Məhkəmə qərarları › İş №1(102)-1306/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1306/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1306/2020 19.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xxx oğlunun müdafiəçisi 15 saylı Hüquq Məsləhətxanasının vəkili X2 iştirakı ilə xxx oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xxxl oğlunun xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarından xüsusi ittihamçı xxxl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: xxxl oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xxx oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Cəbrayıl rayon Məhkəməsinin (hakim Ü.O.Qənbərov) 16 yanvar 2020-ci il tarixli qərarı ilə xxx oğlunun barəsində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin həmin qərarından xüsusi ittihamçı S.Mərdanlı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edə n hakim E.İ.Əliyev, hakimlər: E.Ə.Camalov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından xüsusi ittihamçı xxxl oğlu tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, xxx onu uşaq oğurlamaqda, hədə-qorxu gəlməkdə, vəzifədən sui-istifadə etməkdə ittiham etməklə qəsdən ona böhtan atmışdır, habelə onu təhqir etmişdir. Məhkəmələr isə araşdırma aparmadan onun şikayətini icraata qəbul etməkdən imtina etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətin in dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi M.Cəbrayılovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); şikayətin məzmunu Azərbaycan Respublik ası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (302.1.4); cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə (302.1.8). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz ic raatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Təsvir olunan normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin 16 yanvar 2020-ci il tarixli hazırlıq iclasının qərarına baxdıqda müəyyən olunur ki, məhkəmənin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarı əsaslıdır və yuxarıda gətirilən cinayət-prosessual qaydaların tələblərinə cavab verir. Belə ki, Cəbrayıl Rayon Məhkəməsinin hökmündən görünür ki, Sərkər Mərdanlının xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək xxx oğlunun onun barəsində başqa bir nəfərlə əlbir olub uşağın oğurlanması barədə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatlar yaydığını, habelə marketdən oğurluq etməkdə ittiham etdiyinə görə Cinayə t Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Cinayət Məcəlləsinin istər 147-ci, istərsə də 148-ci maddələrinin dispozisiyalarına baxdıqda görünür ki, həmin maddələrlə cinayət məsuliyyətinin yaranması üçün böhtan və yaxud təhqir xarakterli məlumatların məhz qəsdən kütləvi yayılması tələb olunur. Belə ki, “böhtan” cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində “yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” kimi təsbit edilmişdir. Təhqir isə, Cinayət Məcəlləsinin 148-ci maddəsində “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma” kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında”.21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində izah olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İş m aterillarından olan Binəqədi rayon prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 dekabr 2015-ci il tarixli qərarının surətinə əsasən X1 müraciətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından da və Qaradağ rayon Polis İdarəsində araşdırma aparılmış və öz təsdiqini tapmadığından xxx və xxx oğlu barəsində toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin İŞ-in “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 05 iyul 2019-cu il tarixli qərarının surətinə əsasən xxx oğluna məxsus olan Binəqədi rayonu Müşfiqabad qəsəbəsində yerləşən “Qarabağ” marketdən X9 oğlunun 2013-cü ildən başlayaraq müxtəlif vaxtlarda müxtəlif növ ərzaq məhsulla rmı və müəyyən məbləğlərdə nağd pul vəsaitini gizli yolla talaması faktı üzrə araşdırma nəticəsində faktda cinayət hadisəsi olmadığından AR CM-nın 177.2.4-cü maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Belə ki, xxxl oğlunun hərəkətləri barədə xxx oğlunun şikayətində göstərilən məlumatlar kütləvi çıxış şəklində yayılmamış, aidiyyət üzrə cinayət təqibi orqanında araşdırılmış və təsdiqini tapmaması haqqında həmin orqanlar tərəfindən qəbul edilmiş qərarlarda ifadə edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 300.1.3, 302.1.6-cı maddələrinə istinad etməklə S.M.Mərdanlının xüsusi ittiham qaydasında şikayətini icraatına qəbul etməkdən imtina etməsi kollegiya tərəfindən əsaslı, cinayət və cinayət-prosessu al normaların tələbləri baxımından qanuni nəticə kimi qəbul edilir. Belə olan halda, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırlıq iclasının qərarını dəyişdirmədən saxlayan Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarı da əsassız və qanunsuz qərar kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin S.M.Mərdanlının xüsusi ittiham qaydasında şikayətini icraata qəbul etməkdən imtina etməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu qərarı dəyişdirilmədən saxlaması ilə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il ta rixli qərarının dəyişdirilmədən saxlanılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. xxx oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xxxl oğlunun xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar