Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1302/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Elnur Nizami oğlu İsa-zadə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin hüquqi varisi X2, onun nümayəndəsi İ6 və məhkumun müdafiəçisi-vəkil Ə6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqs irli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi İ6 və məhkumun müdafiəçisi-vəkil Ə6 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə (hakimlər: X5 (sədrlik edən), X6 və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum- 18 yanvar 1995-ci il tarixdə Xaçmaz rayonu, *********** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, ************ kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda həbsdə saxlanılan Azərbaycan Respublikası CM -nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2018-ci tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Belə ki, o, 2018-ci ilin avqust ayının əvvəllərində tanış olduğu Xaçmaz rayonu, Sibiroba kəndində yaşayan Zərərçəkmiş şəxs ona “WhatsApp” proqramında tez-tez müxtəlif mövzularda mesajlar yazaraq narahat etməsi səbəbindən 18.08.2018-ci il tarixdə nömrəsini bağlamış, 19.08.2018-ci il tarixdə, səhər saatlarında bağ sahələrində işləyib evə qayıtdıqda mobil telefonuna Zərərçəkmiş şəxs və qohumu Şa hid3 tərəfindən bir neçə dəfə zəng edildiyini görüb Şahid3 zəng edərək nə baş verdiyini soruşduqda sonuncu Zərərçəkmiş şəxs onu axtardığını, danışmaq istədiyini bildirmiş, buna görə Zərərçəkmiş şəxs zəng etdikdə sonuncu onu Xaçmaz rayonu, ********** kəndinə gəlməsini tələb etdiyi üçün özünə məxsus “VAZ 2107” markalı avtomobillə ********** kəndinə gedib orada Zərərçəkmiş şəxsla görüşərək sonuncunun təklifi ilə ətraflı, rahat söhbət etmək üçün birlikdə həmin tarixdə, saat 12 radələrində Xaçmaz rayonu, ************ kəndi ərazisində yerləşən “İzmir” kafesinin həyətinə gəlib “2” nömrəli yay kölgəliyində əyləşərək çay sifariş vermişlər, söhbət zamanı Zərərçəkmiş şəxs avtomobilini ona verməsini, əks təqdirdə avtomobilinə narkotik vasitə atıb onu həbs etdirəcəyini, anasının polis şöbəsinin yolla rında qalıb polis əməkdaşları qarşısında yalvaracağını, qohumlarının şəkillərini yaymaqla təhdid edərək onun özünün və anasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əsəbiləşərək Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək bu məqsədlə oturduğu stuldan qalxıb üzərində gəzdirdiyi cib bıçağı ilə stolun əks tərəfində oturmuş Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirərək ona ənsə, sol tərəf sifət, sağ qulaq seyvanı, sol çiyin, sol çiyin qurşağı, döş qəfəsi və sol əl nahiyələrinin 15 ədəd, boynun sol tərəfində 05 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərər vuran, eləcə də boynun sol-yan səthində yerləşən yuxu arteriyasının şaxəsini zədələyən 01 ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan və dərəcəsinə görə yetirilmə anında həyat üçün təhlükəli olmaqla sağlamlığ a ağır zərərvurmaya aid olan xəsarət yetirməsi kəskin qanitirmə ilə nəticələnərək sonuncunun ölümünə səbəb olmuş, ümumilikdə 21 ədəd xəsarət yetirməklə sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi İ6 və təqsirləndirilən şəxsin müdafiəçisi Ə6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə) 24 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi İ6 kassasiya şikayəti verərək, Sumqay ıt Apelyasiya Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarının ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi-vəkil Ə6 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini və bu qanunun sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi İ6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin istər ibtidai istintaqı zamanı, istərsə də birinci instansiya məhkəməsində icraat zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün tövsif olu nmamışdır. Belə ki, cinayət işinin 1-ci cildinin 182-186-cı vərəqlərində olan məhkəmətibbi ekspertizasını 44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində boyunun solyan səthində yerləşərək ümumi yuxu arteriyasının şaxəsini zədələyən 01 ədə deşilmişkəsilmiş yara, 05 ədəd deşilmiş-kəsilmiş yara və ənsə, sol tərəf sifət, sağ qulaq seyvanı, sol çiyin qurşağı, döş qəfəsi sol əl nahiyələrinin (həyat üçün mühüm orqana xəsarət yetirilməsi), kəsilmiş yaraları vardır və məhkum zərərçəkmiş şəxsə ümumilikdə 21 ədəd xəsarə yetirmişdir. Qeyd olunan xəsarətlər həyati olub ölümündən az əvvəl yetirilmişdir. Göstərilən yaralar deşici kasid əşya (alət), ekspertizaya təqdim edilmiş bıçaq təsirindən törənmiş və bu yaralarda: boyun nahiyəsində olan 2,5x0,3 sm ölçülü yara həyat üçün təhlükəli olan sağla mlığa ağı zərər vurmaya aiddir, digər yaralar isə həm ümumilikdə, həm də ayrıayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərə vurmaya aid edilir. Eyni zamanda təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, “zərərçəkmiş şəxsin boynunun sol tərəfindən bir neçə dəfə dalbadal vurmuş, T6 özündən sağ tərəfə yıxılmışdır. Bu vaxt T6 yenidən ona və anasına söymüş, elə buna görə də ona yaxınlaşıb yenidən boyun, qarın nahiyəsindən bir neçə dəfə vuraraq çıxıb kafeyə yaxın yerdə yerləşən avtomobil təmiri sexində işləyən yeznəsi S6 yanma getmişdir.” İstər iş materiallarında olan ekspert rəyindən, istərsə də təqsirləndirilən şəxsin öz ifadəsindən də görünür ki, o zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıq nümayiş etdirmiş, ona işgəncə verməklə qəsdən həyatdan məhrum etmişdi və təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir və bununla da o, AR.CM-nin 120.2.4-cü maddəsind nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Lakin təəssüflər olsun ki, istər cinayət işinin ibtidai istintaqı zamanı istərsə də birinci instansiya məhkəməsində icraat zamanı bu xüsusatlar araşdırılmamış, bu kimi bir çox hallara hüquqi qiymət verilməmiş, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nə zərə alınmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə yerinə gələrkən üzərində bıçağı məqsədyönlü şəkildə gətirdiyini bildirsə də sonradan bıçağın üzərində olmasını tamamilə başqa cür əsaslandırması onun qabaqcadan zərərçəkmiş şəxsi həyatdan məhrum etmək niyyətinin olduğunu göstərir. Belə ki təqsirləndirilən şəxsin hadisə yerinə öz avtomobili ilə gəlməsi işin mübahisə edilməyən halıdır. Hadisəni törətdikdən sonra onun mərhumu faktiki olaraq xəstəxanaya çatdırmaq imkanı olmuş, lakin onun belə bir niyyəti olmadığından bunu etməmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində hadisənin səbəbini mərhumun söyüş söyməsi ilə əlaqələndirsə də bu söyüşlərin ümumiyətlə işlədilib işlədilməməsi məlum deyil, yalnız təqsirləndirilən şəxsin ifadəsinə əsaslanaraq cinayətin zərərç əkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi kimi qiymətləndirərək həmin xüsusatın yüngülləşdirici hal kimi nəzərə alınması tamamilə qanunsuz və əsassızdır. Yuxarıda qeyd olunan xüsusatlar Sumqayıt Apellyasiya Məhkəməsində icraat zamanı məhkəmə kollegiyasının nəzərinə çatdırılsada məhkəmə bu dəlilləri qəbul etməmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın kifayət qədər ədalətli olması qənaətinə gəlmiş, cəzanın ağırlaşdırılması üçün heç bir əsasın müəyyən edilməməsini qeyd etmişdir. Məhkumun əməli Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinə tövsif edilməklə, həmin maddədə nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməlidir. Məhkumun müdafiəçisi-vəkil Ə6 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahidlər Şahid7, Şahid6 ifadələrinə istinadən v ə mərhumun meyitinin məhkəmə-tibbi ekspertiza rəyinə əsasən Məhkum mərhum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, ona xəsarət yetirdikdən sonra təcili tibbi yardım göstərilməsi məqsədi ilə xəstəxanaya çatdırılması üçün Şahid6 xahiş etmiş, eləcə də ölümün səbəbi kəskin qanaxmadan baş vermişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, hər biri öz kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı əsaslarla hüquqi nəticələrə gəlmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzr ə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən CM-nin 120.2.4-cü maddəsinə tövsif edilməsi barədədir. Cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə başlanmış, ibtidai istintaq həmin maddə ilə aparılmış və təqsirləndirilən şəxsə hımin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaqın başa çatması və cinayət işinin materialları ilə tanış etmə haqqında 22 dekabr 2018-ci il tarixli protokoldan müəyyən edilir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə başlanmış (19.08.2018) cinayət işinin ibtidai istintaqının gedişi barədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış (23.08.2018) X2 məlumatı olmuş, ibtidai istintaq başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış olmuş və sonra cinayət işinin materialları ilə tanış olması, heç bir etirazının və vəsatətinin olmaması barədə protokolu imzalamışdır. Bu o deməkdir ki zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işinin ibtidai istintaqının yekunları barədə razılaşmışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi itt iham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu qanunun mənasından göründüyü kimi məhkəmənin öz təşəbbüsü ilə məhkuma elan edilmiş ittihamdan daha ağır ittiham üzrə onu təqsirli bilmək, ittiham hökmü qəbul etmək və məhkum etmək səlahiyyəti yoxdur. Bu səlahiyyəti qanunverici ittiham orqanına aid etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı gedişində də məhkuma elan edilmiş ittihamdan daha ağır cinayət tərkibi nəzərdə tutan Azərbaycan Respublikası CMnin 120.2.4-cü maddəsi ilə ittiham edilməsi üçün əsasların olması və bununla əlaqədar cinayət işinin ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən prokurora qaytarılması haqda qanunda nəzərdə tutulmuş qaydada vəsatət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı gedişində nə prosesdə iştirak edən dövlət ittihamçısı və nə də zərərçəkmiş şəxsin hüquqi varisi göstərilən qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu ilə əlaqədar təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verməmişlər. Apellyasiya instansiya məhkəməsinin məhkəmə baxışına gəldikdə zərərçəkmiş şəxsin hüquqi varisinin c inayət işinə apellyasiya baxışı mərhələsində təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu ilə əlaqədar təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermək hüququ nəzərdə tutulmamışdır. Bu mərhələd belə məzmunda protest vermək hüququ yalnız Azərbaycan Respublikası Baş prokuroruna, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroruna müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamı n irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Cinayət işinə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxılarkən də göstərilən şəxslər tərəfindən dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair protest verilməmişdir. Beləliklə cinayət işinə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən apellyasiya qaydasında baxılarkın Məhkum ci nayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən CM-nin 120.2.4-cü maddəsinə tövsif edilməsi üçün hüquqi əsaslar olmamışdır. Ona görə də zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin bu barədə dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətində və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclaslarındakı çıxışlarında məhkuma daha ağır, ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan sübutlardan müəyyən edilir ki, məhkum cinayət əməlini törətdikdən sonra Məhkum könüllü olaraq polis orqanlarına gə lərək cinayət barədə məlumat vermişdir. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasn şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən hallardan biridir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə göstərilən halları nəzərə alaraq Məhkum təyin edilə bil ən cəza 14 ilin dörddə üçündən, yəni (14il:4x3=10 il 6 ay) on il altı aydan çox ola bilməzdi. Ona görə də Məhkum daha ağır və ya ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə kassasiya şikayətinin dəlili də qanunun tələbinə uyğun hesab edilmədiyindən təmin edilmədən saxlanmalıdır. Məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiəçinin kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilir. Belə ki, birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş şahidlər Şahid7, Şahid6 ifadələrindən müəyyən edilir ki, Məhkum mərhum Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər yetirdikdən sonra Şahid6 demişdir ki, “bir nəfəri kafedə vurmuşam, get kömək elə ölməsin” deyib əli ilə “İzmir” kafesini göstərmiş və həmin şəxsi anasını təhqir edi b söydüyü üçün vurduğunu bildirmişdir (Şahid6 məhkəmə iclasındakı ifadəsi). Bu hal ona dəlalət edir ki, Məhkum zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs ölümcül xəsarət yetirdiyini bilmişdir. Ekspertizanın rəyindən görünür ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərdən biri boyunun sol-yan səthində yerləşərək ümumi yuxu arteriyasının şaxəsini zədələyən 01 ədəd deşilmiş-kəsilmiş 2,5x0,3 sm ölçülü yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxsin bədəninə yetirilmiş xəsarətlərin lokalizasiyasından aydın olur və açıq-qydındır ki, həmin xəsarətin yetirilməsi nəticəsində zərərçəkmiş şəxsin daha çox qan itirməsi məhkum tərəfindən cinayət əməlini törədərkən müşahidə edilmişdir. Zərərçəkmiş şəxsə dəfələrlə və biri daxilə keçən belə xəsarətlər yetirdikdən sonr a Şahid6 “bir nəfəri kafedə vurmuşam, get kömək elə ölməsin” deməsi məhkumun niyyətinin ona ağır xəsarət yetirmək olması nəticəsinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası CM-nin 25.2-ci və 25.3-cü maddələrinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Baxılan cinayət işi üzrə Məhkum öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu, zərərçəkmiş şəxsi həyatdan mhərum edə biləcəyini dərk etmiş, bu əmllərinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Ona görə də onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiəçinin kassasiya şikayətinin dəlilləri də əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının, zərərçəkmiş şəxsin hüquqi varisinin cinayət prosesində təmsil olunmasına dair hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegi yası hesab edir ki kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi İ6 və məhkumun müdafiəçisivəkil Ə6 kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi il ə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1302/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1302/2019
05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver