Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1305/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əsgərov Elxan Yusif oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Ci nayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Əsgərov Elxan Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 1(101)-427/2021 nömrəli (hakimlər: Ağayev Zeynal Qurban oğlu (sədrliyi ilə), Məcidov Azad Əli Ağa, Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 1 iyun 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası x Azərbaycan Dövlət X35 təsərrüfat müdiri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 9 (doqquz) il müddətə azadlıq dan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin başlanğıcının hökm icraya yönəldiyi vaxtdan hesablanması, sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələrin qoyulması, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş “polisin nəzarə tinə vermə” qətimkan tədbirinin dəyişdirilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirənin tətbiq edilməməsi müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1, 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən təqsirləndirilən Məhkum və təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 16 avqust 2023-cü il tarixli 1(103)-25/2023 nömrəli (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Əsgərov Elxan Yusif oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində mənimsəməklə və xeyli miqdarda ziyan vurub israf etməklə təkrarən talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində üçüncü şəxs üçün dolayı yolla külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almışdır. Kassasiya məhkəmə kollegiyası konkret işin hallarının məzmunun tam məhkəmə qərarlarında göstərildiyini nəzərə alıb yenidən həmin halları təkrarən qeyd etməyə lüzum görmür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Əsgərov Elxan Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən c inayət prosessual tələblərə uyğun istintaq aparılmamış, ilk gündən mübahisə olunmayan faktların sadəcə olaraq qeydləri aparılmaqla onlar prosessual formaya salınmış, əldə olunmuş sübut və dəlillər üzrə araşdırmanı tam, hərtərəfli və obyektiv aparılması təmin edilməmiş, ittihamyönümlü istintaq aparılmış, sübutların qiymətləndirilməsində hüquqi səhvə yol verilmiş, əməlin tövsifində formal məntiqin üsullarından istifadə qaydalarına riayət edilməmiş, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarın forma və məzmununda uyğunsuzluqlara və anlaşılmamazlığa yol verilmiş, birinci instansiya məhkəməsi istintaq orqanın gəldiyi səhv nəticələrini hökmə köçürməklə kifayətlənərək qanunsuz hökm çıxartmış, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlayaraq hökmün qüvvədə saxlanılmasına dair qərar qəbul etmi şdir. İstintaq orqanın gəldiyi hüquqi nəticəyə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində mənimsəməklə və xeyli miqdarda ziyan vurub israf etməklə təkrarən talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində üçüncü şəxs üçün dolayı yolla külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almışdır. Məhkum hər ay təkrarladığı hərəkətlərə (əmək haqqının az hissəsinin cədvələ imza atdırmaqla vermə faktı istisna olmaqla), yəni bankomatlardan pulların çıxarılmasına görə digər şəxslərin əməlində cinayət tərkibi olmadığı əsaslarla cinayət məs uliyyətinə cəlb olunmadıqları halda, yalnız Məhkum buna görə cinayət məsuliyyətinə cəlb olunması anlaşılmır. Məhkum Təqsirləndirilən şəxsla cinayət əlaqəsinə girməsi və qabacadan əlbir olan bir qrup şəxs halında törətdiyi cinayətin subyektiv və obyektiv cəhətləri, motivi sübuta yetirilməmişdir, CM-in 179 və 311-ci maddələrinin dispozisiyasında göstərilən hərəkətlərin nədə ifa olunması müəyyən edilməmişdir. Qeyd olunan 32 epizod üzrə dindirilmiş şahidlərin ifadələri ilə yalnız o hal müəyyən edilmişdir ki, Məhkum onlara heç bir söz demədən, onlardan hər-hansı himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün nə birbaşa və ya nədəki dolayı yolla, nə şəxsən və ya nədəki vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt istəmədən və ya almadan işçilərin qarşılarına qoyduğu cədvəldə imza atdırmaqla 15 və ya 20 manatı onlara vermişdir. Göründüyü kimi rüşvət cinayətə görə məsuliyyət nəzərdə tutan CM-in 311.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkət (hərəkətsizlik) əməlin Məhkum tərəfindən törədilməsi şahid ifadələri ilə təsdiq olunmamışdır. İstintaq orqanı elan etdiyi ittihamda Orkestrin təsərrüfat müdirinin vəzifəsini açıqlamışdır. Həmin vəzifəyə aiddir: müəssisə, idarə və təşkilatların və onların bölmələrinin təsərrüfat-xidməti işlərinə rəhbərlik etmək, təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin etmək, otaqların vəziyyətinə nəzarət etmək və vaxtında təmir işlərinin aparılması üçün tə dbirlər görmək, işçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmək. Belə ki, pul cədvəlinə imza atdırmaqla işçilərə əmək haqqı vermək təsərrüfat müdirinin vəzifəsinə aid edilməmişdir. İttihamın mahiyyətinə görə Məhkum direktor tərəfindən verilən pullar qanuni hesab edilmişdir. Çünki adları Orkestrin əməkdaşı kimi qeyd olunmuş şəxslərin əmək haqqların qanuni olması görüntüsü yaradılmışdır. Hətta belə olduqda Məhkum mühasib və ya kassir vəzifəsində çalışmadığından həmin pullar ona etibar oluna bilməzdi. İttihamda təsərrüfat müdirinə etibar edilmiş əmlak və pul vəsaitlərindən bəhs edilmir. Təqsirləndirilən şəxs tərəfindən Məhkum paylamaq üçün veril miş pul vəsaitləri isə “ona etibar edilmiş” anlamına heç bir aidiyyəti olmamışdır. Cinayət qanunvericiliyində “etibar edilmiş” anlayışı şəxsin vəzifəsi (səlahiyyətləri) daxilində işlədiyi dövlət orqanının, müəssisənin qanuni pul vəsaitlərinin ona etibar edilməsi başa düşülür. Rüşvət cinayəti üzrə qeyd edildiyi kimi Məhkum direktorla hər-hansı cinayətin törətməsində qabaqcadan əlbir olmasını təsdiq edən sübutlar cinayət işinin materiallarında olmadığından, şahidlər də bu faktı təsdiq etmədiyindən, digər sübutların da mövcud olmadığından onun əməlində CM-in 179.2.1-ci maddəsinin tərkib əlamətləri də istisna olunur. Məhkum təqsirləndirilən şəxs qismində cəlb qərarının giriş hissəsində mənimsəmə cinayətin təkrar törədilməsi göstərilmişdir. Lakin təsviri-əsaslandırıcı hissəsində vahid niyyətlə təkrarən israf etməklə pul vəsaitlərin talamasına dair ittiham verilmişdir. Odur ki, Məhkum kassasiya şikayətini təmin edib Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixli qərarının ləğv edilərək bəraət hökmünün çıxarılmasını və ya hazırki mərhələdə bəraət hökmünün çıxarılması üçün obyektiv araşdırmanın aparılmasına zərurət yarandıqda müdafiəçinin kassasiya şikayətini təmin edib, həmin qərarın ləğv edilərək cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, bu cinayəti törətmək üçün ittihamda göstərilən səlahiyyətlərə malik olmamışdır. Göründüyü kimi üzərinə tez-tez istifadə olunan dəftərxana ləvazimatı, təsərrüfatda i şlədilən əşya və inventarlarla təmin etmək öhdəliyi qoyulmuşdur. lakin ixtiyarında lazım olan ləvazimatların alınması üçün pul təminatı olmadığından zərurət yarandıqda orkestrin direktoru x-ə müraciət etdikdə yaradılmış fondan ona pul verilirdi və o tələb olunan əşya və ləvazimatları alıb çekləri və hesabatı direktora təqdim edirdi. Bu işlərdən başqa onun vəzifəsinə başqa işlər aid edilməmişdir. Direktorun öz təşəbbüsü və tapşırığı əsasında o və X29, X9, X31, X3 ictimai əsaslarla bankomatlardan müxtəlif şəxslərin adına olan plastik kartlardan pulları çıxarıb və Təqsirləndirilən şəxs tərəfindən tərtib olunan cədvələ imza atdırmaqla əmək haqqının az hissəsini işçilərə vermişdir. Bu iş onun vəzifə səlahiyyətlərindən irəli gəlməmişdir. Həmçinin, rüşvətin predmeti hesab olunan pulun kim tərəl indən verilməsini istintaq orqanı müəyyən etməmişdir. Əgər pul vətəndaş tərəfindən hər hansı işin görülməsi üçün verilmişsə onda həmin vətəndaş kimdir? Cinayət işinin materiallarında bu haqda heç bir məlumat yoxdur. Əgər maaş kartlarından çıxarılan pullar rüşvətin predmetidirsə onda niyə X mülki qaydada həmin pulların qaytarılmasını tələb edir? Odur ki, Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü maddələri üzrə əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Əsgərov Elxan Yusif oğlu çıxış edərək, Məhkum ilə eyni hərəkətləri edən digər şəxslərin işdə şahid qismində qaldığını, sadəcə bu əməllərə görə Məhkum məsuliyyətə cəlb edildiyini bild irib, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, 2023-cü ilin fevral ayından işdən kənarlaşdırıldığını, yenidən işə bərpa olma arzusunda olduğunu bildirib, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apel lyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkə tsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçisinin isə həmin qərarın ləğv edilməsi barədə məhkəmə çıxışla rını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində mənimsəməklə və xeyli miqdarda ziyan vurub israf etməklə təkrarən talama, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində üçüncü şəxs üçün dolayı yolla külli miqdarda madd i neməti rüşvət qismində istəməklə alma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərki bi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfinin kassasiya şikayətlərində Məhkum tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi və apellyasiya məhkəməsinin qərarının ona aid hissədə ləğv edilməklə ona əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət verilməli və ya cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünl üyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etm ə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların (əmlakın hədiyyə verilməsə, hədiyyənin geri qaytarılmaması, digər şəxslərin məsuliyyətə cəlb edilməməsi və s.) mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məkhumun və müdafiəçinin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki halla rını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki ha lların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarında olan götürmə haqqında 14 iyul 2020-ci il tarixli protokola əlavə edilmiş əmrlər və əm rlərə əlavə edilmiş sənədlərdən görünür ki, Şahid6 xx.xx.2013-cü il tarixli, 271 nömrəli, Şahid xx.xx.2018-ci il tarixli, 306 nömrəli, Şahid31 xx.xx.2016-cı il tarixli, 440 nömrəli, Şahid11 xx.xx.2014-cü il tarixli, 440 nömrəli, X37 xx.xx.2015-ci il tarixli, 440 nömrəli, X20 xx.xx.2014-cü il tarixli, 423 nömrəli, Şahid33 xx.xx.2019-cu il tarixli, 390 nömrəli, X10 xx.xx.2020-ci il tarixli, 360 nömrəli, Şahid30 xx.xx.2018-ci il tarixli, 306 nömrəli, Şahid28 xx.xx.2017-ci il tarixli, 440 nömrəli, Şahid24 xx.xx.2018-ci il tarixli, 423 nömrəli, Şahid32 xx.xx.2016-cı il tarixli, 390 nömrəli, X4 xx.xx.2018-ci il tarixli, 390 nömrəli, Şahid25 xx.xx.2018-ci il tarixli, 375 nömrəli, X17 xx.xx.2019-cu il tarixli, 375 nömrəli, Şahid18 xx.xx.2018-ci il tarixli, 375 nömrəli, X49 xx.xx.2013-cü il tarix li, 390 nömrəli, X65 xx.xx.2017-ci il tarixli, 390 nömrəli, X11 xx.xx.2013-cü il tarixli, 390 nömrəli, X12 30.12. 2013-cü il tarixli, 390 nömrəli, Şahid21 xx.xx.2014-cü il tarixli, 440 nömrəli, Şahid3 xx.xx.2017-ci il tarixli, 440 nömrəli, Şahid2 xx.xx.2013-cü il tarixli, 440 nömrəli, X38 xx.xx.2013-cü il tarixli, 423 nömrəli, X32 xx.xx.2013-cü il tarixli, 324 nömrəli, Şahid13 xx.xx.2016-cı il tarixli, 390 nömrəli, X66 xx.xx.2019-cu il tarixli, 360 nömrəli, X57 xx.xx.2019-cu il tarixli, 360 nömrəli, X50 xx.xx.2018-ci il tarixli, 360 nömrəli, X24 xx.xx.2016-cı il tarixli, 360 nömrəli, X3 xx.xx.2015ci il tarixli, 360 nömrəli, X51 xx.xx.2016-cı il tarixli, 360 nömrəli, Şahid1 xx.xx.2015-ci il tarixli, 306 nömrəli, Şahid14 Nazim oğlu xx.xx.2016-cı il tarixli, 440 nömrəli, X5 xx.xx.2017ci il ta rixli, 440 nömrəli, X25 xx.xx.2013-cü il tarixli, 324 nömrəli, Şahid19 xx.xx.2018-ci il tarixli, 346 nömrəli, Şahid10 xx.xx.2018-ci il tarixli, 440 nömrəli, Şahid8 xx.xx.2013-cü il tarixli, 440 nömrəli, Şahid9 Sabir oğlu xx.xx.2013-cü il tarixli, 440 nömrəli, Şahid29 xx.xx.2018-ci il tarixli, 406 nömrəli, X18 xx.xx.2013-cü il tarixli, 406 nömrəli, X19 xx.xx.2013-cü il tarixli, 423 nömrəli, X52 xx.xx.2013-cü il tarixli, 271 nömrəli, X30 xx.xx.2013-cü il tarixli, 423 nömrəli, X39 xx.xx.2014-cü il tarixli, 306 nömrəli, X13 xx.xx.2019-cu il tarixli, 282 nömrəli, X53 xx.xx.2019-cu il tarixli, 440 nömrəli, X58 xx.xx.2013-cü il tarixli, 319 nömrəli, Şahid5 xx.xx.2017-ci il tarixli 440 nömrəli, Şahid15 xx.xx.2015-ci il tarixli, 346 nömrəli, Şahid4 xx.xx.2014-cü il tarixli, 360 nömrəli, X67 xx.xx.2 019-cu il tarixli, 360 nömrəli, X59 xx.xx.2013-cü il tarixli, 260 nömrəli, Şahid20 xx.xx.2019-cu il tarixli, 423 nömrəli, X33 xx.xx.2019cu il tarixli, 360 nömrəli, X14 xx.xx.2018-ci il tarixli, 360 nömrəli, Şahid27 xx.xx.2018-ci il tarixli, 390 nömrəli, X26 xx.xx.2014-cü il tarixli, 440 nömrəli əmrlərlə Azərbaycan Dövlət Nəfəs alətlər orkestrinə müxtəlif vəzifələrə işə qəbul olunmuşdurlar. 14 iyul 2020-ci il tarixli götürmə haqqında protokola əlavə edilmiş Məhkum aid sənədlərdən görünür ki, Məhkum 1 oktyabr 2014-cü il tarixli əmrlə Azərbaycan Respublikası Xnin Dövlət X35 kitabxanaçısı, 28 fevral 2015-ci il tarixli 16 nömrəli əmrlə həmin Orkestrin təsərrüfat müdiri vəzifəsinə təyin olunmuşdur. O cümlədən, cinayət işinə əlavə olunmuş baxış protokolundan məlum olur ki, 31 avqust 2020-ci il ta rixdə əmək haqqlarına dair hesablardan çıxarışlar və əmək haqlarının çıxarılmasına dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bankomat kamera görüntülərinin olduğu disklərə baxış keçirilmişdir. Baxış zamanı cinayət işi üzrə zəruri əhəmiyyət kəsb edən şəxslərdən belə ki, 2018-ci ilin fevral ayının 2-də X Orkestrinə dərzi qismində işə qəbul olunmuş Şahid16 məxsus ******************** hesab nömrəli plastik karta 2018-ci ilin fevral ayından 2020-ci ilin iyun ayınadək ümumilikdə 5.591,5 manat, 2018-ci ilin yanvar ayının 4-də X Orkestrinə musiqisi qismində işə qəbul olunmuş Şahid19 məxsus ******************** hesab nömrəli plastik karta 2018-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək ümumilikdə 8258,46 manat, 2019-cu ilin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şah id20 məxsus ******************** hesab nömrəli plastik karta 2020-ci ilin yanvar ayından həmin ilin iyun ayınadək 2251.12 manat, 2014-cü ilin sentyabr ayında X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş X22 məxsus **********3421912105 hesab nömrəli plastik karta 2014-cu ilin oktyabr ayından 2020-ci ilin iyun ayınadək 16.321,42 manat, 2014-cü ilin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid22 məxsus******************** hesab nömrəli plastik karta 2015-ci ilin yanvar ayından 2020-ci ilin iyun ayınadək 15.565.2 manat, 2019-cu ilin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid24 məxsus ******************** hesab nömrəli plastik karta 2020-ci ilin yanvar ayından həmin ilin iyun ayınadək 2.211,12 manat, 2015-ci ilin noyabr ayının 30-da X Orkestrinə mühəndis qismində işə qəbul olunmuş Şahid15 məxsus ******************** hesab nömrəli plastik karta 2015-ci ilin dekabr ayından 2020-ci ilin iyul ayınadək 11.326,44 manat, 2013-cü ilin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid10 məxsus ******************** hesab nömrəli plastik karta 2015-ci ilin yanvar ayın 2020-ci ilin iyun ayınadək 16.567,35 manat, 2013-cü ilin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid8 məxsus **********2548674105 hesab nömrəli plastik karta 2015-ci ilin yanvar 2020-ci ilin iyun ayınadək 16.602,48 manat, 2015-ci ilin iyun ayının 1-də X Orkestrinə kitabxanaçı qismində işə qəbul olunmuş Şahid1 məxsus ******************** hesab nömrəli plastik karta 2015-ci ilin iyun ayından 2020-ci ilin i yun ayınadək 10.173,4 manat, 2016-cı ilin sentyabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid14 məxsus ******************** hesab nömrəli plastik karta 2016-cı ilin oktyabr ayından 2020-ci ilin fevral ayınadək 12.559,65 manat, 2017-ci ilin iyun ayının 4-də X Orkestrinə musiqisi qismində işə qəbul olunmuş Şahid17 Neymətulla oğluna məxsus ******************** hesab nömrəli plastik karta 2017-ci ilin iyul ayından 2020-ci ilin iyun ayınadək 9.885,78 manat, 2017-ci ilin may ayının 17-də X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid3 məxsus **********4548202105 hesab nömrəli plastik karta 2017-ci ilin may ayından 2020-ci ilin iyun ayınadək 9.708,42 manat, 2015-ci ilin fevral ayının 10-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş X27 məxsus *************** ***** hesab nömrəli plastik karta 2015-cü ilin mart ayından 2020-ci ilin iyun ayınadək 15.957,35 manat, 2016-cı ilin yanvar ayının 15-də X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid13 məxsus ******************** hesab nömrəli plastik karta 2016-cı ilin fevral ayından 2020-ci ilin fevral ayınadək 11.923,93 manat, 2013-cü ilin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid9 məxsus plastik karta 2014-cü ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək 17.716,13 manat, 2014cü ilin avqust ayının 1-də X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid21 məxsus ******************** hesab nömrəli plastik karta 2014-cü ilin sentyabr ayından 2020ci ilin iyun ayınadək 17.377,02 manat, 2017-ci ilin fevral ayının 1-də X Orkestrinə musiqisi qismində işə qəbul olun muş Şahid5 məxsus ******************** hesab nömrəli plastik karta 2017-ci ilin fevral ayından 2020-ci ilin iyun ayınadək 10.360,52 manat, 2014-cü ilin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid4 məxsus ******************** hesab nömrəli plastik karta 2015-ci ilin yanvar ayından 2020ci ilin iyun ayınadək 14.845,87 manat, 2017-ci ilin yanvar ayının 5-də X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid28 oğluna məxsus ******************** hesab nömrəli plastik karta 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək 10.825,84 manat, 2018-ci ilin yanvar ayının 15-də X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid18 məxsus ******************** hesab nömrəli plastik karta 2018-ci ilin yanvar ayından həmin ilin may ayınadək 792,71 manat, 2014-cü i lin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid29 məxsus **********3486428105 hesab nömrəli plastik karta 2015-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayınadək 15.106,62 manat, 2018-ci ilin dekabr ayının 10-da X Orkestrinə musiqisi qismində işə qəbul olunmuş Şahid30 məxsus ******************** hesab nömrəli plastik karta 2018-ci ilin dekabr ayından 2020ci ilin iyul ayınadək 4.498,27 manat, 1993-cü ildə X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid2 məxsus ******************** hesab nömrəli plastik karta 2015-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək 16.079,41 manat, 2014-cü ilin dekabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid11 məxsus plastik karta 2015-ci ilin aprel ayından 2020-ci ilin iyul ayınadək 16.014,02 manat, 2018-ci ilin dekabr ayının 29-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid25 məxsus olan **********5419715105 hesab nömrəli plastik karta 2019cu ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək 5.240,87 manat, 2016-cı ilin sentyabr ayının 14-də X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid31 məxsus ******************** hesab nömrəli plastik karta 2016-cı ilin oktyabr ayından 2020-ci ilin iyul ayınadək 11.736,95 manat, 2015-ci ilin sentyabr ayının 30-da X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş X15 məxsus ******************** hesab nömrəli plastik karta 2015-ci ilin oktyabr ayından 2019cu ilin aprel ayınadək 7.902,55 manat, 2014-cü ilin dekabr ayının 30-da X Orkestrinə kadrlar üzrə mütəxəssis qismində işə qəbul olunmuş Şahid7 məxsus ******************** he sab nömrəli plastik karta 2020-ci ilin yanvar ayından həmin ilin iyul ayınadək 1.645,98 manat, 2016-cı ilin may ayının 2-də X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid32 məxsus **********4115521105 hesab nömrəli plastik karta 2016-cı ilin may ayından 2020-ci ilin iyun ayınadək 11.498,07 manat, 2013-cü ilin dekabr ayının 30-da X Orkestrinə xadiməçi qismində işə qəbul olunmuş Şahid6 məxsus ******************** hesab nömrəli plastik karta 2015-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək 9.586,31 manat, 2019-cu ilin dekabr ayının 4-də X Orkestrinə musiqiçi qismində işə qəbul olunmuş Şahid33 məxsus **********6177685105 hesab nömrəli plastik karta 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayınadək 2.368,54 manat, 2018-ci ilin dekabr ayının 10-da X Orkestrinə musiqiçi qismind ə işə qəbul olunmuş Şahid27 məxsus ******************** hesab nömrəli plastik karta 2019-cu ilin yanvar ayından 2020-ci ilin iyun ayınadək 5.819,7 manat əmək haqqı yüklənilməsi müəyyən edilmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, "xxxx" ASC-dən 28 avqust 2020-ci il tarixli məktuba əlavə edilmiş 3 ədəd CD diskə baxış keçirilmişdir. Həmin disklərdə 37 nəfər şəxsə aid bankomat kamera görüntüləri vardır. Baxış zamanı Təqsirləndirilən şəxs, Məhkum qızının və istintaqa şəxsiyyəti məlum olmayan şəxslərin Şahid16, Şahid19, Şahid20, X23, Şahid22, Şahid24, Şahid15, Şahid10, Şahid8, Şahid1, Şahid14, Şahid17, Şahid3, X27, Şahid13, Şahid9, Şahid21, Şahid5, Şahid4, Şahid28, Şahid18, Şahid29, Şahid30, Şahid2, Şahid11, Şahid25, Şahid31, X15, Şahid7, Şahid32, Şahid6, Şahid33, Şahid27, Şahid26, X40 məxsus plastik kartlardan müxtəlif vaxtlarda yüklənmiş əmək haqları məbləğinin çıxarmaları görünür. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutları, təqsirləndirilən şəxslərin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, istintaq hərəkətlərini əks etdirən protokolu araşdıraraq belə nəticəyə gəlmişdir ki, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində mənimsəməklə və xeyli miqdarda ziyan vurub israf etməklə təkrarən talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində üçüncü şəxs üçün dolayı yolla külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alması sübuta yetirilmişdir. Kassasiya məhkəmə kollegiyası, o cümlədən kassasiya şikayətlərinin Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət törətməmələri barədə dəlillərinə münasibətdə onu qeyd edir ki, Təqsirləndirilən şəxs özünün apellyasiya şikayətində kartdan pulların çıxarılması ilə bağlı bir neçə işçilərinə o cümlədən, Məhkum tapşırıq verməsini, sonuncunun da pulları çıxardıb ona verdiyini, bundan başqa işçilərin əmək haqqının bir qismini onlara qaytarılması üçün siyahı tutub onlara imzalatdırılmasını Məhkum tapşırdığını bildirmişdir. Qeyd olunanlarla yanaşı, Məhkum öz şikayətində onun heç bir zaman orkestrin rəhbəri Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olub cinayət əlaqəsinə gi rib bu cinayətləri törətməməsini, sadəcə rəhbərin tapşırığını yerinə yetirdiyini göstərsə də, onun qanunsuz olduğunu bilə-bilə rəhbərin tapşırığını yetirməsi və bunun müqabilində həmin pul vəsaitinin müəyyən hissəsini qazanc olaraq əldə etməsi, onun özünün maddi marağını güdərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayətlərdə iştirakının göstəricisidir. Bundan başqa, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmələri ilə bağlı ittiham iş üzrə şahid qismində dindirilmiş çoxsaylı şəxslərin bir-biri ilə uzlaşan ifadələri ilə də təsdiq olunur. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə məhkum olunması, cinayəti tabelik münasibətində olan şəxsin göstərişi ilə etməsi, əməlindən peşman olması, övladının həqiqi hərbi xidmətdə olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cə za təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi Əsgərov Elxan Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şi kayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Əsgərov Elxan Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1305/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1305/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver