Məhkəmə qərarları › İş №1(102)-1308/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1308/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1308/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsini n Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Zəfər Ramazanov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Əkrəm Qəhrəmanov) 1(003)-35/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasın a məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli müəssisədə qeydiyyata alındığı gündən hesablanması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 24 mart 2020-ci il tarixdə, saat 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “BMW 520” minik markalı, ** HF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində “Xəzər inşaat” mağazası və avtoyuma məntəqəsinin qarşısından keçən hissəsində Maştağa-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəs inin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan Şahid idarə etdiyi “Opel Astra minik” markalı, **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sol hissəsini vurmuşdur. Bunun ardınca isə o, idarəetməni itirib avtomobilin qabaq hissəsi ilə Buzovna qəsəbəsindən Maştağa qəsəbəsinə gedən yolun sağ tərəfində dayanmı ş vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Mercedes E 220 CDİ” minik markalı, **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili, ardınca isə “Mercedes” markalı avtomobilin yaxınlığında dayanıb söhbət edən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Kamil oğlunu vurmaqla Zərərçəkmiş şəxs2 hər iki göz ətrafı nahiyənin qançırları, döş qəfəsinin, sağ qalça nahiyəsinin sıyrıqları, hər iki diz oynağı bağlarının zədələnməsi və hər iki qamış sümüyünün yerdəyişən, qapalı sınığı ilə nəticələnən ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs1 ənsə nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sağ əlin, sağ dizin sıyrıqları, sol qamış sümüyünün kondiluslararası qopma xarakterli sını ğı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs4 avtomobilin əzilməsi nəticəsində 1445 manat, Zərərçəkmiş şəxs3 avtomobilin əzilməsi nəticəsində 5310 manat, Zərərçəkmiş şəxs1 Kamil oğluna 4022 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-38/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü dəyişdirilmiş, «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 n oyabr 2021-ci il tarixli qərarının 2.3 və 30-cu bəndi tətbiq edilməklə Məhkum ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, Məhkum və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edərkən amn istiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərindən kənara çıxmış, amnistiya aktında nəzərdə tutulmadığı halda məhkum edilmiş şəxsi 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasından azad etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəli llərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protestinin başlıca dəlili təqsirləndirilən şəxsin ona təyin edilmiş əlavə cəzadan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən azad edilməsi qanunsuz olmasıdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, məhkum barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.3 və 30-cu bəndi tətbiq edilməklə məhkuma təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə e tmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müdd əti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarın 2.3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsində, habelə 2.1 və 2.2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzalardan azad edilsinlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6-cı bəndinə əsasən bu Qərar əsasında əsas cəz adan azad edilən şəxslər əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Göründüyü kimi «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarında bu Qərar əsasında əsas cəzadan azad edilən şəxslərin yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzadan azad edilməsi nəzərdə tutulur. Sözü gedən qərarda “müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə” kimi əlavə cəzadan azad edilmə qeyd edilməmişdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin Ci nayət kollegiyası tərəfindən Məhkum 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə əsas cəzadan azad edilməsi ilə yanaşı, onun 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzadan da azad edilməsi əsaslı və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tələblərinə uyğun olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 394.4-cü maddəsinə əsas ən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasına, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Cinayət işinə yenidən baxılarkən «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tələblərinə riayət edilməklə həmin qanun pozuntusu aradan qaldırılmalı və cinayət işi üzrə qanunamüvafiq qərar qəbul edilməlidir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslıdır, ona görə də Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin e dilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli Məhkum barəsində qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar