanizminin vəziyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinə əsasən Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Qanunun mənasına görə əməlin zəruri müdafiə həddində və ya zəruri müdafiə həddini aşmaqla törədildiyinin müəyyən edilməsi üçün zəruri müdafiə vəziyyətinin mövcud olubolmamasına düzgün hüquqi qiymət verilməlidir. Yəni bu zaman kimin özünü müdafiə edən və kimin ona qəsd edən olduğuna düzgün hüquqi qiymət verilməlidir. İlk növbədə müdafiə olunmalı olan qəsdin bütün hadisələrdən əvvəl real olaraq mövcud olmasına düzgün hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxsin özünün qanunsuz hərəkətləri nəticəsində başlanmış dava-dalaş zamanı, zərər çəkmiş şəxsə onun səhhəti və həyatı üçün təhlükəli xəsarətlər yetirilməsi zəruri müdafiə kimi qiymətləndirilə bilməz... "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il t arixli qərarının 1-ci bəndində izah edilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Lakin, hazırkı cinayət işi üzrə məhkəmələr hadisələrin hansı ardıcıllıqla başlayıb davam etməsinə dəlalət edən bütün halları araşdırmadan, bu məqsədlə məhkəmə (istintaq) eksperimenti keçirməklə hadisənin bütün detallarını ardıcıllıqla araşdırıb təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin hərəkətlərinin nəyə yönəldiyini müəy yən etməli olduqları halda bunu etməmişlər...”. Göründüyü kimi, işi apellyasiya məhkəməsinə yenidən baxılması üçün göndərmiş kassasiya instansiya məhkəməsi işin düzgün həlli, birinci instansiya və apellyasiya məhkəməsinin gəldikləri nəticənin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halların araşdırılmadığını, iş üzrə həqiqətin üzə çıxarılması üçün keçirilməli olan bir sıra istintaq hərəkətlərinin, o cümlədən məhkəmə eksperimentinin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və hadisənin bilavasitə müşahidə etmiş şahid R.Əkbərovun iştirakı ilə), ifadələrin yerində yoxlanılmasının aparılmadığını, iş üzrə mövcud ziddiyyətlərin və şübhələrin aradan qaldırılmadığını vurğulanmış, özünün bu mövqeyini ətraflı şərh etmişdir. Mübahisəsizdir ki, işə yenidən baxılarkan, kassasiya instansiya m əhkəməsinin qərarında göstərilən halların müəyyən edilməsi, ziddiyyətlərin və şübhələrin aradan qaldırılması üçün məhkəmə istintaqı aparılmalı idi. İş materiallarından isə görünür ki, yenidən işə baxan apellyasiya məhkəməsi məhkəmə istintaqı keçirməmiş, iş üzrə mövcud olan, kassasiya instansiya məhkəməsinin qərarında istinad olunan ziddiyyətlərin və şübhələrin aradan qaldırılması, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, ümumiyyətlə, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılması istiqamətində heç bir tədbir görməmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid X10 ifadələrini yerində yoxlamamış, onlar arasında çarpaz dindirmələr aparmamış, rəydə “atəş açılan zaman zərərçəkmiş şəxsə atəş açan hansı qarşılıqlı vəziyyətdə olmuşdur?” suala istintaq ekspe rimenti keçirməklə cavab verilə bilməsi barədə fikir söyləmiş eksperti dindirməmiş, belə eksperiment keçirilməli (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid X10və ekspertin iştirakı ilə) olub-olmadığı məsələsini müzakirə belə etməmiş, eksperiment keçirməmiş, bu yolla müvafiq məlumatlar müəyyən edilməmiş, ekspertə təqdim olunmamış, nəticəsindən asılı olaraq əlavə və ya təkrar ekspertiza keçirilməsi məsələsinə də baxılmamışdır. Apellyasiya məhkəməsinin qərarında bunların edilməsinə ehtiyac olmadığının və belə istintaq hərəkətinin keçirilmədiyinin səbəbləri göstərilməmiş, bu məsələlərdə apellyasiya məhkəməsinin mövqeyi əsaslandırılmamış, həmin məhkəmə kassasiya protestinin dəlillərini faktiki olaraq cavablandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən ilk növbədə Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasınd a yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsində də bu məzmunda norma göstərilmişdir. Qeyd olunan normaların həm məzmununa həm də mənasına görə ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli və yalnız bu mümkün olmadıqda onlar təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. İş materiallarından isə görünür ki, apellyasiya məhkəməsi tərəfindən onun mülahizəsinə görə mövcud olan şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normalarla yanaşı həm də Azərbaycan Respublikası CPM-nin 349.5.3 və 392.3-cü maddələrinin tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində göstərilməmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublik ası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya protesti qismən təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar