Məhkəmə qərarları › İş №1(102)-1308/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1308/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1308/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüsyn və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx xxx il tarixdə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də y aşamış, CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 26 iyun 2020-ci il tarixdə gecə saat 22:30 radələrində X kəndində 19 yanvar 2003-cü ildə Rusiya Federasiyasının Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində anadan olmuş, hazırda Bərdə rayonunun X kəndində daimi qeydiyyatda olub yaşayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxslə, X kəndində həmin kənd sakini X9 nəvəsi X3 hərbi xidmətə getməsi ilə ələqədar evinin həyətində təşkil etdiyi məclisdə iştirak edərək, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məclis başa çatması ərəfəsində məclis qurtardıqdan sonra şənlənmək üçün maşın tutub dağa getməyənin ünvanına işlətdiyi nalayiq sözə görə onunla mübahisə etmiş, sonuncu onunla mübahisə etməkdən çəkinərək məclisdən çıxıb həyət darvazasından da çölə çıxaraq, evlərinə getmək istəyərkən, onun ardınca gedib ona yaxınlaşıb, boyun nahiyəsinə əlini salıb, “sənə sözüm var“ deyib X1 evindən 100 metr kənara aparıb, orada kimsənin olmadığı bir vəziyətdə “sən içəridə quşladın" deyib həmin halı bəhanə edərək xuliqanlıq niyyəti ilə üstündə gəzdirdiyi istintaqa məlum olmayan cib bıçağını çıxarıb, qəsdən Zərərçəkmiş şəxs boğaz nahiyəsinin ön hissəsindən bir dəfə vuraraq ona traxeyanm kəsilmiş-deşilmiş yaralanması ilə nəticələnən və dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən məhkumun müdafiəçisi Məmmədov Rih at Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 21 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Məhkum cəzasının ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndiril ən şəxsə yüngül cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirmədən saxlayarkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəiilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almamışlar. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, məhkəmələrin diqqətindən qaçmışdır ki, Məhkum cinayəti yetkinlik yaşına çatmayan şəxsə qarşı törətmişdir və bu hal CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Bundan başqa məhkum törətdiyi əməlindən peşman deyil, öz təqsirini etiraf etmir və zərər çəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməmişdir. Qeyd olunanlara əsaslanaraq zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsini xahiş edi r. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Məhkum qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, zərərçəkmiş məhkəmə iclasına naməlum səbəblərdən gəlməmiş, məhkum isə həmin iclasda iştirak etmək arzusunu bildirməyərək bunun üçün məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək ona daha ağır cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tə ləblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq“müraciətin dəlillərindən asılı olmayaraq“yalnız hüquq mə sələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.“ Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam ver ilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmi n əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum qismən etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməli ni Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə məhkumun təqsirliliyinə dəlalət edən sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Məhkum təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CM-nin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahi yyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, birinci instansiyası məhkəməsi də həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə yaxın həddə cəzanın təyin edilməsini məqsədə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə, qeyd edilən cəzanın yüngül hesab edilməsi və buna görə də ape llyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı y üngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o, da nəzərə alınmalıdır ki,CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü“maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bil məz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbə rliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstit usiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilə n cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükə lilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin isla h olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza tədbirini n seçilməsi məsələsini həll edərkən birinci instansiya məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, törətdiyi əməli qismən etiraf etməsi, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması, Ağdam rayonundan məcburi köçkün olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də kassasiya şikayətində göstərilənlərin əksinə olaraq cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və, yuxarıda qeyd olunduğu kimi, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Məhkum onun təqsirli bilindiyi cinayəti yetkinlik yaşına çatmamış şəxsə qarşı törətməsi, bu halın CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran hal kimi müəyyən edilsə də həmin halın məhkə mələr tərəfindən nəzərə alınmaması barədə kassasiya şikayətində göstərilən dəlilə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs həqiqətən 19 yanvar 2003cü il tarixdə anadan olmuş və ona qarşı cinayətin törədildiyi 26 iyun 2020-ci il tarixdə sonuncunun on yeddi yaşı olmuş, yəni o, həmin vaxt yetkinlik yaşına çatmamışdır. Bu hal mübahisə doğurmur ona görə ki, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinin tələbinə və mənasına görə, on səkkiz yaşına çatmamış fiziki şəxs yetkinlik yaşına çatmamış şəxs hesab olunur. Lakin, CM-nin 61.1.7-ci maddəsində cinayətin“təqsirkar“üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur ki, Zərərçəkmiş şəxs da o na qarşı cinayət törədilərkən azyaşlı olmamışdır. Bu halda Məhkum cinayəti yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsi halının məhkəmələr tərəfindən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmaması tam qanuni və əsaslı olmuşdur, çünki cəzanı ağırlaşdıran belə hal CM-nin 61-ci maddəsində nəzərdə tutulmamışdır, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası Məhkum yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağrlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi şərti ilə (CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş əsasla) həmin şikayətin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq və bu şikayətin təmin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasi bətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar