Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1301/2019 22.10.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1301/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 22 oktyabr 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs in nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin (hakim F.Yaqubov) 1(027)-92/2018 nömrəli 24 oktyabr 2018-ci il tarixli hökmü ilə xx xxxx 1979-cu il tarixdə Quba rayonu, Söhüb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Söhüb kəndində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəz ana məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddəti islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə 117 (yüz on yeddi) gün həbsdə saxlanılma müddəti 351 (üç yüz əlli bir) gün islah işləri cəzası ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 14 (on dörd) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 7.600 (yeddi min altı yüz) manat və əlavə olaraq 4.500 (dörd min beş yüz) manat məbləğində pulun Zərərçəkmiş şəxs3 ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 4.500 (dörd min beş yüz) manat məbləğində pulun Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Şabra n Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli və bundan əlavə 17.000 (on yeddi min) manat məbləğində əsas borcun və vurduğu maddi zərərə görə 63.600 (altmış üç min altı yüz) manat məbləğində pulun Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs cəza növü təyin edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq, hərəkətlərini davam etdirməklə məhkəmənin qanuni qüvvəyə minm iş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.O.Əsgərova (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və V.C.Cəfərovdan ibarət tərkibdə) 1(105)117/2019 nömrəli 31 may 2019-cu il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı Qurbanov Yavər Bayram oğlu tərəfindən verilmiş apelyasiya protesti və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarı ləğv edils in və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs2 onunla əsaslandırır ki, iş üzrə Məhkum Şabran Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli qətnaməsinə əsasən 17000 (on yeddi min) manat məbləğində əsas borcu və vurduğu maddi zərərə görə 63600 (altmış üç min altı yüz) manat məbləğində pulu ona ödəməlidir. Hal-hazıradək Məhkum ödəməli olduğu borcundan heç bir ödəniş etməmişdir. Qətnamə çıxarıldıqda xeyli müddət keçməsinə baxmayaraq Məhkum heç bir ödəniş etməmiş və heç bir razılığa gəlməmişdir. Məhkum barəsində daha ciddi caza növü təyin edilməlidir. Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs3 onunla əsaslandırır ki, iş üzrə Məhkum Şabran Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən 7600 (yeddi min altı yüz) manat və əlavə olaraq 4500 (dörd min beş yüz) manat məbləğində pulu ona ödəməlidir. İbtidai istintaqa qədər Məhkum zərərçəkmiş şəxsə ödəməli olduğu cəmi 12100 (on iki min yüz) manat puldan 5600 (beş min altı yüz) manat ödəniş etmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Məhkum tərəfindən ona borclu olduğu puldan heç bir ödəniş edilməmişdir. Məhkum həmçinin məhkəmə iclası zamanı məhkəmədən xahiş etmişdir ki, əgər ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilsə, 1 ay müddətində zərərçəkmiş şəxslərə olan borcunu tam şəkildə ödəyəcəkdir. Lakin, Məhkum tərəfindən heç bir ödəniş edilməmişdir. Hər iki zərərçəkmiş şəxslər bildirirlər ki, Məhkum təyin edilmiş cəza yüngüllüyünə görə açıq-aydın ədalətsizdir, cina yətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır. Onun barəsində daha ciddi cəza növü, azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya inst ansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətlərinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, məhkəmələr müvafiq olaraq hökmün və qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum əməlini etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs3 olan borcundan ödəniş etməsini, apellyasiya icraatında da ödənişi davam etdirməsini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almışdır. İşə apellyasiya qaydasında baxılarkən Məhkum Zərərçəkmiş şəxs3 olan borcundan daha 2000 manat ödəmiş və borcunu 4500 manata endirmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəz ərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, CM-nin 59.1.159.1.14-cü maddələrində göstərilməmiş halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması əsaslandırılmaqla Məhkum islah olunması məqsədini və CM-in 41.2 maddəsində nəzərdə tutulan digə r məqsədləri təmin edə bilən tam ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətlərində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən və qərardan görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallar ında Məhkum cəzasının daha da ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarının zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli Məhkum barəsindəki qərarı zərərçə kmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1301/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1301/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver