Məhkəmə qərarları › İş №1(102)-1303/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1303/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1303/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci m addəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 1(101)-653/2024 nömrəli (hakimlər: Hacıyev Siyavuş Həbib oğlu (sədrliyi ilə), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət məhkəmə tərkibində) hökmü ilə 22 noyabr 1957-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "X” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvana yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığından, ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2 və 42.2.2-ci maddələrinə əsasən bəraət verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin ləğv edilməsi, ona 3 fevral 2023-cü il tarixdən 4 fevral 2023-cü il tarixədək tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçı sı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025ci il tarixli 1(103)-189/2025 nömrəli (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X13 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən dostluq münasibətlərində olduğu Goranboy rayonu x kəndi ərazisində tikinti materiallarının pərakəndə satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin sifarişi əsasında Hacıqabul, Kürdəmir, Bərdə, Şəmkir, Ucar, Gədəbəy, Ağstafa və Qazax rayonlarının inzibati ərazilərin əvvəlcədən mövcud olan rabitə xətlərinin genişləndirilməsi ilə bağlı böyük həcmli təmirtikinti işlərinin onun rəhbərlik etdiyi cəmiyyət tərəfindən görüləcəyini bildirib öz qulluq m övqeyindən istifadə etməklə bu barədə tərtib edilmiş podrat müqavilələrini nümayiş etdirərək qabaqcadan geri qaytarmaq niyyəti olmadan həmin işləri həyata keçirmək üçün dəyərini qısa vaxtda ödəmək şərti ilə metal borular və işçilərin əmək haqlarını ödəmək üçün nağd pul verəcəyi təqdirdə qısa müddət ərzində həmin işləri görüb sifarişçiyə təhvil verərək aldığı metal boruların dəyərini və nağd pulu guya geri qaytarmaqla yanaşı əldə edəcəyi yüksək qazancı onunla yarı böləcəyinə dair yalan vəd verib aldadaraq, təklifinin həqiqi, qazanc əldə etmək üçün əlverişli, yaxın dost olduqları üçün onunla əməkdaşlığının təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırıb tam etibarını qazandıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2013-cü ilin oktyabr ayından 2014-cü ilin payız aylarınadək olan müd dət ərzində Goranboy rayonu x kəndi ərazisindəki mağazadan hissə-hissə olmaqla uzunluğu 6 metr, diametri 100 millimetr olan ümumi dəyəri 200.000 manat təşkil edən metal boruları və 30.000 manat nağd pulu, Zərərçəkmiş şəxs2 oğlu - X5 2014-cü ilin payız aylarında ünvan 3 ünvanının qarşısında 10.000 manat, bir ay sonra 2014-cü ilin payız aylarında Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti ilə Nərimanov rayonu Azadlıq prospektinin kəsişməsində yerləşən avtomobil yolunun kənarında 10.000 manat olmaqla, ümumilikdə 50.000 manat pulunu və 200.000 manat dəyərində metal boruları vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb gördüyü təmir-tikinti işləri ilə bağlı bütün ödənişlərin sifarişçi tərəfindən tam olaraq verilməsinə baxmayaraq yalan vədini yerinə yetirməyib etibardan sui-istifadə etmə və aldat ma yolu ilə aldığı əmlakı qanunsuz olaraq ələ keçirib digər şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 250.000 manat yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yekun qərarı qəbul edərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən işdəki sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Məhkəmələr Zərərçəkmiş şəxs2 ilə Bəraət almış şəxs arasında əvvəllər və sonuncu əməliyyat daxil olmaqla etibarlı işgüzar münasibətlər mövcüd olmasına və uğursuz sahibkarlıq fəaliyyəti nəticəsində X19 maddi tələblərini təmin edə bilməməsinə istinad edib, X15 aldatmaq və ya onun etibarından sui-istifadə etmək niyyətinin olmadığını qeyd etmişlər. Belə ki, Bəraət almış şəxsin ifadəsində göstərdiyi kimi "xxxx" MMC-in ona 834.366 manat borcunun olması və hər-hansı ödəniş edilməməsinə dair xüsusat öz təsdiqini tapmamışdır. Bəraət almış şəxsə "xxxx" MMC tərəfindən 386.079 manat ödəniş edilməsinə baxmayaraq o, Zərərçəkmiş şəxs2 və ya onun hüquqi varisinə hər-hansı ödəniş etməmiş və məhkəmələrdə həmin ödənişlərin başqa işlərə sərf edildiyini göstərmişdir. Bəraət almış şəxs kifayət qədər ödəmə qabiliyyəti olmasına baxmayaraq Zərərçəkmiş şəxs2 və ya onun hüquqi varisin ə hər-hansı ödəniş etməmiş və belə bir niyyəti də olmamışdır. X16 ifadələrində göstərdiyi kimi Zərərçəkmiş şəxs2 192.400 manat deyil, 250.000 manat borclu olması zərərçəkmiş şəxsin hüquqi varisi X-in, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisi X tərəfindən ibtidai istintaqa təqdim edilmiş səs yazıları ilə öz təsdiqini tapır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik tə hlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi3 çıxış edərək, bəraət almış şəxsin dələduzluq niyyətinin olmadığını, uğursuz kommersiya fəaliyyətinə görə işin bu yerə gəldiyini, bu işdə ən böyük zərərçəkənin məhz bəraət almış şəxs olduğunu bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X13 çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1- ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qan uniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə ona bəraət verildiyi iddia edilərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etd ikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyy ən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiya ları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisə si ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən X10 verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, dövlət ittihamçısı kassasiya prote stində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansi yası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və ittiham tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsi ni və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya məhkəmə kollegiyası ilkin olaraq dələduzluq cinayəti üzrə məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilm əsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (sahibi əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Eyni zamanda əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən, məsələn, şəxsin maliyyə çətinlikləri, iflasa uğraması ilə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülkihüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Belə ki, cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birlikdə təhlil edən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, bəraət almış şəxs borcunun olmasını etiraf edərək, zərərçəkmiş şəxsə pulun ödənilməli olmasından yayınmadığını bildirmişdir. X8 borcunun əvəzi olaraq Zərərçəkmiş şəxs2 ev təklif etməsi, lakin zərərçəkmiş şəxsin aralarında olan işgüza r və dostluq münasibətindən bunu qəbul etməməsi iş üzrə verilmiş ifadələrlə öz təsdiqini tapır. O cümlədən, zərərçəkmiş şəxs vəfat etməmişdən əvvəl X6 heç bir hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Qeyd olunan hallara əsasən aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxslə zərərçəkmiş şəxsin arasında metal dirək əşyalarının nisyə alqı-satqısı ilə bağlı etibarlı işgüzar münasibətlər mövcud olması, uğursuz sahibkarlıq fəaliyyəti nəticəsində X19 maddi tələblərini təmin edə bilməməsi, belə işgüzar münasibətlər zamanı X15 aldatmaq və ya onun etibarından sui-istifadə etmək niyyəti olmaması, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nisyə metal dirəkləri və borca nağd pulu Bəraət almış şəxsə verərkən məqsədinin özünün də qazanc əldə etmək istəməsinin olması barədə qənaətə gə lmişdir. Həmçinin "Aztelekom” MMC tərəfindən "X” MMC-yə 2013-2014-cü illərdə xətt qurğularının tikintisi üçün 386.079 manatın 2018-ci ilin iyun-iyul aylarında ödənildiyinə və həmin məbləğdən zərər çəkmiş şəxsə ödənilməməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2018-ci ilin may ayında vəfat etmiş, X10 isə 386.079 manat vəsait 2018-ci ilin iyun-iyul aylarında ödənilmişdir, X8 sahibkarlıq fəaliyyətini həyata keçirməsi, "Aztelekom” MMC ilə bağladığı müqavilələr və görülən işlərə münasibətdə ehtimal etdiyi gəliri əldə edə bilməməsi və yalnız Zərərçəkmiş şəxs2 deyil, başqa şəxslərə də borclu olması nəzərə alındıqda, onun 386.079 manat vəsaitin zərərçəkmiş şəxsin hüquqi varisinə ödəməməsi hər bir halda Bəraət almış şəxsin dələduzluq niyyə tinin olmasına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli 1-3-11/4970-21 nömrəli cavab məktubundan görünür ki, "X” MMC tərəfindən "Aztelekom” MMC-nin xidməti ərazisində 2013-2014-cü illərdə xətt qurğularının tikintisi üçün 501.581 manat deyil, 386.079 manatlıq iş görülmüşdür, həmin vəsait də 2018-ci ilin iyun-iyul aylarında "X” MMC-yə tam şəkildə ödənilmişdir. Bununla belə iş materiallarında olan "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-ə qarşı iddia tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4843/2022 saylı qətnaməsindən görünür ki, təhvil-təslim aktlarına əsasən iddiaçı "xxxx" MMC tərəfindən mübahisəl i podrat müqavilələri üzrə Ucar filialı üçün 32.067,92 manat, Qazax filialı üçün 89.205,88 manat, Ağstafa filialı üçün 126.121,09 manat, Gədəbəy filialı üçün 38.637,45 manat məbləğində işlərin görüldüyü müəyyən edilir, lakin cavabdeh tərəfin həmin işlər müqabilində ödəniş etməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir, məhkəmə qənaətə gəlmişdir ki, təsvir olunan iddia tələbi əsaslıdır, lakin iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyasının gəlmiş olduğu qənaətə əsasən cinayət işi üzrə toplanılmış materiallardan X8 əməlində etibardan sui-istifadə et mə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə ilə bağlı hər hansı bir niyyətin olması öz təsdiqini tapmamışdır. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiha m hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər X8 barəsində bəraət hökmü çıxarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikd ə həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarına nəzər yetirərək, X8 ona elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlər ifadələrindən, iş üzrə tədqiq edilmiş ekspertiza rəylərindən, müqavilələrdən, məhkəmə qətnamələrindən və cinayət işi üzrə toplanılmış digər sənədlərlə öz təsdiqini tapır və bu sübutlar özü-özlüyündə işin faktiki hallarına uyğun olaraq biri-digərini tamamladıqları üçün mötəbər sübutlar kimi qəbul edilməli olması barədə nəticəyə gəlir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd edilənlənlərə əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə təqsirliliyin sübuta yetirilməsinə dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Azərbaycan Respu blikası CPM-in 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmə lərinin, onların yekununda çıxarılmış qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X8 əməlində cinayət tərkibinin olmaması bar ədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, kassasiya protestinə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar