Məhkəmə qərarları › İş №1(102)-1309/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1309/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1309/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum X2 və onun müdafiəçisi Oktay Ağaşirin oğlu Ağayevin iştirakları ilə, Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-1590/2023 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər – Novruz Kərimov (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Azər Paşayev) 31 may 2023-cü il tarixli 1(101)-127/2023 nömrəli hökmü ilə 26 iyun 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5, Yasamal RPİnin inzibati binasında qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə az adlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X7 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü Birləşmiş Ərəb Əmirliklərində uğurlu iş adamı kimi təqdim edərək həmin ölkədə yerləşən mehmanxanaların təchizatı ilə bağlı biznes layihələri təqdim etməklə birgə iş qurub qazanc verəcəyi adı ilə 2017-ci ilin oktyabr ayının 12-də ünvan 2 ünvanında yerləşən 27 saylı notarial kontorda həmin günün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları, 2018-ci ilin dekabr ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsin də həmin dövrün məzənnəsinə görə 340.000 manat təşkil edən 200.000 ABŞ dolları, 2018-ci ilin dekabr ayının axırlarında eyni ünvanda həmin dövrün məzənnəsinə görə 680.000 manat təşkil edən 400.000 ABŞ dolları, 2019-cu ilin yanvar ayının əvvəlində eyni ünvanda həmin dövrün məzənnəsinə görə 680.000 manat təşkil edən 400.000 ABŞ dolları, 2019-cu ilin fevral ayının axırlarında eyni ünvanda həmin dövrün məzənnəsinə görə 595.000 manat təşkil edən 350.000 ABŞ dolları, 2019-cu ilin mart ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsinə görə 595.000 manat təşkil edən 350.000 ABŞ dolları və 2019-cu ilin iyun ayının axırlarında eyni ünvanda həmin dövrün məzənnəsinə görə 850.000 manat təşkil edən 500.000 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün məzənnəsinə görə 3.910.000 manat təşkil edən 2.3 00.000 ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs2 məxsus pulları hissə-hissə Şahid1 vasitəsilə alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, həmin məbləğin 1.300.000 (bir milyon üç yüz min) dollarını gəlir adı ilə qaytarmış, 1.000.000 (bir milyon) dollarını ələ keçirib zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) 24 noyabr 2023-cü il tarixli 1(103)-1590/2023 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(101)-127/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, məhkum E.Y.İsmayılova Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə əməlində cinayət tərkibi olmama sı əsası ilə bəraət verilmişdir. Apellyasiya protesti təmin edilməmiş, məhkum E.Y.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək məhkum E.Y.İsmayılov barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)1590/2023 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəmənin hökmü əsassız və qanunsuzdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında birgə biznes fəaliyyəti üçün verilmiş borc üzr ə kommersiya münasibətləri mövcud olmuşdur. Tərəflərin birgə təsis etdikləri hüquqi şəxslərin kommersiya fəaliyyəti pandemiya ilə əlaqədar dayanmış, birgə gəlir əldə edilməsi mümkün olmadığından bundan sonra təsisçilər arasında kommersiya münasibətlərindən irəli gələn mübahisə yaranmışdır. Bu mübahisə isə cinayət hüquq müstəvisində həll edilə bilməz. Beləliklə, Elşən İsmayılovun əməlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə ittiham tamamilə əsassız olmaqla həmin ittihama görə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin göstərmişdir ki, Elşən İsmayılovun zərərçəkmiş şəxslərdən aldığı pulların qarşılığında işlər görməsi, Zərərçəkmiş şəxs2 1.3 00.000 ABŞ dolları, Zərərçəkmiş şəxs1 770.000 ABŞ dolları məbləğində pul qaytarması, onun zərərçəkənləri aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, ittihamın özünün və ittiham tərəfinin təqdim etdiyi sübutların kifayət qədər ziddiyyətli və ehtimal xarakterli olması nəzərə alınaraq, Elşən İsmayılovun əməlləri Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək, yəni kommersiya hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hallar Elşən İsmayılovu mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir və əməllərində cinayət tərkibinin olmadığını təsdiq edir. Kassator hesab edir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığından həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İş üzrə ibtidai istintaq zamanı, həmçinin məhkəmə baxışı zamanı dindirilmiş, Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid4, Əjdər İsmayılov, təqsirləndirilən şəxs Elşən İsmayılovun dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla 2.597.600 manat təşkil edən 1.528.000 ABŞ dolları pulu ələ keçirməsi faktını təsdiq etmişlər. Göründüyü kimi, cinayət kollegiyasının hökmü yalnız təqsirləndirilən şəxsin ifadəsi üzərində qurulmuşdur. Belə ki, məhkəmə kollegiyası hər iki zərərçəkmiş şəxslə münasibətləri birgə kommersiya fəaliyyəti kimi qiymətləndirməklə yan lış nəticəyə gəlmişdir. Hökmdə qeyd olunan “kommersiya fəaliyyətini təsdiq edən hər hansı bir fakt və sübuta istinad yoxdur. Həmin “biznesinin predmeti olan maşınların, şampun məhsullarının haradan və hansı qiymətə alınması, onların hazırda harada olması, hər hansı bir otellə xidmət müqaviləsinin olması, hansı qaydada, hansı məbləğdə maddi ziyanın yaranmasını təsdiq edən heç bir sənəd məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun qiymətləndirməyərək bəraət verilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş digər sübutların rədd edilməsinin motivlərini göstərmədən, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai ist intaq zamanı verdikləri obyektiv ifadələrinə və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan qərar qəbul etmişdir. Hazırkı cinayət işi üzrə Elşən İsmayılovun CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmələr qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin məhkəmədə özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Kassator hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, hər-hansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlilləri gətirmədən Elşən İsmayılova CM-in 178.4-cü maddəsi ilə bəraət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən bəraət hökmü çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş və ittiham edilmiş şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Məhkəmə koll egiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-1590/2023 nömrəli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanun i qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. İşdən görünür ki, cinayət işinin başlanmasına səbəb kimi Elşən İsmayılovun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2a məxsus pulları ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə sonuncuların şikayətləri olmuşdur. İbtidai istintaq orqan ı təqsirləndirilən şəxs X11 Hüseynova qarşı 1.528.000 ABŞ dolları məbləğində və Zərərçəkmiş şəxs2 qarşı 2.300.300 ABŞ dolları məbləğində dələduzluq törətdiyi üçün həmin iki epizod üzrə ona qarşı Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. İstintaq orqanı E.Y.İsmayılovun ona qarşı irəli sürülmüş ittihamda təqsirini təsdiq etmək üçün məhkəməyə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini və digər sübutları təqdim etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları məhkəmə iclasında araşdıraraq belə nəticəyə gəlmişdir ki, həmin sübutlara əsasən X7 zərərçəkmiş Zərərçəkmiş şəxs2 alınmış 2.300.000 ABŞ dollarından yalnız 1.000.000 (bir milyon) dollarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Məhkə mə, təqsirləndirilən şəxsin bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə uyğun tövsif etmiş və E.Y.İsmayılovun barəsində ittiham hökmü çıxarmışdır. E.Y.İsmayılovun Zərərçəkmiş şəxs1 1.528.000 ABŞ dolları məbləğində pul alması ilə bağlı əməlləri isə birinci instansiya məhkəməsi tərəfindən mülki xarakterli münasibətlər kimi qiymətləndirilmiş və həmin epizod E.Y.İsmayılovun ittihamından çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə və məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yenidən baxıb birinci instansiya məhkəməsinin hökmünü ləğv etmiş və yeni hökm qəbul edərək apellyasiya protestini təmin etmədən, məhkumun apellyasiya şikayətini təmin edərək E.Y.İsmayılova hər iki epizod üzrə bəraət vermişdir. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələr məhkum X4 qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə uyğun olaraq araşdırmamış və həmin sübutlara düzgün qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə bəraət verilməsi əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təq sirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, hər iki məhkəmə tərəfində n E.Y.İsmayılovun əməllərində Zərərçəkmiş şəxs1 1.528.000 ABŞ dolları məbləğində pul alması əməllərində Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmamasına dair gəldiyi nəticə əsaslıdır və sübutların məcmusuna uyğun gəlir. Belə ki, həm cinayət işi üzrə ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1la onun əmisi oğlunun vasitəsi ilə tanış olmuşdur. 2015-ci ildə Zərərçəkmiş şəxs1 Dubayda avtomobillərin icarəsi şirkəti açmışdı. Onu da həmin şirkətin icraçı direktoru təyin etmişdi. Şirkətin adı "xxxx" idi. Şirkətin rəhbəri Ramizin oğlu Şahid3 idi. Zərərçəkmiş şəxs1 tərəfindən iki il ərzində işə təxminən 2.000.000 ABŞ dollarına y axın sərmayə qoyulmuşdu. Ofis açılmışdı, avtomobillər alınmışdı, bundan başqa kafe icarəyə götürülüb icarəyə verilmişdi. İlk vaxtlarda biznes işləyirdi, sonra iqtisadi vəziyyətə görə biznes uğursuz alındı. O, Ramizin verdiyi pulla Ramizin oğlu Raufun adına restoran alıb təmir etdirmişdir. Restoran indi də Raufun adınadır. Ramizlə iş birliyinə görə o, Türkiyədən Dubaya dörd konteyner şampun gətirmişdir. Həmin şapmpunlar hazırda da satılmamış qalmışdır. Şampunlar Ramizlə iş birliyinə görə alınıb gətirilmişdi. Ramiz isə işi yaramçıq qoydu. Restoranının təmirini yarımçıq saxladı. Bu səbəbdən də birgə biznesləri pozulmuşdur. O, uzun müddət Ramizin puluna maşınlar alıb icarəyə verib qazancını Ramizə vermişdir. Sonralar maşınların sayını artımaq tələb olunanda, Ramiz bunu etmədi. O, Ramizi aldatm amış və onun pulunu ələ keçirməmişdir. E.Y.İsmayılovun ifadəsində onun Zərərçəkmiş şəxs1la birgə biznesi haqqında göstərilən hallar Zərərçəkmiş şəxs1 özünün və onun şahid qismində dindirilmiş oğlu Şahid3 ifadəsi ilə tam təsdiq olunmuşdur. E.Y.İsmayılovun ifadələrində göstərilən hallar Zərərçəkmiş şəxs1 epizodu üzrə onun Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təqsiri olmasını istisna edir. İstintaq orqanının E.Y.İsmayılovun Zərərçəkmiş şəxs1 məxsus 1.528.000 ABŞ dolları məbləğində pulu aldatma yolu ilə əldə etməsi barədə gəldiyi nəticə işin halları və cinayət işi üzrə toplanmış sübutlarla nəinki uzlaşmır, hətta həmin sübutlarla təkzib olunur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm apellyasiya instansiya məhkəmələri düzgün və əsaslı olaraq nəticəyə gəlmi şlər ki, E.Y.İsmayılovun Zərərçəkmiş şəxs1 epizodu üzrə əməlləri Azərbaycan Raspublikası CM-in 178.4-cü maddəsinin tərkibini yaratmır. Məhkəmə kollegiyası məhkəmələrin Zərərçəkmiş şəxs1 epizodu üzrə E.Y.İsmayılovun əməllərinə verdiyi hüquqi qiymətlə razılaşsa da, apellyasiya məhkəməsi tərəfindən onun Zərərçəkmiş şəxs2 epizoduna aid əməllərində də Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına dair nəticəni tam əsaslandılırılmış hesab etmir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il № 7 qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmçinin həmin qərarda məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Cinayət işi üzrə ibti dai istintaq zamanı E.Y.İsmayılov təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən on ildir tanıyır. X10 Əmirliklərinə gəldikdə o, onu qarşılayıb gəzdirmişdir. Zərərçəkmiş şəxs2lə işgüzar münasibətləri 2017-ci ildən etibarən başlamışdır. O, Fəxrəddinin maddi imkanlı şəxs olduğunu və Dubayda işlərə sərmayə qoymaq istədiyini bilib sonuncuya yalandan bildirmişdir ki, Dubaydakı mehmanxanaların təchizatı sahəsində biznes layihəsi var, əgər bu biznesə sərmayə qoyarsa hər 100.000 ABŞ dolları məbləğində pula ayda ona 5.000 ABŞ dolları qazanc verə bilər. Həqiqətdə isə onun mehmanxana təchizatı biznesi deyilən bir layihəsi olmamış, sadəcə ona borc problemlərinin həlli üçün pul lazım olmuşdur. Borcu isə “Referens” dərman şirkətinin rəhbəri olan Zərərçəkmiş şə xs1 yaranmış və bu borca görə o, çox sıxışdırılmışdır. Zərərçəkmiş şəxs1 qohumu Şahid5la birlikdə şirkətin bütün zərərini onun boynuna qoymuşdur. Onun Zərərçəkmiş şəxs1 350.000 ABŞ dolları borcu yaranmış və hissə-hissə gecikmələrlə həmin məbləği Ramizə qaytaranda Ramiz də faizlər tələb etmişdir. O da 350.000 ABŞ dolları əvəzinə Ramizə 500.000 ABŞ dolları vermişdir. Ramiz bununla kifayətlənmədi və o, əlavə Ramizə hissə-hissə olmaqla təxminən 450.000 ABŞ dolları ödəmişdir. Həmin pulu də Fəxrəddini biznes adı ilə aldadıb ondan götürdüyü puldan ödəmişdir. Fəxrəddin ona 2.300.000 ABŞ dolları məbləğində pul vermiş, o da həmin puldan 1.300.000 ABŞ dollarını qaytarsa da 1.000.000 ABŞ dolları qaytarmamışdır. Birinci instansiya məhkəməsində E.Y.İsmayılov Zərərçəkmiş şəxs2 qarşı dələduzluq törədilməs ində özünü təqsirli bilməsə də, verdiyi ifadədə yuxarıda göstərilən halları faktiki olaraq təsdiq etmişdir. Belə ki, birinci instansiya məhkəməsində verdiyi ifadədə E.Y.İsmayılov göstərmişdir ki, o Zərərçəkmiş şəxs1la birgə biznes qurmuş, Zərərçəkmiş şəxs1 qohumu Şahid5la birlikdə həmin biznesin bütün zərərini onun boynuna qoymuşdur. Onlar xərclədikləri mayanın üstünə faiz də gəlib bütün məbləği faizlə ondan tələb etdilər. Onlar ondan biznesə qoyduqları mayadan başqa əlavə 500.000 ABŞ dolları aldılar. Bundan sonra da onlar ondan əl çəkmədilər. O da yenidən onlara hissə-hissə olmaqla təxminən 450.000 ABŞ dolları məbləğində pulu ödəmişdir. Həmin pullar da onun iş görmək adı ilə Zərərçəkmiş şəxs2 aldığı pul olmuşdur. Məcbur olub Fəxrəddin Feziyevi aldadıb. E.Y.İsmayılovun həm cinayət işi üzrə ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində verdiyi ifadədə göstərilən yuxarıda qeyd edilən hallar həmçinin Zərərçəkmiş şəxs2 ifadələri ilə təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 həm cinayət işi üzrə ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. X5 təxminən on ildir ki tanıyır. X14 Əmirliklərinin Şarja Hava Limanında işləyirdi. O, həmin ölkəyə gedəndə Elşən onu qarşılayıb ona xidmət göstərmişdir. Elşən özünü ona Dubayda bacarıqlı iş adamı kimi təqdim etmişdi. O da ona Dubayda işlərə sərmayə qoymaq istədiyini demişdir. Elşən də 2017-ci ilin oktyabr ayında Bakı şəhərində onunla görüşüb bildirdi ki, Dubaydakı mehmanxanaların təchizatı sahəsində biznes layihəsi var, əgər bu biznesə sərmayə qoysa, hər 100.000 ABŞ dollarına ayda 5.000 ABŞ dolları qazanc verə bilər. Bu təklif çox əlverişli idi, lakin Elşənə o qədər inamı olmadığından maliyyə məsələlərində köməkçisi olan Fuada tapşırmışdır ki, Elşənə ilkin veriləcək 100.000 ABŞ dolları məbləğində pulu notarial qaydada versin. Fuad da 2017-ci ilin oktyabr ayının 12-də Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 27 saylı notarial kontorda Elşənə 100.000 ABŞ dolları pul verərək aralarında formal olaraq borcun etirafı haqqında müqavilə bağlanıldı. Bundan sonra Elşən Dubaya gedib iş qurduğunu deyib ona da hər ay qazanc adı ilə 5.000 ABŞ dolları verirdi. Bundan sonra onu Elşənə olan etibarı daha da artmışdır. Elşən işin genişləndiyini, Dubayda artıq bir neçə təzə mehmanxana ilə müqavilə bağladığını, buna böyük sərmayə qoyularsa y axşı qazanc verəcəyini dedi. O da Elşənin sözlərinə inanıb heç bir sənədləşmə olmadan ona istədiyi miqdarda pul verməyi qərara almışdır. Elşənin istədiyi pulu Elşənə çatdırılmasını Şahid1 tapşırmışdır. Fuad da hər dəfə Elşən Bakı şəhərində görüşüb müxtəlif məbləğlərdə, ona məxsus pulu Elşənə vermişdir. 2018-ci ilin dekabr ayının əvvəlində Fuad Elşənlə həmin ərazidə görüşüb onun göndərdiyi 200.000 ABŞ dolları Elşənə vermişdir. Bundan sonra 2018-ci ilin dekabr ayının axırlarında eyni yerdə Fuad Elşənə 400.000 ABŞ dolları, 2019-cu ilin yanvar ayının əvvəlində Şahid1 Elşənlə həmin yerdə görüşüb ona məxsus 400.000 ABŞ dolları, 2019-cu ilin fevral ayının axırlarında Fuad Elşənlə eyni yerdə görüşüb ona məxsus 350.000 ABŞ dollar, 2019-cu ilin mart ayının ortalarında eyni ünvanda Fuad Elşənə 350.00 0 ABŞ dolları, 2019-cu ilin iyun ayının axırlarında Elşənlə eyni yerdə görüşüb ona məxsus 500.000 ABŞ dolları Elşənə vermişdir. Beləliklə də X9 Ərəb Əmirliklərində yerləşən otel ləvazimatlarının təchizatı ilə bağlı birgə iş qurmaq adı ilə 2017-ci ildən 2020-ci ilədək olan müddət ərzində hissə-hissə ondan 2.300.000 ABŞ dolları almışdır. Bundan sonra ona göndərdiyi özünün pulundan 1.300.000 ABŞ dollarını qazanc kimi qaytarıb qalan ******* ABŞ dollarını ələ keçirmişdir. Elşən ona Birləşmiş Ərəb Əmirliklərində yerləşən otel ləvazimatlarının təchizatı barədə yalan danışmışdır. O, orada heç bir biznes qurmamış, onun göndərdiyi pullardan 1.300.000 ABŞ dollarını guya qazanc adı ilə ona qaytarmış, 1.000.000 ABŞ dolları məbləğində pulu isə ələ keçirmişdir. Həmin pulun bir hissəsini isə Zərərçəkmiş şəxs1 adlı iş adamına olan borcunu qaytarmışdır. Bütün bunları ona Elşən İsmayılov Bakı şəhərinə qayıdandan sonra özü ona danışmışdır. Ona görə də o, Elşən İsmayılovun barəsində şikayət etmişdir. Elşən onun etibarından sui-istifadə edib guya biznes quracağı adı ilə onu aldatmışdır. Elşən onu aldadıb aldığı pulundan ona qazanc kimi qaytarmaqla, yalandan şirkət yaratmaqla uğurlu biznes fəaliyyəti ilə məşğul olması ilə pərdələnmişdir. O, dəfələrlə Elşəndən tələb etmişdir ki, verdiyi pulların şirkətin bank hesabına mədaxil edib gəlirləri təsdiq edən sənədləri ona təqdim etsin. Elşən isə müxtəlif bəhanələr gətirməklə heç bir sənədi ona təqdim etməmişdir. Özü şirkətlə maraqlanmaq istədikdə, 2018-ci ildə Elşən “Viktoriya Life General Trading LLC” şirkətini yaradaraq formal olaraq həmtəsisçisi ki mi onun qızı Xəyalə Camalovanın adına rəsmiləşdirmişdir. Qızının bu biznesdən heç bir məlumatı və iştirakı olmamışdır. Qızı bir dəfə BƏƏ-yə gedib sənədlərə formal olaraq imza etmişdir. Elşən özü bütün işlərlə məşğul olduğunu deyərək onu əmin etmişdir ki, hər şey qaydasında gedir. O, Elşənə dəfələrlə demişdir ki, əgər təchizat işidirsə, ya pul yerində olmalıdır, yaxud da mal. Əgər pullar mala verilibsə, anbarda mal olmalı idi. Yaxud mehmanxanalara mal paylanılıbsa, onda pulu ödəməyən mehmanxanalardan məhkəməyə müraciət olunmalı idi. Elşən isə heç bir vaxt uğursuz biznes barədə bir söz belə deməmiş, pulları Zərərçəkmiş şəxs1 olan borcuna və şəxsi məqsədlərinə sərf etdiyini bildirdi. Elşən İsmayılov məsuliyyətdən boyun qaçırmaq üçün guya biznes qurduğunu deyir. Elşənin təqdim etdiyi sənədlər biznesin təşkilini, gəlir gətirməsini təsdiq etmir. BƏƏ-də şirkət üçün lisenziya almaq çətin məsələ deyil. Elşən onun şübhələndiyini başa düşüb şirkət yaratmış və guya biznesin olduğu barədə onda inam yaratmışdır. Elşən yalan deyir, o heç bir vaxt Zərərçəkmiş şəxs1 pulların geri alınması üçün yalandan otellərin təchizatı işinin gördüyünü bildirməsini xahiş etməmiş, Elşən ilk gündən onu aldatdığını etiraf etmişdir. Bundan başqa, cinayət işi üzrə digər Zərərçəkmiş şəxs1 ifadəsindən də görünür ki, birgə biznes fəaliyyətinin uğursuzluğu ilə əlaqədar Elşən İsmayılov onun tələbinə əsasən 2017-2018-ci illər ərzində hissə-hissə 728.000 ABŞ dolları qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 da Elşən İsmayılovun birgə biznes fəaliyyətinin uğursuzluğu ilə əlaqədar 2017-2018-ci illər ərzində Zərərçəkmiş şəxs1 hissə-hissə 728.000 ABŞ dolları qaytarması təsdiq etmişdir. Yuxarıda qeyd edilən ifadələrdən görünür ki, Elşən İsmayılov tərəfindən Zərərçəkmiş şəxs2 pulun alınması və Zərərçəkmiş şəxs1 pulun qaytarılması eyni vaxta düşür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə E.Y.İsmayılovun əməlinə Zərərçəkmiş şəxs1 epizodu üzrə verilmiş hüquqi qiymətlə razılaşaraq, eyni ilə onun Zərərçəkmiş şəxs2 epizodu üzrə əməlində dələduzluq əlamətlərinin olmamasına dair nəticəyə gəlmiş və hər iki epizod üzrə E.Y.İsmayılovun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 353.2.2-ci maddəsinin tələblərinə görə məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissədə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il № 15 qərarında qeyd edilmişdir ki, məhkəmələr bəraət hökmü çıxararkən qanunun bu tələbinə riayət etməlidir. Apellyasiya instansiyası məhkəməsi E.Y.İsmayılovun əməlinə Zərərçəkmiş şəxs2 epizodu üzrə qiymət verərək bir sıra mühüm məqamları diqqətdən kənarda qoymuşdur. Belə ki, apellyasiya məhkəməsi öz hökmündə təqsirləndirilən şəxs E.Y.İsmayılovun, zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, həmçinin Şahid5 yuxarıda göstərilən ifadələrinə yetərli qiymət verməmiş, bu ifadələrin sübut kimi qəbul edilməməsinin motivləri göstərməmişdir. Apellyasiya məhkəməsi hökm çıxararkən yalnız E.Y.İsmayılovun apellyasiya məhkəməsin də verdiyi ifadəyə istinad edərək, E.Y.İsmayılovun həmin ifadəsində Zərərçəkmiş şəxs2 alınan pulların tam olaraq mehmanxana təchizatına xərcləndiyi bildirməsini əsas götürmüşdür. Nəticədə, məhkəmə bu epizodda da E.Y.İsmayılovun əməllərini kommersiya fəaliyyəti ilə əlaqələndirmiş və əməlində dələduzluq cinayətinin tərkibi olmadığı qənaətinə gələrək, hər iki epizod üzrə bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs E.Y.İsmayılova ittihamın Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq tədqiq etməmiş və qiymətləndirməmiş, bu səbəbdən ittihamın həmin epizodu üzrə E.Y.İsmayılovun təqsirsizliyi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edi lə bilməz. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Zərərçəkmiş şəxs2 epizoduna dair dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi E.Y.İsmayılovun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə uyğun olaraq tədqiq etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış və gəldiyi nəticəni lazımi dərəcədə əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 144-146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübut lara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və işdə qanunçuluğa əməl olun masını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutları və apellyasiya protestinin dəlilləri ilə bağlı işin halları tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfindən təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəy işdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin Zərərçəkmiş şəxs2 epizodu üzrə dəlilləri əsaslı olduğundan, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-1590/2023 nömrəli hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı iş üzrə düzgün nəticəyə gəlmək üçün iş üzrə sübutlar və işin halları tam, hərtərəfli və obyektiv araşdırılmalı, məhkumun əməlinə məhkəmə iclasında müəyyən edilmiş işin hallarına uyğun hüquqi qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilm əlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-1590/2023 nömrəli X7 barəsindəki hökmü ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar