Məhkəmə qərarları › İş №1(102)-1300/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1300/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1300/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası nın 14 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin (hakim İxtiyar Abuşov) 1(055)-05/2021 nömrəli 02 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1991-ci il tarixdə Saatlı rayonunun Kamallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Saatlı rayonu, Kamallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 124.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Saatlı Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası tamamilə birləşdirilərək ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması və 2500 manat cərimə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum oğlu məhkum olunmuşdur ona görə ki, o, 18 iyul 2020-ci il tarixdə saat 12 radələrində qanuni şəkildə qeydiyyatda olmayan, saz vəziyyətdə, atəş açmaq üçün yararlı olduğunu bildiyi, Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli “Xidməti və mülki silah haqqında” Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada mülki silahın əldə edilməsi tələbinə və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın təyinatı üzrə ist ifadə olunması qaydaları”nın 6.1.5ci bəndində nəzərdə tutulmuş vətəndaşlar tərəfindən mülki silahın özünümüdafiə zamanı, idman yarışlarının və ya təlim-məşq atəşlərinin keçirilməsi və ov edilməsi zamanı təyinatı üzrə istifadə edilməsi tələbinə zidd olaraq əvvəllər toyuqlarını yemiş çaqqalları vurmaq məqsədi ilə 16 kalibrli, «ZK» modelli, P 80686 №-li, xarici çaxmaqlı, hamar-təklüləli-yivsiz, odlu ov tüfəngini və qətərşahda olan bir ədəd patronu Saatlı rayonu Kamallı kəndində yerləşən yaşadığı evdən götürüb, pilləkəndə oturaraq patronu silaha qoymuş, həyətdə kilim yuyan anası X3 ilə söhbət edən zaman həmin silahı dizinin üstündə saxlamış, qəflətən özündən 25,6 metr məsafədə olan bostan əkdikləri çəpərdən çaqqalın çıxaraq toyuğa hücum etdiyini görüb “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin İ bəndində nəzərdə tutulmuş “odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslər tətbiq edə bilərlər” tələbinə, Vİİ bəndində nəzərdə tutulmuş kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə odlu silahın tətbiq edilməsinin qadağan olması tələbinə əməl etməyib lazımi diqqət və ehtiyatlılıq göstərərək qırmaların özündən 20,5 metr məsafədə olan anası XXXya dəyəcəyini bilməli və görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib ov tüfəngini çiynində atəş üçün tam hazır vəziyyətə gətirməmiş, yarı oturulu vəziyyətdə, dəqiq nişan almadan çaqqalı vurmaq məqsədilə bir dəfə atəş açmış, ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində patrondan ayrılmış qırmalar XXXya dəyərək, sonuncuya döş qəfəsinin ön sol yuxarı hissəsində, döş boşluğuna keçən, sol ağciyəri deşib keçən yaralar, yara kanalları, yara kanalı boyunca toxumalarda qansızma, plevra boşluğunda maye və laxtalı qan iki ədəd yara həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid yara, sol körpücük sümüyü, sol çiyin qurşağı proyeksiyalarında, sol məmə xətti üzrə 3-cü qabırğa səviyyəsində, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sol bazunun orta 1/3-də ön səthdə, sol saidin yuxarı 1/3-də iç səthdə, sol qoltuqaltı nahiyədə, sol qoltuqaltı xətt üzrə 10-cu qabırğa səviyyəsində toxuma çatışmazlığı ilə xarakterizə olunan həyati çox saylı ayrı-ayrılıqda və ya birlikdə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid yaralar olan bədən xəsarətləri yetirmiş və nəticə də X3 aldığı xəsarətlər hadisə yerində ölmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)316/2021 nömrəli 14 aprel 2021-ci il tarixli qərarı ilə Saatlı Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı verdiyi kassasiya protestində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət i ttihamçısı onunla əsaslandırır ki, məhkəmənin qərarı ilə işin müəyyən edilmiş faktiki halları, eləcə də, Məhkum əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şə xsin şəxsiyyətinə uyğun olması başa düşülür. İşin hallarından isə görünür ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun normalarının, eləcə də Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, öz anasını ehtiyatsızlıqdan öldürmə cinayətini törədən, törətmiş olduğu cinayət əm əli az ağır cinayət olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid olan Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. İnsanın həyatı, təhlükəsiz yaşaması ilə bağlı ictimai münasibətlər ümumbəşəri sosial əyərlər İçərisində ən ali dəyərlər hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci (azadlıq hüququ) və 31-ci (təhlükəsiz yaşamaq hüququ) maddələri insanın həyatı və təhlükəsizliyi ilə əlaqədar olan ictimai münasibətlərin aliliyini və toxunulmazlığını təsbit edir. Göründüyü kimi, Məhkum insanların həyatının toxunulmazlığını əmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-in 124.1-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən a millərdir. Lakin, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Lakin birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin hallara onun ehtiyatsızlıqdan cinayət əməli törətməsini, baş vermiş cinayət nəticəsində öz anasının ölməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və əməlində cəzanı ağırlaşdıran halların olmamasını da əlavə edərək həmin cəzanı qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Əvvəla, apellyasiya instansiya sı məhkəməsi öz qərarında təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan cinayət əməli törətməsini xüsusi vurğulamaqla birinci instansiya məhkəməsindən fərqli olaraq həmin halı da cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Halbuki, təqsirləndirilən şəxsin cinayət əməlini ehtiyatsızlıqdan törətməsi, yəni ehtiyatsızlıqdan adam öldürmə elə Məhkum təqsirli bilindiyi həmin CM-in 124.1-ci maddəsinin dispozitiv əlaməti kimi göstərilmiş və həmin maddədə ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qəsdən adam öldürməyə görə İsə CM-in 120-ci maddəsi ilə məsuliyyət nəzərdə tutmuşdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin ehtiyatsızlıqdan cinayət əməli törətməsini Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Bundan baş qa, apellyasiya instansiyası məhkəməsinin baş vermiş cinayət nəticəsində öz anasının ölməsini Məhkum cəzanı yüngülləşdirən hal kimi nəzərə alması da tamamilə əsassız olmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi hesab edərkən nəzərə almamışdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi Səma Ağayeva elə təqsirləndirilən şəxs Məhkum da bacısı olmaqla yaxın qohumudur. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə qərarda heç bir əsaslandırma aparmadan bir sıra halları əsassız olaraq cəzanı yüngülləş dirən hal kimi sadalamış, lakin həmin halların hansı səbəbdən cəzanı yüngülləşdirən hal olmasını belə əsaslandırmamışdır. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yalnız sübutlara əsasən müəyyən edilir. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, məhkəmənin Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, yüngül olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmiş dir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum təyin edilmiş yüngül cəza ilə razılaşarkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla ona təyin edilmiş açıq-aydın ədalətsiz cəzanı qüvvədə saxlamış, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq etməmişdir, nəticədə də məhkum edilmiş şəxs X4 münasibətdə yüngül cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı A.Hüseynlinin kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlə r üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin hə yat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyek tindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 124.1-ci maddəsinin sanksiyası ( 2 ilədək müddətə is lah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan halların məhkumun cəzasını yüngülləşdirən kimi nəzərə alınması ilə razılaşaraq, onun ehtiyatsızlıqdan cinayət əməli törətməsini nəzərə alıb nəticəyə gəlmişdir ki, məhkuma təqsirli bilindiyi maddənin sanksiya hüdudlarında azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məhkumun islah edilməsi və cəzanın digər məqsədlərinə nail olunması üçün yetərlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hök mündən görünür ki, məhkəmə Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini dinləyib onları bir-biri ilə və iş materialları ilə, yəni işdə olan toplanmış digər sübutlarla müqayisəli təhlil edib məhkumun ifadəsinin işin hallarına uyğun olması, təqsirinin sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya protesti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, o cümlədən məhkumun cəzasını yüngülləşdirən hallara və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya protestinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Məhkəmə k ollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, ka ssasiya protestinin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli Məhkum haqqında qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli Məhkum barəsində qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar