Məhkəmə qərarları › İş №1(102)-1306/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1306/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1306/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Eİçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Məmmədova Rəna Məhəmməd qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliövsəd Abasov, hakimlər Mahmud Ağalarov və Eldar Mikayılov) xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sxxolan, xx, nömrəsiz fərdi evdə yaşamış, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı Ələkbərov Valeh Həsən oğlu tərəfindən verilmiş apellyasiya protestinə və müdafiəçi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 30 iyul 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 05 noyabr 2020-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi xalis çəkisi – 2,922 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış nar kotik vasitə heroini, ümumi xalis çəkisi – 0,473 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 05 noyabr 2020-ci il tarixdə, saat 00:30 radələrində X6 Alayının 11-ci patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 230 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 02:10 radələrində Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Məhkum üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mavi rəngli “Rothmans” markalı siqaret qutusunun içərisində olan 12 ədəd bü kümdə şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,213 qram, 0,165 qram, 0,272 qram, 0,259 qram, 0,252 qram, 0,185 qram, 0,273 qram, 0,217 qram, 0, 254 qram, 0,284 qram, 0,256 qram və 0,292 qram ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 2,922 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə siqaretin qızılı rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,136 qram, 0,096 qram, 0,081 qram və 0,160 qram ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞ TİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, iş materiallarında olan istinad edilmiş sübutların hər hansı biri ibtidai istintaq orqanı tərəfindən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamı təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni, psixotrop maddəni satış məqsədi ilə əldə etməs i, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Məhkum narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın-əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında qərarında da elan edilmiş ittihamın təsdiqi kimi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, şəxsi axtarış və götürmə haqqında protokolu sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Təqs irləndirilən şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti ilə bağlı hər hansı məlumat və ya material mövcud olmamış, yalnız təsadüf nəticəsində - gecə vaxtı ərazidə xidmətdə olan X6 Alayının polis nəfərləri tərəfindən xüsusi karantin rejimi ilə bağlı yoxlama üçün saxlanmış, həmin vaxt həyəcanlı vəziyyətə qaçaraq özünü şübhəli apararkən müvafiq şifahi sorğu zamanı könüllü olaraq üzərində şəxsi istifadəsi üçün nəzərdə tutduğu narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etmişdir. İbtidai araşdırmanın bütün müddəti ərzində də Məhkum narkotik vasitə və psixotrop maddəni özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə, onu saxlamış və şahid kimi dindirilmiş iki polis nəfərinin də ifadələrində satış məqsədini ehtiva etməyə imkan verə biləcək heç bir məqam olmamasına baxmayaraq qeyd olunan ifadələrin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınıb Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ndən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsə də, apellyasiya məhkəməsi dövlət ittihamçısının heç bir sübutla təsdiq edilməyən əsassız protestdə qeyd edilənləri hökmə köçürməklə qanunsuz və əsassız nəticəyə gəlmiş, nəticədə Məhkum ağır cəzaya məhkum edilmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünün ləğv edilməsini və Məhkum əməlinin düzgün tövsif edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən müdafiəçi R.M.Məmmədova çıxış edərək, Məhkum narkotik vasitələri tutulmamışdan bir gün qabaq aldığını, ekspert rəyinə əsasən şəxsin hər iki növ narkotik vasitənin qəbul etdiyini, narkotik vasitələrin satışını təsdiq edən heç bir sübutun olmadığını, hal-hazırda vahid məhkəmə təcrübəsinin formalaşdırı ldığını və hazırkı işdə apellyasiya məhkəməsi tərəfindən bu təcrübənin pozulduğunu bildirib, bütün bunları nəzərə alaraq kassasiya şikayətinin təmin olunmasını, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Eİçin Tofiq oğlu çıxış edərək Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunması cinayət işinin materialları ilə tam sübuta yetirildiyini, şəxsin saxlanılan zaman üzərindən iki növdə və on altı bükümdə narkotik vasitələrin aşkar olunduğunu, kassasiya şikayətinin də lillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu bildirib kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416- cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməklə əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 4 16.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tör ədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və mənti qi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasın a gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi q ərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum əməlini tövsif edərkən, verilmiş ittihamla raz ılaşmayaraq, onun Azərbaycan Respublikası CM-nin 234.1ci maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini Məhkum ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə aşkar edilən narkotik vasitələri və psixotrop maddələrinin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi ilə bağlı yekun nəticəyə gələrkən, Məhkum üzərindən aşkar olunan həmin narkotik vasitə və psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyinin nə ibtidai istintaq, nə də ki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamasına, Məhkum həm ibti dai istintaq, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alması barədə ifadələrinə əsaslanmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi isə məhkəmə baxışı zamanı sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitə və psixotrop maddələri külli miqdarda satış məqsədilə əldə etdiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan təkzibedilməz dəlillərə əsasən, V.Ə.Fətəliyev həm ibtidai istintaq, həm də birinci instansiya və apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitələri satış məqsədi ilə de yil, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirsə də, məhkəmə heç bir yerdə işləməyən şəxsin şəxsi istifadəsi üçün yuxarıda qeyd edilən miqdarlarda narkotik vasitə ala bilməsini real və ağlabatan hesab etməmiş və məhkum edilmiş şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasının göstərici olduğu qənaətinə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, Məhkum – əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mavi rəngli “Rothmans” markalı siqaret qutusunun içərisində olan 12 ədəd bükümdə şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,213 qram, 0,165 qram, 0,272 qram, 0,259 qram, 0,252 qram, 0,185 qram, 0,273 qram, 0,217 qram, 0, 254 qram, 0,284 qram, 0,256 qram və 0,292 qram ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 2,922 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə siqaretin qızılı rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,136 qram, 0,096 qram, 0,081 qram və 0,160 qram ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyn ilik təşkil edən ümumi təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, iş materiallarından görünür ki, Məhkum aşkar edilib götürülən metamfetaminin külli miqdar təşkil etməsi və ondan aşkar edilib götürülmüş dövriyyəsi qadağan olunmuş predmetlərin növ müxtəlifliyi (heroin, metamfetamin), yəni heroin narkotik vasitəsinin 12 ədəd, metamfetamin psixotrop maddəsinin 4 ədəd kiçik bükümlərdə müəyyən edilməsi onun həmin narkotik vasitələri məhz satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən verilmiş ittihamla razılaşmayaraq işin f aktiki hallarını tam və hərtərəfli araşdırmamış, CPM-nin sübutetməyə dair 33, 125, 139, 144, 146-cı maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin Məhkum narkotik vasitələr və psixotrop maddələri külli miqdarda müxtəlif növlərdə əldə etməsinə baxmayaraq satış məqsədi ilə əldə etmədiyi barədə verdiyi ifadələrinə görə məhz satış məqsədi olmadan əldə etməsinə dair gəldiyi nəticə keyfiyyətli məhkəmə araşdırmasının nəticəsi kimi qəbul edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişd ir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3- cü maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məh kum müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızının kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar