Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1306/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 1(101)-1634/2022 nömrəli (hakimlər: Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 1 dekabr 1988-ci ildə Cəlilabad rayonu Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, XXX- də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci mad dəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, onun üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələrinin qoyulması, Məhkum davranışı üzərində nəzarətin Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməsi, Məhkum təyin edilmiş sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, o nun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər – Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) 26 yanvar 2023-cü il tarixli 1(103)144/2023 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 26 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Verilmiş ittihama əsasən, Məhkum 5 may 2022-ci il tarixdə gecə saat 00:15 dəqiqədə ünvan 2 ünvanda yerləşən yaşayış binasının liftinin qarşısında bir neçə aydır ki, uşaqlarını ona göstərməməsi səbəbindən aralarında davam edən mübahisə səbəbindən boşanmaq ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs başqa şəxslə münasibətdə olmasını bildirməsinə görə qısqanclıq zəminində üzərində olan bıçaqla bir dəfə qəsdən sonuncunun qarın nahiyəsinin ön hissəsindən zərbə endirməklə ona sağ mil-bilək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası, çənə nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən və insan həyatı üçün təhlükəli olan qarının ön divarının periton boşl uğuna nüfuz edən qaraciyəri və mədəni zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın şərti tətbiqini əsaslı hesab edərkən onun cəza çəkmədən islah olunmasına əsas gördüyü halları ağlabatan şəkildə açıqlamamış, birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən (şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını) hallara dair qənaətini və ağırlaşdıran halların olmamasını eynilə təkrarlamaqla, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini mümkün hesab etmişdir. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilərkən məhkəmə kollegiyası yalnız azyaşlı uşağın olması faktı ilə kifayətlənməməli, işin faktiki halları nəzərə alınmaqla onun uşaqların tərbiyə edilməsi və maddi təminatında iştirak edib-etməməsi, həmin uşaqların onun himayəsində olubolmaması, himayəsində olduğu halda himayənin necə təşkil edildiyi, yəni uşaqlara təlim və tərbiyə verib-verməməsi, onların ehtiyac və tələbatını ödəyib-ödəməməsi, təqsirləndirilən şəxsin ailədə rolu və yeri kimi məsələlər aydınlaşdırılmalı idi. Lakin, apellyasiya məhkəməsi bu hallara heç bir münasibət bildirməmiş, qeyd olunan halların təhlilə ehtiyacı olmasını nəzərdən qaçırmışdır. İş üzrə Zərərçəkmiş şəxs birinc i instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır, birgə nikahdan iki övladları vardır. Xin ailələrinə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və ailəsinə diqqət göstərməməsi kimi səbəblərdən birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr olmuşdur. Xlə aralarında bundan öncə bir dəfə də xəsarətlə nəticələnən hadisə baş vermişdir. Lakin bu zaman o, xə xəsarət yetirmişdir. Bu hadisə ilə bağlı barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlansa da, Xlə barışdıqları üçün işə xitam erilmişdir. Bu hadisədən sonra ayrı yaşamağa qərar vermişlər. Xin ona xəsarət yetirdiyi gün o, rəfiqəsinin evindən başqa ünvana köçmə ərəfəsində olmuşdur. Həmin gün x ona yaxınlaşaraq uşaqlarla görüşdürülməsini tələb etmiş, o, isə “sənin kimi ata ilə övladlarımı görüşdürməyəcəm” demişdir. Qeyd edilən ifadədən görünür ki, Məhkum övladlarının tərbiyəsində iştirak etməmiş və ailədaxili münaqişələr nəticəsində ailəsi ilə münasibət qurmamışdır. Məhkəmə kollegiyası həmçinin, Məhkum törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini də onun cəzasını yüngülləşdirən hal və cəzanın şərti tətbiq edilməsi əsaslarından biri kimi nəzərə almışdır. Halbuki, qeyd olunan əməl böyük ictimai təhlükə törətməyən deyil, ağır cinayət hesab edilir və normada sadalanan hallardan əksər hissəsi Məhkum əməllərində olmamışdır. O, hadisə törətdikdən sonra zərərçəkmiş şəxsə yardım göstərmək əvəzinə hadisə yerini tərk etmiş və cinayət törətdikdən sonra bıçağı yol kənarına atmışdır. Belə olan halda məhkəmə kollegiyas ı Məhkum hərəkətində “səmimi peşmançılığın” olması qənaətinə gəlməkdə səhvə yol vermişdir. Bundan başqa, iş materiallarından görünür ki, X6 rayon məhkəməsinin 07 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 fevral 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Habelə, iş materillarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, 04 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı Məhkum bir dəfə bıçaq zərbəsi vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarəti yetirmişdir. Məhkum arvadı Zərərçəkmiş şə xs ilə barışması, sonuncudan şikayət və tələbinin olmaması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etməsi barədə 25 may 2022-ci il tarixli ərizəsinə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yekun qərar qəbul edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, nəticələrini, törədilməsi hallarını, şəraitini, məhkumun şəxsiyyətini nəzərə almamış, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, yekun qərarda gətirilən əsaslandırma cəzanın şərti olaraq tətbiq edilməsinin şərtlərini və qaydalarını təsbitləyən CM-in 70-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarının məcburiliyi, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında təsbit olunmuş mövqe baxımından əsaslı sayıla bilməz. Görünür ki, məhkəmə CM-nin 70-ci maddəsini tətbiq edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xa hiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestində göstərilən dəlilləri nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfi ndən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmu ş cəzanın yüngül olduğunu, Məhkum təyin edilmiş cəzanı şərti hesab etməyin əsassız olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edillməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törə dilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edil məsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10- cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməy ə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülm əklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şə xsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. CM-nin 70.1-ci maddəsinə görə “islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdır ılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə qərarlarını öyrənərkən müəyyən olunur ki, apellyasiya məhkəmə kollegiyası Məhkum CM-nin 70-ci maddəsinin tətbiqi barədə gəlinən nəticə ilə razılaşarkən şərti məhkum etmənin yuxarıda göstərilən kriteriyalarına istinad etməmiş, ümumi mülahizələrlə məhkumun barəsind ə şərti məhkum etmənin tətbiqini əsaslı saymış, məhkumun hansı səbəbdən cəza çəkmədən islah olunmasının mümkünlüyünü öz qərarında göstərməmiş və bunu kifayət qədər əsaslandırmamışdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab e dilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Baxılan cinayət işinin materiallarından isə görünür ki, apellyasiya instansiya məhkəməsi məhkumun şəxsiyyətini, məhkumun əvvəllərdə zərərçəkmişə qarşı dəfələrlə aqressiv münasibət bəsləməsini, qarşı törədilən cinayətin ağırlığını, ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib, ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmənin Məhkum cəza çəkmədən islah oluna biləcəyinə inam yaratmasına dair qənaəti məhkəmə tərəfindən müəyyən edilmiş yüngülləşdirici hallarla əsaslanmı şdır. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəli xarakteri - həyat və sağlamlıq əleyhinə olan cinayətdir, əməl ağır cinayətlər kateqoriyasına aiddir, ictimai təhlükəlilik dərəcəsi isə - məqsədli surətdə, zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmada formalaşmış cinayətkar niyyətin həyata keçirilməsidir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Məhkum Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 07 fevral 2014-cü il tar ixdə cəzasının sonu ilə azad olunmuşdur. 12 sentyabr 2012-ci il tarixli məhkəmə baxış iclasında təqdim olunan və cinayət işinin materiallarına əlavə edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Məhkum himayəsində 2 azyaşlı uşağı - 12 iyul 2015-ci il təvəllüdlü X10 və 20 iyul 2018ci il təvəllüdlü X12 vardır. Lakin kassasiya məhkəmə kollegiyası, kassasiya protestinin Məhkum övladlarının tərbiyəsində iştirak etməməsi, ailədaxili münaqişələr nəticəsində ailəsi ilə münasibət qurmaması və bunun nəticəsində uşaqlarının onun himayəsində olmaması barədə dəlilləri ilə razılaşır. Apellyasiya instansiya məhkəməsinin qeyd olunanları nəzərə almadan məhkəmə tərəfindən müəyyən edilmiş yüngülləşdirici halları təkrarlamaqla şərti məhkum etmənin tətbiq edilməsini mümkün sayması onu göstəri r ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3, 70-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz. Beləliklə, göstərilənlərlə əsasən məhkəmə kollegiyası hesab edir ki, m əhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin etdiyi 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi, şəxsin törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayıb, ədalətli hüquqi nəticə kimi qənaətbəxş olmayıb, təyin edilmiş cəzanın şərti hesab edilməsi cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini təmin etməyərək, məhkumun şəxsiyyətinə, onun törətmiş olduğu cinayətlərin ağırlıq dərəcəsinə uyğun gəlməməkdədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya q ərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın Məhkum cəza təyin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-c i il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən məhkuma cəza təyini hissəsində ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1306/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1306/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver