Məhkəmə qərarları › İş №1(102)-1308/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1308/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1308/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim T.Q.Hüseynov, hakimlər E.H.İsmayılov və Ə.İ.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxx 1990-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəl ləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 30 yanvar 2022-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) ildən 9 (doqquz) ilə endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu cəza hökmlə Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsu z olaraq külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə tanış olduğu “X15” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə heroin, tiryək və metadon, külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda preqabalin maddəsi əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “X15” adlı şəxsə məxsus külli miqdarda narkotik vasi tə heroini, tiryəki və metadonu, külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda preqabalinin satışını mənfəət olaraq 300 manat pulun müqabilində həyata keçirəcəyi barədə razılığa gəlib sonuncunun tapşırığı ilə 16 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş ümumi təmiz çəkisi 1390,986 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, 280,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryəki, ümumi sayı 49 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi təmiz çəksi 1,96 qram külli miqdarda narkotik vasitə olan metadon həblərini, ümumi təmiz çəkisi 3107,422 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən ümumi sayı 116 ədəd, ümumi təmiz çəkisi 17,4 qram olan göy-narıncı rəngdə “Preqabalin 150” kapsulasını satış məqsədi ilə qanunsuz olaraq əldə edərək müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən “XXX20” otelinin 502 saylı otağına daşımaqla orada saxlamış, 30 yanvar 2022-ci il tarixdə saat 23:45 radələrində “X15” adlı şəxsin tapşırığına əsasən yaşadığı oteldə saxladığı külli miqdarda narkotik vasitə heroindən 50,986 qram çəkidə bir ədəd şəffaf polietilen bükümə və külli miqdarda psixotrop maddə metamfetamindən 57,422 qram çəkidə bir ədəd şəffaf polietilen bükümə ayıraraq satmaq məqsədi ilə üzərində saxlamaqla yaşadığı oteldən çıxaraq ünvan 4 ünvanın yaxınlığında piyada hərkətdə olan zaman Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirmiş olduqları əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 5 ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə təmiz çəkisi 50,986 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə 57,422 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat təbdirlərinin davamı olaraq 31 yanvar 2022-ci il tarixdə saat 04:00 radə lərində Məhkum müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən “XXX20” otelin 502 saylı otağına Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən baxış aparılan zaman həmin otağın hamamında yerləşən asılqanın üzərindən sonuncunun “X15” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı içərisində bir ədəd bağlamada təmiz çəkisi 1340,0 qram qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi 280,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, ümumi sayı 49 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 1,96 qram olan külli miqdarda narkotik vasi tə metadon həbləri, bir ədəd bağlamada təmiz çəkisi 3050,0 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, ümumilikdə 116 ədəd göynarıncı rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 17,4 qram olan külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Preqabalin 150” göstəricisi olan kapsulalar, üzərində heroinin izləri olan iki ədəd elektron tərəzinin saxlandığı göy rəngli parça torba aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirməklə ona cəzanın Cinayət Məcəlləsinin 60 və 62-ci maddəsinin qay dalarına müvafiq olaraq təyin edilməsinə əsas verən hallar, o cümlədən Məhkum “XXX20” otelində saxladığı narkotik vasitələri, habelə psixotrop və güclü təsir edən maddələri polis əməkdaşlarına könüllü təhvil verməsi, himayəsində iki azyaşlı uşağının və əlil nənəsinin olması, əvvəllər məhkum olunmaması, atasının İ Qarabağ müharibəsi iştirakçısı olması, onda olan narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin satışını həyata keçirməməsi nəzərə alınamamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Həmçinin, müdafiəçi hesab edir ki, Məhkum “XXX20” otelində saxladığı narkotik vasitələri, habelə psixotrop və güclü təsir edən maddələri polis əməkdaşlarına könüllü təhvil verdiyi üçün bu hissədə CM-in 234.-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən cinayət məsuliyyə tindən azad edilməli idi. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiysının 04 avqust 2022-ci il tarixli qərarının dyişdirilməsini, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələri ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmlə qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti bir il azaldılsa da, Məhkum məsuliyyətini yüngülləşdirən halların lazımınca nəzərə alınmadığını, nəticədə Məhkum həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və Məhkum cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2022-ci il tari xli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyi n edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddə lərinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin Məhkum həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum cinayət əməlini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkə mələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət M əcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş ağır cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. O cümlədən, Məhkum “XXX20” otelində saxladığı narkotik vasitələr və psixotrop maddələr, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr onun barəsində bu predmetlərin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatla əlaqədar Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid1 30 yanvar 2022-ci il tarixli qərarı əsasında keçirlmiş əməliyyat-axtarış tədbirlərinin, o cümlədən Məhkum müvəqqəti yaşadığı “XXX20” otelindəki otağına baxışın gedişində aşkar edilib götürüldüyündən, yəni burad a həmin predmetlərin könüllü surətdə təhvil verilməsi kimi CM-in 234-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinin tətbiqini (şəxsin cinayət məsuliyyətindən azad edilməsini) şərtləndirən hal olmadığından, o, düzgün olaraq üstündə aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə yanaşı, həm də “XXX20” otelində qanunsuz olaraq satış məqsədi ilə saxladığı narkotik vasitələrə, psixotrop maddələrə, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə görə təqsirli bilinmişdir. Mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarından o da görünür ki, müdafiəçinin Məhkum məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmaması, onun həddindən artıq ağır cəzaya məruz qalması barədə iddiasının əksinə olaraq, birinci instansiya məhkəməsinin hökmündən m əhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxarkən apellyasiya instansiyası məhkəməsi məhz cəzanı yüngülləşdirən hallardan, o cümlədən Məhkum himayəsində iki azyaşlı uşağının olmasından (CM, maddə 59.1.4), ilk dəfə məhkum olunmasından (CM, maddə 59.2), cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən çıxış edərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, hökmlə Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini iki il, qəti cəzanı isə bir il azaldıb ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin ed ilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə, o cümlədən Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin madələrinin sanksiyanın aşağı həddindən də az müddətə azadlıqdan məhrum etmə cəzasının və yaxud azadlıqdan məhrum etmə cəzasından daha yüngül növ cəzanın təyin edilməsini mümkün edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum həmin cəzanı təyin etməklə cə zanın məqsədlərinə, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara dair CM-in müvafiq olaraq 41.2, 58.3, 59, 61-ci maddələrinin müddəalarına əməl etmiş, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin tələblərini gözləmişdir. Kassasiya şikayətində istinad olunan, lakin məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilməyən xüsusatlara gəldikdə, kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının p redmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu səbəbdən kassasiya kollegiyası mübahisələndirilən məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayarkən müdafiəçinin kassasiya şikayətində gətirdiyi, lakin birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etmədikləri hallardan çıxış edə bilməz. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini, yəni şikayətin təmin, mübahisələndirilən qərarın isə dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar