Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-130/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmünə əsasən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4. 3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər X6 və X2 ibarət tərkibdə) 20 may 2021-ci il tarixli hökmü ilə 17 may 1987-ci il tarixdə Biləsuvar rayonu Bəydilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar rayonu, M.F.Axundov küçəsi ev 41-də qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli b ilinsin, ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum1 da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə) 16 avqust 2021-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum2 və müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum2 haqqındakı 20 may 2021ci il tarixli hökmü verilmiş apell yasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 tanışı Məhkum1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib birləşərək, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 367,403 qram narkotik vasitə olan heroini, külli miqdarda 370,012 qram narkotik vasitə olan tiryəki, külli miqdarda 681,094 qram narkotik vasitə olan həşiş qatranı və külli miqdarda 21007,588 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Məhkum1 birlikdə öz üzərlərində daşımaqla və yaşadıqları mənzillərdə saxlamış, 19 iyun 2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 03:30-da ünvan 1 ünvanın qarşısında Məhkum1 ilə birlikdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək Məhkum1 üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə ümumi çəkisi külli miqdarda 74,437 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sağ yan cibindən 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 1,337 qram, 1,033 qram, 2,032 qram, 1,458 qram, 1,431 qram və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə 0,297 qram olmaqla, ümumi çəkisi 7,588 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 05:50də yaşadığı ünvan 4 ünvanında keçirilmiş axtarış və götürülmə zamanı evin yataq otağında olan şkafın üstündəki "Star SPORTS” sözləri yazılan qırmızı rəngli idman çantasının içərisindən 01 ədəd elektron tərəzi, təmiz çəkisi külli miqdarda 356,292 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ayrı-ayrılıqda təmiz çəkisi, 364,0 qram, 214,0 qram, 80,0 qram olmaqla, ümumi çəkisi külli miqdarda 658,0 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, saat 06:45-də əməliyyat axtarış tədbirlərinin davamı olaraq ünvan 5 ünvanın qarşısında avtomaşınlar park edilməsi göstərən yol nişanın altından 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ümum i təmiz çəkisi külli miqdarda 288,205 qram narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 08:00-da Zahir Hüseynovun kirayə yaşadığı ünvan 6 ünvanında yerləşən "Memi” paltar mağazasına axtarış və götürmə aparılan zaman oradan 01 ədəd elektron tərəzi, 5 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,901 qram, 1,013 qram, 1,048 qram, 0,898 qram, 0,901 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 4,761 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrıayrılıqda təmiz çəkisi 10,282 qram, 3,438 qram olmaqla ümumi təmiz çəkisi 13,720 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, mağazada olan soyuducunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bük ülmüş təmiz çəkisi 5,007 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, digər otaqdan isə 4 ədəd kisədə ayrıayrılıqda çəkisi 5 kq 550 qram, 5 kq 150 qram, 5 kq 200 qram, 5 kq 100 qram külli miqdarda ümumi təmiz çəkisi 21 kq çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə kollegiyasının həmin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, ona görə də sözügedən qərar kassasıya icraatı qaydasında ləğv edilməli, təqsirləndirilən şəxsin barəsində ədalətli qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətdə nə polis şöbəsində üzərinə baxış keçirilən zaman, nə avtomobilində, nə də yaşadığı evdə heç bir narkotik vasitə aşkar edilməmişdir. Yaşadığı evə baxış keçirilərkən evdə olan ailə üzvlərinin iştirakı belə təmin olunmamışdır. Yaşadığı evdə əməliyyat baxış tədbiri zamanı azyaşlı uşağının gözü qarşısında işgəncəyə məruz qoyulması faktına belə işə baxan məhkəmələr əhəmiyyət verməmişlər. Qeyd edək ki, digər təqsirləndirilən şəxs də Məhkum2 narkotik vasitələrdən xəbərsiz olduğunu təsdiq etmiş, işə baxan məhkəmələr işin bu halına da düzgün hüquqi qiymət verməmişlər. Belə ki, iş materiallarında Məhkum2 yaşadığı mənzilə baxış protokolu qanunsuz və əsassız tərtib olunmuş və sübut növü kimi nəzərə alına bilməz, ona görə ki, həmin mənzildə Məhkum2 ailə üzvləri yaşasa da, onların həmin axtarışda iştirakı təmin edilməmişdir. Bununla bağlı hər iki məhkəmə instansiyalarının məhkəmə iclaslarında dəfələrlə vəsatət verilsə də nəinki təmin olunmamış, hətta müzakirə belə edilməmişdir. Bununla yanaşı Məhkum2 ifadə verərkən yaşadığı evin giriş qapısında kameralar olduğunu və kamera görüntülərinin çıxarılmasını xahiş etsə də işə baxan məhkəmələr işin həmin halını da araşdırmamışlar. Həmçinin nə ibtidai araşdırma zamanı, nə məhkəmə istintaqı zamanı həqiqəti müəyyən etmək naminə Məhkum2 yaşadığı evdə axtarış zamanı ailə üzvlərindən kimlərin olması aydınlaşdırılmamış, ailə üzvləri dəvət edilib dindirilməmiş, onların axtarışda iştirakı təmin edilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı, müdafiəçisi olduğu təqsirləndirilən şəxsin oxuma-yazma bilməməsi, məktəbə getməməsi barədə rəsmi arayış təqdim edib ilkin istintaq materiallarının protokolların sübutların siyahısından çıxarılması barədə vəsatət qaldırılsa da işə baxan məhkəmələr vəsatətə əhəmiyyət verməmiş, vəsatəti müzakirə belə etməmiş, hökm və qərarda həmin məsələyə hüquqi qiymət də verməmişlər. Məhkəmə istintaqı zamanı Məhkum2 ifadə verərkən axtarış zamanı polis işçilərinin əgər sənədlərə imza etməsə və çəkiliş zamanı onların dediklərinə əməl etməsə onun həyat yoldaşını da həbs edəcəkləri ilə hədə-qorxu gəlindiyini bildirsə də məhkəmə həmin faktı da araşdırmamış, məhkəmədə dindirilən polis işçilərinə bu haqda verilən suallara belə imkan verilməmiş, onların ifadələrini müqayisəli təhlil edib hüquqi q iymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də eyni nöqsanlara yol verməklə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmdən saxlamağa üstünlük vermişdir. İstər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi müdafiə etdiyi şəxsin məhkəmədə verdiyi ifadələrini müqayisəli şəkildə yoxlamaq əvəzinə, əksinə həmin faktları ittiham aktında göstərilənlərlə müqayisə etmiş və bununla da məhkəmə istintaqını yekunlaşdırmaqla vəzifəsini bitmiş hesab etmişdir. Birinci instansiya məhkəməsinin hökmü üzrə cinayət işini araşdıran apellyasiya instansiyası məhkəməsi də müdafiə etdiyi şəxsin ifadələrindən irəli gələn işin həqiqi hallarını aydınlaşdırmaqda maraqlı olmamış, işi obyektiv, tam və hərtərəfli araşdırmamış, cinayət işi üzrə faktlara düzgün və ədalətli hüquqi qiymət ver məmişdir. Digər tərəfdən də müdafiə etdiyi şəxsin təqsirsiz olmasına baxmayaraq, işə baxan məhkəmələr müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin xx.xx.2021-ci il tarixli, 20-04-286 saylı məktubundan görünür ki, Məhkum2 "Sol bazu sümüyünün proksimal hissəsinin epimetafizinin anevrizmal sümük kistası cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol yuxarı ətrafın əzələlərinin atrofiyası, sol yuxarı ətrafın 7.0 sm qısalığı funksiya pozulması ilə sol bazu sümüyünün başının yastılaşması" diaaqnozundan əziyyət çəkdiyini də cəza təyin edərkən nəzərə almamaqla ona həddindən artıq ağır cəza müddəti təyin etmişlər. Həmçinin müdafiə etdiyi şəxsin təqsirli olmamasına baxmayaraq, hətta ona cəza təyin edilərkən, müdafiə etdiyi şəxsin himayəsind ə azyaşlı uşağın olması, ailəsinin hazırda ağır xəstə olan atasının himayəsində olması belə nəzərə alınmamışdır. Məhkum2 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur ki, yuxanda qeyd olunduğu kimi məhkəmə ona təqsirsiz olmasına baxmayaraq, həddindən artıq cəza təyin etmişdir ki, bu da qanunvericiliyin ədalət prinsipinin pozulması deməkdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)- 1193/2021 saylı qərarını ləğv edib kassasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin material larını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassa siya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməs i birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edi lməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum2 təqsirsiz olması mübahisələndirilməklə ona bəraət verilməsi xahiş olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətin ə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, aşağı instansiya məhkəmələri cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin proto kollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişlər. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökmdən və cinayət işinin materiallarından görünür ki, Məhkum2 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrində əməlini etiraf edərək, aşkar edilərək götürülmüş narkotik vasitələrinin haradan, hansı məqsədlə əldə edib saxlaması, aşkar edilmiş elektron tərəzinin özlərinə məxsus olmaları barədə səmimi ifadələr verərək, müdafiəçilərinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum2 ilkin araşdırma dövründə vermiş olduğu ifadələrində tərəflərindən törədilmiş cinayət əməllərinin xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğura bilməz. Birinci instansiya məhkəməsində Məhkum2 verdikləri ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, həmin məhkəmə onun dəlillərini ətraflı araşdırmış və onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin tutulmasında iştirak etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin NBM-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Xətai rayon Polis İdarəsinin CAŞ-ın kiçik əməliyyat müvəkkili Şahid3 dolğun, ətraflı və biribiri ilə uzlaşan ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum2 kassasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi sonuncunun istinad etdiyi dəlillər elə birinci instansiya məhkəməsində ifadəsində və apellyasiya şikayətində göstərdiyi dəlillərlə əsas etibarı ilə eynilik təşkil etmişdir. Qeyd olunan dəlillər birinci instansiya məhkəməsində cinayət işinin halları ilə müqayisəli şəkildə araşdırılmış və məhkum edilmiş şəxsin istinad etdiyi hallar iş üzrə istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübütlarla, tam təkzib olunduğundan iş üzrə məhkəmədə araşdırılmış onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Apellyasiya məhkəməsində məhkəmə iclası zamanı məhkum edilmiş şəxs Məhkum2 verilən suallara cavab olaraq bilirmişdir ki, narkotik vasitə onun evində olmamış, digər məhkum edilmiş şəxs Məhkum1 taksi fəaliyyəti ilə məşğul olan zaman tanımış və münasibətləri yaranmışdır. Bundan sonra tutulana qədər dörd ay ərzində Zahirin sifarişləri əsasında onu getdiyi yerlərə aparmış, Zahir ona evində saxlaması üçün hər hansı bir çanta verməmiş və Zahirin narkotik vasitə satdığından xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində Zahirin verdiyi çantanı evində saxlamasını deməmişdir. Orta məktəb oxumadığına görə yazıb-oxumağı bilmədiyini, müştərilərinə telefonla zəng etməyi və ya yazmağı da çətinliklə icra etmişdir. İstintaq zamanı ona polis tərəfindən təzyiq edildiyini, lakin onların dedikləri ilə razılaşmayıb heç bir sənədə imza edə bilmədiyindən imzalamamışdır. Tutulduqdan sonra və istintaqda vək ili olsa da onun müdafiəsi üçün hər hansı bir iş görməmişdir.Polisdən qorxduğuna görə edilmiş qanunsuzluqlar barədə hər hansı şikayəti olmamışdır. Hazırda da özünü təqsirli bilmir. Arada bir narkotik vasitədən istifadə etsədə heç vaxt onun satışı və ya daşıması ilə məşğul olmamışdır. Məhkum edilmiş şəxsin təhsilinin olmamasına və yazıb, oxuya bilmədiyindən istintaq zamanı ifadələrin onun tərəfindən imzalanmamasına, həmçinin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, keçirilmiş bütün istintaq hərəkətləri onun müdafiəçisinin iştirakı ilə aparılmış və bu barədə ibtidai istintaq zamanı hər hansı etirazı olmamış, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı isə özünün bildirdiyi kimi onların hərəkət lərindən hər hansı şikayəti olmamışdır. Apellyasiya məhkəməsi haqlı olaraq Məhkum2 özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadələrinə tənqidi yanaşaraq onun dediklərini özünün müdafiəsinə yönələn cəhd kimi qiymətləndirmişdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndər mə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq aşkar olunmuş narkotik vasitəsinin müxəlif çeşidlərdə və külli miqdarlarda-yəni 367,403 qram narkotik vasitə olan heroin, 370,012 qram narkotik vasitə olan tiryək, 681,094 qram narkotik vasitə olan həşiş qatranı, 21007,588 qram narkotik vasitə olan qurudulmuş marixuana olmaqla Məhkum1la birlikdə öz üzərlərində daşımaqla və yaşadıqları mənzillərdə saxlamış olmasını məhkum edilmiş şəxsin narkotik vasitələrin satış məqsədi ilə saxlamasının göstəricisi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması, habelə yaşadığı ünvanda saxlaması, 1 (bir) ədəd elektron tərəzi aşkar edilməsi kimi hallar müəyyən edilmişdir ki, bu isə öz növbəsində Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri il ə vermiş ittihamın təsdiq olunması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə istintaqında Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyini, polislərin onu döyərək işgəncə verdiyini, bu təzyiqin nəticəsində etirafedici ifadə verdiyini, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmadığını bildirsə də, təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini aşağı instansiya məhkəmələri düzgün olaraq cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirmiş və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab e tməmişlər. Məhkəmə kollegiyası aşağı instansiyası məhkəmələrinin Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə gəldikləri nəticəni əsaslı sayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması barədə düzgün hüquqi nəticəyə gəlmiş və və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəli nmişdir. Belə ki, Məhkum2 istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətinin təqsiri olmadığından məhkuma bəraət verilməsi ilə bağlı dəlilləri ilə əlaqədar ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslər Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum2 bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab ed ilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Kassasiya məhkəmə kollegiyası məhkuma təyin edilən cəzanın ağır olması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum2 cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını, məhkum edilmiş şəxsin şəxsiyyətini t am nəzərə almış və məhkum edilmiş şəxs Məhkum2 təqsirli bilindiyi maddələrinin sanksiyalarının həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhəkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyini barədə mövqeyini əsaslı hesab etmişdir. Apellyasiya məhkəməsində məhkum edilmiş şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmiş, təyin edilmiş cəzanın həddi, məhkum edilmiş şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyini ilə bağli mövqeyi ilə razılaşaraq məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin azaldılmasının islah təsiri baxımından mütənasib hesab etmir və qeyd edir ki: Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsir karın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən c əza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirli bilinməsi və cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkumun kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kas sasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-130/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-130/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver