Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1300/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum2 və müdafiəçisi Müdafiəçi6 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmünə əsasən Məhkum1, Məhkum3 və Mə hkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021-ci il tarixli qərarından Məhkum2 və müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə) 11 fevral 2021-ci il tarixli hökmü ilə xx.xx.1960-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 -cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 il, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmış və qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsması, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 19 noyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə digər şəxslər-Məhkum1 və Məhkum3 da məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəhimov Elm ar Eldar oğlunun sədrliyi və məruzəsilə, X10 və X4 ibarət tərkibdə) 20 may 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3- cü maddələri ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, Müdafiəçi6 apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 2019-cu ilin noyabr ayının əvvəllərində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə ölkə ərazisinə keçirməklə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə İran İslam Respublikasının Astara şəhərində yaşayan istintaqla müəyyən edilməmiş «Hüseyn», «Peyman» və «Dayı» adlı şəxslərlə, sonuncular isə Azərbaycan Respublikası vətəndaşları Məhkum1, Məhkum3 və istintaqa məlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq qrupun İran İslam Respublikasının Astara şəhərində yaşayan üzvləri «Hüseyn», «Peyman» və «Dayı» adlı şəxslər həmin şəhərdə qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda əldə etdikləri narkotik vasitə hesab edilən təmiz çəkisi 1790 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroini, həmçinin təmiz çəkisi 99,923 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda tiryəki və təmiz çək isi 400 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini ayrı-ayrı bükümlərə ayırdıqdan sonra həmin narkotik və psixotrop maddələrin gömrük sərhədindən keçərkən əməkdaşlar tərəfindən aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin narkotik vasitə olan heroindən təmiz çəkisi 990 qramını hər birinə 1 büküm yerləşdirməklə cəmi 19 ədəd «Multicafe» markalı boş qəhvə qablarında yerləşdirməklə üzərində “Aref” yazılmış əl yükündə, həmin narkotik vasitə heroindən təmiz çəkisi 400 qramını və psixotrop maddə olan metamfetamindən təmiz çəkisi 200 qramını hər biri 1 büküm olmaqla ayrı-ayrılıqda iki ədəd “Roll-roM” markalı şirniyyat qutusunda yerləşdirməklə üzərində “Morad” yazılmış əl yükündə və həmin narkotik vasitə heroindən qalan təmiz çəkisi 4 00 qramını, psixotrop maddə olan metamfetamindən qalan təmiz çəkisi 200 qramını hər biri 1 büküm olmaqla ayrı-ayrılıqda iki ədəd “Roll-roll” markalı şirniyyat qutusunda və bir ədəd bağlamada xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən təmiz çəkisi 99,923 qram olan tiryəki üzərində “Fekrat” yazılmış əl yükündə qablaşdıraraq qutularda ərzaq və yeyinti məhsullarının olması görüntüsü yaratmaqla gizlədərək saxlamış, bundan sonra üzərində “Aref”, “Morad” və “Fekrat” sözləri yazılmış həmin əl yüklərini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə narkotik və psixotrop vasitələrin aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə guya həmin torbalarda ərzaq və digər yeyinti məhsullarının olması barədə bilə-bi lə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatdığı postun yaxınlığında ərzaq mallarının satışı ilə məşğul olan Şahid6, onun isə öz növbəsində taksi fəaliyyəti ilə məşğul olan Şahid15 vasitəsilə Bakı şəhərində Məhkum3, Məhkum2 və Məhkum1 çatdırılması üçün həmin gömrük postunda hər kiloqramına görə 1 (bir) manat müqabilində piyada keçid məntəqəsindən yüklərin daşınması xidməti göstərən Şahid5 verilmiş, sonuncu Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan piyada olaraq Azərbaycan Respublikası ərazisinə keçərkən 19 noyabr 2019-cu il tarixdə saat 11 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılaraq əl yükü çantalarının yoxlanılması zamanı yuxarıda sadalanan, yəni “Aref” sözü yazılmış əl yükündə hər birində bir büküm olmaql a 19 ədəd «Multicafe» markalı qəhvə qablarında gizlədilmiş cəmi təmiz çəkisi 990 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, “Morad” yazılmış əl yükündə iki ədəd “Roll-roll” markalı şirniyyat qutusunda gizlədilmiş, birində təmiz çəkisi 400 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və digərində təmiz çəkisi 200 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, “Fekrat” yazılmış əl yükündə iki ədəd “Roll-roll” markalı şirniyyat qutusunda gizlədilmiş, birində təmiz çəkisi 400 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və digərində təmiz çəkisi 200 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli m iqdarda metamfetamin, bir bağlamada isə təmiz çəkisi 99,923 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda tiryək aşkar edilərək malların yoxlanılması haqqında protokol əsasında götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı olaraq içərisində iki ədəd “Roll-roll” markalı şirniyyat qutusunda gizlədilmiş, birində təmiz çəkisi 400 qram olan digər əl yüklərində olan narkotik vasitələrlə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və digərində təmiz çəkisi 200 qram olan digər əl yüklərində olan psixotrop maddələrlə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqda rda metamfetamin, bir bağlamada isə təmiz çəkisi 99,923 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək gizlədilmiş, üzərində “Fekrat” yazılan əl yükü həmin gün, saat 18:30 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi 3-cü mikrorayon dairəsi adlanan yerdə qabaqcadan razılaşdıqları kimi cinayətkar qrupun digər üzvü Məhkum1 tərəfindən taksi sürücüsü Şahid15 təhvil alınarkən gömrük xidməti əməkdaşları tərəfindən saxlanılmış, əməliyyat tədbirinin davamı olaraq içərisində iki ədəd “Roll-roll” markalı şirniyyat qutusunda gizlədilmiş, birində təmiz çəkisi 400 qram olan digər əl yüklərində olan narkotik vasitələrlə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hes ab edilən külli miqdarda heroin və digərində təmiz çəkisi 200 qram olan digər əl yüklərində olan psixotrop maddələrlə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin gizlədilmiş, üzərində "Morad” yazılan əl yükü həmin gün, saat 20:30 dəqiqədə ünvan 2 ünvanında yerləşən "Oba” marketin qarşısında qabaqcadan razılaşdıqları kimi Məhkum3 tərəfindən taksi sürücüsü Şahid15 təhvil alınarkən gömrük xidməti əməkdaşları tərəfindən saxlanılmış, əməliyyat tədbirinin davamı olaraq içərisində hər birində bir büküm olmaqla 19 ədəd «Multicafe» markalı qəhvə qablaşmasında gizlədilmiş təmiz çəkisi 990 qram olan digər əl yüklərində olan narkotik vasitələrlə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynil ik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin gizlədilmiş, üzərində "Aref” sözü yazılan əl yükü isə həmin gün saat 21:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı ASAN xidmətin inzibati binasının qarşısında qabaqcadan razılaşdıqları kimi cinayətkar qrupun digər üzvü Məhkum2 tərəfindən Şahid15 təhvil alınarkən gömrük xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, ittiham hökmü çıx armışdır. Məhkəmədə araşdırılmış ittiham tərəfinin digər sübutları və şahid ifadələri arasında kifayət qədər ziddiyyətlər müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3-cü maddələrinin tələbinə əsasən həmin ziddiyyətlər və şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli idi. Belə ki, ittiham tərəfinin şahidləri olan gömrük xidməti əməkdaşları Vqif Mollayevin “Asan Xidmət” Mərkəzinin qarşısına gəldikdən sonra avtomobilini harada saxlaması, hansı formada həbs edilməsi, Mercedes markalı avtomobildə olan çantanı götürüb-götürməməsi, hətta Məhkum2 idarə etdiyi avtomobilin rəngi ilə bağlı fərqli, biri digərini təkzib edən məzmunlu, ziddiyyətli ifadələr vermişlər. Şahidlərdən biri Məhkum2 saxlanılarkən avtomobilin qarşısında, digəri avtomobilin arxasında dayandığını, bir başqası isə Məhkum2 avtomobilinin qırmızı rəngli avtomobil olduğunu göstərdilər. Halbuki Məhkum2 avtomobili həmin rəngdə deyil və şahidlərin bu cür fərqli ifadələr verməsi onu təsdiq edirdi ki, həmin şahidlər həqiqətə uyğun olmayan ifadələr verirlər və məqsəd Məhkum2 aidiyyəti olmayan cinayəti onun boynuna qoymaqdan ibarətdir. Qeyd edilən həmin ziddiyyətli halların olması onu təsdiq edir ki, Məhkum2 barəsində ifadə verən gömrük xidməti əməkdaşlarının ifadələri qərəzli olmaqla yanaşı, həqiqəti əks etdirmir. Beləliklə də, ittiham tərəfinin sübutları olan şahid ifadələri ilə həm şahidlərin ifadələri arasında, həm də şahidlərin məhkəmədə verdikləri ifadələri ilə ibtidai istitaq zamanı verdikləri ifadələri arasında və ümumiyyətlə cinayət işinin materialları arasında kəskin ziddiyyətlər müəy yən olunmuşdur. Məhkum2 barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar təşkil edir və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət tərkibinin əlamətləri olmadan Məhkum2 barəsində İttiham hökmü çıxarılmışdır. Cinayət işinə birinci instansiyada baxılanda məhkəmə baxışı və son söz zamanı təqsirləndirilən şəxs və məhkəmə çıxışı zamanı müdafiəçi tərəfindən irəli sürülən sübutlar və dəlillərə mübahisələndirilən hökmdə nəinki heç bir qiymət verilməmiş, ümumiyyətlə onlar hökmün təsviri- əsaslandırıcı hissəsində belə öz əksini tapmamış, apellyasiya instansiya məhkəməsi isə apellyasiya şikayətində müdafiəçi tərəfindən irəli sürülən sübutlar və dəlilləri sadalamaqla kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qə bul olunarkən, Məhkum2 səhhəti, yaşı, ailə vəziyyəti nəzərə alınmamışdır. Müdafiəçi kassasiya şikayətində Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməklə, onun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində göstərmşdir ki, onunla bərabər məhkum olunan digər iki məhkumu heç vaxt tanımamış, heç bir müştərək iş birliyi olmamışdır. Barəsində olan cinayət işi əsassız və qondarma sübutlardan ibarətdir, ona faktlar əsasında deyil, ehtimallara əsasən cəza verilmişdir. Məhkəmələr iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırmamış,onlara düzgün hüquqi qi ymət verməmişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməklə, işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidi r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qey d olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum və müdafiəçinin ayrı ayrılıqda verdikləri kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblər inə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qə rar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara b ilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyəti nin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araş dırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Məhkum2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onun tərəfindən həmin cinayətlərin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəmə sinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhs ul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qə rarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsin də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr in və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və nark otik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM- nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, d igər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Məhkum2 məhkəmədə verdiyi ifadəsində əvvəllər ver diyi ifadələrini təkzib edərək, çantadan və onun içərisindəki narkotik vasitələrdən ümumiyyətlə məlumatlı olmadığını bildirsə də, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə səhər saatlarında tanımadığı bir nömrədən ona zəng gəlmiş və danışan şəxs ona adı ilə müraciət etmiş və hal əhval tutmuş, onun nömrəsini bir nəfər tanışından aldığını, həmin tanışının onun etibarlı adam olduğunu dediyini bildirmişdir. Danışan şəxs İrandan Bakı şəhərinə bir çanta göndərəcəyini və onun qəbul edə bilib- bilməyəcəyini soruşmuş, həmin çantanın üzərində "Arif” yazıldığını bildirmişdir. Həmin çantanı təhvil alıb ***-***-**-** mobil telefon nömrəsindən istifadə edən şəxsə təhvil verməsini bildirmişdir. O, ***-***-**-** nömrəsinə zəng vurmuş və danışan şəxs ona Natiq adlı taksi sürücüsünün nömrəsini vermiş və Arif adlı adamın Bakıda Natiqdən çanta təhvil almalı olduğunu, lakin gedə bilmədiyini bildirmiş, həmin şəxs ona çantanı təhvil alıb Şamaxı rayonuna təhvil verməsi müqabilində ona 100 manat pul veriləcəyini bildirmişdir. Bir çantanı təhvil verməsi qarşılığında 100 manat pul veriləcəyini dedikdə o, çantanın içərisində narkotik vasitə olduğunu başa düşmüş, lakin narkotik vasitənin külli miqdarda olmasını bilməmiş, 10-20 qram olacağını düşünmüşdür. Lakin həmin şəxs Şamaxı rayonunda çantanı kimi təhvil alacağını deməmiş, onu qarşılayıb çantanı götürəcəklərini bildirmişdir. xx.xx.2019-cu il tarixdə həmin çantanı təhvil alıb Şamaxı rayonuna aparmaq və bacısı Şahid18 və oğlu Şahid17 Bakı şəhərinə, xalası qızıgilə gətirmək üçün Göyçay şəhərindən idarə etdiyi "Vaz 2 103” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 17 radələrində yola düşmüşdür. Bacısı qabaq oturacaqda, Seymur isə arxada əyləşmiş, Şamaxı rayonu ərazisində yanacaqdoldurma məntəqəsində yanacaq almış və yola davam edərək Bakı şəhərinə çatmışlar. Yolda olduqda bir neçə dəfə də ***-***-**-** telefon nömrəsi ilə danışmışlar, həmin şəxs harada olduğunu, Bakıya nə vaxt çatacağı ilə maraqlanmışdır. Əvvəlcə həmin şəxs Bakı şəhərində, 3-cü mikrorayon dairəsi yaxınlığında həmin çantanı təhvil almasını demiş, o, oğlu və bacısının maşında olduğunu, onları Bakı şəhərində ünvana çatdırdıqdan sonra çantanı götürüb Şamaxı rayonuna təhvil verəcəyini bildirmişdir. Telefonda danışdığı şəxs ona Natiq adlı taksi sürücüsünün istifadə etdiyi mobil telefon nömrəsini vermiş və çantanı bu şəxsdən təhvil almalı olduğunu bildirmişdir. O, Natiq adlanan şəxsə zəng vurmuş və harada olduğunu soruşmuş, Natiq ona Bakı şəhərində onu gözlədiyini bildirmişdir. O, isə Şamaxıda olduğunu və üzərində "Arif” yazılmış çantanı gəlib ondan götürəcəyini bildirmişdir. Natiq isə müştəriləri olduğunu, müştərilərin tələsdiyini bildirmiş və ona 3-cü mikrorayon dairəsi tərəfə yox, Yasamal rayonunda "Asan Xidmət” mərkəzinin yanına gəlib çantanı təhvil almasını demişdir. O da, Natiqin dediyi kimi birbaşa həmin yerə gəlmiş və Natiqə zəng vurmuş, Natiq "Mercedes-Benz”markalı avtomobil idarə etdiyini və yolun kənarında gözlədiyini bildirmişdir. O, idarə etdiyi avtomobili Natiqin avtomobilinin arxasında saxlamış və aşağı düşmüş, Natiq avtomobilin yük yerini açmış və o, avtomobilin yük yerində üzərində "Arif” yaz ılmış çantanı götürmüşdür. Bu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və Dövlət Gömrük Komitəsinin əməkdaşları olduqlarını və ona onlarla birlikdə idarəyə gəlməli olduğunu bildirmişlər. O da, deyilənə əməl edərək həmin şəxslərlə birlikdə Əməliyyat - İstintaq Baş İdarəsinə gəlmişdir. Bakı şəhərinə üzərində "Arif” yazılan çantanı təhvil alıb Bakı şəhərinə aparmaq və bacısı və oğlunu qohumlarıgilə gətirmək məqsədilə gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 19 fevral 2020-ci il tarixli, 439 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Re spublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Məhkum2 İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert izası Mərkəzinin xx.xx.2019cu il tarixli, 28895/96/97 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Aref... №000112» sözlər və imzalar olan bir ədəd paketdəki 1 ədəd bağlamada təmiz çəkisi - 990,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Morad... №000111» sözlər və imzalar olan bir ədəd paketdəki 01 ədəd bağlamada təmiz çəkisi - 400,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd bağlamada təmiz çəkisi 200,0 qram ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Fekrat... №000110» sözlər və imzalar olan bir ədəd paketdəki 01 ədəd bağlamada təmiz çəkisi - 400,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazır lanmış narkotik vasitə heroindir və 01 ədəd bağlamada təmiz çəkisi 200,0 qram ağ rəngli kristal formada olan maddə metamfetamin və 01 ədəd bükülüdə təmiz çəkisi 99,923 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində «..№200016..» sözlər və imzalar olan bir ədəd paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,461 qram olan bitki mənşəli kütlə tərkibində nakrotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 3 ədəd paketdəki ümumi sayı 3 ədəd bağlamada olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 3 ədəd paketdəki ümumi sayı 2 ədəd bağlamada olan metamfetaminlər xarici görünüşünə və k imyəvi tərkiblərinə görə eynidirlər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum2 ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2.1,234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, eləcə də şahidlərin ifadə lərini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək haqlı olaraq Məhkum2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Həmçinin, Məhkum2 özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, onun ifadələrinin iş üzrə mötəbər sübutlarla təkzib olunduğu və həmin ifadələrin özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmədiyi barədə qənaəti qanuni və əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxla nılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan R espublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret s osial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslə r tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 törətdiyi cinayət əməllərinin tövsifində səhvə yol verməmiş, müdafiəçinin kassasiya şikayətinin iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə dəlilləri əsassızdır. Həmçinin məhkumun kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsini n qərarının ləğv edilməsi üçün CPM-in 416-ca maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 və müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1300/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1300/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver