Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-130/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Mirzəyev Cəlil Şükür oğlunun, Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, suba y, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə, xx xxxxxx 1998-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Qışlaqabbas kəndin də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-846/2024 nömrəli qərarından Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Mirzəyev Cəlil Şükür oğlu, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 1(101)-393/2024 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələ ri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə az adlıqdan məhrum etmə cəzası məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024cü il tarixli 1(103)-846/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), M.A.Məmmədov və S.X.Bəhrəmzadə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmişdir. Həmin hökmlə Məhkum təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmişdir. İşin halları: Hökmə əsasən Məhkum tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq edərək hədə-qorxu ilə pul tələb etmişlər, yəni zərərçəkmiş şəxsin üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişlər. Belə ki, Məhkum özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq qrupun üzvü Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs T əqsirləndirilən şəxs1 barəsində təhqiredici sözlər, mənfi şər və böhtan xarakterli məlumatları danışıb yayması səbəbindən onu cəzalandırmaq niyyəti ilə tanışlarının ad gününü qeyd etmək bəhanəsi ilə müvəqqəti yaşadığı Şahid1 və Şahid2 yaşadıqları X2 məxsus ünvan 6 ünvanına dəvət etmiş, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 yanvar 2023-cü il tarixdə saat 01.00 radələrində ünvan 6 ünvanında Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib özlərini “cinayətkar aləmin nüfuzlu şəxsləri kimi təqdim edərək ona evdə olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, istifadəyə yararlı turist bıçaqla Zərərçəkmiş şəxs sol ənsə, sol gicgah təpə nahiyəsinin, sol əlin ovuc səthinin, sağ əlin İV barmağın əsas falanqasının iç səthinin, sol əlin İ barmağın bayır səthinin, səthi deşilmiş-kəsilmiş yaraları və plastik boru və əl-ayaqları ilə isə sol gicgah və sol almacıq nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-sıyrıqları, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ bazu oynağının arxa səthinin, sağ çiyin qurşağının arxa səthinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin arxa səthinin sol yarısının, sağ mil bilək oynağının arxa səthinin, sağ dirsək oynağının arxa səthinin, sol budun orta üçdə birinin bayır səthinin, sağ budun aşağı üçdə birinin ön səthinin sıyrıqları, alının sağ yarısının tüksüz hissəsinin, sol gözün üst qapağının, döş qəfəsinin sol yarısının arxa səthinin qanç ırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə mobil telefonla videoçəkilişlər edərək ondan həmin rüsvayedici məlumatları yaymaq və sağlamlığına zərər vurmaqla şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə həmin dövrün milli manat məzənnəsi ilə 1.700 manat təşkil edən 1.000 ABŞ dolları pul vəsaitinin ödənilməsini birlikdə hədə-qorxu ilə tələb etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığı nəzərə alınaraq barəsində olan cinayət işinin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, aşağı instansiya məhkəmələri ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutlara tənqidi yanaşmamış, mötəbərliyi açıq-aşkar şübhə doğuran dindirmə protokolları sübut kimi qəbul edilmişdir. Müdafiəçinin fikrincə, Məhkum hərəkətlərində CM-in 182-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur, çünki o, Zərərçəkmiş şəxs sonuncuya məxsus olan pulu tələb etməmişdir. Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs1 avtomobilinə vurulmuş ziyanın əvəzi kimi 1000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmələr nəzərə almamışlar ki, Zərərçəkmiş şəxs pul tələb olunmasına dair təqsirləndirilən şəxslər arasında əvvəlcədən heç bir razılaşma olmamışdır. Bundan başqa, iş materiallarından görünür k i, zərərçəkən şəxslə Məhkum barışmışlar və ondan heç bir şikayət və tələb yoxdur. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, o, zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməmişdir. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, o, zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməmiş, hadisədən sonra onunla barışmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və müdafiəçi C.Mirzəyevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda h əmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifi, həmçinin təyin edilmiş cəzanın ağırlığı mübahisə edilir. Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur, habelə verilmiş ittihamın əsaslılığı mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məl umatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 182.2-ci maddəsində: “Eyni əməllər: 182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 182.2.3. zor tətbiq etmə ilə törədildikdə -beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələr inin alınması, üzləşdirmə protokolları, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri bağlı dəlillərlə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilm əlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə ittiham olunduqları cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum özünü verilmiş ittiham üzrə təqsirli bilməməsini, zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməməsini, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə özlərin i qismən təqsirli bilsələr də, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 ifadələri, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 21 yanvar 2023-cü il tarixli ərizəsi, “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəl, 22 yanvar 2023-cü il tarixli mobil telefon cihazına baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, 22 yanvar 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilə şübhəli şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum arasında keçirilmiş üzləşdirmə protokolları, 23 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 ilə Məhkum arasında keçirilmiş üzləşdirmə protokolu, 23 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 ilə Məhk um arasında keçirilmiş üzləşdirmə protokolu, 23 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolu, 7 fevral 2023-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2023-cü il tarixli 3/145 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin 28 yanvar 2023-cü il tarixli 60 nömrəli ekspert rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilə n şəxs2 hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsində özlərini təqsirli bilməsələr də, onların təqsiri toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Həmin sübutları araşdırarkən məhkumun qeyd edilən maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmadığı aydın görünür. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 1998-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədəqorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Həmin qərarda həmçinin qeyd edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına ba şlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Məhkum еdilmiş şəхslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəl ilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 a prel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəza nın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci ma ddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini cəzalarını yüngülləşdirən hallar kimi, cəzalarını ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Az ərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kasassiya şikayətləri təmin edilməsin. Məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-130/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-130/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver