Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1301/2022 01.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi – “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayə tinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclasında MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər E.H.İsmayılov və C.İ.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum2 (xx xx xx 1966-cı ildə XXX25nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona CM-in 320.1ci maddəsi ilə cəza təyin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə CM-in 178.3.2 və 318.1-ci maddəsi ilə Məhkum2 barəsində CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla tətbiq edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə CM-in 71.5-ci maddəsinə əssən ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə müvafiq olaraq həmin cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum2 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəz açəkmə müddətinin 17 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Məhkum1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 32.4, 312.2, 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.B.Babayev, hakimlər İ.A.İbrahimli və Z.A.Şirinovdan ibarət məhkəmə tərkibi) Məhkum2 müdafiəçisi Müdafiəçi4, həmçinin Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökmə əsasən Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma y olu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini t əkrarən təhrik etmişdir. Belə ki, Məhkum2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək ünvan2ndə yerləşən 0,4 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar özü vasitəsilə 2018-ci ilin oktyabr ayında Məhkum1 müraciət etmiş Şahid4 Məhkum1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Məhkum1la birlikdə Şahid4 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018ci ilin oktyabr ayında ünvan 3 ünvanının yaxınlığında yerləşən Məhkum1 məxsus ofisdə Şahid4 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini alıb Məhkum1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin i crası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid4 təhrik etmişdir. Bundan başqa, Məhkum2 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Suraxanı rayonu Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısında yerləşən dayanacaq kimi istifadə olunan üzərində yarımtikili olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar sonuncu vasitəsi ilə 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya tanışı ilə birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yaxınlığında Şahid3 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, tanışı i lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yanında yerləşən “5 qardaş” kafesində tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Dövlət-Tikinti və Arxitektura Komitəsinin Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilməsi görüntüsü yaradan 10 avqust 2004-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsinin məzmununa “Verilir Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” tərəfindən ondan ötrü ki, Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısı ümumi sahəsi 188.3 m2 Şahid3 adına mülkiyyət hüququ verilməsinə dair məlumatlar əlavə edib X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin vəzifəli şəxsləri X20 və X21 adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edilməsi görüntüsü yaradaraq tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yanında yerləşən “5 qardaş" kafesində həmin saxta sənədi Şahid3 təqdim etməklə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında biləbilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa, Məhkum2 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Məhkum1 ilə qabaqcadan əlbi r olan bir qrup şəxs qismində birləşərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar özü vasitəsi ilə 2019-cu ilin mart ayında Məhkum1 müraciət etmiş Şahid1 Məhkum1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla Məhkum1 vasi təsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, eləcə də, Məhkum1 üçün əlavə olaraq xidmət haqqı kimi 5.000 (beş min) manat məbləğində pulun verilməsinin zəruriliyini Şahid1 Məhkum1la birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında Şahid1 şəxsi avtomobilində sonuncudan ilkin olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitini Məhkum1 alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 3 ünvanının yaxınlığında yerləşən Məhkum1 məxsus ofisində sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu rayon şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan 1 0 fevral 2004-cü il tarixli, JN -10646H KOD 00500026 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məzmununa Bakı şəhəri 39 saylı Dövlət Notariat kontorunun 29 iyul 2003-cü il tarixli 4Ə/2-170 saylı alqı- satqı müqaviləsi ilə 1,0 hektar torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün X4 mülkiyyətinə verilməsinə dair məlumatlar əlavə edib DTXK-nin Sabunçu rayon şöbəsinin vəzifəli şəxsi N.Məlikov adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu Rayon Şöbəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edərək Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 5 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən təkrarən istifadə etmiş, Şahid1 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, Məhkum2 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Rəşad Əzi zovun istifadəsində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0,3 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında yerləşən kafedə Şahid1 ilkin olaraq 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini, bir neçə gün sonra isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Altun” şadlıq sarayının yanında yerləşən “Xəzər” market ilə üzbəüz kafedə iki dəfəyə hər dəfə 5.000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat məbləğində, ümumilikdə qeyd edilən qaydada 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özünə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqa məlum olmayan yerdə vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənədlər olan xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışın məzmununa Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/M ünvanında yerləşən 0,30 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Şahid1 yaxın qohumu X7 verilməsinə dair məlumatlar əlavə edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsini rəisi Ş.Şahvələdov, Qeydiyyat İcraçısı R.Mirzəyev adından, torpaq sahəsinin planı və ölçüsündə T.Həsənov, M.Hüseynov adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi İdarəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini istintaqa məlum olmayan üsul ilə hazırlayıb təsdiq edərək, hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 5 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə bilə-bilə saxta sənəddən təkrarən istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 202 2-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – Məhkum2 10 avqust 2022-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 10 avqust 2022-ci il tarixli xx/xx-3107 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malik dir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum2 ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair dövlət ittihamçısının çıxışını nəzərə alıb, cinayət - prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 29 aprel 2022-ci il tarixli qərarından Məhkum2 aid hissədən müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxardılaraq geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1301/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1301/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver