Məhkəmə qərarları › İş №1(102)-1302/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1302/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1302/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs X1 və onun müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlunun iştirakları ilə Lənkəran Ağı r Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli hökmü ilə isə X1a CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) X8, 22 fevral 1975-ci il tarixdə Cəlilabad rayonunun Şötüklü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Şötüklü kəndində qeydiyyatda olmaqla ünvan 3-də yaşayan, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, CPM-nin 318.1-ci maddəsinə əsasən isə X1a qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4. 1-ci maddəsi ilə bağlı bənd çıxarılmışdır İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X1 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qəsdən tamah niyyəti və satış məqsədilə, yəni qazanc əldə etmək niyyəti ilə kustar üsulla hazırlanmış təmiz çəkisi 1010 qram (1 kq 10 qr) çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evinin birinci mərtəbəsindəki təmirsiz otağın torpaqdan olan döşəməsini qazıb basdıraraq gizlətməklə saxlamış, 14 fevral 2020-ci il tarixdə saat 15 radələrində Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində X1 un iştirakı ilə yaşadığı ünvana baxış keçirilən zaman sərhəd dəstəsinin tədbirə cəlb edilmiş xüsusi təlim almış “Karlos” kod adlı kinoloji iti tərəfindən həmin 1010 qram (1 kq 10 qr) çəkidə narkotik vasitə heroin olan bir ədəd üzəri şəffaf yapışqanlı lentlə sarılmış bağlama basdırıldığı yerdən aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum X1 və onun müdafiəçisi M.Ə.Salmanlı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən və dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sucəddin oğlundan ibarət tərkibdə) 16 mart 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin o lunmamış, apellyasiya şikayətləri təmin edilmiş, X1un CM-nin 234.4.3-cümaddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ləğv olunmuş, məhkum olunmuş şəxsin CM-nin ona qarşı CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə CPMnin 42.14-cü maddəsi ilə bəraət verilmiş və buna görə bəraət almış şəxsin yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş 1010 qram heroinin mənbəyinin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəlilabad rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 16 mart 2022-ci il tarixli hökmündən dövləti itihamçısı Əsədov İlqar Həsən Ağa oğlu kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İbtidai araşdırma orqanı tərəfindən X1a qarşı irəli sürülmüş itttihama, iş üzrə çıxarılmış hökmlərə, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət-prosessual qanunvericiliyinin normalarına, həmin normalarda nəzərdə tutulmuş sübutların araşdırılmasına və qiymətləndirilməsinə dair tələblərə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun bir sıra qərarlarında əks etdirdiyi hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməs zam anı “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarlarına və əsasən apellyasiya instansiyası məhkəməsinin çıxardığı bəraət hökmündə həmin məhkəmənin gəldiyi nəticəni, habelə iş üzrə ibtidai araşdırma zamanı toplanmış, məhkəmə iclaslarında isə araşdırılmış bir çox sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya prote stini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, X1un və onun müdafiəçisinin apellyasiya şikayətləri əsassız olaraq təmin edilərək ona bəraət verilmiş, halbuki həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında X1nun CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Bu baxımdan X1a ona qarşı həmin maddələr üzrə irəli sürülmüş ittiham üzrə bəraət verilməsini düzgün hesab etməyən kassasiya protestinin müəllifi şahidlər – Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları X12, X16in, həm ibtidai araş dırma zamanı, həm də X31in, X32in, X33un, X34in, X35un, X36nin, X37un, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissənin hərbi qulluqçuları X38un, X39in, X40un, X41in, X42un, X43un, X44un, X45un həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələrinə, X1un yaşadığı evə baxış keçirmə və götürmə haqqında 14 fevral 2020-ci il tarixli protokola, həmin baxışın və götürmənin aparılmasında hal şahidləri qismində iştirak etmiş X46n və X46in, habelə bəraət almış şəxsin qardaşı X46un ibtidai araşdırma zamanı verdiyi ifadələrinə əsaslanaraq həmin ifadələri də digər sübutlarla birgə şərh etmişdir. Dövlət ittihamçısı daha sonra qeyd etmişdir ki, istər cinayət işi üzrə toplanmış ibtidai istintaq materialları (şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və işə əlavə edilmiş sənədlər), istərsə də birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış araşdırmanın nəticələri ilə X1un ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə toplanmış sübutlara birtərəfli yanaşmaqla onlara düzgün və obyektiv hüquqi qiyməl verməmiş, məhkəmənin çıxardığı bəraət hökmü isə X1un özünümüdafiə xarakterli ifadələrinə əsaslanmış və məhkəmə digər sübutların qəbul edilməməsinin və onların qiymətləndirilməməsinin motivlərini heç nə ilə əsaslandırmamışdır. Dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestində şərh etdiyi dəlilləri nəzərə alaraq həmin protestin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Bəraət almış şəxs X1un müdafiəçisi M.Ə.Salmanlı kassasiya protestinə etiraz verərək Şirvan Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş həmin protesti təmin edilməməməsini, apellyasiya instansiyası məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq X1a CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini və prosessual qanunun tələblərinə əməl etməməsini iddia e dərək həmin məhkəmə tərəfindən çıxarılmış hökmün ləğv edilməl olması haqqında kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessu al normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinaət Kollegiyasının 16 mart 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protest inin dəlillərinə cavab verilməsi ilə bağlı isə məhkəmə kollegyiası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğu nu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzi fə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instan siyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla, həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu sübutlar əsasında CPM-nin 42.1.4-cü maddəsinə əsaslanaraq X1a təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsini, CPM-nin 318.1-ci maddəsinə əsasən isə ona qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsi ilə bağlı bəndin çıxarılmasını mümkün bilib eyni zamanda sonuncunun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməli olması haqda qənaətə gəlib bu qənaətinə uyğun olar aq X1un barəsində ittiham hökmü çıxarmışdır. Həmin hökmə əsasən X1 qəsdən tamah niyyəti və satış məqsədilə, yəni qazanc əldə etmək niyyəti ilə kustar üsulla hazırlanmış təmiz çəkisi 1010 qram (1 kq 10 qr) çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evinin birinci mərtəbəsindəki təmirsiz otağın torpaqdan olan döşəməsini qazıb basdıraraq gizlətməklə saxlamış, 14 fevral 2020-ci il tarixdə saat 15 radələrində Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində X1un iştirakı ilə yaşadığı ünvana baxış keçirilən zaman sərhəd dəstəsinin tədbirə cəlb edilmiş xüsusi təlim almış “Karl os” kod adlı kinoloji iti tərəfindən həmin 1010 qram (1 kq 10 qr) çəkidə narkotik vasitə heroin olan bir ədəd üzəri şəffaf yapışqanlı lentlə sarılmış bağlama basdırıldığı yerdən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü araşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib onlara həm istinad edərək və həm də, kassasiya protestinin dəlillərinin əksinə olaraq, bu sübutları ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək X1un ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşı r və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası da həm X1a elan olun olunaraq təqsirli bilindiyi ittihama, məhkəmə iclaslarında araşdırılmış bu sübutların bir hissəsinə müraciət etməyi və həmin ittihamı və sübutları qanunverciliyin tələbləri nöqteyi nəzərindən təhlil etməyi zəruri bilir. Əvvəla, həm X1a elan olunmuş ittihamın, həm də birinci instansiyası məhkəməsinin hökmünün təsvri-əsaslandırıcı hissəsinin diqqət çəkən məqamı ondan ibarətdir, X1un təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda, onun barəsində tərtib edilmiş ittiham aktında və 29 iyun 2021-ci il tarixli hökmdə onun yaşadığı evdə saxladığı narkotik vasit ənin “Karlos” kod adlı kinoloji iti tərəfindən aşkar edilməsi, onun tərəfindən də götürülməsi göstərilmişdir ki, bu hal da ibtidai araşdırma orqanının məhkəmələrə təqdim etdiyi sübutlara görə mümkün deyil. Bu sübutlara əsasən, X1a saxlaması istinad olunan narkotik vasitə it tərəfindən aşkar edilsə də, həmin narkotik vasitənin onun tərəfindən deyil, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən götürülməsi müəyyən edilmişdir. Bundan başqa, ittiham da, X1un barəsindəki ittiham hökmündə də sonuncunun yaşadığı evə baxış keçirilməsi göstərilsə də, faktiki olaraq mahiyyətinə görə həmin evdə axtarış aparılmışdır, bu hal da ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş halların işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Qeyd edilən ist intaq hərəkətinin – axtarışın keçirilməsi ilə bağlı müəyyən edilmiş hallar üzrə sübutları məhkəmə kollegiyası aşağıda göstərilən şəkildə təhlil etməyi məqsədə uyğun hesab edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət təqibinin bütün mərhələlərində X1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib eyni məzmunda ifadələr verərək göstərmişdir ki, o, Cəlilabad rayonunun Şötüklü kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən iki mərtəbəli, 07 nömrəli fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. 13 fevral 2020-ci il tarixdə saat 12 radələrində qardaşı Teymur ona zəng edərək yaşadığı Cəlilabad rayonunun Şötüklü kəndində yerləşən yaşayış evinin təxminən 150-200 metr yaxınlığına Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşla rının gəlib dayanaraq onlara məxsus atın sərhədi pozmasından şübhələndiklərini bildirmələrini dedikdə o, digər qardaşı X46a zəng edərək ona da bu barədə məlumat vermiş və buna görə onlar birlikdə atasının yaşadığı Şötüklü kəndinə getmişlər. Kəndə çatdıqda orada olan sərhəd zastavasının hərbi qulluqçuları ona da onlara məxsus atın sərhədi pozduğunu bildirmiş, o, isə sonunculara belə halın olmamasını,həmin sərhədçilərə onlara məxsus atın sərhəd pozmadığını, atası və qardaşının atla otlaq sahəsinə xırda və iri buynuzlu heyvanları otlamağa apardıqlarından onların aşkar etdikləri izlərində həmin izlər olduğunu bildirmişdir. Bundan sonra isə hərbiçilər polis əməkdaşlarını atasına məxsus Şötüklü kəndində yerləşən yaşayış evinə dəvət etmişl, sonuncular Şötüklü kəndinə gələrək onu və qardaşları X47 və X46u Cəlilabad RPŞ-nə dəvət etmiş və orada əməliyyat müvəkkilləri ona sərhədi pozmasını etiraf etməsini təklif etmişlər. Lakin o, bunu qətiyyətlə inkar etdikdə Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini X16 ona bildirmişdir ki, o, sərhədi pozmasını etiraf etməsə onun evinə narkotik qoyub onu həbs etdirəcəkdir. Buna baxmayaraq, o, X16in dediklərini qəbul etməmiş, 14 fevral 2020-ci il tarixdə ona yaşadığı evinə baxış keçirilməsi təklif olunmuş, o, da ərizə ilə müraciət edərək, baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Evinə baxış keçirilməmişdən əvvəl onun ailə üzvləri məcburi şəkildə evdən kənarlaşdırılmışlar. Bunu rəis müavini X16 və Dövlət Sərhəd Xidmətinin əməkdaşları da təsdiq etmişlər. Bundan sonra onun fərdi yaşayış evinə polis və sərhəd xidmətinin əməkdaşları tərəfind ən hal şahidləri və sərhəd xidmətinin xüsusi təlim keçmiş iti də cəlb edilməklə, müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçrilən zaman iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsindəki döşəməsi torpaqdan olan ikinci otağından narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülsə də, həmin narkotik vasitə ona məxsus olmamış və o, bunun axtarış aparan şəxslərin diqqətin çatıdrmış, axtarışda iştirrak edən X16ə isə onun necə demişdirsə elə də etdiyini bildirmişdir. Hesab edir ki, aşkar edilərək götürülmüş narkotik vasitə onun ailə üzvləri məcburi şəkildə evdən kənarlaşdırıldıqdan sonra polis əməkdaşları onun yaşayış evinin birinci mərtəbəsindəki otağının dəmir barmaqlıqları olmayan pəncərəsindən oraya daxil olub yerləşdirmiş və bunu məhz X16in göstərişi ilə etmişlər. X1 həm çinin göstərmişdir ki, o, hələ Cəlilabad şəhərində olarkən Şötüklü kəndində yaşayan qardaşı ona zəng edərək sərhədçilərin və polis əməkdaşlarının kənddə atasına məxsus evə gələrək narkotik vasitələrin əldə olunmasından və saxlanılmasından şübhələndiklərini bildirmiş və belə məlumatı aldıqdan sonra onun kifayət qədər vaxtı və imkanı olmuşdur ki, əgər o, yaşadığı evdə narkotik vasitə saxlayırdısa, həmin narkotik vasitəni kəndə gedənə qədər evindən götürüb ya tullasın, ya da ki başqa yerdə gizlətsin. Lakin narkotik vastələrin qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmadığından o, əminliklə yaşadığı evdə axtarış aparılmasına razılıq vermiş, lakin oradan götürülmüş narkotik vasitənin kim tərəfdən və nə vaxt evə gizlətməsini görməmiş və bilməmişdir. Həmçinin bəraət almış şəxs bildirmişdir ki, o, heç vaxt sərhədi pozmamış, İran İslam Respublikasının hər hansı vətəndaşı ilə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı onlarla razılıq əldə etməmiş və sonunculardan belə vasitələri əldə etməyərək yaşadığı evdə və ya başqa yerdə saxlamamışdır. Apellyasiya şikayətlərinə və apellyasiya protestinə məhkəmə baxışı iclasında şahid qsmində dindirilmiş X16 göstərmişdir ki, o, Cəlilabad rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləmiş, 2021-ci ilin sonlarında isə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. 13 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsindən Cəlilabad rayon Polis Şöbəsinə 2 nəfər naməlum İran İslam Respublikası vətəndaşlarının Kürünc sə rhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini qanunsuz olaraq pozaraq Azərbaycan Respublikasının ərazisinə keçmələri, mühəndis texniki qurğularından təxminən 1500 metr məsafəyədək hərəkət edərək, atla həmin əraziyə gəlmiş Cəlilabad rayon, Şötüklü kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan X1a özləri ilə gətirdikləri külli miqdarda narkotik vasitələri verərək yenidən İİR-nın ərazisinə geri qayıtmaları barədə məlumat daxil olmuşdur. 14 fevral 2020-ci il tarixdə şöbə rəhbərliyi tərəfindən Cəlilabad RPŞ-nin və DSX-nin əməkdaşlarının iştirakı ilə istintaq-əməliyyat qrupu yaradılması ilə bağlı əmr verilmiş və həmin tarixdə X1un atasının yaşadığı Cəlilabad rayonunun Şötüklü kəndində olduğu müəyyən edildiyindən sonuncu saxlanılaraq şöbəyə gətirilmişdir. Cəlilabad RPŞ-nin və Dö vlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən onun üzərində axtarış aparılsa da, üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla gəzdirilməsi, daşınması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra X1un yaşadığı Cəlilabad şəhərind, Səttarxan küçəsində yerləşən evində narkotik vasitə və ya psixotrop maddə gizlətməsi güman edildiyindən onun razılığı ilə yaşadığı evə, hal şahidlərinin, müdafiəçinin, Cəlilabad RPŞ-nin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakları ilə sərhəd dəstəsinin xüsusi təlim almış “Karlos” adlı itdən və videoçəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. Axtarışın sonuna yaxın sərhəd dəstəsinin xüsusi təlim almış “Karlos” adlı iti X1un yaşadığı yaşayış evinin birinci mərtəbəsində torpaqdan olan yeri eşərək qara rəngli üzəri y apışqan lentlə bağlanmış bir ədəd bağlamada narkotik vasitəyə oxşar kütlə aşkar etmişdir. Həmin kütlənin olduğu bağlama ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şahid verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, əməliyyat-axtarış tədbirinin keçirilməsində neçə nəfər polis əməkdaşının iştirak etməsini hazırda xatırlamır, X1 13 fevral 2020-ci il tarixdə deyil, 14 fevral 2020-ci il tarixdə saxlanılaraq Cəlilabad rayon Poliş Şöbəsinə gətirilmiş, sonuncunun polis şöbəsinə gətirilərkən və ya bundan sonra onun bədənində və ya sifət nahiyələrində hər hansı bir xəsarətin olub-olmaması, axtarış aparılarkən onun qolunda qandal olub-olmaması yadında deyil. Axtarış aparılması üçün X1un yaşadığı ünvana çatdıqda, orada, evin həyətində ağlayan bir neçə qadın ın və uşaqların olmasını görmüş və X1 özü onlara hansısa qohumunun evlərinə getmələrini təklif etmişdir. Evin ikinci mərtəbəsində axtarışın aparılması zamanı xüsusi təlim keçmiş itin də buna cəlb edilib-edilməməsini o, yəni şahid X16 xatırlamır, özü həyətdə olduğundan axtarışda iştirak etməmiş, narkotik vasitə aşkar olunan zaman X1un yetkinlik yaşına çatmış oğlu da orada olmuş və axtarış başa çatdıqdan sonra X1 həqiqətən də ona demişdir: "Rəis dediyinizi etdiniz, dediniz evinə narkotik vasitə qoyacam və səni həbs etdirəcəm, etdiniz". Buna cavab olaraq o, X1a indi bunun yeri olmadığını bildirmiş və bu cavabı verərkən artıq narkotik vasitənin aşkar olunmasını, bununla bağlı X1in öz sözünü istintaqda deyə bilməsini nəzərdə tutlmuşdur. Şahid həmçinin qeyd etmişdir ki, narkotik vasitənin yaşadı ğı evə onun özü tərəfindən və ya göstərişi ilə qoyulması barədə X1un verdiyi ifadələri həqiqətə uyğun deyil. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dindirilmiş X9 göstərmişdir ki, X1 onun qaynıdır, və o, 2020-ci ilin fevral ayının əvvəllərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulmuşdur. Həmin vaxt, tarixi yadında qalmadığı gün o, şəxsi işləri ilə bağlı yaşadığı evdən çıxmış, nahara yaxın evə qayıdanda X1in həyat yoldaşı və uşaqlarının onun evində olduğunu görmüşdür. X1in oğlu və həyat yoldaşı ona bildirmişlər ki, polis əməkdaşları evdə itlə axtarış aparacaqlarına görə onları evdən kənarlaşdırmışlar. Bundan sonra o, X1in böyük oğlu ilə birlikdə sonuncunun evinə tərəf getmiş və oraya çatdıqda evin həyətində və ətrafında çoxlu sayda polis əməkda şlarının olduğunu görmüşdür. Onlar həyətə keçmək istəsələr də, polis əməkdaşları evdə axtarış aparıldığından həyətə keçmələrinə icazə verməmiş, təxminən 30-35 dəqiqədən sonra X1in oğlu X həyətə buraxılmış, bundan bir neçə dəqiqə sonra isə polis əməkdaşları evdən narkotik vasitə aşkar edilərək götürüldüyünü bildirmişlər. Həmin məhkəmə iclasında şahid X12 göstərmişdir ki, X1 narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıb Cəlilabad rayon Polis Şöbəsinə gətirilmiş, bundan sonra isə onun özünün iştirakı ilə yaşadığı evdə axtarış aparılmışdır. Axtarış aparılan zaman X1un evindən narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. O, yalnız X1un evinə baxış keçirilməsində iştirak etmiş və bu zaman polis əməkdaşları ilə yanaşı sərhəd qoşunlarının da hərbi qulluqçul arı bu tədbirə cəlb edilmiş, lakin X16in həmin tədbirdə iştirak etməsini xatırlamır. Axtarışın aparılmasına sərhədçilərin iti də kinoloqla birlikdə cəlb edilmiş, lakin evin ikinci mərtəbəsində axtarış aparılarkən itdən istifadə olunmamışdır. X1 polis şöbəsinə gətirilərkən onun üzərində hər hansı bir xəsarətin olub-olmamasını o, xatırlamır, lakin sonuncu axtarış aparılması üçün yaşadığı evə gətirilərkən evin həyətində bir neçə qadının və uşaqların orada dayanıb ağlamalarını görmüş, evdə axtarış aparılarkən isə onlar evdə olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, o, Cəlilabad rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində təhqiqatçı vəzifəsində işləmiş, hazırda təqaüddədir. Hazırki iş üzrə Sərhəd Qoşunlarından daxil olmuş məlumata əsasən X8 tutularaq xidməti ota ğında ona təqdim olunmuşdur. X1 ona təqdim olunan zaman üzərində gözlə görünən xəsarətlər olmuşdur. X1 bildirmişdir ki, onu döyüblər, lakin bununla bağlı o, sonradan ona müraciət etməmişdir. Polis şöbəsində X1un üzərinə baxış keçirilməmiş, lakin onun evinə baxış keçirilməsi zərurəti yarandığından həmin gün yaşadığı ünvana getmişlər. Həyətə daxil olanda X1un qohumları həyətdə idilər, qadınlar ağlayırdılar. Əməliyyata rəhbərlik edən polis şöbəsinin rəis müavini X25 qohumlarını çölə çıxarmasını və onları sakitləşdirməyi təklif etdikdən sonra X1 qohumları ilə birlikdə küçəyə çıxıb onlarla təxminən 2-3 dəqiqə söhbət etdikdən sonra həyətə qayıtmış və bundan sonra onun evində axtarışın keçirilməsi başlamışdır. Bu axtarışda X1in ailə üzvləri iştirak etməmişlər. Polis şöbəsinin və Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə əvvəl evin 2-ci mərtəbəsinə, daha sonra isə 1-ci mərtəbəyə baxış keçirilmiş, ikinci mərtəbədə yaşayış olduğuna görə oraya baxış keçirilən zaman xüsusi təlim keçmiş it cəlb edilməmiş, yalnız 1-ci mərtəbəyə baxış keçirilərkən itin köməyindən istifadə olunmuşdur. Birinci mərtəbədə it yeni qazılmış torpaqdan olan yeri eşərək bir ədəd bağlamada narkotik vasitəyə oxşar kütlə aşkar etmiş və həmin kütlənin yerləşdirildiyi bağlama ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, bu barədə də müvafiq protokol tərtib edilmişdir. Şahid həmçinin bildirmişdir ki, X1un barəsindəki "Tutma" və “Baxış və götürmə" barədə protokollar onun tərəfindən tərtib edilmiş, lakin həmin protokolların tərtib edilmə saatlarında texniki səhvə yol verərək diqqətsizlik etmişdi r. Cinayət işinin materiallarına əlavə edilmiş 14 fevral 2020-ci il tarixli “Baxış və götürmə barədə” protokoldan və videoçəkilişdən görünür ki, X1un yaşadığı evə baxış (faktiki axtarış) keçirilmiş, evin birinci mərtəbəsində sağ tərəfdə yerləşən 2-ci otağa girdikdən sonra evin künc tərəfində yeni qazılmış yeri sərhəd dəstəsinin “Karlos” adlı iti eşərək bir büküm ağ şəffaf sellofana bükülmüş, üzəri yapışqanlı lentlə bağlanmış bir ədəd içərisində qəhvəyi rəngli spesifik iyə malik olan, “kakosa” bənzər kütlə aşkar olunmuşdur. Hadisə yerinə baxış keçirmə haqqında 13 fevral 2020-ci il tarixli protokoldan görünür ki, 1-ci sərhəd komendantlığının 6-cı sərhəd zastavasının 15-ci sahəsində 174-cü dirəklər arasında, əsas maneə çəpərinin aşağıdan 4-cü məftilinin üzərində quru halda palçıq izi, həmin s ahədə 84 nömrəli sərhəd nişanından 250 metr sağa, DSX-dən 450 metr aralı, ƏMÇ-dən 150 metr içəri, nəzarət iz zolağının üzərində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə 8 ədəd, Azərbaycan Respublikasından İİR istiqamətinə isə 7 ədəd insana məxsus izlərin olması müəyyən edilmiş, baxış zamanı maneə çəpərindən 1300 metr aralıda, dağlıq ərazinin ətək hissəsində, qar örtüyünün üzərində insana məxsus ayaq izlərinin at izləri ilə əvəz olunması aşkar olunmuşdur. Hadisə yerində çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm yuxarıda göstərilən, həm də ibtidai araşdırma zamanı toplanmış sübutlara əsasən ibtidai araşdırma orqanı tərəfindən X1a qarşı CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə k i, o, qəsdən tamah niyyəti və satış məqsədi ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşları və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli ölkə ərazisinə keçirilməsi barədə razılığa gəldikdən sonra aralarında olan rol bölgüsünə və ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun istintaqla müəyyən edilməmiş üzvlərinin 12 fevral 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin Kürünc sərhəd zastavasının xidməti ər azisindən istintaqla müəyyən edilməyən şəraitdə Azərbaycan Respublikası ərazisinə keçirtdikləri içərisində kustar üsulla hazırlanmış təmiz çəkisi 1010 qram çəkidə narkotik vasitə heroin olan bağlamanı bilavasitə dövlət sərhədinin mühəndis texniki çəpərinin yaxınlığında əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanına gətirib fərdi yaşayış evinin birinci mərtəbəsindəki təmirsiz otağın torpaqdan olan döşəməsini qazıb basdıraraq gizlətməklə saxlamışdır. Göründüyü kimi, ibtidai araşdırma orqanı X1un qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla İran İslam Respublikasının vətəndaşları və qeyrilərinin keçirməsindən sonra bilavasitə dövlət sərhədinin mühəndis te xniki çəpərinin yaxınlığında əldə etməsi barədə nəticəyə gəlmiş, həmin nəticəni isə ərazidə aşkar olunmuş insana məxsus ayaq izlərinin, daha sonra həmin izlərin at izi ilə əvəz olunması, at izlərinin isə Cəlilabad rayonunun Şötüklü kəndindəki X1un atası X47a məxsus evə tərəf istiqamətlənməsi ilə əsaslandırmışdır. Lakin, iş materiallarından göründüyü kimi, hadisə yerinə baxış keçirilmiş, yəni dövlət sərhədinin pozulduğu ərazidə aşkar edilmiş insana məxsus ayaq izlərinin məhz X1a, at izlərinin isə onun atasına məxsus ata, yaxud da hər hansı başqa heyvana mənsub olubolmaması ümumiyyətlə araşdırılmamış, nümunələr götürülməklə müvafiq ekspertizalar təyin edilməyrək keçirilməmş, həmin izlərin həqiqətən X1un atasının yaşadığı evə istiqamətlənib-istiqamətlənməməsini təsdiq edən hər hansı sübut əld ə edilməmiş, izlərin istiqamətlənməsi ərazisinə isə baxış keçirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bu halların toplanmış sübutlarla təsdiq olunmaması vəziyyətində X1un həqiqətən sərhədi pozaraq və ya pozmadan İran İslam Respublikasının vətəndaşları ilə görüşüb onlardan yaşadığı evdən aşkar edilərək götürülmüş narkotk vasitəni qəbul etməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur və X1a qarşı CMnin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham yalnız ehtimallara və mülahizələr əsaslanmışdır. Eyni ilə, X1 qaçaqmalçılıq cinayətini törətməsi üçün onun qabaqcadan kiminləsə sövdələşməsi, bu sövdələşmənin nədən ibarət olması, cinayət törətmiş şəxslər arasında rol bölgüsünün aparılması və əldə olunmuş razılığın h ansı şəkildə icra ediləcəyi, qaçaqmalçılıq cinayətinin üsulu da müəyyən olunmamış və bu halları, yəni qabaqcadan əlbir olmuş bir qrup şəxs, o cümlədən X1 tərəfindən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini təsdiq edən heç bir sübut əldə edilməmiş və məhkəmələr təqdim olunmamışdır. Halbuki, CM-nin 206.1-ci maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və ya digər əşyaların gömrük sərhədindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxun bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanununun bu normasının mənasına görə, qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin oby ektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından ibarətdir. Qaçaqmalçılıq cinayəti formal tərkibli cinayət əməlidir və bu cinayət faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış hesab edilir, təqsirkarın törətdiyi əməlin qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilməsi yeganə əsas isə onun tərəfindən məhz CMnin 206-cı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətin və ya hərəkətlərin icra edilməsidir və şəxs yalnız bu hərəkətləri etdikdə o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Məsələyə göstərilən hüquqi mövqedən həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 06.2-ci maddəsinin şərh edilməsinə dair” 06 yanvar 2021-ci il tarixli qərarında yanaşmışdır. Həmin qərara görə, şəxs tərəfindən malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti kimi tövsif edilir ki, cinayət əməlini törətmiş şəxs CM-nininayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarından görünür ki, şəxsin əməlinin CM-nin 206-cı maddəsi üzrə tövsif edilməsi üçün həmin şəxs tərəfindən mütləq qaydada həmin maddənin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin törətməsinin müəyyən edilməsi tələb olunur. Lakin, X1a qarşı CM-nin 206.3.2-ci maddəsi üzrə ittiham irəli sürülsə də, iş üzrə onun CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş və qaçalmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hansı hərəkəti və ya hərəkətləri və nə vaxt, hansı şəraitdə və kiminlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə etməsinə dair heç bir sübut əldə olunmamışdır. Həmçinin, istər ibtidai araşdırma zamanı, istərsə də cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən X1un külli miqdarda narkotik vasitə olan heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli ölkə ərazisinə keçirilməsindən sonra bilavasitə dövlət sərhədinin mühəndis texniki çəpərinin yaxınlığında əldə etməsi də təsd iq olunmamışdır. Eyni zamanda hazırki iş üzrə X1un CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşları və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında qeyd olunan cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməsi və yaxud cinayətin törədilməsi üçün müxtəlif vəzifələrin icrası ilə bağlı cinayətin icraçısının, digər şəxslərlə yaxından, yaxud da uzaqdan əlaqədə olması, yəni iştirakçıların birgə fəaliyyət göstərmələri də ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Kassasiya protestində dövlət ittihamçısı bəraət almış X1un qardaşı X46un ibtitadi araşdırma zamanı verdiyi ifadələrinə, yəni X1in 12 fevral 2020-ci il tarixdə atasına məxsus atı minərək evdən çıxması, X1 getdikdən təxminən 3 saat sonra kəndə qayıtması, bundan sonra saat 00 radələrində X1lə birlikdə atasına məxsus avtomaşınla Cəlilabad şəhərinə qayıdarkən qardaşının mobil telefonuna zəng gəlməsi, sonuncunun “hər şey yaxşıdır, gətirib çatdıracam” sözlərini deməsi, at izlərinin X1ə məxsus ata aid olduğunu bildirməsi, həmçinin onun “petrovka” deyilən yerdə yaşayan Yavər adlı şəxslə münasibətinin olması və onların aralarında narkotik vasitələrin qanunsuz dövriyyəsi mövzusunda söhbətlər aparmaları, qardaşının isə narkotik vasitəni İİR-nın vətəndaşları X48 və X49 adlı şəxslərdən əldə etməsi barədə telefon danışıqlarını eşitməsi haqda ifadələrinə istinad edərək X1un t əqsirinin bu ifadələrlə təsdiq olunmasını qeyd etsə də, iş materiallarından görünür ki, X46 birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, hadisədən əvvəl atası X və qardaşı X1la birlikdə Masallı rayonunun Boradigah kəndinə yas mərasiminə getmişdir. Onlar həmin yas mərasimində iştirak etdikdən sonra Cəlilabad şəhərinə qayıtmış, orada alış-veriş etdikdən sonra birlikdə atasının yaşadığı Cəlilabad rayonunun Şötüklü kəndinə getmiş, daha sonra kənddən qardaşı X1la birlikdə Cəlilabad şəhərinə qayıtmışlar. Növbəti gün X1 ona zəng edərək, dövlət sərhədinin pozulması ilə əlaqədar sərhəd xidməti əməkdaşlarının atasının yaşadığı Şötüklü kəndinə getdiklərini bildirmiş, o, da X1in arxasınca Cəlilabad şəhərinə gəlib onunla birlikdə Şötüklü kəndinə getmişdir. Orada sərhəd xidmətinin əməkdaşları onlara məxsus atın dövlət sərhədini pozmasını, atın ayaq izlərinin isə atasına məxsus evin yaxınlığında olduğunu bildirmişlər. Lakin, tərəflərindən onlara məxsus at təqdim edildikdə aşkar olunmuş atın ayaq izlərinin onlara məxsus ata uyğun gəlmədiyi müəyyən edilmişdir. Daha sonra Cəlilabad RPŞ-nin əməkdaşları ora gəlmiş, onu və qardaşını polis şöbəsinə aparıb, orada təzyiqlər edilərək ifadələr verməyə məcbur edilmişlər. İbtidai araşdırma orqanı kimi kassasiya protestinin müəllifi də X1un təqsirini təsdiq edən X46un ibtidai araşdırma zamanı verdiyi ifadələrinə əsaslansa da, cinayət işinin materiallarında olan 22 iyul 2020-ci il tarixli, 31 avqust 2020 və 07 oktyabr 2020-ci il tarixli protokollardan görünür ki, X1un istifadəsində olan **********, **********, 077 3308528, ******** **, ********** və ********** mobil telefon nömrələri yoxlanılmış və 01 yanvar 2020-ci il tarixdən 14 fevral 2020 tarixə kimi olan müddət ərizəndə qeyd olunan nömrələrdə aparılmış telefon danışıqlarının siyahısında iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar əldə edilməmişdir. Həmçinin, X46un ibtidai araşdırma zamanı verdiyi ifadələində Xin “petrovka” deyilən yerdə yaşayan “Yavər” adlı şəxslə münasibətinin olması və onların arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mövzuda anışıqlar aparmaları göstərilsə də, ibtidai araşdırma orqanı tərəfindən “Yavər” adlı şəxsin şəsiyyətinin müəyyən edilməsi, onun X1la əlaqəsi, aralarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı söhbətlər aparıb-aparmamaları araşdırılmamış, qeyd edilən ifadələri təsdiq edən heç bir sübut əldə edilm əmişdir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, X46un ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən və yuxarıda qeyd edilən xüsusatlar istintaq orqanının özünün əldə etdiyi sübutlarla təkzib edildiyindən və işin faktiki halları ilə uzlaşmadığından həmin ifadələr ittihamı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bu hala dair məhkəmə kollegiyasının gəldiyi nəticəyə bənzər eyni hüquqi mövqe “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında da əksini tapmışdır. Belə ki həmin Qərarda göstərilmişdir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikl əri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, X1a qarşı irəli sürülmüş ittihamın sübutlaırndan biri kimi həm ibtidai araşdırma orqanının, həm də kassasiya protesti vermiş dövlət ittihamçısının istinad etdikləri Cəlilabad Rayon Polis şöbəsnin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Rəhman Abdullayev tərəfindən tərtib olunmuş əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 14 fevral 2020-ci il tarixli qərara görə, X1un ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, lakin həmin qərarda əvvəlcədən məhkəmənin razılığını almadan və hansı təxirəsalınmaz hal nəticəsində bu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əsaslandırılmamış, keçiriləcək tədbirlərin konkret növü qərarda göstərilməmiş, qərarın surətinin isə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qeyd olunsa da, bunu təsdiq edən hər hansı bir sübut (göndəriş məktubundan başqa) iş materiallarında aşkar edilməmiş, həmin qərarın və onun əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuni olub-olmaması isə məhkəmə tərəfindən məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Hərçənd “Əməliyy at-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin İİİ bəndinə əsasən, bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinin V bəndində göstərilmişdir ki, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora ə saslandırılmış qərarı təqdim etməlidirlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası, CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra həmin Qərarda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasınd a keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər". Cinayət işinə apellyasiya şikayətləri və apellyasya protestinə əsasən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən Cəlilabad Rayon Məhkəməsinə verilmiş sorğuya cavab olaraq həmin məhkəmədən daxil olmuş 23 fevral 2021-ci il tarixli 469/2022 saylı məktubda göstərilmişdir ki, 14 fevral 2020-ci il tarixdə X1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın surəti Cəlilabad Rayon Məhkəməsinə daxil olmamışdır. Göründüyü kimi, hazırki iş üzrə təhqiqat orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyi və əsaslığı məhkəmə nəzarəti qaydasında yoxlanılmamış və bu məsələ ilə bağlı məhkəmə heç bir qərar qəbul etməmişdir. CPM-nin 137-ci maddəsinə əsasən isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bu tələblərdən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış edən məhkəmə kollegiyası kollegiya hesab edir ki, yuxarıda göstərilən 14 fevral 2020-ci il tarixli qərar həmin tələblərə uyğun şəkildə tərtib edilmədiyindən və istər məhkəmə tərəfindən məhkəmə nəzarəti qaydasında, istərsə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin qərarın qanuniliyi yoxlanılmadığından onun əsasında əldə edilmiş materiallar da sübut kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası X1un "şübhəli şəxs qismində tutulması" və "baxış keçirilməsi və götürmə" haqqında protokolları müqayisəli şəkildə təhlil edilərək qeyd edir ki, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X14 Şöbəsinin rəisinə ünvanladığı "Raport"a görə, narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və daşımasında şübhəli bilinən X1 14 fevral 2020-ci il tarixdə saat 14:30-da ə məliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun ərazisində saxlanılaraq Şöbəyə gətirilmişdir. İş materiallarında olan 14 fevral 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, X1 həmin tarixdə saat 15:25-də şübhəli şəxs qismində tutulmuşdur. Protokolda həmçinin qeyd edilmişdir ki, X1 onun yaşadığı evdən aşkar edilərək götürülmüş bir bükümdə olan narkotik vasitəyə bənzər kütlənin ona aidiyyatı olmadığı və kim tərəfindən qoyulduğundan xəbərinin olmadğını bildirmişdir. “Baxış və götürmə barədə” 14 fevral 2020-ci il tarixli protokolda isə göstərilmişdir ki, həmin tarixdə X1un yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin birinci mərtəbəsində sağ tərəfdə yerləşən 2-ci otağa girdikdən sonra evin künc tərəfində yeni qazılmış yeri sərhəd dəstə sinin "Karlos" adlı iti eşərək bir büküm ağ şəffaf sellofana bükülmüş, üzəri skoçlanmış bir ədəd içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik olan "kakos"a bənzər kütlə aşkar olunmuşdur. Baxış saat 15:30-da başlanmış, saat 16:05-də qurtarmışdır. Əvvəla həmin protokolda X1un evinə baxışın keçirilməsi qeyd olunsa da, protokola əlavə edilmiş DVD diskdə əks etdirilmiş videogörüntülərdən görünür ki, bu tədbir baxış kimi deyil, axtarş kimi aparılmış, çoxlu sayda polis əməkdaşları və sərhədçilər evin bütün otaqlarını, orada yerləşdirilmiş mebel və digər avadanlıqları yoxlayaraq faktiki həmin yerlərdə ətraflı şəkildə axtarış aparmış, lakin yalnız evin birinci mərtəbəsində yerləşən təmirsiz otaqda axtarışın aparılmasına cəlb edilmiş it sellofana bükülmüş və skotçla l entlənmiş, protokolda göstərildiyi kimi, torpağı qazaraq deyil, torpağın üzərində olan kütləni aşkar edərək onun ətrafında fırlanmağa başlamış, bundan sonra axtarışın aparılmasına rəhbərlik edən polis əməkdaşı həmin kütləni götürüb onu qablaşdırmışdır. Bununla yanaşı, videogürüntülərdən müəyyən olunur ki, aşkar olunaraq götürülmüş kütlə, protokolda göstərildiyi kimi, ağ şəffaf sellofana deyil, qara rəngli sellofana bükülmüş, bükülü isə şəffaf, yapışqanlı lentlə bağlanmışdır. Kütlənin qara rəngdə sellofanda olmasını və bükülünün şəffaf lentlə bağlanmasını cinayət təqibi zamanı dindirilmiş çoxsaylı şahidlər də təsdiq etmişlər. Nəticə etibarı ilə, məhkəmə kollegiyası 14 fevral 2020-ci il tarixli protokolda yazılanların diskdə olan videogörüntələrə uyğun olmamasını da qeyd edir, göstərilən a xtarışın aparılması ilə bağlı isə vurğulamağı lazım bilir ki, CPM-nin 177 və 246-cı maddlələrinin tələblərinə və mənasına görə, həmin maddələrdə nəzərdə tutulmuş məcburi istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır, lakin müstəsna hallarda (CPM-nin 177.4, 238.2, 243.3, 246.2 və 249.5-ci maddələrində göstərilən) baxış, axtarış, götürmə, şəxsi müayinə və əmlak üzərinə həbs qoyma istintaq hərəkətləri həmçinin müstəntiqin (təhqiqatçının – m.k.) əsaslandırılmış qərarı əsasında da aparıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, bütün bu hallar qeyd edilən məcburi istintaq hərəkətinin prosessual qanunvericiliyinin tələbləri pozulmaqla aparılmasına, digər sübutların (əsasən də kassasiya protestində adları göstərilmiş şahidlərin dindirilməsi) toplanılması zərurəti isə məhz həmin istintaq hərəkətinin aparılması haqqında tərtib edilmiş protokoldan irəli gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, X1un yaşadığı evdə axtarışın aparılması barədə istər məhkəmə nəzarətini həyata keçirən məhkəmə, istərsə də müstəntiq tərəfindən bu haqda qərar qəbul edilməmiş, təhqiqatçının başqa şəxslərlə birlikdə apardığı hərəkət isə tamamilə əsassız olaraq “baxış və götürmə” adlandırılmışdır. Bundan başqa, göstərilən protokollarla müəyyən edilir ki, X1un yaşadığı evdə hələ "axtarış" istintaq hərəkətləri həyata keçirilməzdən əvvəl, yəni o, 14 fevral 2020-ci il tarixdə saat 15:25-də şübhəli şəxs qismində tutulduğu zaman onun yaşadığı ünvanda narkotik vasitənin mövcudluğu təhqiqatçıya artıq bəlli olmuşdur. Bu uyğunsuzluqlarla bağlı həm ibtidai araşdırma zamanı, e ləcə də birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında şahid qismində dindirilmiş, yuxarıda qeyd edilən "Şübhəli şəxsin tutulması" və "Baxış və götürmə" haqqında protokolları tərtib etmiş Cəlilabad RPŞ-nin TB-nin sabiq təhqiqatçısı X3 göstərmişdir ki, X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinə gətirilmiş, tutulduğu andan müdafiəçi ilə təmin edilsə də, barəsində prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi rəsmiləşdirilməmişdir. X1un yaşadığı evə "baxış" keçirilməsi, eləcə də barəsində "tutma" protokolları onun tərəfindən tərtib edilmiş, lakin həmin protokolların tərtib edilmə saatlarında texniki səhvə yol verərək diqqətsizlik etmişdir. Şahidin bu ifadələrinin təhlili göstərir k, həmin ifadələr də qeyd olunanlar işin faktiki halları ilə uzlaşmır. Belə ki, iş materiallarında olan və "baxış" (faktiki – axtarış) zamanı istifadə olunmuş videoçəkilişdən bu əməliyyat-axtarış tədbirinin, əslində isə istintaq hərəkətinin aparılmasından əvvəl X1un qolunda qandal olduğu müşahidə olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar polis əməkdaşları tərəfindən X1un 14 fevral 2020-ci il tarixdə saat 14:30-da (sonuncunun deməsinə görə - 13 fevral 2020-ci il tarixdə) əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonun ərazisində saxlanılaraq Polis Şöbəsinə aparılması, orada saxlanılması və Cəlilabad RPŞ-dən yaşadığı ünvana qolu qandallı vəziyyətdə gətirilməsi ona dəlalət edir ki, X1un yaşadığı evində axtarış aparılmazdan əvvəl o, şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq X1un şübhəli şəxs qismində tutulması barədə 14 fevral 2020-ci il tarixdə saat 15:25-də tərtib olunmuş protokolu CPM-nin 134.3-cü maddəsinə əsasən onun məhz həmin tarixdə və vaxtda tutulması faktını təsdiq edən sübut növü kimi qəbul etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, şahid Nəsimi Bağırov təhlil edilən protokollardakı saatları düzgün göstərməyərək texniki səhvə yol verməsini bildirsə də, onun ifadələrinin sübut kimi qəbul edilməsi CPM-nin 134.5-ci maddəsinin tələblərinə ziddir. Belə ki, CPM-nin 134.5-ci maddəsində göstərilmişdir ki, istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. “Baxış və götürmə aparılması” adlandırılmış 14 fevral 2020-ci il tarixli protokolun sübut növü kimi qəbul edilməsinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, CPM-nin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Göstərilən protokoldan və ona əlavə edilmiş videogörüntülərdən isə müəyyən olunur ki, X1un yaşadığı evində axtarış aparılan zaman aşkar olunmuş bağlamanın çəkisi müəyyən olunmadan təhqiqatçı tərəfindən ağ r əngli zərfə qoyularaq qablaşdırılırmış (videogörüntülərdən həmin zərfin əvvəlcədən hazırlanması, hətta onun üzərində oxuna bilinməyən yazıların olması görünür), bununla CPM-nin 245.8-ci maddəsində nəzərdə tutulan imperativ tələblər də kobud şəkildə pozulmuşdur. Bundan başqa, CPM-nin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. CPM-nin 242.1-ci maddəsinin təlbəlrinə görə isə, əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, d igər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Cinayət-prosessual qanunvericiliyin tələbləri fonunda məhkəmə kollegiyası vurulamağı lazım bilir ki, qanunverici baxış və axtarış istintaq hərəkətlərini fərqləndirərək müəyyən etmişdir ki, əgər mənzildə əşyaları aşkar etmək və götürmək, habelə meyiti və ya axtarılan şəxsi aşkar etmək lazımdırsa bu axtarışın keçirilməsi üçün əsasdır. Əgər mənzildə şəraiti (qapıda zədələnmənin olub-olmamasını və zədənin xarakterini, pəncərənin hündürlüyünü və ölçüsünü, otaqların yerləşmə vəziyyətini və s.) tədqiq etmək zərurəti varsa belə hal baxışın keçirilməsi üçün əsasdır. Lakin yuxarıda qeyd olunduğu kimi, məhkəmə icla slarında tədqiq edilmiş videogörüntülərə əsasən, polis əməkdaşları tərəfindən hərbi qulluqçularla birlikdə X1un yaşadığı evində baxış deyil, faktiki axtarış istintaq hərəkəti aparılmış, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə əməliyyat müvəkkili Rəhman Abdullayev tərəfindən tərtib olunmuş 14 fevral 2020-ci il tarixli qərarda isə X1un narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qəbul etməsi və öz yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi müəyyən olunmuşdur. Həmin qərarın məzmunundan görünür ki, əməliyyatçılar X1un yaşadığı evdə narkotik vasitələri saxlamasını əvvəlcədən güman etmiş və həmin evdə olan narkotik vasitəni axtarıb tapılması istiqamətində istintaq hərəkəti aparmışlar. Ümumi yyətlə axtarış istintaq hərəkətinin adından da göründüyü kimi, bu istintaq hərəkətinin məqsədi sübut əhəmiyyətinə malik olan əşyaların və sənədlərin axtarılıb tapılması olmuşdur. Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov isə prosessual qanunvericiliyin tələblərini pozaraq X1un evində faktiki olaraq axtarış istintaq hərəkəti aparıldığı halda “baxış və götürmə” istintaq hərəkətinin keçirilməsi barədə 14 fevral 2020ci il tarixli protokol tərtib etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, axtarış və götürmə aparılması haqqında protokol əsas prosessual sənəd olub bu istintaq hərəkətlərinin həyata keçirilməsi üzrə müstəntiqin və ya təhqiqatçının bütün fəaliyyətini əks etdirir. Cinayət-prosessual qanunvericiliyi iş üçün əhəmiyyətli faktların aşkar edilməsi üçün cinayət təqibini həyata keçirən orqanlar tərəfindən axtarış və ya götürmə aparılması haqqında istintaq hərəkətlərinin hərtərəfli və obyektiv olaraq həmin istintaq hərəkəti protokollarında rəsmiləşdirilməsini tələb edir. Axtarış və ya götürmə istintaq hərəkətlərinin nəticələrinin rəsmiləşdirilməsi və müvafiq qaydada qeydə alınmasının tələb olunması isə bu istintaq hərəkətinin keçirilməsi barədə protokollardan sübut kimi istifadə edilməsinin əsasını təşkil edir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.1.1-ci maddəsinin tələblərinə görə isə qeyd olunan sübutlar cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın k onstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. CPM-nin 125.1-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarınd an məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda. CPM-nin 125.3-ci maddəsində müəyyən edilmişdr ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünün ən vacib şərtlərindən biri kimi nəzərdə tutmuş, digər tərəfdən isə m üəyyən ettmişdir ki, cinayət təqibi zamanı aparılan bütün istintaq hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə aparılmalıdır. Ümumilikdə isə bu qayda və onun arxasında duran tələblər əldə edilmiş sübutların mötəbərliyininin təmin edilməsinə yönəldilmişdir. CPM-də müəyyən edilmiş prosedurlara əməl edilmədən, yəni prosessual qanunvericilikdə nəzərdə tutulmuş tələblərin pozulması ilə əldə edilən sənədlərin, əşyaların və məlumatların sübut kimi qəbul edilməsinə isə yol verilmir, qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-nin 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün belə sübutlardan istifadə oluna bilməz. Belə tələblər Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə də əsaslanır. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçrilməsində istifadə edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam haqlı olaraq belə nəticəyə gəlmişdir ki, X1a ittiham irəli sürülməsi üçün əsas olmuş külli miqdarda - 1010 qram çəkidə narkotik vasitənin aşkar olunması məqsədilə aparılmış istintaq hərəkəti - axtarış qanunvericiliyin tələblərinə zidd olaraq aparıldığından, bunu özündə əks etdirən 14 fevral 2020-ci il tarixli protokol da CPM-nin tələblərinə uyğun olmayan qaydada tərtib edildiyindən, həmin protokolda göstərilən hallar isə iş üzrə toplanmış və məhkəmə iclaslarında toplanmış digər sübutlara zidd olduğundan, qeyd olunan istintaq hərəkətinin aparılma sı nəticəsində əldə olunmuş bütün sübutlar, o cümlədən şahid qismində dindirilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların, habelə axtarışın aparılması zamanı hal şahidləri qismində iştirak etmiş şəxslərin ifadələri də sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun gəldiyi bu nəticəyə əsasən X1un barəsindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli ittiham hökmünün ləğv edilməsi və onun haqqında 16 mart 2022-ci il tarixli bəraət hökmünün çıxarılması CPM-nin 9.2-ci maddəsinin tələblərinə də uyğundur. Həmin maddəyə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun ge dişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Qeyd olunanlardan başqa, cinayət işinin materialları ilə müəyyən edilir ki, X1un barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, istintaq təcridxanasına qəbul edilərkən onun ilkin tibbi müayinəsi nəticəsində sağ gözaltı nahiyədə tünd bənövşəyi rəngli qançırlar və bədənində zədələrin olması aşkar edilmiş (Bakı İstintaq Təcridxanasının 02 mart 2021-ci il tarixli №xx/xx-1216 saylı məktubu ilə müəyyən edilir), 14 fevral 2020-ci il tarixdə onun yaşadığı evində axtarış aparılmazdan əvvəl evdə yaşayan ailə üzvləri evə buraxılmamıış, CPM-nin 244.4-ci maddəsinin tələblərinin pozulması ilə axtarış istintaq hərəkətinin keçirilməsində on beş nəfərə yaxın şəxsin iştirak etdiyi halda tərtib olunmuş 14 fevral 2020-ci il tarixli protokolda guya 8 nəfərin iştirak etməsi göstərilmiş, axtarışın aparılmasına cəlb edilmiş it isə yalnız evin birinci mərtəbəsində aparılan axtarışda istifadə olunmuşdur ki, bu hallar da X1a qarşı irəli sürülmüş ittihamın qanusuz yolla əldə edilmiş sübutlara əsaslanmasına, həmin sübutların şübhə doğurmasına, aradan qaldırılması mümkün olmayan bütün şübhələrin isə X1un xeyrinə həll edilməsinə dəlalət edir. Göründüyü kimi, kassasiya protestinin müəllifinin də istinad etdiyi sübutların fövqündə X1un məhkəmə iclaslarında verdiy ifadələrin həmin sübutlarla təkzib edilməsi və bu sübutlara əsaslanmaqla və onları kifayət etmiş hesab etməklə onun elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə fikir yürütmək mümkün deyil. B ununla yanaşı məhkəmə kollegyiasının qənaətinə görə, X1un məhkəmə istintaqı zamanı eyni məzmunda və biri-birini tamamlayan ifadələrinə nəzər yetirilərkən belə nəticə hasil olur ki, apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün olaraq bu ifadələri inandırıcı və mötəbər, digər tərəfdən isə araşdırılmış digər sübutlara uyğun olan sübut növü kimi qiymətləndirib X1un ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun barəsində bəraət hökmü çıxarmışdır. Bu baxımdan məhkəmə kollegyiası X1un həmin ifadələrinin özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməsi üçün də əsas görmür. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin X1un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə gəldiyi qənaət bütün yuxarıda təsvir edilənlərlə yanaşı həm də aşağıda göstərilən tələblərə də tam uyğundur. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş s übutlardan istifadə oluna bilməz. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət pr osesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə h ər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasə n müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhl il olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). İşin müəyyən edilmiş faktiki halların cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6- cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan R espublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəalar ı düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şə xsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdırİnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalmas ı ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib e dənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi x arakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı i lə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qism ində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası hesab edir k, X1un CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası bütün qeyd olunanları bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, yəni X1un ona elan olunmuş ittiha m üzrə cinayət əməllərini törətməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin bu məsələlərə dair dəlilləri əsassızdır və buna görə də həmin protestin təmin edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək X1a təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilm əsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X1un və onun müdafiəçisi M.Ə.Salmanlının çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X1un təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslana raq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar