Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1308/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1, 234.4.1 və 234.4.3cü maddələri və Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 mart tarixli, 1(103)-612/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X2 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə) 2024-cü il 8 yanvar tarixli, 1(101)-314/2023 nömrəli hökmü ilə, xx.xx.1971 -ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının CM-in 234. 4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 13 yanvar 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X7 və X5 ibarət tərkibdə) 2024-cü il 12 mart tarixli, 1(103)-612/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hökmü ilə hazırkı iş üzrə Təqsirləndirilən şəxs da məhkum edilmiş, l akın məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya və kassasiya şikayəti verilməmiş, məhkəmənin hökmünə yalnız Məhkum şikayətinə əsasən baxılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum ilə birlikdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı "Şükür” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İİR-nın vətəndaşı "Şükür” adlı şəxsin külli miqdar təşkil edən 5028,786 qram çəkidə narkotik vasitə heroini, külli miqdarm təşkil edən 8630 qram çəkidə narkotik vasitə qur udulmuş marixuananı və külli miqdar təəşkil edən 997,4 qram çəkidə psixotrop maddə MDMA-nı gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra tanışı Məhkum ilə birlikdə xx.xx.2023-cü il tarixdə gündüz saatlarında müştəri qismində əyləşdikləri taksi sürücüsü Şahid6 idarə etdiyi «Kia Rio» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətinə gedib "Şükür” adlı şəxsin göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni gizlədildiyi, istintaqla müə yyən edilməmiş yerdən götürüb qeyd edilən çəkidə narkotik vasitə heroinin 8,463 qramını bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs, 7,223 qramını bir ədəd bükümdə qablaşdırıb Məhkum üzərində saxlamış, qalan kütlələri müştəri qismində əyləşdikləri «Kia Rio» markalı, 20- BO-005 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşıyaraq saxlamışlar. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs və Məhkum həmin gün saat 17:30-da Bakı şəhəri, Sabunçu rayonu, «Zabrat dairəsi»ndə yerləşən «Bolmart» supermarketin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərinə şəxs i axtarış keçirilərkən Məhkum əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 7,223 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 8,463 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 21:30-da Şahid6 idarə etdiyi «Kia Rio» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə öz razılığı, eləcə də Təqsirləndirilən şəxs və Məhkum iştirakları ilə baxış keçirilərkən külli miqdarda 8630,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrıayrılıqda 3000,0 qram, 1000 qram, 1500 qram, 1650 qram və 1480 qram olmaqla beş ədəd bağlamada, külli miqdarda 5013,1 qram çəkidə narkotik va sitə heroin ayrı-ayrılıqda 1976,3 qram və 3036,8 qram olmaqla iki ədəd bağlamada və külli miqdarda 997,4 qram çəkidə psixotrop maddə MDMA bir ədəd bağlamada olmaqla avtomobilin yük yerində olan torbadan aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ittiham aktında qeyd olunmuş hallar həqiqəti əks etdirmir. Belə ki, çoxsaylı qanun pozuntuları nəticəsində düzgün olmayan ittiham aktı irəli sürülmüş və işin halları həqiqəti əks etdirməyən formada məhkəməyə təqdim edilmişdir. Bundan başqa, məhkəmədə onun vəsatəti əsasında məhkəmədə ifadə vermiş taksi sürücüsü Şahid6 onun polis əməkdaşlarının onlara yaxınlaşmasından əvvəl oradan çıxıb getdiyini bildirmişdir. O, son olaraq bildirmişdir ki, onun əməlində heç bir cinayət tərkibi olmadığı halda ona qarşı ittiham irəli sürülmüş və hüquqları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 mart tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətin in və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və a pellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və təqsirinin olmadığını bildirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətini n dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdir ilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıd ır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, məhkum kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından da görünür ki, həmin məhkəmə məhkumun hər bir dəlilinə konkret sübutlara istinad etməklə və inandırıcı əsaslandırma aparmaqla münasibət bildirmiş və lakin məhkumun dəlillərinin təsdiq edilmədiyi müəyyən edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsində iştirak edən digər məhkum Təqsirləndirilən şəxs ittihamda əks olunmuş cinayət əməlini Məhkumlə birlikdə törətdiyini və Məhkum cinayət əməlindən onun kimi məlumatının olduğunu bildirmişdir. Bundan əlavə, Məhkum polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə dağlı dəlil ləri də cinayət işi üzrə toplanmış sübutlarla təkzib edilir və bu dəlillə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq əsaslandırma aparılmışdır. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaş dıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.3.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 8 yanvar tarixli, 1(101)-314/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 mart tarixli, 1(103)-612/2024 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1308/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1308/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver