Məhkəmə qərarları › İş №1(102)-1309/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1309/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1309/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Kərimov Novruz Ağakərim oğlu (sədrliyi ilə), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) 24 yanvar 2024-cü il tarixli 1(101)-509/2024 nömrəli hökmü ilə xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, xxx İdarəsində baş kəşfiyyatçı vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilməsinin başlanğıcının 19 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət məhkəmə tərkibində) 4 aprel 2024-cü il tarixli 1(103)-657/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti (ona verilmiş əlavə ilə birlikdə) təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum CM-in 274-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 2020-ci ilin avqust ayında Bakı şəhərində İran İslam Respublikasının vətəndaşı və həmin ölkənin xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyi (Ettelaa t) ilə əməkdaşlıq edən X10 vasitəsilə Bakı şəhərində X9 28 ünvanında yerləşən Azərbaycan Milli Xalça Muzeyinin yaxınlığında İran xüsusi xidmət orqanının əməkdaşı X29 ilə görüşmüş, onunla pul vəsaitləri müqabilində əməkdaşlıq etməsi barədə təklifini qəbul etmiş, özünün Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş idarəsində xidmət etdiyini bildirərək vəzifəsini açıqlamış, “Ettelaat” əməkdaşı tərəfindən məxfi əməkdaşlıq üzrə gizli əlaqədə olmanın forma və metodları, o cümlədən görüş vaxtı və yeri, əlaqə üsulları, məlumatların təqdim edilmə formaları və sair davranış qaydaları barədə təlimatlandırılmış, 18 iyul 2022-ci il tarixədək olan dövr ərzində «Ettelaat» əməkdaşı X21 verdiyi təlimat və tapşırıqların icrası istiqamətində fəaliyyət göstərərək, mütəmadi olaraq qəsdən v ə tamah məqsədilə, yəni müxtəlif məbləğlərdə pul vəsaitləri almaqla, xidmət etdiyi vəzifəyə uyğun olaraq ona göstərilən etimaddan istifadə edərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün Daxili İşlər Nazirliyinin «Təhlükəsiz Şəhər» X1 ölkə ərazisində quraşdırılmış kameralarının sayı, Bakı şəhərində üz tanıma funksiyası ilə təchiz edilmiş kameralarının xüsusi yerləşmə məkanları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzində çalışan əməkdaşlar barədə, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələrinə aid edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş idarəsinin əməkdaşlarının sayı, işlədiyi qurumd a əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi qaydalarına dair məlumatları, habelə Bakı şəhərində müxtəlif dini əqidəyə malik şəxslərin sıx yaşadıqları əraziləri, Vətən müharibəsində Daxili İşlər Nazirliyinin əməkdaşların iştirak edib-etməməsi, Azərbaycan Respublikasında baş verən ictimai-siyasi proseslər barədə və malik olduğu digər məlumatları X21 tapşırığı ilə istifadəsində olan “Samsung Galaxy S10 Lite” markalı mobil telefona quraşdırdığı «İMO» mobil tətbiqi vasitəsi ilə, X21 tapşırığı ilə öz tanışı Şahid4 adına alıb X24 verdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə konspirativ əlaqə qurmaqla göndərərək, həmçinin X29 ilə Bakı şəhərində, sonuncu dəfə isə ünvan 4 ünvanında yerləşən “X" adlı kafedə olan görüşləri zamanı bilavasitə təqdim edərək casusluq, dövlət sirri ni xarici dövlətə vermə və xarici xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirməklə onlara kömək etmə formalarında dövlətə xəyanət etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətində göstərilən və iş üzrə əhəmiyyət kəsb edən əsasları qiymətləndirmədən birinci instansiya məhkəməsinin hökmündə qeyd olunan əsasları təkrarlamaqla kifayətlənmişdir. Belə ki, qeyd olunan cinayətin dispozisiyasında qeyd olunan məlumatlar “Dövlət sirri haqqında” AR Qanunu ilə müəyyənləşdirilmiş, həmin qanunun 5-ci maddəsi ilə bu cür məlumatların qapalı siyahısı göstərilmiş, bu qapalı siyahıda göstərilən məlumatlardan heç biri Məhkum işinə uyğun deyildir. Eləc ə də məhkəmələr və ittiham tərəfi Məhkum konkret olaraq hansı məlumatları ötürdüyü ilə bağlı mövqe bildirməmişlər. Əməldə cinayətin tərkib hissəsini yaradacaq başqa halın mövcud olması barəsində heç bir sübut da mövcud olmamışdır. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün əsas prinsiplərdən biri məhkəmələrin qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməsidir. Məhkəmə irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasa da qərardan aydın olmalıdır ki, məhkəməmə işin əsas hallarına baxmışdır. Lakin apellyasiya məhkəməsinin qərarında şikayətdə qeyd etdiyimiz və ittihamın mahiyyəti üzrə mühüm hesab olunan faktların heç birinə məhkəmə tərəfindən münasibət bildirilməmışdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2024-cü il tarixli qərarının ləğv ed ilərək Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Müdafiəçi2 çıxış edərək, məhkumun verdiyi məlumatların heç birinin dövlət sirri olmadığını, onun verdiyi məlumatları internet üzərindən və digər açıq mənbələrdən də tapmağın mümkün olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmas ını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Mə hkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar tə şkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayət mühakimə icraatının obyektivl iyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Göstərilənlərdən çıxış edərək Azərba ycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək, eyni zamanda aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tə rəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan R espublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli ha llar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəb ər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Müdafiəçi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, qeyd olunanlarla bağlı məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Lakin kassasiya məhkəmə kollegiyası da işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaqda elan edilmiş ittiham üzrə təqsirli bilməsinə dair ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid3 oğlunun ifadələri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti nin İİ baş idarəsinin 9 iyul 2022-ci il tarixli məktubu, məhkəmə portret ekspertizasının 1 mart 2023-cü il tarixli 3/305 nömrəli rəyi, 21 iyul 2022-ci il tarixli baxış protokolu, audio və videoyazıların məhkəmə ekspertizasının 16 noyabr 2022-ci il tarixli 4/1509 nömrəli rəyi, 10 sentyabr 2022-ci il tarixli baxış protokolu, məhkəmə kompyutertexniki ekspertizasının 5 sentyabr 2022-ci il tarixli 5/896 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsindən daxil olmuş materiallardan görünür ki, 19 iyul 2022-ci il tarix məxfi müşahidə tədbirləri zamanı Məhkum İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsi zliyi Nazirliyinin (Ettelaat) əməkdaşı X4 ilə 5 yanvar 2020-ci il, 13 aprel və 02 iyun 2022-ci il tarixlərində Bakı şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Sahil bağında, eləcə də 18 iyul 2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov küçəsində yerləşən “X” adlı kafedə məxfi görüşlər keçirmişlər və bu görüşlər fotoşəkillər və videogörüntülərlə qeydə alınmışdır. O cümlədən, Məhkum məxsus “Samsung Galaxy S10 Lite” markalı mobil telefona 21 iyul 2022-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Məhkum özünə məxsus 070- ***-**-** mobil telefon nömrəsindən istifadə etməklə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (“Ettelaat”) əməkdaşı X29 ilə istifadəsində olan mobil telefona quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə “İran Qardaw" adı ilə qeyd edilmiş ***-***-**-** nömrə ilə qeydiyyatdan keçirilmiş hesabla, “WhatsApp” və “İMO” tətbiqləri vasitəsilə “X” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirilmiş hesabla, habelə “WhatsApp” tətbiqi vasitəsilə X-in əlaqəsi Şahid1 ilə “Şahid1” adı ilə qeyd edilmiş +**********13 mobil nömrə ilə qeydiyyatdan keçirilmiş hesab vasitəsilə səsli və yazılı danışıqlar aparmışdır. Məhkəmə kompyuter-texniki ekspertizasının 5 sentyabr 2022-ci il tarixli 5/896 nömrəli rəyindən görünür ki, Məhkum istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşında “İran qardaw” adı ilə qeyd edilmiş şəxs aparatın telefon kitabçasına 15 avqust 2020-ci il tarixində saat 10:55:16-da, “X” adlı şəxs isə 12 yanvar 2022-ci il tarixdə saat 09:45:35-də qeydiyyata alı nmışdır. Məhkum “X” adlı +**********51 nömrəli şəxs ilə 12 yanvar 2022-ci il tarixdə 3 dəfə, 28 yanvar 2022-ci il tarixdə 2 dəfə, 29 yanvar.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 5 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022- ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, eləcə də “İran qardaw” adlı +**********33 nömrə ilə xx.xx.2020-ci il tarixdə 4 dəfə, 05.01,2021-ci il tarixdə 2 dəfə, xx.xx.2021-ci il tarixdə 4 dəfə, xx.xx.2021-ci il tarixdə 5 dəfə, xx.xx.2021-ci il tarixdə 6 dəfə, xx.xx.2021-ci il ta rixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə danışıqlar aparmışdır. Qeyd olunanlarla yanaşı "xxxx" MMC-dən istintaqa 9-2583 nömrəli məktubla diskdə daxil olan +**********51 və +**********07 telefon nömrələri ilə Azərbaycan Respublikasının mobil və şəhər operatorları arasında xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixədək aparılmış danışıqlar və digər statistik məlumatların kompüter açıqlamalarına 10 sentyabr 2022-ci il tarixdə keçirilmiş baxış barədə protokolla müəyyən olunur ki, keçirilmiş baxış zamanı iş üzrə təqsirləndirilən şəxs Məhkum tərəfindən istifadəsində olmuş +**********07 mobil telefon nömrəsi ilə vətəndaş Şahid4 adına rəsmiləşdirilmiş və sonradan Məhkum tərəfindən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliy i Nazirliyinin (“Etelaat”) nümayəndəsi X21 istifadəsinə vermiş +**********51 telefon nömrəsi ilə iş üçün əhəmiyyətli danışıqların aparılması müəyyən edilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs qismində Məhkum məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmaq məq sədi güddüyünə dair nəticəyə gəlmişdir. Belə ki, Məhkum ona dərman, vitamin və sovqat gətirib verməsini, bunun əvəzində ondan pul alınmayıb, əksinə dəfələrlə ona pul verməsini pərdələməyə çalışması özüözüyündə haqlı olaraq məhkəmələrdə şübhə yaratmışdır. Həmçinin özünün X ilə əlaqə saxladığı «Samsung Galaxy S10 Lite” markalı mobil telefonunda X-i əvvəlcə «iranlı qardaş», daha sonra dostluq etdiyi Şahid4 özünün lazım olduğunu bildirib onu aldadıb sonuncunun adına alıb X-ə verdiyi ***-***-**-** nömrəsini mobil telefonun yaddaşına “X” kimi qeyd etməsi də ona verilmiş ittiham üzrə təqsirli olmasına dəlalət edən faktlardan biri kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 274-cü maddəsi ilə təqsirinin təsdiq edildiyi bar ədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum dövlətə xəyanət cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan - Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olu nmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai istintaq zamanı ətraflı ifadələr verməsi, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olması) və a ğırlaşdıran (təqsirli bilindiyi əməli tamah məqsədi ilə və qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kas sasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü il ə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar