Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1308/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-423/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, evli, “X2 Kompaniyası” MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 28 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.2.2 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 29 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində orta dərəcəli alkoqol, eləcə də MOP, OPİ və THC tərkibli narkotik vasitələrinin təsiri altında sərxoş halda, etibarnamə əsasında idarə etdiyi « Mercedes Benz Actros 1844 LS yük» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə 20-ci sahə qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozduğuna görə ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşlarının tələbi ilə Salyan yolunda Bibiheybət qəsəbəsinin yaxınlığında saxlanılmış, ona törətdiyi qayda pozuntusu izah edilib sənədlərinin yoxlanılması zamanı anidən avtomobili hərəkətə gətirərək davamlı şəkildə saat 22:30 radələrinədək polis əməkdaşlarının “saxla” əmrinə məhəl qoymayıb, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, avtomobilinin idarə edilməsi yol hərəkəti iştirakçılarınının həyat və sağlamlığı üçün yaratdığı təhlükənin qarşısının alınması məqsəd i ilə Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsinə qədər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin və Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən təqib olunub həmin küçəyə daxil olduqdan sonra cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni birgəyaşayış və davranış qaydalarına aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, çoxsaylı digər şəxslərin də narahatlığına səbəb olmaqla, bir çox şəxslərin də özləri və əmlakları üçün təhlükə yaratdığı üçün onun hərəkətlərini dayandırılmasını tələb etmələrinə baxmayaraq idarə etdiyi nəqliyyat vasitəsi ilə ardıcıl olaraq qeyd olunan küçədə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Hyundai Sonata” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs4 MMC-nə məxsus “Changan CS85” markalı, 99-PU794 dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Elantra” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs6 məxsus “Mercedes-Benz” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz E Klass” markalı, **-XS*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs7 məxsus “Nissan Micra” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, eləcə də sürücü işlədiyi “X2 Kompaniyası” MMC-yə məxsus “Mercedes Benz Actros 1844 LS yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri zədələməklə Zərərçəkmiş şəxs3 2906 manat, Zərərçəkmiş şəxs4 MMC-yə 2104,2 manat, Zərərçəkmiş şəx s2 750 manat, Zərərçəkmiş şəxs6 630 manat, Zərərçəkmiş şəxs1 470 manat, Zərərçəkmiş şəxs7 320 manat, həmçinin “X2 Kompaniyası” MMC-nə 3800 manat maddi ziyan vurulması, daha sonra hadisə yerində ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndələri olan DİN-nin Əlahiddə Çevik Polis Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən məcburi qaydada avtomobilinin saxlanılması təmin edildikdən sonra sonuncular tərəfindən yaxalanarkən xuliqanlıq hərəkətlərinin davamı olaraq hakimiyyət nümayəndəsi olan polis nəfəri, polis serjantı Şahid3 qarşı müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan sonra, 30 sentyabr 2022-ci il tarixdə Məhkum idarə etdiyi avtomobilin Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin müvəqqəti duracağının qarşısına aparılması təmin edilməklə, həmin tarixdə saat 09:00-da qeyd olunan duracağın qarşısında onun iştirakı ilə idarə etdiyi həmin “Mercedes Benz Actros 1844 LS yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılan zaman onun satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz əldə edib avtomobildə saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,332 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin avtomobilin kabinasının ön panelin üzərində olan külqabıda siqaretin qızılı rəngli kağızına bükülmüş halda 01 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. 3. 01 fevral 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırl ıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 29 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində orta dərəcəli alkoqol, eləcə də MOP, OPİ və THC tərkibli narkotik vasitələrinin təsiri altında sərxoş halda, etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz Actros 1844 LS yük» markalı, **-JR*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə 20-ci sahə qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozduğuna görə ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşlarının tələbi ilə Salyan yolunda Bibiheybət qəsəbəsinin yaxınlığında saxlanılmış, ona törətdiyi qayda pozuntusu izah edilib sənədlərinin yoxlanılması zamanı anidən avtomobili hərəkətə gətirərək davamlı şəkildə saat 22:30 radələrinədək polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayıb, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, avtomobilinin idarə edilməsi yol hərəkəti iştirakçılarınının həyat və sağlamlığı üçün yaratdığı təhlükənin qarşısının alınması məqsədi ilə Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsinə qədər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin və Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən təqib olunub həmin küçəyə daxil olduqdan sonra cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni, birgəyaşayış və davranış qaydalarına aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, çoxsaylı digər şəxslərin də narahatlığına səbəb olmaqla, bir çox şəxslərin də özləri və əmlakları üçün təhlükə yaratdığı üçün onun hərəkətlərini dayandırılmasını tələb etmələrinə baxmayaraq, idarə etdiyi nəqliyyat vasitəsi ilə ardıcıl olaraq qeyd olunan küçədə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Hyundai Sonata” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Changan CS85” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Elantra” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs6 məxsus “Mercedes-Benz” markalı, **- LA-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz E Klass” markalı, **-XS*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs7 məxsus “Nissan Micra” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, eləcə də sürücü işlədiyi “X2 Kompaniyası” MMC-nə məxsus “Mercedes Benz Actros 1844 LS yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri zədələməklə Zərərçəkmiş şəxs3 2906 manat, Zərərçəkmiş şəxs4 MMC-nə 2104,2 manat, Zərərçəkmiş şəxs2 750 manat, Zərərçəkmiş şəxs6 630 manat, Zərərçəkmiş şəxs1 470 manat, Zərərçəkmiş şəxs7 320 manat, həmçinin “X2 Kompaniyası” MMC-nə 3800 manat maddi ziyan vurulması, daha sonra hadisə yerində ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndələri olan DİN-nin Əlahiddə Çevik Polis Alayının 4-cü Patrul Bölüyünün əməkd aşları tərəfindən məcburi qaydada avtomobilinin saxlanılması təmin edildikdən sonra sonuncular tərəfindən yaxalanarkən xuliqanlıq hərəkətlərinin davamı olaraq hakimiyyət nümayəndəsi olan polis nəfəri, polis serjantı Şahid3 qarşı müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-100/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müə ssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə yanaşı, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə də təqsirli bilinib, cinayətlərin məcmusu üzrə cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan şahid ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlarla, məhkəmə-kimyəvi və narkoloji ekspertizasının rəyləri və digər sübutlarla əlaqəli şəkildə yoxlamamış və bir-biri ilə müqayisə etməmiş, təqsirləndirilən şəxs Məhkum ifadəsinə digər sübutlara nisbətdə çox üstünlük vermişdir ki, bununla da iş üzrə əsassız nəticəyə gəlmişdir. Halbuki, istintaq materiallarından görünür ki, Məhkum 29 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində alkoqol, eləcə də narkotik tərkibli vasitələrinin təsiri altında sərxoş halda, idarə etdiyi «Mercedes Benz Aktros 1844 LS Yük» markalı, Az **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə davamlı şəkildə saat 22:30 radələrinədək polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayıb, avtomobilin idarə ed ilməsi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradaraq yaşayış məntəqələrinə daxil olaraq maşınları əzərək və sair xuliqanlıq hərəkətləri etmiş, bu səbəbdən də polis əməkdaşları onun idarə etdiyi avtomobilin təkərlərinə və müxtəlif hissələrinə atəş açaraq alkoqol, eləcə də narkotik tərkibli vasitələrinin təsiri altında olan Məhkum tərəfindən baş verə biləcək daha ağır nəticələrin qarşısını almışlar. Göründüyü kimi, Məhkum avtomobili narkotik tərkibli vasitələrinin təsiri altında idarə etmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmişlərin və şahid ifadələri, şəxsi axtarış keçirmə, baxış keçirilməsi və götürmə, elektron məlumat daşıyıcılarına baxış, üzləşdirmə protokolları, məhk əmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir.
8. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Azadov Aqil Fikrət oğlu da apellyasiya şikayəti verib, hökmün qismən ləğv edilməsi və Məhkum barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
9. Hökmdən məhkumun digər müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu apellyasiya şikayəti verib, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin, ümumiyyətlə hər hansı bir cinayət tərkibi olmadığından, hökmün ləğv edilməsi və sonuncu barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-423/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-100/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qram olan narkotik vasitə heroinin saxlanılmasının davam etdirilməsi və həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə ona təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasının həbsdə sax lanıldığı müddət nəzərə alınmaqla çəkmiş hesab edilməsinin nəzərə alınması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum isə kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
12. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki yekun qərar qəbul edilərkən istintaq orqanının cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq topladığı sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq edilməmiş və ittiham edilmiş şəxsin təqsi rsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-423/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
13. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, onun Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işinin istintaqı kobud qanun pozuntularına yol verilməklə yarımçıq və birtərəfli aparılmış, əməlində qeyd olunan cinayətin tərkib əlamətləri m övcud olmadığı halda əsassız olaraq məsuliyyətə cəlb edilmiş, ittiham istintaq orqanının fərziyyəsinə əsasən verilmiş, habelə qanun pozuntularına hüquqi qiymət verilməmişdir. İş üzrə səthi araşdırma aparılmaqla göstərilən pozuntularla ittihamedici hökm çıxarılmış, hökmün qanuniliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılmamış, qanunvericiliyin, o cümlədən İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 1, 3, 5, 6 və 13-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-423/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarının qismən ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProses sual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinin əsassız və qanunsuz qərar olduğunu iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
20. Məhkum kassasiya şikayətində onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)423/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu M əcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
26. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına dair dəlillərini əsassız hesab edir.
27. Belə ki, məhkumun müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apell yasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, video görüntülər, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
28. Müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin g əldiyi nəticələrin düzgünlüyü yoxlandıqda, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə əsassız bəraət verilməsinə dair kassasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
30. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə süb utetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
31. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sü but və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
32. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
33. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
34. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
35. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
36. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdi rilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
37. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin mə qsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
38. Məhkəmə kollegiyası kassasiya müraciətlərində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində, eyni zamanda məhkumun müdafiəçilərinin verdikləri apellyasiya şikayətlərində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin məsələlər üzrə birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış, iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilmiş, nəticədə Məhkum ona verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyi, Azərbaycan Respublikası CM-nin 221.2.2ci maddəsi ilə isə cinayət əməlinin törədilməsində təqsirli olduğu haqda qənaətə gəlinmişdir. Həmçinin, apellyasiya müraciətlərinin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən dəlillərə müvafiq əsaslandırma təmin edilməklə yenidən ətraflı cavablandırma verilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələlər üzrə gəldiyi nəticə apellyasiya müraciətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin halların ın obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət əməlinin törədilməsində təqsirli olduğu, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi barədə məhkəmələrin gəldiyi qənaəti şübhə altına almaq üçün əsas görmür.
40. Məhkəmə kollegiyası bu halı da kassasiya müraciətlərinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdı rmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
41. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
42. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-423/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-423/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədə