Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1308/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin nümayəndəsi X6 və Məhkum iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respub likası CM-nin 29, 177.2.3 və 234.1 ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.H.Hüseynov) xx.xx.1986-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (al tı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Zeynallı Fərmayıl Gülmalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmmədoğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 23 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü cəza təyininə dair hissədə dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, ona hazırki qərarla Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə birləşdirilərək, ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzas ının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 26 avqust 2018-ci il tarixdə təxminən saat 05.00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində quraşdırılmış “Azərbaycan Beynəlxalq Bankı”na məxsus, saxlanc yeri hesab olunan, 939 saylı bankomatın arxa tərəfindəki qapını özü ilə gətirdiyi balta, vintaçan, çəkic və yiyə ilə sındıraraq qanunsuz içəri daxil olub oradan 130 manat pulu gizli talamaq istəyən zaman Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən hadisə yerində saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət törətməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan m ənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,165 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış və 26 avqust 2018-ci il tarixdə saat 05.30-da Sumqayıt ŞPİ-nin 3-cü PB-də üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,165 qram olan narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, cəzaçəkmə müəssisəsində olduğu 10 ay müddətində özünü nümunəvi məhkum kimi aparmış, barəsində heç bir cəza və tənbeh tədbiri olmamış, müəssisə rəhbərliyinin və əməkdaşlarının göstərişlərini və tapşırıqlarını yerinə yetirmiş, məhkum yoldaşları ilə səmim i münasibət qurmuşdur. Əməlini səmimi etiraf etməsini və bu əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı övladının olmasını, ailə vəziyyətinin ağır olması, maddi və mənəvi sıxıntı içində yaşamalarını qeyd edərək kassasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilərək ona minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı dəyişdirilməd ən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şə xsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt Şəhər Məhkəməsi18 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən əməlini səmimi etiraf edərək peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. Bundan başqa, apellyasiya məhkəməsi işə baxarkən, birinci instansiya məhkəməsi tərəfindən məsuliyyəti yungülləşdirən halların yetərincə nəzərə alınmaması barədə qərara gələrək təyin edilmiş cəzanı yüngülləş dirərək məhkumun cəzasını 3 (üç) ilə endirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəz ərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1308/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1308/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver