Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1304/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum – Məhkum Abbas oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum Abbas oğlu barəsində olan cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-426/2019 saylı, 19 iyul 2019-cu il tarixli (Hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynov) hökmü ilə xx xxxxxx 1965-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 09 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Abbas oğlunun Azərbaycan Respublikası CM-nin n 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma h üququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin başlanğıcının 19 iyul 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmdən məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: N.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) 21 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (Fərhad Abdulkərim oğlu Kərimov (s ədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə) 25 avqust 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qərarından Məhkum Abbas oğlu və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: A Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), SeyfDövlət ittihamçısı2 Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 17 fevral 2021-ci il tarixli qərarı ilə məhkum və müdafiəçisi t ərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2019-cu il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə təyin olunmuş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 min manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası isə 4000 min manat məbləğində cərimə cəzası ilə əvəz olunmuş, Azərbaycan Respublikası CM- nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əlavə cəza birləşdirilməsi, cərimə cəzalarının isə tam toplanılması yolu ilə ona cinayətlərinin məcmusu üzrə 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 12 000 manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Məhkum Abbas oğlunun 19 iyul 2019-cu il tarixdən 17 fevral 2021-ci il tarixədək həbsdə olduğu 01 il 06 ay 28 gün müddət nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilsin və Məhkum üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzası saxlanılmış, Məhkum Abbas oğlunun barəsində s eçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə) 12 yanvar 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarından Məhkum Abbas oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və dövlət ittihamçısı Alverdiyev Ramiz Xalıqverdi oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni məhkəmə baxışına tə yin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 22 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2019-cu il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum Abbas oğlunun 19 iyul 2019-cu il tarixdən 17 fevral 2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-426/2019 saylı, 19 iyul 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququn dan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Məhkum Abbas oğlunun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum Abbas oğlu məhkəmə iclas zalından həbs edilmiş, cəzasının əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 1(103)-852/2022 saylı qərarından Məhkum Abbas oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə ə lavə verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Abbas oğlu 10 iyul 2017-ci il tarixdən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2017ci ilin iyul ayında tanışı Bakı şəhər sakini Şahid1 Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Şərifov Raqif Vaqif oğlunun icraatında olan Usubov Məhəddin Rəhim oğlu və Məhərrəmov Bəhruz Şəmsəddin oğlunun müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 22 may 2017-ci il tar ixdə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələni yaxın münasibətdə olduğu Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Şahid4 xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 manat pul verilməsi müqabilində müsbət həll edəcəyini bildirərək, Şahid1 ona olan inam və etibarından sui-istifadə etməklə həmin adla sonuncudan 2017-ci ilin iyul ayında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən Səbail rayon Polis İdarəsinin inzibati binasının qarşısında 2.400 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək qulluq mövqeyindən istifadə edərək aldat ma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus əmlakı ələ keçirərək dələduzluq etmiş, xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu vəzifəli şəxsə rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işlədiyi müddətdə, təkrarən, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi olan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun icraatında olan Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə sonuncu barəsində Bakı şəhəri, Səbail rayon məhkəməsi tərəfindən 25 avq ust 2017-ci il tarixdə seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etdirilməsində köməklik göstərilməsi ilə əlaqədar 2017- ci ilin sentyabr ayında ona müraciət edən Şahid1 bacısı Şahid2 Mirzəələkbər qızına həmin qətimkan tədbirini dəyişdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələni yaxın münasibətdə olduğu yüksək vəzifədə işləyən tanışına Şahid1 xeyrinə biləbilə qanunsuz hərəkətlər etməyə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 ABŞ dolları pul verilməsi müqabilində müsbət həll edəcəyini bildirərək, sonuncunun və onun qardaşı Şahid1 özünə olan inam və etibarından sui-istifadə etməklə həmin adla 2017-ci ilin sentyabr ayında Şahid2 Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən Milli Məclisin inzibati binasının qarşısında Şahid1 məxsus olan 4.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.802 (altı min səkkiz yüz iki) manat məbləğində pulu alıb qabaqcadan əlbir olduğu şəxslə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu vəzifəli şəxsə rüşvət qismində verməyə Şahid2 və Şahid1 təkrarən təhrik etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində və şikayətə əlavədə göstərilir ki, İstintaq zamanı ittiham tərəfindən çıxış edən şahidlərin hamısı - Şahid2, Şahid3, ismayıl Xəlili qərəzli formada uydurma ittiham verən Şahid1 oğlu, bacısı və şərikidir (barəsində söyüş söyüldüyü üçün həm də müvəkkilimə qərəzli). Həmin şəxslərin ifadələri bir-birinə zidd olmaqla yanaşı heç vaxt ittihamın əsasını təşkil edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İş materialları ilə tanış olarkən müəyyən olunur ki, çoxsaylı vətəndaşlara qarşı dələduzluq etmiş və hazırda axtarışda olan Şahid1 məhkəməyə verdiyi ifadələrində də müvəkkilimə qarşı söyüş söydüyü üçün ittiham uydurduğunu etiraf etmişdir. Belə görünür ki, ən böyük dələduzluğu isə ədalət mühakiməsinə qarşı etmişdir. Məhkum qarşı ifadə verən Şahid2 Mirzəələkbər qızı yuxarıdakı abzasda barəsində bəhs etdiyim adamın doğma bacısıdır, maddi c əhətdən ondan asılı olmaqla yaxın qohumu sayılır. Həmin şəxs tərəfindən də həm ibtidai istintaq həm də məhkəmə baxışları zamanı verdiyi ifadələdə fikirləri, guya rüşvət qismində pul verdiyi məkan və vaxt barədə göstərdikləri bir birini və ümumiyyətlə məntiqi inkar edir. İttihamın əsası olan belə şahid ifadələri mütəbər sübut sayılması bir kənara, sübutların siyahısından şıxarılmalı və məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Eyni sözlər istintaq materiallarına əsasən eyni vaxtda iki müxtəlif yerdə olmuş, Şahid1 10 yaşlı oğlu İsmayıl Xəlilinin də ifadələrinə aiddir. Əvvəlki məhkəmə baxışları zamanı heç bir vaxt mötəbər sübut olan müvəkkilimə məxsus ***-***-**-** mobil telefonu üzrə aparılan danışıqların çıxarışı və ittihama aid guya cinayət törədilən günlərdə telefonun anten dairəsi təsirin də olması araşdırılmamışdır. Həmin məlumatların Bakcell şirkəti tərəfindən təqdim olunması barədə müşaiyətedici məktubun üzərində tarixə dair qeydlərdə düzəliş edilməsinə qiymət verilməmişdir. Halbuki həmin xüsusatlar araşdırılarsa, müvəkkilimin cinayət törətməsi ittiham olunan zamanlara alibisi olması aşkar üzə çıxa bilər (CPM-in 21-ci maddəsinin tələbləri pozulmuşdur). Əgər əvvəlki məhkəmə baxışlarında, o cümlədən barəsində kassasiya şikayəti verilməsinə səbəb olmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının çıxarıldığı məhkəmə proseslərində müvəkkilimə bəraət verilməsinə rəvac verə biləcək sübutlar saxtalaşdırılmışdırsa (bilərəkdən və ya texniki səhv uzundən), bunlar mütləq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının çıxarıldığı tam səlahiyyətl i məhkəmə zamanı məhkəmə istintaqı ilə araşdırılmalı idi. Çünki kassasiya instansiyasında apellyasiya instansiyasında araşdırılmış sübutlara qiymət verilmir, qərarın maddi və prosessual hüquq normalarının düzgün əsaslandırılması hissəsində yoxlanılır. Təqdim etdiyimiz şifahi və yazılı vəsatətlərdə, habelə müvəkkilimin çıxışlarında dəfələrlə iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi barədə Şahid1 izahatları və cinayət işinin materiallarında olan teleqramlarına istinad edilsə də bu hal işə baxan məhkəmə tərkibi tərəfindən nəzərə alınmamış, ziyanın tamamilə ödənilməsi barədə zərərçəkmişin teleqramları və ərizəsi 2020-ci ilin 10 iyun və 30 iyun tarixlərində cinayət işinə əlavə olunduğu halda (3-cü cild, i.v. 205-206), xx.xx.2022-ci il tarixdə cəzanı ağırlaşdıran məhkəmə tə rkibi Bakı Ağır Cinayətlər Məhkəməsinin1(101)- 426/2019 saylı, 19 iyul 2019-cu il tarixli hökmünü qəbul edərkən olduqları mövqedə qalmışlar. Halbuki, ziyanın tamamilə ödənilməsi həmin tarixədək baş vermiş olsaydı, Bakı Ağır Cinayətlər Məhkəməsində müvəkkilimə CM-in 59.1.13 və 60.1 maddələrinə əsasən daha yüngül və ya azadlıqdanməhrumetmə ilə əlaqədar olmayan alternativ cəza təyin edərdi (hansını ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarı ilə etmişdi), yaxud cəzanı şərti təyin edərdi. Bakı Apellyasiya Məhkəməsinin məzuniyyətə tələsən hakim tərkibi öz qərarını qəbul edərkən bu halları nəzərə almamışdır. Bununla da qərarın təsviri və nəticəvi hissəsinin bir-birinə uyğun olmadığı bir daha özünü sübut edir. Kassasiya şikayətinə əlavə edilmiş qəbzdə göstərilir ki, Məhkum kapi tal bank vasitəsilə dövlət büdcəsinə vurulmuş ziyanın 25 faizi olan 2704 manat pulu ödəmişdir. Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu məcəllənin 178.2, 179.2 186.2.1, 1891.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda qeyd olunanları nəzarə alaraq Məhkum Abbas oğlunun barəsində CM-nin 73-1.2 maddəsi tətbiq edilərək cəzadan azad edilməsini məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şokayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müda fiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrində n fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum Abbas oğlunun əsassız olaraq CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasını və ona ağır cəza təyin edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətl i cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1 -ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “B.Yusifovan ın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məh kəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəməni n hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum Abbas oğlunun CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barəd ə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum Abbas oğlu tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nətic əyə gəlməyi zəruri hesab edir. Məhkum Abbas oğluna Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittihamdan görünür ki, törədilmiş dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxs Şahid1 10.802 (on min səkkiz yüz iki) manat ziyan dəymişdir. İş materiallarında olan Şahid1 30 iyun 2020-ci il tarixli ərizəsindən görünür ki, vətəndaş Məhkum Abbas oğluna qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onula barışmışdır. Ona dəymiş maddi ziyan Məhkum Abbas oğlu tərəfindən tam ödənilmiş, nəzərə alınmasını xahiş edir. Kassasiya şikayətinə əlavə edilmiş "xxxx" ASC-nin Mərkəz filialının xx.xx.2022-ci il tarixli, 31735 nömrəli ödəniş qəbzlərindən görünür ki, dələduzluq cinayət əməli nəticəsində vurulmuş ziyanın (cəmi 10802 manat) 25 faizi məbləğində 2701 (iki min yeddi yüz bir) manat dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarının 1ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsas ən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Beləliklə, məhkəmə kollegiyası məhkum olunmuş və hazırda cəzasını çəkən Məhkum Abbas oğlunun zərərçəkmiş şəxs Şahid1 ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 80-1-ci maddəsinə əsasən Məhkum Abbas oğlu CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona təyin edilmiş cəzadan azad edilməlidir. Lakin məhkəmə kollegiyası Məhkum Abbas oğluna təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin x arakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ail əsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi M əhkum Abbas oğluna münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən halları və ziyanın tam ödənilməsini kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə, kassasiya şikayətinin və ona əlavənin Məhkum Abbas oğlu barəsində cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinay ətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən da ha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki halların ı nəzərə alıb hesab edir ki, Məhkum Abbas oğlu barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək CM-nin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, məhkəmə kollegiyası Məhkum Abbas oğlu tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbinin olmamasını, onun davranışını, ali təhsilli olmasını, birinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, 33 il Daxili işlər Orqanlarında xidmət etməsini, qüsursuz xidmətinə görə medallarla təltif edilməsini, atası böyük vətən müharibəsinin veteranı olmasını, həyat yoldaşının İİ dərəcəli onkoloji xəstəlikdən əziyyət çəkməsini, böyük oğlunun Avropa çempionu olmasını, Şuşa şəhərinin azad olunma sında iştirak etməsini, kiçik oğlunun Aprel döyüşlərinin iştirakçısı olmasını, qardası oğlunun İİ Qarabağ müharibəsində sol gözünü itirməsini, Xocavəndin azad olunmasına görə medalla təltif edilməsini, bacısı oğlunun İİ Qarabağ müharibəsi zamanı şəhid olmasını, ona məxsus evi yanaraq tam şəkildə tələf olmasını, hal hazırda kirayədə yaşamasını şəxsiyyəti ilə bağlı müstəsna hallar kimi qiymətləndirir və həmin halları nəzərə alaraq hesab edir ki, məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəz a cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçı lıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən c əza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi A zərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təq sirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum Abbas oğluna məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş cəza CM-ni 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyiş dirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Abbas oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Abbas oğlunun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə Məhkum Abbas oğlu həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilsin. Məhkum Abbas oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş əsas cəza 04 (dörd) ildən 03 (üç) ilə endirilsin. Məhkum Abbas oğlunun 19 iyul 2019-cu il tarixdən 17 fevral 2021-ci il tarix ədək həbsdə olduğu 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1304/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1304/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver