Məhkəmə qərarları › İş №1(102)-1302/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1302/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1302/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynov) 13 may 2022-ci il tarixli, 1(101)-476/2022 nömrəli hökmü ilə, 31 dekabr 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 04 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci insta nsiya məhkəməsinin ittiham hökmünə əsasən X10 təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Sübhan İbişov istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 9,105 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Sübhan İbişov həm in gün saat 16:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 5,071 qram və 4,034 qram olmaqla ümumi çəkisi 9,105 qram psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 15 noyabr 2022-ci il tarixli 1(103)-1380/2022 nömrəli qərarı ilə X2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 saylı, 13 may 2022-ci il tarixli hö kmü Sübhan İbişovun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Sübhan İbişovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi) Ələsgər Novruzov və Rəşad Abdulovdan ibarət tərkibdə) 30 may 2023-cü il tarixli, 1(102)-652/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması qərara alınmışdır. Ka ssasiya protesti təmin edilməmiş, kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 21 noyabr 2023-cü il tarixli 1(103)-1574/2023 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli 1(101)-476/2022 nömrəli hökmü ləğv edilmiş və məhkum X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı4 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasi ya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Sübhan İbişovun ona elan edilmiş ittihamda təqsirliliyinin sübuta yetmədiyinə dair səhv nəticəyə gəlmiş və əsassız olaraq onun barəsində bəraət hökmü çıxarmışdır. Ona görə də həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İstintaq zamanı təqsirləndirilən şəxs X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək yekun ifadəsində polis əməkdaşları tərəfindən döyülərək üzərindən aşkar olunmuş narkotik vasitəni və psi xotrop maddəni polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasını göstərməsi iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından sübut növü kimi qiymətləndirilməməli, bununla bağlı istintaqa verdiyi ilkin ifadəsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə öz hökmündə qeyd etmişdir ki, şübhəli şəxs qismində Sübhan İbişova onun hüquq və vəzifələri tutularkən deyil, 01 gün sonra 05 sentyabr 2021ci il tarixdə elan edilmiş, S.R.İbişov faktiki olaraq həmin gün saat 16:15-də tutulsa da, onun üzərində axtarış 18:29-dan başlanılıb, protokolda göstərildiyi kimi, 18:22-də qurtarmış, yəni bu istintaq hərəkətinin aparılması vaxtı heç düzgün göstərilməməklə yanaşı o, üzərində şəxsi axtarış aparılana qədər iki saatdan artıq, tutulduğu saat 17:29-dan sonra isə bir saat m üddətində polis əməkdaşlarının nəzarətində olmuş və həmin müddət ərzində, ona elan olunmuş ittihama əsasən, üzərində saxladığı və daşıdığı psixotrop maddənin aşkar edilərək götürülməsi üçün heç bir tədbir görülməmiş, S.R.İbişovun saxlanıldığı yerdə tutulmasının rəsmiləşdirilməsi və onun üzərində məhz saxlanıldığı yerdə şəxsi axtarışının aparılması üçün hər hansı maneənin olması müəyyən edilmədiyindən, əldə edilmiş sübutların mümkünlüyünü və mötəbərliyini sual altına alır. Qeyd edilənlərlə bağlı apellyasiya icraatında şahid qismində dindirilmiş Şahid6 bildirişin tarixinin şəxsin tutulması ilə fərqli olmasını və üzərində axtarış keçirilməsi haqqında protokolda istintaq hərəkətinin qurtarma vaxtının başlamadan əvvəl olmasını texniki səhvlə əlaqələndirmiş, protokollarının qeydiyyatının olmamas ına gəldikdə isə bildirmişdir ki, protokollar təhqiqatda yox, istintaqda qeydiyyatdan keçirilir, rəhbərin üzərini yazdığı sənədlər dəftərxanada qeydiyyatdan keçirilir, lakin digər təhqiqatçının tərtib etdiyi sənədlər qeydiyyatdan keçirilmir. X6 04 sentyabr 2021-ci il tarixdə saat 16:15-də tutulsa da, üzərində şəxsi axtarışın 18:20-də başlanılması və bu müddətdə polis əməkdaşlarının nəzarətində olması, üzərində şəxsi axtarış aparılması üçün heç bir tədbir görülməməsi barədə isə bildirmişdir ki, X10 tutulandan sonra Baş İdarəyə aparılmışdır, təxminən 30-40 dəqiqə yola sərf edilmişdir, idarəyə gələndən sonra raport yazılır, tutulma yeri dəqiqləşdirilir, təhqiqatçıya raport verilir, şəxs təhqiqatçının yanına gətiriləndən sonra müdafiəçi dəvət etmiş, tutulma qərarı və protokolu tərtib olunmuş, şəxsin hüquq və vəzifələri barədə bildiriş yazılmışdır, bu proseslər müəyyən qədər vaxt tələb edir. Göründüyü kimi məhkəmənin istinad etdiyi hallar təhqiqatçı tərəfindən tam aydın şəkildə əsaslandırılsa da məhkəmə yalnız formal texniki səhvlərə əsaslanaraq işin faktiki halları ilə uyğun olmayan nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası həmin işi qeyri-obyektiv, birtərəfli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş X10 cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aş ağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, istintaq orqanı sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, Sübhan İbişova elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmiş, lakin sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respu blikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmad ıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət işinin materiallarından görünür ki, X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 16:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 5,071 qram və 4,034 qram olmaqla ümumi çəkisi 9,105 qram psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. İstintaq orqanı X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. X11 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələri, onun üzərində baxış keçirilməsi barədə 04 sentyabr 2021-ci il tarixli protokolu, baxışda iştirak etmiş şəxslərin şahid ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsiri müəyyən edilmiş və onun barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya insta nsiyası məhkəməsi qismən məhkəmə istintaqı aparmaqla sübutları təkrarən araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutlar təşkil etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, 04 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 raportla həmin idarənin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatında X6 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop ma ddələr əldə edərək saxlaması və daşımasını bildirmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini, habelə Sübhan İbişovun yaxalanmasını raportla xahiş etmişdir. Əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsi üçün eyni tarixli qərarla əməliyyataxtarış qrupu yaradılmışdır. Lakin həmin qrupunun üzvləri tərəfindən Sübhan İbişovun barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün hər hansı bir əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə heç bir sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. İşə əlavə edilmiş sənədlərdən isə görünür ki, əməliyyat-axtarış qrupunun üzvləri tərəfindən X10 həmin gün saat 16:15- də Bakı şəhərində saxlanılmış, saxlanıldığı yerdə onun üzərində axtarış aparılmamışlar. Polis əməkdaşları S.R.İbişovu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmiş və saat 18:29 qədər həmin idarədə saxlamışlar. Saat 18:29-da təhqiqatçı tərəfindən X6 şəxsi axtarışı aparılmış və üzərində iki ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 5,071 qram və 4,034 qram olmaqla ümumi çəkisi 9,105 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin xüsusat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat bölməsinin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı Şahid6 tərtib etdiyi “şəxsi axtarış və götürmə haqqında” 04 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilir. Yalnız bu protokolla müəyyən edilən hallar üzrə əldə edilmiş digər sübutlar – əməliyyat müvək killərinin şahid qismində ifadələri, psixotrop maddə barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi, eləcə də, aşkar edilmiş narkotik vasitənin maddi sübut kimi tanınması ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilməsi üçün, həm də birinci instansiya məhkəməsi tərəfindən X8 cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün istinad edilən yeganə sübutlardır. Başqa sözlə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamın əsasında məhz 04 sentyabr 2021-ci il tarixdə saxlanılarkən üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsi dayanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şə raitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutlar həm ziddiyyətlidir, həm də iş üzrə müəyyən edilmiş hallar həmin sübutların mötəbərliyinə kifayət qədər şübhə doğurur. Belə ki, cinayət işinin materiallarından görünür ki, X10 4 və 5 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularkən və ilk olaraq şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən psixotrop maddə nin qanunsuz əldə edilməsinin və saxlamasını boynuna alsa da, 6 sentyabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə baxılarkən Nərimanov Rayon Məhkəməsində göstərmişdir ki, o heç bir cinayət törətməmiş, polis əməkdaşları tərəfindən onun barəsində zor tətbiq edilməsi nəticəsində cinayəti boynuna almışdır. Həmçinin bundan sonra cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmələrdə S.R.İbişov göstərmişdir ki, özünü təqsirli bilmir, üzərində heç bir narkotik vasitə olmamış, üzərinə zorla qoyulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Bakı İstintaq Təcridxanasına daxil olanda S.R.İbişovun bədəni üzərində bədən xəsarətləri aşkar edilmişdir. Həm, məhkəmə iclasında, həm Nərimanov rayon prokurorluğunda aparılmış araşdırma zamanı, həm eksper tiza aparılan vaxt S.R.İbişov həmin xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirilməsini bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 307/MEŞ saylı, 07 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, X6 bədən səthində xəsarətlər aşkar edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi E.Ə.Mehdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 oktyabr 2021-ci il tarixli qərara əsasən, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə həmin idarənin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən CPM-in 39.1.2-ci maddəsin ə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halla bağlı cinayət işinin başlanılmasının rədd qərarının olmasına baxmayaraq, apellyasiya məhkəməsinin Sübhan İbişovun ilkin ifadəsinin polis əməkdaşlarının təsiri altında verilməsi ilə əlaqədar şübhələrin olması barədə mövqeyini də kifayət qədər əsaslı hesab edir və bununla əlaqədar işgəncələrin qadağan olunmasını bəyan edən “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş sübutların cinayət prosesində istifadəsinə dair Avropa Məhkəməsinin president hüququnun nəzərdən keçirilməsini də məqsədəmüvafiq sayır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, Konvensiya ilə təmin edilən əsas və mütləq hüquqlar dan birinin pozulması nəticəsində əldə edilmiş sübutdan istifadə, hətta həmin sübut şəxsin məhkum edilməsində həlledici əhəmiyyət kəsb etməsə belə, həmişə icraatın ədalətliliyi ilə bağlı ciddi problemlər yaranmasına səbəb olur (Zliçiç Serbiyaya qarşı, № 73313/17, § 119, 26 yanvar 2021-ci il). 3-cü maddənin pozulması nəticəsində əldə edilmiş ifadələrin cinayət prosesində istifadə edilməsi – davranışın işgəncə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftar kimi təsnifat edilməsindən asılı olmayaraq – 6-cı maddənin pozulması ilə bütövlükdə icraatı avtomatik olaraq ədalətsiz edir (İbrahim və Digərləri Böyük Britaniyaya qarşı [BP], № 50541/08 ə s., § 254, 13 sentyabr 2016-cı il). 3cü maddə ilə qaldırılan şikayətin hətta qəbuledilməz hesab edilməsi, məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsin də nəzərdə tutulan təminatlara riayət edilibedilmədiyinə dair məsələ üzrə qərar qəbul edərkən pis rəftara məruz qalmaya dair iddianın nəzərə alınmasını istisna etmir (Aydın Çetinkaya Türkiyəyə qarşı, № 2082/05, § 104, 2 fevral 2016-cı il). Sübutun məhz pis rəftar nəticəsində əldə edildiyi barədə iddiaların araşdırması, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmədən təhqiqat orqanı tərəfindən əvvəllər araşdırılmış eyni faktların və halların yenidən qiymətləndirməsini tələb edə bilər. Lakin bu halda məhkəmənin vəzifəsi pis rəftarı icra edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin yox, tam, müstəqil və hərtərəfli yoxlama yolu ilə müvafiq sübutların mümkünlüyünün və etibarlılığının araşdırmasından ibarətdir. Pis rəftara məruz qalma nəticəsində əldə edilməsinə dair əsaslı iddiaların irə li sürülməsinə baxmayaraq, ifadənin sübut kimi qəbul edilməsi məhkəmə baxışının ədalətliliyinə dair ciddi şübhələrin yaranmasına səbəb olur (Belugin Rusiyaya qarşı, № 2991/06, § 74, 26 noyabr 2019-cu il). Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 28-ci bəndində tövsiyəsini xatırladaraq qeyd edir ki, bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edi lməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Qeyd edilməlidir ki, X2 bədən xəsarətlərini hansı şəraitdə və səbəbdən alması ilə bağlı ziddiyyətlər mövcuddur, bu ziddiyyətlər isə onun baş verdiyini iddia etdiyi halın – üstündən aşkar edilərək götürülmüş və iş üzrə əsas maddi sübut olan narkotik vasitənin ona qarşı tətbiq edilən fiziki və yaxud psixi zorakılıqla əldə edildiyinin həqiqətə uyğun olduğunu istisna etmir. S.R.İbişovun ibtidai istintaq zamanı şübhəli şəxs və ilkin olaraq təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələri ilə əlaqədar qeyd edilməlidir ki, həmin ifadələrindən qısa müddətdən sonra onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmədə baxılarkən təqsirləndirilən şəxs S.R.İbişov bildirm işdir ki, narkotik vasitə onun deyil, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edərək ona qoyulmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarını nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs X6 ibtidai аrаşdırmаnın ilk mərhələsində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifаdələri ilə ibtidai istintaqın sonrakı dövründə və məhkəmələrdə verdiyi ifadələri аrаsındа ziddiyyətə düzgün hüquqi qiymət vermiş və əsaslı olaraq nəticəyə gəlmişdir ki, оnun ibtidai istintаqın ilkin mərhələsində verdiyi ifаdə mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs X10 barəsində birinci instansiya mə hkəməsinin ittiham hökmü yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən X6 üzərində şəxsi axtarış nəticəsində üzərində psixotrop maddənin tapılmasına əsasən çıxarılmışdır. Avropa Məhkəməsi yuxarıda qeyd edilən qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. İş materiallarından görünür ki, X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra onun üzərində axtarış dərhal deyil, təxminən iki saat sonra aparılmışdır. Nəzərə almaq lazımdır ki, şübhəli şəxs X1 andan üzərinə şəxsi axtarış aparılanadək uzun müddət polislərin tam nəzarəti a ltında olmuş, onun üzərinə axtarışın tutulduğu yerdə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən və orada uzun müddət saxlamasından sonra sonra aparılması onun təqsirliliyinə dair kifayət qədər əsaslı şübhələr yaradır. S.R.İbişovu tutmuş polis əməkdaşları Şahid1 və Şahid2 Soltan oğlu S.R.İbişovun üzərində şəxsi axtarışın sonuncunun tutulduğu yerdə aparılmaması ilə əlaqədar hər hansı bir əsaslı konkret səbəb göstərməmişlər. Azərbaycan Respublikası CPM-in 90.7.2-ci maddəsinin tələbinə görə tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında y azılı bildiriş almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 125.2.4-cü maddəsinə əsasən cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işində olan prosessual sənədlərdən görünür ki, Sübhan İbişov şübhəli şəxs qismində 04 sentyabr 2021-ci il tarixdə tutulsa da, onun şübhəli şəxs qismində hüquq və vəzifələri barədə yazılı bildiriş S.R.İbişova bir gün sonra 05 sentyabr 2021-ci il tarixdə müstəntiq tərəfindən təqdim edilmişdir. Digər sübutlar - şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi və maddi sübut “ şəxsi axtarış və götürmə haqqında” 04 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilmiş hallarını ehtiva edən sübutlardır. Cinayət işinin materiallarından görünür ki, S.R.İbişovla yanaşı 04 sentyabr 2021-ci il tarixdə daha iki nəfər şəxs X9 və Şahid4 saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. S.R.İbişovun narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi barədə məlumatın daxil olmasına baxmayaraq, həmin məlumatın yoxlanması üçün S.R.İbişovla birlikdə tutulmuş şəxslərin üzərində şəxsi axtarış aparılmamış, onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən heç izahat almadan sərbəst buraxılmışlar. Məhkəmə iclasında dindirilmiş İ.D.Xanmədli və Şahid4 polis əməkdaşlarının Şahid1, Şahid2 və Şahid3 ifadələrdən fərqli ifadə verərək S.R.İbişovun ib tidai istintaqın sonrakı mərhələsində və məhkəmədə verdiyi ifadələrində göstərilmiş halları, o cümlədə polis əməkdaşları tərəfindən S.R.İbişova fiziki təsir göstərilməsini təsdiq etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan bu ziddiyyətlər də şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrinin mötəbərliyini şübhə altına alır. Bütün təsvir edilənləri tamamlayaraq məhkəmə kollegiyası qeyd edir ki, Sübhan İbişova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmiş həlledici sübutların mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Apellyasiya instansiyası məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. İşdən göründüyü kimi apellyasi ya instansiyası məhkəməsi X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlil ləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X7qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən baxış keçirilməsi barədə protokol şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkə mənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları cinayət-pro sessual qanunvericiliyin tələblərinə və Avropa Məhkəməsinin presidentlərinə uyğun qiymətləndirmiş, X6 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X10 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şüb hə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023cü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X10 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar