Məhkəmə qərarları › İş №1(102)-1305/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1305/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1305/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkumun müdafiəçisi X6 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi X13 tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Xəqani Səmədovun sədrliyi, hakimlər Elmin Rüstəmov və Faiq Mahmudovdan ibarət tərkibdə) 1(100)-245/2020 nömrəli 17 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 2002-ci il tarixdə Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Qalayçılar kəndində qeydiyyatda olan, Bərdə rayonu Alaçadırlı kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birin ci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan, texniki cəhətdən saz vəziyyətdə olan X8 məxsus olan “VAZ-2107” markalı, “**-CL-***” dövlət qeydiyyat nişanlı avtomobillə 03 iyul 2020-ci il tarixdə saat 19:40-da Muğanlı-Körpüsındıran avtomobil yolunun Bərdə rayonu Kələntərli qəsəbəsindən keçən hissəsində Bərdə rayonu Kələntərli kəndi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mü mkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək, Bərdə rayonu Kələntərli kəndi istiqamətində yolu sağdan sola keçən piyada X9 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq, sonuncuya başın ənsə nahiyəsinin əzilmiş yarası, İ-İİ fəqərəarası bağların cırılması, İ-İİ boyun fəqərələrinin sınıqları, onurğa beyin qişasına və toxumasına qansızma, alın, döş qəfəsi, sol bazu, sol bud çanaq oynağı, sol baldır, sol diz oynağı, sağ ayaq arxası nahiyələrinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Elxan Həsənovun ölümünə səbəb olmuş, həmçinin digər zərərçəkmiş şəxs X8 məxsus “VAZ-2107” markalı, “**-CL-***” dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə, 1652 ( bir min altı yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim sədrlik edən və məruzəçi Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) 1(104)-155/2021 nömrəli, 24 may 2021-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Oqtay Muradov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi X13 verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarı cəzaya aid hissədə dəyi şdirilsin, Məhkum Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Oqtay Muradov kassasiya şikayətini onunla əsaslandırır ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli və məhkuma yüngül cəza təyin olunmalıdır. Belə ki, Apellyasiya məhkəməsi qərar qəbul edərkən Məhkum əvvəllər məhkum olmaması, ehtiyatsızlıqdan cinayət əməli törətməsi, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsi və peşman olması, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, onlara dəymiş maddi zərərin tam aradan qaldırılması, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, yaşayış yerindən müsbət xarakterizə olunması, məcburi köçkün ailəsi və əmisi X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması, babası X15 müharibəsi veteranı olması, atası X11 uğrunda gedən döyüşlərdə iştirak etməsi, məcburi köçkün ailəsi kimi ağır ailə şəraiti, bu günədək Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində yerləşən Bərdə rayon 9 saylı dəmir-beton zavodunda məskunlaşması və evlə təmin olunmamaları, anasının ağır xəstə olması, ailənin tək oğul övladı və gənc olması, cəzasını ağırlaşdıran halların olmaması və s. halları yetərli hesab etməyərək onun barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrinin tətbiq olunmasını mümkün hesab etməmişdir. Eyni zamanda Məhkum məcburi köçkündür. Azərbaycan Respublikası Prezidentinin çıxışlarında məcburi köçkünlərə qayğının artırılması və onların həyat şəraitinin yaxşılaşdırılması onların övladlarına dövlət tərəfindən qayğının artırılması və onlara güzəştlərin edilməsi göstərilmişdir. Hər bir köçkünə dövlət tərəfindən qayğı dövlətə xidmət edən məmurlar tərəfindən güzəştlər edilməli və onların həyat şəraiti nəzərə alınmalı kimi tələblər pozularaq Məhkum köçkün olması da hakimlər tərəfindən nəzərə alınmamışdır. Dövlətin özü köçkünlərə yardımlar edir, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət onlara öz dəstəyini göstərdiyi halda Ağdam rayonundan olan öz yurd yuvasım itirmiş, düşməndən canını, ailəsini zorla çıxarıb digər rayona pənah gətirmiş Məhkum ağır cəza təyin edilməsi onun ailə vəziyy ətini daha da çətin vəziyyətə salacaqdır. Göstərilənlərə və istinad edilən hüquq normalarına əsasən hesab edirəm ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələri tətbiq olunmaqla daha yüngül cəzanın təyin edilməsi mümkündür və bu daha ədalətli və məqsədə müvafiq olardı. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üz rə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilmir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məh kəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törəd ilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X7 barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olun masını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olması də lilinə də münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyy əti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum müdafiəçisinin apellyasiya şikayətinə əsasən işə baxaraq Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini və işin hallarını, habelə təyin edilmiş cəzanı n onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, məhkuma cəzanın CM-in 62-ci maddəsinə əsasən təyin edilməsi və ya şərti olaraq tətbiq edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən bu barədə apellyasiya şikayətini təmin etmədən, Məhkum barəsində olan hökmü dəyişdirmədən saxlanılması barədə qərar qəbul etmişdir. Apellyasiya məhkəməsinin mövqeyi cinayət qanununun yuxarıda sadalanan normalarına, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenumlarının tövsiyələrinə tam uyğun gəldiyindən məhkəmə kollegiyası həmin apellyasiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının l əğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir k i, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar