Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1309/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məh kəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Hüseynov İsa Şəmşəd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1987-ci il tarixdə Tovuz rayonunun Vahidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Tovuz rayonu, Vahidli kəndində qey diyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 20 may 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 18 may 2019-cu il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində baş etibarnamə ilə idarə e tdiyi VAZ-21074 minik markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Tovuz rayonu, Ağdam kəndi ərazisində Tovuz rayonu, Vahidli kəndi istiqamətinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və 1.1-1.3 xəttini kəsib keçməməli olduğu halda, qanunun həmin tələblərini, eyni zamanda həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yaşayış məntəqəsində 3.24 (maksimum sürətin məhdudlaşdırılması) yol nişanının, yəni nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin 50 km\saat-a qədər məhdudlaşdırıldığı halda həmin tələbləri yerinə yetirdiyi təqdirdə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib, avtomobili 60 km\saat sürətlə hərəkət etdirərək ehtiyatsızlıqdan yolu sağdan sola keçmək istəyən piyada, Məmmədov Avaz Vəkil oğlunu vuraraq sağ tərəfli III, IV, V, VI, sol tərəfli V, VI, VII və VIII qabırğalarının qəlpəli, yerdəyişən sınıqları və kəskin qanitirmə ilə müşayət olunan hər iki ağciyərlərin cırılmış yarası, alın, sağ almacıq, sağ üst göz qapağı, sol yanaq nahiyyəsinin, burun və sağ bazu oynağı nahiyyəsinin sıyrıqları ilə müşaiyət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum müdafiəçi si-vəkil X9 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 17 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Hüseynov İsa Şəmşəd oğlu kassasiya şikayəti verərək cəzasının 5 ilə endirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Hüseynov İsa Şəmşəd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ehtiyyatsızl ıqdan törədilmiş hadisədən dərhal sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmış və polisə zəng edərək törətmiş olduğu hadisə barədə məlumat vermişdir, əməlindən səmimi peşimandır, himayəsində iki azyaşlı uşağı vardır, dəfələrlə özü və yaxın qohumları zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etmişlər, həm ibtidai istintaq müddətində və həm də məhkəmə iclasında Məhkum zərərçəkmiş şəxsin hüquqi varisiindən səmimi üzr istəmişdir, ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, iki ildir ki cəza çəkir. Cəzasını ağırlaşdıran hal yoxdur. Bu halları nəzərə alaraq kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apel lyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkumun cinayət əməlləri, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilib qiymətləndirilmi ş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsaslnmaqla tövsif edilmişdir. Kassasiya şikayətinin dəlilləri yalnız məhkuma təyin edilmiş cəzanın yüngüllşdirilməsi barədədir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Republikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Məhkum himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum ehtiyyatsızlıqdan törədilmiş hadisədən dərhal sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmışdır və bu halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal nəzərdə tutulmuşdur. Bu halın mövcudluğu vəziyyətində cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin qaydaları tətbiq edilməklə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, həqiqətən təqsirləndirilən şəxs Məhkum hadisədən dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparsa da onu n bu hərkəti nəticəsində zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması müəyyən edilməmişdir. Ona görə də bu hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamışdır və bu barədə kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən digər hallar cəza təyini zamanı nəzərə alındığından Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58-ci maddələrinin tələblərinə uyğun hesab edilərək, kassasiya şikayətinin dəlilləri isə əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Hüseynov İsa Şəmşəd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1309/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1309/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver