Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1307/2022 10.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-443/2022 nömrəli, 21 fevral 202 2-ci il tarixli qərarından məhkum X1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 tərəfindən ayrı ayılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum X3 06 avqust 1972-ci il tarixdə Göranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 2anında yaşayır. 2. 04 iyun 2021-ci il tarixli ittiham aktına görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmiş ona görə ki o, 400.00 0 (dörd yüz min) ABŞ dolları məbləğində borc pulu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7565/2016 nömrəli, 21 dekabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2/2020 nömrəli, 10 dekabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirərək borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq, məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-297/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulmuş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olmasına baxmayaraq, bu əlamət nə ibtidai istintaq aparan orqan tərəfindən, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır.
5. Həmçinin, həmin hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi1 apellyasiya şikayəti verib, Bakı şəhər Xətai Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsi və Məhkum barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm birtərəfli ibtidai istintaq hərəkətləri nəticəsində toplanmış sübutlar və materiallar üzrə irəli sürülən ittiham əsasında keçirilmiş m əhkəmə araşdırılması nəticəsində təkzibedici əsasların sonadək tədqiq olunmaması şəraitində qəbul olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki və həqiqi hallarına müəyyən mənada hüquqi qiymət verərək hökm çıxarsa da, iş üçün əhəmiyyətli olan halları axıradək tədqiq edib onları tam ədalətli dəyərləndirməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-443/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-297/2021 nömrəli, 07 dekabr 2021ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkum X1 müdafiəçisi Müdafiəçi4, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi 1 ayrı ayrılıqda kassasiya şikayətləri verilmişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
8. Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs X1 əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını qeyd edərək, sonuncunun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-443/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və ya cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsini xahiş edir.
9. Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkəmələr tərəfindən məhkum edilmiş şəxs X2 təyin edilmiş cəzanın yüngül olması mübahisələndirilir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-443/2022 n ömrəli, 21 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilir.
10. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və y a apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respu blikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum X1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığından məhkuma bəraət verilməli olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 kassasiya şikayətlərində məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın növünü mübahisələndirməklə, xahişini faktiki olara q Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. X1 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143 -146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
19. X1 yuxarıda təsvir edilən əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayəti törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum Azərbaycan Respublikası CM-in 306.1-cı maddəsi ilə elan olunmuş ittiham üzrə əməli toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. 20.Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisinin kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, X1 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, X1 əməlində ona ittiham edilən cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Re spublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
21. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X1 əməlinin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilməsi, bu maddə ilə onuun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına alm aq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh olunduğundan, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
22. Məhkəmə kollegiyası həmçinin Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 məhkum edilmiş şəxsə yüngül cəza təyin edildiyi barədə kassasiya şikayətlərinin dəlillərini də əsassız hesab edir.
23. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
24. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərə n əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
25. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəm ənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
26. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
27. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
28. Lakin, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 kassasiya şikayətlərində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər məhkum X2 təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
29. Belə ki, kassasiya şikayətində qeyd olunduğu kimi, X1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.
30. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və y a eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur.
31. X2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
32. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməlini qismən etiraf etməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir.
33. Apellyasiya instansiya məhkəməsi həmin nəticələrlə razılaşıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum mübahisələndirilən hökmlə təyin edilmiş cəza növünə və həddinə görə onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərini düzgünlüklə əks edən olmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkum edilmiş şəxs X1 təqsirli bilindiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası üçün nəzərdə tutulan ən yuxarı həddə cəza təyin etməklə, Cinayət Məcəlləsinin nəzərdə tutulan cəzanın məqsədlərini təmin etmişdir.
35. Qeyd edilənlər baxımından X2 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterin in və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma və zərərçəkmiş şəxsə cinayət hadisəsinin öz mənafeylərinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araş dırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
37. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum X1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi 1 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-443/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-443/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.