Məhkəmə qərarları › İş №1(102)-1306/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1306/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1306/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 12 fevral 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən və məruzəçi), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum- xx xxxxxx 1964-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvanında yaşamış, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əzaçəkmənin başlanğıcı 05 iyul 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhk um naməlum vaxtda müəyyən edilməmiş mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumilkdə 1217,065 qram külli miqdarda narkotik vasitə olan heroin əldə edib daşıyaraq yaşadığı evə gətirmiş, həmin narkotik vasitənin bir hissəsini kirayə yaşadığı evdə, bir hissəsini isə üzərində saxlamış, 05 iyul 2017-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin və Qaradağ RPİ 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun kirayə yaşadığı Bakı şəhəri, ********************************* saylı evin qarşısında saxlanılıb həmin bölmənin inzibati binasına gətirilərək, orada hal şahidlərinin iştirakı ilə şəxsi axtarışı zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəng li selofana bükülmüş 52,065 qram, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 18:30-da Qaradağ RPİ Cinayət-axtarış şöbəsinin və Qaradağ RPİ 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən F6 kirayə yaşadığı Bakı şəhəri, ************************* saylı evə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman evin girişindən sağ tərəfdə yerləşən ağ rəngli soyuducunun aşağı hissəsindən bir ədəd üzərində rəngbərəng gülləri olan selofan torbaya bükülmüş 1165,0 qram, ümumilkdə 1217,065 qram külli miqdarda xarici əlamətlərinə və tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyası (hakimlər: E.Y.Şamayev (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) 12 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, qərarın ləğv edilməklə təqsirlənsirləndirildiyi maddənin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində özünün narkotik aludəçisi olduğunu, heç bir satış məqsədinin olmadığı halda ona satışla bağlı olan maddə təyin edildiyini, buna görə də barəsində çıxarılmış qərarın ədalətsiz və ağır olduğunu bildirərək cəzasının yüngüll əşdirilməsini və təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib məhkumun kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətin in və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlilləri üzrə cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlamışdır. Məhkum kassasiya şikayətində cina yət əməlinin tövsifinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilərək bu qanunun sanksiyası həddində ona cəza təyin edilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum apellyasiya şikayətində də eyni məzmunlu dəlillər irəli sürmüş və apellyasiya instansiya məhkəməsi bu dəlillərin əsaslılığını yoxlayaraq hüquqi qiymət vermişdir. Belə ki, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarında göstərilir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkumun üzərindən və yaşadığı evdən ümumilikdə 1217,065 qram çəkidə narkotik vasitə aşkar olunmuş, habelə yaşadığı evdə kiçik çəkiləri ölçmək üçün nəzərdə tutulmuş rəqəmsal tərəzinin olması müəyyən olunmuşdur. “Narkotik vasitəl ərin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011 -ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi bu nəticələr əsaslıdır. Məhkum həm üzərində aşkar edilmiş, həm də mənzilində aşkar edilmiş heroin narkotik vasitələrinin miqdarı qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından və külli miqdar vahidlərindən dəfələrlə çoxdur. Eyni zamanda onun yaşadığı evdə kiçik çəkiləri ölçmək üçün nəzərdə tutulmuş rəqəmsal tərəzinin olması müəyyən olunmuşdur. Bu hallar narkotik vasitələrin satış məqsədi üçün əldə edilib saxla ndığını və narkotik vasitələrin satış məqsədi ilə hissələrə bölünməsi üçün xüsusi avadanlıq hazırlandığını sübut edir. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 04.10.2000-ci il tarixli qərarında göstərilir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Baxılan iş üzrə Məhkum 1217,065 qram çəkidə heroin narkotik vasitələrin satış məqsədi ilə əldə etməsi nəticəsi faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gəlmişdir. Ona görə də Məhkum cinayət əməlinin Azərbaycan R espublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Cinayət işi üzrə sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilmiş, cinayət və cinayət-prosessual qanunların pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar