Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1302/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda ya şamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2023-cü il tarixli, 1(104)-133/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 1(100)-298/2022 nömrəli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), D.H.İmanov və E.İ.Rüstəmov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təq sirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2022-ci ildən hesablanmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 2022-ci ilin yanvar ayının sonlarında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Mahmudlu kəndindən keçən Bakı-Qazax dəmir yoluna bitişik yardımçı yolun kənarından istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd kağıza bükülmüş üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram, küllü miqdar hesab edilən ümumi təmiz çəkisi 4,108 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşadığı evə daşıyaraq həmin evin giriş qapısını n yanında olan elektrik sayğacının üzərində saxlamış, 28 yanvar 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 14:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum Şəmkir rayonu, Mahmudlu kəndində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş, onunla aparılan əməliyyat-istintaq tədbirləri zamanı yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evə baxış keçirilərkən evinin giriş qapısının yanında olan elektrik sayğacının üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə olan bir ədəd kağıza bükülmüş üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram, ümumi təmiz çəkisi 4,108 qram narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-c ı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz olaraq əldə edib saxladığı narkotik maddənin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə (27 dəfə) çox, külli miqdarda (külli miqdardan 2 dəfə çox ) olmuş, çəkilib xırda bükümlərə ayrılaraq bölünmüş (3 ədəd sellofan bükümdə) olmuş, bu da həmin narkotik v asitənin satış məqsədi ilə əldə edilməsinin birbaşa təsdiqidir. Həmçinin məhkəmələr tərəfindən cinayət işinin materialları tam tədqiq edilməmiş, hazırkı cinayət işinin materiallarında olan "xxxx" MMC-yə məxsus mobil rabitə vasitələrindən götürülmüş məlumatları özündə əks etdirən diskə baxış keçirilməmiş, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadə edilməklə aparılan danışıqları və SMS mətnlərini nəzərdən keçirməmişlər. Halbuki həmin nömrəyə daxil olan SMS-lərdə “Нолув а ризван ман котурам бирдана мети котурау”, “Qaqa em 40 gatiram cavab ver yoldayam”, “Budayam mənə yarım ver gedim”, “Saqoı 20 var qalxanda xabar eıa”, “Салам а Дайы менем Тархан гелем йолдайам бидоне 35 ощумдеде шей вар”, “a rizvan yuz qiram mal atdin ele bil pul verib alibsan beyaxdan yarim cet m ala gore soymediyin soyus qalmadi utanmirsanmi hele balalarinin caninada and icirsen elsenin sen telefonunu acirsan e yalandan deyirsen onnan gotururdum beyaxda camahata mal vermisen”, “Ayqa hər bir şeyini 35 manat təmizdi sən balanın canı ağrıyıram”, “Sən balalarının canı kömək elə balamın canı təkəm ayqa” məzmunda mesajlar vardır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Ka ssasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq pros essual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Kassasiya protestində Məhkum törətməsi iddia edilən cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində (baxılan işin kontekstində) “şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq satma” kimi təsbit olunmuşdur. Həmin cinayət-hüquqi norma, eləcə də aşağı məhkəmələrin Məhkum əməlinə şamil etdiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müqayisə edilməli olan faktiki hallara gəldikdə isə aşağıdakılar qeyd olunmalıdır. Hazırki iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram, ümumi təmiz çəkisi 4,108 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz əldə edib, daşıyaraq yaşadığı evdə saxlamasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldüyü halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamamışdır. Apellyasiya instansiya məhkəməsi göstərilən nəticə ilə razılaşmışdır. Məhkəmə qeyd olunan nəticəni hasil edən əsas kimi - ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini, həmçinin hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər halların müəyyən edilməsini təsdiqləyən sübutların təqdim edilməməsini göstərmişdir. Məhkəmələr belə nəticəyə gələrkən məhkəmədə narkotik vasitənin satış məqsədi olmadan öz istifadəsi üçün əldə edilməsi barədə Məhkum ifadələrinə, polis əməkdaşlarının məhkəmə iclasında vermiş olduğu ifadələrinə, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubuna, xx.xx.2022-ci il tarixdə Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməliyyat müvəkkili Xun Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mə şğul olması barədə raportuna əsaslanmışlar. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi ilə bağlı məhkəmələrin (natamam araşdırma aparılması nəticəsində) məhkumdan aşkar edilmiş narkotik vasitələrin bilavasitə satışına yönəlmiş əməlini təsdiq edən hər hansı sübutun cinayət işi materiallarında olmaması barədə gəlmiş olduğu qənaət yanlışdır. Belə ki, cinayət işinin aşağıdakı mübahisələndirilməyən hallarından göründüyü kimi: _ Məhkumun evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 4,108 qram olmuş; _ Həmin narkotik vasitə heroin - ayrı-ayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram olmaqla 3 ədəd bükümlərə bölünüb qablaşdırılmış; _ Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 565 saylı rəyindən görünür ki, Məhkum narkot ik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. _ İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskdəki Məhkum istifadəsində olan ***-***-**-** saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsi ilə ötürülən məlumatlara baxış keçirilmiş və bununla bağlı 12 aprel 2022-ci il tarixli protokol tərtib olunmuşdur. Həmçinin ibtidai araşdırma dövründə Məhkum vermiş olduğu ifadəsində yaşadığı evin darvazasının yanında olan işıq sayğacının üzərində saxladığı 1 ədəd kağıza bükülü olan 3 ədəd sellofanda narkotik vasitə olan heroini polislərə təqdim etdiyini, həmin narkotik vasitəni saxlanıldığı vaxtdan 1 həftə əvvəl əl də etdiyini bildirmişdir. (cild 1 səh 70) Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə c əlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülmə si, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində də istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübu tlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən narkotik vasitənin satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq və ya təkzib edən mötəbər sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, birinci instansiya məhkəməsi (onunla razılaşan apellyasiya məhkəməsi) Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişməkdə haqlı olmamışdır. Belə ki, Məhkum evindən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 27 dəfə, külli miqdardan isə təxminən 2 dəfə çox miqdar təşkil etməklə 3 ayrı-ayrı bükümlərə bölünüb qablaşdırılmışdır. Bundan başqa birinci instansiya məhkəməsində sədrlik edən hak im tərəfindən 31 oktyabr 2022-ci tarixdə keçirilmiş məhkəmə iclasında cinayət işi materiallarında olan əksər sübutları elan edib, tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli 1(100)-298/2022 nömrəli məhkəmə hökmündə sadalasa da, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskə baxış keçirilməmiş və həmin sübut tədqiq edilməmişdir. Göstərilən pozuntu apellyasiya məhkəməsi tərəfindən də təkrarlanmışdır. Halbuki iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş bir ədəd “CD” disk tədqiq və təhlil edildiyi halda, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən göndərilmiş və həmin telefon nömrəsinə daxil olmuş, iş üzrə əhəmiyyət kəsb edən məlumatları əldə edilməsi, həmçinin Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi mümkün olardı. Digər tərəfdən Məhkum cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi üçün birinci instansiya məhkəməsinin istinad etdiyi Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubuna diqqət etdikdə müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları olsa da, lakin yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni konkret olaraq haradan və kimdən almasını, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi əməliyyat tapşırığına verilmiş cavab məktubunda Məhkum aşkar edilmiş narkotik vasitənin vasitəni konkret olaraq haradan və kimdən almasını, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmadığı qeyd olunduğu halda, məhkəmə yanlış qiymətləndirmə apararaq həmin hala istinad edərək sonuncudan aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmaması, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməməsi kimi dəyərləndirmişdir. Halbuki, Məhkum narkotik vasitələrin satışı faktı ilə deyil, onların satışı məqsədilə əldə edib evində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Bununla yanaşı öyrənilmiş cinayət işi materiallarından Məhkum heroinin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunduğu və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunur. Belə olduğu təqdirdə məhkəmə kollegiyası narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin əl də etdiyi narkotik vasitəni 1 həftə ərzində istifadə etmədən yaşadığı evdə məhz istifadə etmək məqsədi ilə saxlamasını ağlabatan və inandırıcı nəticə kimi qəbul etmir. Məhkəmə kollegiyasının fikrincə bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlar tədqiq və təhlil edilmədiyi, həmçinin həmin sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə etibarlı sayıla bilməz. Təsvir olunanlardan görünür ki, məhkəmələr sübutların təsviri ilə kifayətlənib, onları tədqiq və təhlil etməməklə, qərarında əks etdirdiyi sübutlara uyğun olmayan nəticəyə gəlməklə cinayət-prosessual qanunun sübutların tədqiqinə dair qaydalarını, məhkəmə qərarlarının əsaslı və qanuni olması barədə tələblərini pozmu şdur. Belə ki, cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsa sən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunan cinayət-prosessual normaların tələblərinin pozulması ilə əldə olunmuş işin faktik halları və əməlin hüquqi tövsifi barədə nəticələr də əsaslı qənaət kimi qəbul edilə, inandırıcı sayıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalı, proses iştirakçılarının verdikləri ifadələr toplanmış sübutlarla CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Odur ki, kollegiya apellyasiya məhkəməsinin hazırki işə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozuntulara yol verməsi, kassasiya protestinin əsaslı olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsi ndə olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2023-cü il tarixli, 1(104)-133/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 fevral 2023-cü il tarixli, 1(104)-133/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1302/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1302/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver