Məhkəmə qərarları › İş №1(102)-130/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-130/2020

22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-130/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Talıbov Telman Məhəmməd oğlunun iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsini n 24 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə bəraət almış Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Səfərov Hüseyn Akif oğlu) xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkar, Bakı şəhəri ünvan2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Az ərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə ittiham olunmuşdur ona görə ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 03 fevral 2015-ci il tarixdə vergi orqanından qeydiyyatdan keçib əri X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “xxxxx" adlı uşaq bağçasını təşkil edərək fəaliyyətinə rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi “Azərbaycan Respublikasının təhsil haqqında" Qanunu, həmin Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2009-cu il tarixli Fərmanını və ‘‘Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2012-ci il tarixli 128 saylı qərarı ilə üzərinə qoyulmuş vəzifələri, o cümlədən məktəbə qədər təhsil müəssisəsinin fəaliyyətinə görə dövlət, cəmiyyət qarşısında məsuliyyət daşımalı, daxili intizam qaydalarını təsdiq etməli, məktəbəqədər təhsil müəssisəsinin dövlət təhsil standartına uyğun olaraq fəaliyyəti üçün şəraitin yaradılmasını, yəni təhsilverənlər tərəfindən uşaqların şərəf və ləyaqətinə hörmət edilməsini, pedaqoji etika və əxlaq normalarına riayət edilməsini, təhsil işçisi adını yüksək tutmaqla ziyalılıq nümunəsi göstərilməsini, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak edilməklə onları fiziki və psixi zorakılığın bütün formalarından qorunmasını və digər zəruri işlərin yerinə yetirilməsini təmin etməli olduğu halda, xidməti vəzifələrini işə vicdansız və laqeyd münasibəti nəticəsində yerinə yetirməyərək 2018-ci il 01 aprel tarixli əmə k müqaviləsi əsasında qeyd edilən uşaq bağçasına tərbiyəçi vəzifəsinə işə qəbul etdiyi X5 tərəfindən 2018-ci ilin may ayı və iyun ayının əvvəllərində sonuncu üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan, bağçada təhsil alan azyaşlı uşaqlar 10 iyun 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, 25 iyun 2015-ci il təvəllüdlü X8, 07 sentyabr 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 mütəmadi olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verilərək əzab verilməsinin qarşısını almamaqla, həmin fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaqla səhlənkarlıq cinayətini törətmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Rəhimov Elmar Eldar oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 01 avqust 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2019-cu tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum təqsirliliyi istintaq hərəkətləri və məhkəmə iclas protokolları, zərərçəkmiş ifadəsi və iş üzrə tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən əsassız olaraq hesab etmişdir ki, Məhkum verilmiş ittihamda göstərilən “Azərbaycan Respublikasının Təhsil haqqında” Qanunu və "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin” təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 02.10.2012-ci il tarixli 128 saylı Qərarının 5.6.6 və 5.6.7-ci bəndinə əsasən uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, z iyalılıq nümunəsi göstərmək, həmçinin uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq “tərbiyəçinin” xidməti vəzifəsi kimi müəyyən edilmişdir. Qərarda “rəhbərə” aid belə bir xidməti vəzifələr müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, CM-nin 314.1-ci maddəsi ilə verilmiş ittiham ehtiyatsızlıqdan törədilən cinayət olduğu üçün (CM 26 mad.), cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq faktı təsdiq edilmir. Lakin Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin 5.2-ci maddəsində göstərilmişdir ki, Məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulur və təhsilalana qarşı hər hansı fi ziki və psixoloji zorakılığa yol verilmir, həmin Nizamnamənin 5.3.1-ci maddəsinə əsasən həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, 5.3.2-ci maddəsinə əsasən şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq, 5.6.6-cı maddəsinə əsasən uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, 5.6.7-ci maddəsinə əsasən uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qoru maq, 6.5-ci maddəsinə əsasən məktəbəqədər təhsil müəssisəsinin idarə olunması və ona rəhbərlik həmin müəssisənin mülkiyyət növünə uyğun olaraq, təsisçinin təyin etdiyi müdir tərəfindən bu Nümunəvi Nizamnaməyə əsasən həyata keçirilir, 6.6.1-ci bəndinə əsasən məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə görə dövlət, cəmiyyət və təsisçi qarşısında məsuliyyət daşımaq məktəbəqədər təhsil müəssisələrində təhsil verənin əsas vəzifələridir. Məhkəmə hesab etmişdir ki, Məhkum qarşı CM-nin 133-cü maddəsindən irəli gələn ittihamda, yəni bağçada təhsil alan zərərçəkmiş uşaqlara mütəmadi olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verilərək əzab verilməsinin qaşısını almamaqda təqsirləndirsə də, fiziki ağrı barədə tibbi ekspert rəyinin olmaması N.Müseybovaya qarşı verilmiş ittiham da həmin hal üzrə ziddiyyətli və şübhəli məqamlar mövcud olur. Hazırkı ittihamda ibtidai istintaq orqanı tərəfindən həmin şübhəli məqamların aradan qaldırılması üçün nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Lakin Bakı şəhəri Yasamal rayon məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmündən görünür ki, həmin bağçada tərbiyəçi işləmiş X5 Azərbaycan Respublikası CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 ay müddətə tərbiyəçi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Firuzə Tağıyeva tərəfindən zərərçəkmiş uşaqlara fiziki ağrı verilməsinin öz təsdiqini tapdığı göstərilir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə k i, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bundan başqa, protestdə qeyd edilmişdir ki, Məhkum “Kids Studio” uşaq bağçasına rəhbərliyi həyata keçirdiyi müddətdə ehtiyatsızlıq edərək, cinayətkarcasına özünə güvənərək, habelə etinasızlıq nəticəsində səhlənkarlıq edərək tərbiyəçinin işinə, onun uşaqlarla davranışına nəzarət etməmişdir. Belə ki, Məhkum təşkil edib fəaliyyətinə rəhbərliyi həyata keçirdiyi uşaq bağçasında müşahidə kameralarının quraşdırılmasına baxmayaraq həmin kameralara nəzarət etməməklə işinə laqeyd yanaşmışdır. İttihamda göstəri lən hadisələrin 2018-ci ilin may və iyun ayının əvvəllərində qeydə alınmasına baxmayaraq, Məhkum bunlardan məlumatı olmamış və yalnız 11 iyun 2018-ci il tarixdə internet səhifəsində “Kids Studio” uşaq bağçasında zorakılıq adı ilə xəbər başlığı gördükdə bu hadisələrdən məlumatı olmuşdur. Bütün bunlar onu göstərir ki, Məhkum uşaq bağçasını təşkil edərək fəaliyyətinə rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi rəhbərlik etdiyi uşaq bağçasında bir rəhbər kimi işi düzgün təşkil etməmiş, işinə vicdansız və laqeyd münasibət bəsləmiş uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etməklə onların fiziki və psixi zorakılığın bütün formalarından qorunmasını və digər zəruri işlərin yerinə yetirilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işdə olan ziddiyyətləri aradan qaldırmadan hökm və qərar çıxarmışlar. Ona görə, dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiəçinin isə apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 01 avqust 2019cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermirlər. Kassasiya protestində Məhkum düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə bəraət verildiyi iddia edilir və bununla əlaqədar bir neçə dəlillərə istinad olunu r. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya protestində də göstərilmiş, apellyasiya məhkəməsi qərarında həmin dəlillərə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə düzgün olaraq bəraət verilməsinə dair mövqeyini qərarında ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin qərarda bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Birinci instansiya məhkəməsi işdə olan sübutlara qiymət verməklə qeyd etmişdir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirləndirilən şəxsə qarşı irəli sü rülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. Məhkəmə aşağıdakı əsaslara görə iş üzrə bəraət hökmü çıxarmaq qərarına gəlmişdir: Məhkum əməlində CM-nin 314.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyildir. Çünki həmin maddədəki cinayətin subyekti vəzifəli şəxsdir. Həmin cinayət vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə törədilə bilər. Məhkum verilmiş ittiham, onun bağçanın rəhbəri kimi “Azərbaycan Respublikasının təhsil haqqında” Qanunun və “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin” təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 02.10.2012-ci il tarixli 128 saylı Qərarı ilə üzərinə qoyulmuş vəzifələrlə əlaqədar olmuşdur. NK-nın həmin qərarında bağçanın “rəhbəri” ilə, bağ çada çalışan “tərbiyəçinin” hüquq və vəzifələri biri birindən fərqləndirilmişdir. Uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, həmçinin uşaqların təlukəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq Qərarın 5.6.7 və 5.6.6 bəndlərinə əsasən “tərbiyəçinin” xidməti vəzifəsi kimi müəyyən edilmişdir. Qərarda “rəhbərə” aid belə bir xidməti vəzifələr müəyyən edilməmişdir. Məhkum bağçanın “rəhbəri” kimi vəzifəli şəxs olaraq təqsirləndirilsə də, o, “tərbiyəçinin” vəziəfələrinin yerinə yetirilməməsində günahlandırılır. Lakin şəxs xidməti vəzifələri kimi müəyyən edilməmiş hərəkətlərin yerinə yetirilməməsind ə təqsirləndirilə bilməz. Bundan əlavə Məhkum verilmiş ittihamda göstərilmiş “Azərbaycan Respublikasının təhsil haqqında" Qanunu, həmin Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2009-cu il tarixli Fərmanı ümumi sözlərlə sadalanmış, həmin Qanun və Fərmanın məhz hansı bəndində, hissəsində, maddəsində Məhkum üzərinə vəzifəli şəxs kimi məhz hansı vəzifələrin qoyulması, lakin Məhkum həmin vəzifələri yerinə yetirməməsi dəqiq göstərilməmişdir. Həmin Qanun və Fərmanla bağlı mücərrəd formada ittiham irəli sürülmüşdür. Halbuki, CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətm əsinin israr edilməsidir. Qeyd edilmişdir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada şərh edilə, qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Bununla da X8 CM-nin 133.2.1 və 133.2.4-cü maddələrindəki cinayəti törədilməsi ilə, Məhkum bağçaya rəhbərliyi arasında səbəbli əlaqə mövcud deyildir. Həmin cinayət hadisəsində Məhkum hər hansı formada iştirakçılığı da yoxdur. X8 təqsirli bilindiyi cinayət işinin materiallarında olan Yasamal Rayon Məhkəməsinin 1(004)-282/2018 saylı, 25.09.2018-ci hökmündə də ona belə bir ittiham verilməmişdir. Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə verilmiş ittiham ehtiyatsızlıqdan törədilən cinayət olduğu üçün (CM 26 mad.), cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq faktı təsdiq edilmir. Ona görə də hətta verilmiş ittihamda CM-nin 314.1-ci maddəsinin tərkibi olduğu təqdirdə, aşağıdakılara əsasən Məhkum təqsiri sübuta yetmir. Belə ki, ittiham dəqiq olmalıdır. Şəxsin əvvəlcədən zorakılıq barədə məlumatı olması və ya ola bilməsinin mümkünlüyü, lakin bu zorakılığın qarşısını almamaq formasında ittiham mövcud deyil. Məhkum tərbiyəçi X8 uşaqlara etdiyi zorakılıq hərəkətlərinin qarşısını almamaqda təqsirləndirilsə də, verilmiş ittihamda belə hərəkətlərdən Məhkum əvvəlcədən məlumatı olması və ya məlumatı ola bilməsinin mümkünlüyünə dair heç bir bənd (müddəa) yoxdur, buna dair sübut yoxdur. Onun belə bir məlumatı ol a da bilməzdi. Məhkum verilmiş ittihamda onun belə bir formada təqsirli olmasına dair cinayət işi materiallarında belə bir sübut da mövcud deyildir. Bununla da şəxs, məlumatı olmadığı zorakı hərəkətlərə laqeyd və vicdansız yanaşmaqda, onun qarşısını almamaqda təqsirli saylı bilməz. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq mövcud deyildir. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Məhkum həmin zorakı hərəkətlər barədə məlumatı olması və ya məlumatının ola bilməsi imkanının mövcudluğu, lakin onlara laqeyid və vicdansız yanaşmasına dair sübutlar da təqdim edilməmişdir. İşdə olan yeganə sübutlar kimi bütün şahidlər və zərərçəkmiş şəxslərin qanuni nümayəndələrinin ifadələrində Məhkum tərbiyəçi X8 tərəfindən uşaqlara hər hansı formada zorakılıq etməsinə dair məlumatının olmadığını, ola bilməsi imkanının olmadığını, ona belə bir məlumat vermədiklərini bildirmişlər. Əksinə təqdim edilmiş sübutlar, şahid ifadələri, hadisənin internet informasiya vasitələrində yayılması barədə faktlar təsdiq edir ki, həmin hadisələr yalnız və yalnız videogörüntülərin internetdə yayılmasından sonra, hər bir şəxsə, o cümlədən Məhkum məlum olmuşdur. Həmin məlumatların yayılmasından sonra zorakılıq hərəkətləri bir daha mövcud olmamış, X8 tutduğu vəzifədən azad edilmişdir. Bununla da gələcəkdə belə bir hadisələrin baş verməsinin qarşısı da alınmışdır. Həmçinin tərbiyəçi X8 CM-nin 133-cu maddəsi ilə qəsdlə törətdiyi cinayətə görə bağçanın müdirəsi Məhkum məsuliyyət daşıması o halda ola bilərdi ki, əmək müqaviləsi bağlanılmadan X8 tərbiyəçi kimi həmin uşaqları həvalə etsəydi, X8 ps ixi və ya digər pozuntuları olsaydı, X88 tərbiyəçi işləmək vəzifəsinə uyğunsuzluğu olsaydı, bu işə təyin edilməsi üçün lazımi keyfiyyətlərinin olmamasını bilsəydi və ya bilməli olsaydı, lakin bunlara əhəmiyyət verməsəydi X8 törətdiyi əmələ görə Məhkum məsuliyyəti yarana bilərdi. Lakin X8 bağçada tərbiyəçi işləmək barədə ali təhsili vardır, tibbi ekspert rəyinə əsasən hər hansı psixi pozuntusu olmamışdır, təhsil sahəsində, o cümlədən həmin vəzifədə başqa yerlərdə işləmişdir, iş təcrübəsi vardır. Sadalananlardan əlavə qeyd edilməlidir ki, X8 CM-nin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslinə aid 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirildiyi cinayət təqibi üzrə uşaqlara güclü fiziki ağrı və ya psixi iztirab yetirilməsinə dair məhkəmə-tibb ekspertizası rəyi yoxdur. Maddənin dispozisiyasına əsasən güclü fiziki ağrı və ya psixi iztirab döyməklə və ya sair zorakı hərəkətlərlə yetirilməli olduğundan, bu hərəkətlərin (döymə və zorakılıq) əlamətləri olan xəsarətinin ağırlıq dərəcəsi və xarakterinə dair CPM-nin 140.0.1-ci maddəsin müəyyən edilmiş mütləq sübut kimi tibb sahəsində ekspert rəyi alınmamışdır. Çünki CPM-nin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Belə bir vəziyyətdə Məhkum qarşı CM-nin 133-cü maddəsindən irəli gələn ittihamda, yəni bağçada təhsil alan zərərçəkmiş uşaqlara mütəmadi olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verilərək əzab verilməsin in qaşısını almamaqda təqsirləndirilsə də, fiziki ağrı barədə tibbi ekspert rəyinin olmaması Məhkum qarşı verilmiş ittihamda həmin hal üzrə ziddiyyətli və şübhəli məqamlar mövcud olur. Hazırkı ittihamda ibtidai istintaq orqanı tərəfindən həmin şübhəli məqamların aradan qaldırılması üçün nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Əlavə qeyd edilməlidir ki, CM-in 314.1-ci maddəsinin dispozitiv şərtinə əsasən şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmalıdır. Hazırkı ittihamın ümumi sözlərlə mücərrəd formada verilmişdir. Yəni ve rilmiş ittihamda təqsirləndirilən şəxsin işə yanaşmasındakı vicdansızlıq və laqeyidliliyin nədə ifadə olunması dəqiq qeyd edilməmişdir. Həmçinin ittihamda X8 tərəfindən zərərçəkmiş uşaqlara mütəmadi olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verilərək əzab verilməsinin qaşısını almamaqdan ibarəd olan Məhkum əməlinin həmin fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olma formasında ümumi sözlərlə mücərrəd formada ittiham verilmişdir. İttihamda fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin nədən ibarət olması dəqiq qeyd edilməmişdir. Belə ki, fiziki şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları ilə, normativ hüquqi aktlarla, digər hüquq normaları il ə çoxlu sayda hüquqları vardır. Həmçinin dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin nədən ibarət olması da dəqiq göstərilməmişdir. Beləliklə ittiham aktında ümumi formada, mücərrəd göstərilmiş hallar, təqsirləndirilən şəxsə istinad edilən əməlin nəticələri və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada şərh edilə, qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Bundan başqa, apelyasiya icraatı zamanı ifadə verən Məhkum göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. X8 uşaqlara qarşı olan pis rəftarı barədə ümumiyyətlə məlumatı olmayıb, bu barədə ona bağçadakı digər işçilər və ya uşaqların valideyinləri tərəfindən hər hansı bir məlumat verilməmişdir. Belə bi r fakt özü tərəfindən müşahidə edilmədiyi üçün faktiki olaraq X8 uşaqlarla olan kobud davranışının qarşısını alması onun imkanı xaricində olmuşdur. O, bağçada olduğu vaxtlarda X8 uşaqlarla yalnız xoş rəftarını müşahidə etmişdir. Apelyasiya icraatı zamanı ifadə verən şahid X6 bildirdi ki, o, birinci instansiya məhkəməsində verdiyi ifadəsini tamamilə təsdiq edir. “Kids Sludio” uşaq mərkəzində qeydiyyatçı, “resepşın” işləməklə kameralar və kompüterə nəzarət onun tərəfindən həyata keçirilib. X8 ilə münaqişəsi olduğu üçün videogörüntüləri götürüb digər bağçaya göndərib. Bu görüntülər və görüntülərin digər bağçaya göndərilməsi barədə Məhkum məlumatı olmayıb. X8 uşaqlarla pis rəftar etməsi barədə Məhkum heç bir vaxtı məlumat verməyib, Məhkumun bu hərəkətlərdən xəbəri olmayıb. Göründüyü kimi, məhk əmənin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında yaranmış, məhkəmə tərəfindən müəyyən olunan hallar məhkəmənin tədqiq etdiyi sübutlara uyğun olmuş və bu sübutlar ittiham hökmü deyil bəraət hökmü çıxarılmasına əsas vermişdir. Azərbaycan Respublikası CPM-in 28.4-cü maddəsinin tələbi baxımından cinayət mühakimə icraatı həyata keçirərkən təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları nəzərə alınmalı, bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr yarandıqda onun təqsirli bilinməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin yuxarıda göstərilən formada sübutların əlaqəli dəyərləndirilməsi cinayət prosessual prinsiplərə, eyni zamanda sübutetmə prosesinin tələblərinə cavab vermi ş və icra olunmuş prosessual fəaliyyət obyektiv həqiqətin müəyyən edilməsi məqsədlərinə xidmət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi obyektivhəqiqətinmüəyyənolunması,işin qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halları müəyyən etmək məqsədilə cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsini təmin edib sübutların əldə edilməsi, yoxlanılması və birinin digərilə əlaqəli qiymətləndirilməsi nəticəsindəiş üzrə Məhkum təqsirliyini sübuta yetirilmədiyini nəzərə alıb Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələri baxımından məhkəmə baxışı nəticəsində məhkəmə hökmünə dair prosessual qanunvericiliklə müəyyən edilən ümumi tələblərə cavab verən qanuni və əsaslı bəraət hökmü çıxarmışdır. Belə ki, iş materiallarına qiymət verərək məhkəmə bil dirmişdir ki, tərbiyyəçi X8 uşaqlarla olan pis rəftarı, internet sosial şəbəkəsində yayılmış videogörüntülərdəki X8 uşaqlara qarşı etdiyi hərəkətlər barədə bağçanın müdirəsi Məhkum hər hansı bir formada məlumatı olmamış və X8 uşaqlarla olan pis rəftarı barədə Məhkum məlumatı ola da bilməzdi. Məhkum bu barədə hər hansı bir şəxs tərəfindən məlumat verilməmişdir. X8 uşaqlara qarşı etdiyi hərəkətlər barədə Məhkum belə bir məlumatının olmasına dair cinayət işinin materiallarında hər hansı bir sübut mövcud deyildir. Həmçinin Məhkum belə bir məlumata malik olması imkanının olması, lakin belə bir məlumata göz yumması, biganə münasibət bəsləməsi, cinayətkarcasına özünəgüvənməsi, cinayətkarcasına etinasızlığını təsdiq edən hər hansı bir sübut ibtidai istintaq orqanı tərəfindən təqdim edilməmişdir. A pellyasiya protestinin məzmunundan da müəyyən olunur ki, dövlət ittihamçısı ittihamın sübut olunması prosesində yaranan və məhkəmə iclasında prosessual qaydaya uyğun dəyərləndirilən ittihamın sübutlar toplusu üzrə aşkar ziddiyyətləri, bundan irəli gələn əsaslı şübhələri, yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi ilə də razılaşmır. Bununla da birinci instansiya məhkəməsinin çıxartdığı bəraət hökmünün əsassız olması göstərilir və həmin hökmü ləğv olunmaqla, ittiham hökmünün çıxarılması apellyasiya instansiyası məhkəməsindən xahiş edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bir daha qeyd edir ki, bəraət verilmiş Məhkum əməlində CM-nin 314.1-ci maddəsinin dispozitiv şərtlərinin mövcudluğu işdən təsdiq edilmir, məhkəmədə sü buta yetirilmir. Məhkum verilmiş ittiham, onun bağçanın rəhbəri kimi “Azərbaycan Respublikasının təhsil haqqında” Qanunun və “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin” təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 02.10.2012-ci il tarixli 128 saylı Qərarı ilə üzərinə qoyulmuş vəzifələrlə əlaqədar olmuşdur. NK-nın həmin qərarında bağçanın “rəhbəri” ilə, bağçada çalışan “tərbiyəçinin” hüquq və vəzifələri biri birindən fərqləndirilmişdir. Uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, həmçinin uşaqların təlukəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq Qərarın 5.6.7 və 5.6.6 bəndləri nə əsasən “tərbiyəçinin” xidməti vəzifəsi kimi müəyyən edilmişdir. Qərarda “rəhbərə” aid belə bir xidməti vəzifələr müəyyən edilməmişdir. Məhkum bağçanın “rəhbəri” kimi vəzifəli şəxs olaraq təqsirləndirilsə də, o, “tərbiyəçinin” vəziəfələrinin yerinə yetirilməməsində təqsirləndirilə bilməz. “Azərbaycan Respublikasının təhsil haqqında" Qanunu, həmin Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2009-cu il tarixli Fərmanı ümumi sözlərlə sadalanması aşkardır, həmin Qanun və Fərmanın məhz hansı bəndində, hissəsində, maddəsində Məhkum üzərinə vəzifəli şəxs kimi məhz hansı vəzifələrin qoyulması, lakin Məhkum həmin vəzifələri yerinə yetirməməsi dəqiq göstərilməmiş, habelə məhkəmə istintaqında sübuta yetirilməmişdir. Bildirilməlidir ki, ittiham aktında təqsirləndir ilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada şərh edilə, qəbul edilə bilməz, ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Bununla da X8 CM-nin 133.2.1 və 133.2.4-cü maddələrindəki cinayəti törədilməsi ilə, hazırkı iş üzrə barəsində cinayət təqibi aparılan Məhkum sahiblkarlıq fəaliyyəti daxilində bağçaya rəhbərliyi arasında səbəbli əlaqənin mövcudluğu təsdiq edilmir, həmin cinayət hadisəsində Məhkum hər hansı formada iştirakçılığı aşkar olunmur. Eyni zamanda, X8 təqsirli bilindiyi cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-282/2018 saylı 25.09.2018-ci hökmündə də axırıncıya belə bir ittihamın ver ilməsi görünmür. Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə verilmiş ittiham ehtiyatsızlıqdan törədilən cinayət olduğu üçün (CM 26 mad.), cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq faktı iş üzrə sübuta yetirilməmişdir. Məhkum əvvəlcədən zorakılıq barədə məlumatı olması və ya ola bilməsinin mümkünlüyü, lakin bu zorakılığın qarşısını almamaq formasında ittiham mövcud deyil, Məhkum tərbiyəçi X8 uşaqlara etdiyi zorakılıq hərəkətlərinin qarşısını almamaqda təqsirləndirilsə də, verilmiş ittihamda belə hərəkətlərdən Məhkum əvvəlcədən məlumatı olması və ya məlumatı ola bilməsinin mümkünlüyünə dair heç bir bənd (müddəa) olmamış, buna dair sübuta istinad edilməmişdir. Məhkum verilmiş ittihamda onun belə bir formada təqsirli olmasına dair cinayət işi materiallarında h ər hansı bir sübut da mövcud deyildir. Bununla da şəxs, məlumatı olmadığı zorakı hərəkətlərə laqeyd və vicdansız yanaşmaqda, onun qarşısını almamaqda təqsirli saylı bilməz. Məhkum hərəkətlərində cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıqlığın mövcudluğu işdən təsdiq edilmir. Məhkum zorakı hərəkətlər barədə məlumatı olmamasını apelyasiya icraatı zamanı ifadə verən şahid X6 da təsdiq etmişdir. Həmçinin Məhkum həmin zorakı hərəkətlər barədə məlumatı olması və ya məlumatının ola bilməsi imkanının mövcudluğu, lakin onlara laqeyid və vicdansız yanaşmasına dair sübutlar da məhkəməyə təqdim edilməmiş, apelyasiya protestinə əlavə edilməmişdir. Əksinə təqdim edilmiş və işdə olan sübutlar, şahid ifadələri, hadisənin internet informasiya vasitələrində yayılması barədə faktlar təs diq etmiş ki, həmin hadisələr yalnız və yalnız videogörüntülərin internetdə yayılmasından sonra, hər bir şəxsə, o cümlədən Məhkum məlum olmuşdur. Bu məlumatların yayılmasından sonra zorakılıq hərəkətləri bir daha mövcud olmamışdır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsi baxımından bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Cinayət mühakimə icraatında ittiham tərəfi proses iştirakçısı olaraq müdafiə tərəfi ilə birlikdə çəkişmə prosesində iştirak edib öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir, eyni zamanda, cinayət hadisəsinin baş verməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əlamətlərin mövcudluğu, bu əməlin törədilməsində şəxsin aidiyyəti, cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünün sübut edilməsi məhz ittihamın vəzifələrinə aid edilir. Mövcud qanunvericiliklə ittihamı sübuta yetirmək ittiham tərəfinin üzərinə düşdüyü halda, bəraət hökmünün əsasında duran sübutları təkzib edən sübutu ittiham tərəfi nə birinci instansiya məhkəməsində təqdim etməmiş, nə də ki apellyasiya protestində belə sübuta istinad olunmamış, sadəcə irəli sürülmüş ittihamın əsasında duran və məhkəmə baxışında prosessual qaydaya uyğun qiymət verilmiş sübutlara təkrar olaraq istinad edilmiş və birinci instansiyada məhkəmə iclasında məcmu halında tədqiq edilmiş həmin sübutlar sistemində ittiham olunan şəxsin mənafeyinə xidmət edən sübutlar toplusunun mümkünlüyünə ittiham tərəfi şübhə ilə yanaşsa da, onların yolverilməzliyini, habelə prosessual prinsiplər pozulmaqla onlara hüquqi qiymət verilməsini sübut edə bilməmişdir. Eyni zamanda işdə olan sübutlar mötəbərliyi, həqiqiliyi, yaranma mənbəyi üzrə tam, hərtərəfli və obyektiv yoxlanılmış, biri digəri ilə əlaqəli qaydada məhkəmədə qiymətləndirilmiş və yaranan şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi, habelə məhkəmə baxışında təqdim edilən yeni sübutların dəyərləndirilməsi nəticəsində sözü gedən şəxsin təqsirliyi təsdiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısının apellyasiya protestində istinad etdiyi dəlilləri, həmçinin prosessual qaydaya uyğun qiymət verilmiş sübutların təkrar olaraq göstərilməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan sübutlar məcmu sunun mötəbərliyinə təsir etməmiş, məhkəmənin bəraət hökmünün ləğv olunması üçün əsas kimi qəbul olunmamışdır. Qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Məhkum barəsində qanuni və əsaslı bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyasının qənaətinə əsasən, Məhkumbağça müdirəsi kimi xidməti vəzifələrini işə vicdansız və laqeyd münasibəti nəticəsində yerinə yetirməyərək 2018-ci il 01 aprel tarixli əmək müqaviləsi əsası nda qeyd edilən uşaq bağçasına tərbiyəçi vəzifəsinə işə qəbul etdiyi X5 tərəfindən 2018-ci ilin may ayı və iyun ayının əvvəllərində sonuncu üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan, bağçada təhsil alan azyaşlı uşaqlar 10.06.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, 25.06.2015-ci il təvəllüdlü X8, 07.09.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 mütəmadi olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verilərək əzab verilməsinin qarşısını almamaqla, həmin fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaqla səhlənkarlıq cinayətini törətməsi, yəniAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törət məkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən olmadığından Məhkum bəraət verilməsi nəticəsinə gəlinməsində məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmə yibsə və bu barədə qanun qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutl arı bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 138-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə t əfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulma sına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirsizlik prezumpsiyası rəhbər tutularaq və işdə olan ziddiyyətlər başqa yolla aradan qaldırılması mümkün olmaması nəzərə alınmalı, həmin ziddiyyətlər təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, MəhkumAzərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi müəyyən edilmədiyi əsası ilə ona bəraət verilməsi qanuni və əsaslı sayılmalıdır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin e tmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxsin cinayət törətməsinin sübuta yetirilməməsi və əməlində cinayət tərkibinin müəyyən edilməməsi qənaətinə gəlmiş və onun barəsində bəraət hökmü çıxarmışdır. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-31/2019 saylı, 24 aprel 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilməsinə dair Bakı şəhəri Ya samal Rayon Məhkəməsinin 1(004)-31/2019 saylı, 24 aprel 2019-cu il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi, apellyasiya protestinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, həmin dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, Məhkum Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni ittiham tərəfinin özünün təqdim etdiyi sübutlara, ittihamın sübut edilməsində yaranmış və aradan qaldırılması artıq mümkün olmayan şübhələrə, işin faktiki hallarına, qanunun tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş material larına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermirlər. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlara istinad edilir və ittihamın təsdiq olunduğu iddia olunur. Məhkəmə kollegiyası isə bunlarla əlaqədar vurğulayır ki, birinci instansiya məhkəməsi həmin sübutların hamısını məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edib yoxlayaraq hökmlə təhlil etmiş və həmin sübutlara müvafiq qiymət vermişdir. Protestdə elə bir dəlil göstərilməmişdir ki, məhkəmələrin sübutlara verdiyi qiymətin düzgün olmadığı, onların bu məsələdə mövqeyinin qanunsuz olduğu q ənaətinə gəlməyə əsas versin. İttiham tərəfinin təqdim etdiyi sübutlarda əks etdirilmiş məlumatların heç biri Məhkum səhlənkarlıq cinayətini törətməsinə dəlalət etmir, bu barədə fikir söyləməyə əsas vermir. İttiham aktında Məhkum təqsirini sübut edən amil kimi istinad edilmiş ifadələrin və sənədlərin heç birində Məhkum xidməti vəzifəsinə, işə vicdansız və laqeyid münasibətini, vəzifələrini yerinə yetirməməsini və ya lazımı qaydada yerinə yetirməməsini göstərən məlumat yoxdur. Uşaq bağçasında təhsil alan, fiziki ağrı və psixi istirablara məruz qalmış uşaqların valideyinləri bunlar barədə Məhkum şikayət etmədiklərini, tərbiyəçinin qanunsuz hərəkətləri barədə sonradan bildiklərini, heç sonuncuya qarşı da şikayətlərinin olmadığını göstərmişlər. Uşaqlarla qanunsuz davranışı əks etdirən videogör üntüləri digər bağçanın “fasebook” səhifəsində yerləşdirmiş X3 da həmin qanunsuz hərəkətlər barədə Məhkum məlumat vermədiyini, sonunucunun baş verənlərdən xəbəri olmadığını bildirmişdir. İş materiallarında Məhkum quraşdırımış video kameralar vasitəsi ilə bağçada baş verənləri daim və mütəmadi olaraq izləməsini təsdiq edən məlumat da yoxdur. Onun həmin kameralar vasitəsi ilə mütəmadi olaraq bağçada baş verən hadisələri izləməli olduğunu göstərən, qeyd edilənlərin onun səlahiyyətlərinə və vəzifələrinə daxil olduğuna dəlalət edən sənəd də məhkəməyə təqdim edilməmişdir (əksinə, X3 bildirmişdir ki, kameralar vasitəsi ilə müşahidə aparmaq ona tapşırılmış, o da baş verənlər barədə Məhkum məlumat verməmişdir). Belə olan halda X8 uşaqlarla qanuna zidd tərzdə davranışını Məhkum bildiyi (və ya bilməl i olduğu), belə davranışın qarşısını almaq üçün qanuni olan tədbirləri tətbiq etmədiyi və onun səhlənkarlıq cinayətini törətməsi barədə fikir söyləməyə əsas yoxdur. Məhkəmə kollegiyasının belə mövqeyi həm də cinayət qanunun tələbindən irəli gəlir. Məhkum əməli tövsif edilmiş (istintaq orqanı tərəfindən), Azərbaycan Respublikası CM-nin 314-cü maddəsi ilə nəzərdə tutulmuş səhlənkarlıq cinayəti ehtiyatsızlıqdan törədilən cinayətlərə aiddir. Cinayətin ehtiyatsızlıqdan törədilməsi məsələlərini tənzimləyən Azərbaycan Respublikası CM-nin 26-cı maddəsində təsbit olunmuşdur ki, “...cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır; şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) i ctimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur; şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur...”. İttihamın məzmunundan görünür ki, ittiham tərəfi Məhkum hərəkətlərinə görə deyil, hərəkətsizliyinə görə məsuliyyətə cəlb etmişdir. İş materiallarından isə görünür ki, ibtidai istintaq orqanı (ittiham tərəfi) Məhkum hərəkətsizliyinin konkret olaraq nədə ifadə olunduğunu ittihamda göstərməmiş, bu hərəkətsizliyin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanın onun qabaqcadan gördüyünü və ya lazımı diqqət və ehtiyatsızlıq göstərərək qabaqcadan görməli olduğunu və görə biləcəyini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası işin bu hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ittihamın sübuta yetirilməsində şübhələr mövcud olmuş, bu şübhələrin aradan qaldırılması artıq mümkün deyil və məhkəmələr haqlı olaraq onları Məhkum xeyrinə təfsir etmişlər. Ptotestdə ittiham tərəfinin mövqeyini əsaslandırmaq üçün belə bir fikir də əks etdirilmişdir: “... Yasamal rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hömündən görünür ki, həmin bağçada tərbiyyəçi işləmiş F.Tağıyeva CM-nin 133.2.1 və 133.2.4- cü maddələri ilə təqsirli bilinərək... məhkum edilmişdir. Həmin hökmlə X8 tərəfindən zərərçəkmiş uşaqlara fiziki ağrı verilməsinin öz təsdiqini tapdığı göstərilir...”. Protestdə göstərilən bu fikirlərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, hazırkı iş üzrə hökmdə və apellyasiya məhkəməsinin qərarında X8 təqsirli bilinməsinə dair yuxarıda göstərilən hökmün qanuniliyini şübhə altına alan hər hansı bir fikir əks etdirilməmişdir. Məhkəmələrin belə mövqeyi həm də preyudisiya məsələlərini tənzimləyən CPM-nin 142-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin normada (CPM-nin 142.1-ci maddəsində) birmənalı olaraq təsbit edilmişdir ki, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqi qatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Protestdə istinad edilən hökmün məzmunun həmin norma baxımından təhlili göstərir ki, X8 təqsirləndirilməsinə dair iş üzrə icraat zamanı yalnız sonuncunun qanunsuz hərəkətlərini göstərən hallar müəyyən edilmiş və onun hərəkətlərinə qiymət verilmişdir. Həmin icraatda Məhkum təqsirini birbaşa və ya dolayısı ilə əks etdirən, onun təqsirli olması qənaətinə gəlməyə əsas verən hallar müəyyən edilməmiş və hallara qeyd olunan aspekdən qiymət verilməmişdir. Mübahisəsizdir ki, X8 zərərçəkmiş şəxslərə ziyan vurması özü-özlüyündə belə ziyanın Məhkum səhlənkarlığı nəticəsində vurulduğu barədə fikir söyləməyə əsas vermir, Məhkum CM-nin 314-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. Bu baxımdan protestin həmin dəlili ittiham tərəfinin iş üzrə mövqeyini heç cür əsaslandırmır. Bunları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 314-cü maddəsi ilə cinayət törətməsinin təsdiq olunduğu barədə fikir söylənilə bilməz və ona tamamilə haqlı olaraq bəraət verilmişdir. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək, bu normaların və qərarların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış və apellyasiya məhkəməsinin qərarı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə ziddiyyət təşkil etmir. Bütün bunlar Məhkum verilmiş ittihamın təsdiq olunmadığı qənaətinə gəlmə yə əsas verir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 145.3, 146.1, 351.2, 33.2 və Azərbaycan Respublikası CPM-nin 42-ci maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir k i, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində göstəril mişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin iş üzrə mövqeləri iş materiallarına uyğun olmaqla qanunidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azə rbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə bəraət almış Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar