Məhkəmə qərarları › İş №1(102)-131/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-131/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-131/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs1 Əskərxan oğlunun nümayəndəsi Şahid17 və Məhkum müdafiə çisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Azad Məcidov (sədrlik edən), Zeynal Ağayev və Səbuhi Hüseynov) 1(101)-331/2021 saylı, 09 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3 və 70.1-ci maddələri tətbiq edilməklə 06 il 04 ay 06 gün müddətə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il sınaq müddəti tətbiq edilərək cəzası şərti hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(103)-649/2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü dəyişdirilərək hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi və bununla bağlı göstərişlər xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 il 4 ay 6 gününü ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi ev 4-də qeydiyyatda olan 01 yanvar 1958-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhs illi, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri İ.Qayıbov küçəsi ev 38-də qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli, 1(103)- 649/2018 saylı qərarı ilə təyin edilmiş 6 (altı) il 4 (dörd) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçə kmə müddətinin əvvəli 09 avqust 2018-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilmiş və 10.930.179,90 manat maddi ziyan Məhkum alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmış, Zərərçəkmiş şəxs1 dəymiş mənəvi ziyanla bağlı mülki iddia baxılmamış saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü ərəb, fars dillərində mükəmməl bilən, turizm xidməti ilə məşğul olan peşəkar iş adamı kimi təqdim edib onun şəxsi “Range Rover” markalı avtomobilinə lazım olan ehtiyat hissələrini və qızı Şahid6 sifariş etdiyi 2 ədəd “İphone-6S” markalı mobil telefonu X5 Dub ay şəhərindən sərfəli qiymətə gətizdirib onlara verərək etibar və inam qazandıqdan sonra birlikdə iş qurub gəlir götürəcəkləri barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından istifadə edib davamlı olaraq sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzilində Dubay şəhərindən ucuz qiymətə alıb Azərbaycana gətirib baha qiymətə satmaq adı ilə 2016-cı ilin avqust-oktyabr aylarında “İphone-6S” və “Samsung” markalı mobil telefonlar üçün həmin dövrün məzənnəsi ilə 82.015 (səksən iki min on beş) manat olan 50.000 (əlli min) ABŞ dollarını, “CİP” markalı avtomobillərə disktəkər dəstləri üçün həmin dövrün məzənnəsi ilə 385.856 (üç yüz səksən beş min səkkiz yüz əlli altı) manat olan 235.235 (iki yüz otuz beş min iki yüz otuz beş) ABŞ dollarını, avtomobil ehtiyat hissələri üçün həmin dövrün məzənnəsi ilə 164.030 (yüz altmış dörd min otuz) manat olan 100.000 (yüz min) ABŞ dollarını, plazma televizorları üçün həmin dövrün məzənnəsi ilə 328.060 (üç yüz iyirmi səkkiz min altmış) manat olan 200.000 (iki yüz min) ABŞ dollarını, Rusiya istehsalı olan “Niva” markalı avtomobilləri Azərbaycanda ucuz qiymətə alıb Bakı şəhərinə gələn ərəblərə baha qiymətə satmaq üçün 2016-cı ilin dekabr ayında həmin dövrün məzənnəsi ilə 187.694,20 (yüz səksən yeddi min altı yüz doxsan dörd manat iyirmi qəpik) manat olan 106.000 (yüz altı min) ABŞ dollarını, Bakı şəhərinə gələn “Rəşid” adlı ərəb qonağını yaxşı qarşılamaq adı ilə 2016-cı ilin dekabr ayında həmin dövrün məzənnəsi ilə 17.707 (on yeddi min yeddi yüz yeddi) manat olan 10.000 ABŞ dollarını, “Rəşid” adlı şəxsə 1 ədəd “Lexus-570-Station” markalı, 2016-cı il modelli, ağ rəngli, 1 ədəd “Lexus-570-Station” markalı, 2016-cı il modelli, qızılı rəngli, 1 ədəd “Mersedes-Benz-GLE- 400” markalı, 2016-cı il modelli, ağ rəngli, 1 ədəd “MersedesBenz-GL-500” markalı, 2015-ci il modelli, qara rəngli, 1 ədəd “Mersedes-Benz-E-300” markalı, 2016-cı il modelli, AMC-FL, qara rəngli, 1 ədəd “CodillakEskalade” markalı, 2016-cı il modelli, qara rəngli, 1 ədəd isə “Porsche-Panamera-GTS” markalı, 2016-cı il modelli, ağ rəngli cəmi 7 ədəd avtomobil sifariş etdiyini, həmin avtomobilləri Azərbaycan Respublikasına gətizdirib baha qiymətə satacağını deyib 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 1.923.399,40 (bir milyon doqquz yüz iyirmi üç min üç yüz doxsan doqquz manat qırx qəpik) manat olan 1.003.600 (bir milyon üç min altı yüz) ABŞ dollarını, onun özünə “Range Rover-Avtobioqraf” markalı avtomobil gətizdirəcəyini deyib 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 287.475 (iki yüz səksən yeddi min dörd yüz yetmiş beş) manat olan 150.000 (yüz əlli min) ABŞ dollarını, turizm fəaliyyətinə başlamaq üçün mehmanxanalara ilkin ödəniş etmək adı ilə aldadıb 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 95.825 (doxsan beş min səkkiz yüz iyirmi beş) manat olan 50.000 (əlli min) ABŞ dollarını, “Four Seasons”, “MariotAbşeron”, “Vinter Park” kimi mehmanxanalarda yerlər bron etmək adı ilə 2017-ci ilin fevral ayında 2.000.000 (iki milyon) manatını, turistləri gəzməyə aparmaq adı ilə 2 ədəd “Mercedes-Sprinter” və 10 ədəd “Mercedes-Viana”, “Mercedes-Vito” markalı işlənmiş avtomobilləri Almani ya Federativ Respublikasından alıb Bakı şəhərinə gətirmək adı ilə 2017-ci ilin fevral ayının ilk yarısında həmin dövrün məzənnəsi ilə 422.400 (dörd yüz iyirmi iki min dörd yüz) manat olan 220.000 (iki yüz iyirmi min) ABŞ dollarını, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayə qaldığı fərdi yaşayış evinin ona məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini deyib inandıraraq, qızı Şahid6 adına rəsmiləşdirəcəyinə söz verib 2017-ci ilin may ayında 98.000 (doxsan səkkiz min) manat pulunu, özünün barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə olan cinayət işi üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza almaq üçün 2017-ci ilin may ayında 35.000 (otuz beş min) manat pulunu, Şahid17 barəsində Bakı Ağır Cina yətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə olan cinayət işi üzrə hakimlərlə danışıb azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza alacağını yalandan vəd verib aldadaraq 2017-ci ilin may ayının ikinci yarısında 150.000 (yüz əlli min) manat, 2 ədəd “Ford-Tranzit” markalı işlənmiş soyuducu yük avtomobillərini Almaniya Federativ Respublikasından alıb Bakı şəhərinə gətirmək adı ilə həmin dövrün məzənnəsi ilə 68.092 (altmış səkkiz min doxsan iki) manat olan 40.000 (qırx min) ABŞ dollarını, məzənnəsi 22.216 (iyirmi iki min iki yüz on altı) manat olan 11.600 avronu, Dubay-Bakı-Dubay avia xətləri üzrə 60 ədəd Dubay avia reyslərinin biletlərinin dəyərini “Fly Dubai” avia şirkətinə əvvəlcədən 410 manatdan ödəyərək alıb 900 manata satmaq adı ilə 2017-ci ilin may ayında həmin dövrün məzənnəsi ilə 1.191.610 (bir milyon yüz doxsan bir min altı yüz on) manat olan 700.000 ( yeddi yüz min) ABŞ dollarını, 2017-ci ilin sentyabr ayında həmin dövrün məzənnəsi ilə 3.401.800 (üç milyon dörd yüz bir min səkkiz yüz) manat olan 2.000.000 (iki milyon) ABŞ dollarını, Şahid17 barəsində çıxarılmış azadlıqdan məhrum etmə ilə bağlı hökmün Bakı Apellyasiya Məhkəməsində şərti cəza ilə əvəz etdirəcəyini deyib 2017-ci ilin sentyabr ayının birinci yarısında 50.000 (əlli min) manat, 2017-ci ilin oktyabr ayında 19.000 (on doqquz min) manat pulunu alıb, verdiyi vədinə əməl etməməklə ümumilikdə 2.352.000 (iki milyon üç yüz əlli iki min) manat, həmin dövrün məzənnəsi ilə 8.555.963,60 (səkkiz milyon beş yüz əlli beş min doqquz yüz altmış üç manat altmış qəpik) manat olan 4.8 64.835 (dörd milyon səkkiz yüz altmış dörd min səkkiz yüz otuz beş) ABŞ dolları və həmin dövrün məzənnəsi ilə 22.216,3 (iyirmi iki min iki yüz on altı manat otuz qəpik) manat olan 11.600 (on bir min altı yüz) avro pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xüsusi ilə külli miqdarda 10.930.179.90 (on milyon doqquz yüz otuz min yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində maddi zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 104 ünvanında yerləşən “Görüş” restoranında həmin restoranın sahibi Zərərçəkmiş şəxs2 ilə tanış olaraq özünü turizm xidməti ilə məşğul olan peşəkar sahibkar kimi təqdim edib, respublikaya gələn turistlərə xidmətlərin göstərilməsi üçün birlikdə iş qurub gəlir götürəcəkləri barədə yalandan vəd verib aldadaraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib davamlı olaraq ondan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 104 ünvanında yerləşən “Görüş” restoranında “FLY DUBAY” şirkətindən BakıDubay-Bakı avia reyslərinə olan biletləri ucuz qiymətə alıb baha qiymətə satmaq adı ilə 2017-ci ilin oktyabr ayının əvvəllərində həmin dövrün məzənnəsi ilə 561.066 (beş yüz altmış bir min altmış altı) manat olan 330.000 (üç yüz otuz min) ABŞ dollarını, 2017-ci ilin noyabr ayının əvəllərində Bakı-Küveyt-Bakı avia reyslərinin biletlərini ucuz qiymətə alıb baha qiymətə satmaq adı ilə Azərbaycan Beynəlxa lq Bankının ünvan 3 ünvanında yerləşən Nəqliyyat filialının qarşısında həmin dövrün məzənnəsi ilə 442.078 (dörd yüz qırx iki min yetmiş səkkiz) manat olan 260.000 (iki yüz altmış min) ABŞ dollarını, 2017-ci ilin dekabr ayının əvəllərində Bakı şəhərinə gələcək ərəb turistlərinə satmaq üçün otellərdə otaqların bron edilməsi adı ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 68 ünvanında həmin dövrün məzənnəsi ilə 408.024 (dörd yüz səkkiz min iyirmi dörd) manat olan 240.000 (iki yüz qırx min) ABŞ dollarını, 2017-ci ilin noyabr ayından 2018-ci ilin fevral ayına qədər olan müddətdə Dubay şəhərinə tədarük olunan ət məhsullarının satışından əldə olunmuş həmin dövrün məzənnəsi ilə 416.573,5 (dörd yüz on altı min beş yüz yetmiş üç manat əlli qəpik) manat olan 245.000 (iki yüz qırx beş min) ABŞ do llarını, Azərbaycan Respublikasına gəlmiş ərəb turistlərinin istehlak etdiyi zəfəran və sair əşyaların və ərzaq məhsullarının alınması adı ilə 2018-ci ilin yanvar ayında ünvan 5 ünvanında yerləşən “Görüş” restoranında həmin dövrün məzənnəsi ilə 85.005 (səksən beş min beş) manat olan 50.000 (əlli min) ABŞ dollarını, eyni ünvanda turizm işlərini inkişaf etdirmək adı ilə 2018-ci ilin fevral ayında həmin dövrün məzənnəsi ilə 34.014 (otuz dörd min on dörd) manat olan 20.000 (iyirmi min) ABŞ dollarını, Dubay şəhərindən ərəb turistlərinə xidmət göstərmək üçün dörd ədəd «Mercedes Vito» markalı minik avtomobillərinin alınması adı ilə həmin ünvanda 2018-ci ilin fevral ayında həmin dövrün məzənnəsi ilə 79.904,70 (yetmiş doqquz min doqquz yüz dörd min yetmiş qəpik) manat olan 47.000 (qırx yeddi min) A BŞ dollarını və 2018-ci ilin mart ayının əvəllərində sonradan qaytaracağına söz verib tanışı Şahid4 hesab kartına 4.200 (dörd min iki yüz) manat pulu Zərərçəkmiş şəxs2 köçürtdürərək sonradan həmin pulu ona qaytarmayıb, ümumilikdə həmin dövrün məzənnəsi ilə 2.026.665,2 (iki milyon iyirmi altı min altı yüz altmış beş manat iyirmi qəpik) manat olan 1.192.000 (bir milyon yüz doxsan iki min) ABŞ dolları və 4.200 (dörd min iki yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 xüsusilə külli miqdarda 2.030.865,2 (iki milyon otuz min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində maddi zərər vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını etibarda n sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 104 ünvanında yerləşən “Görüş” restoranında Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Şahid22 ilə razılaşaraq sonuncunun oğlu Zərərçəkmiş şəxs3 X5 Dubay şəhərindən sərfəli qiymətə “Toyota Camry” markalı avtomobil gətirdəcəyini yalandan vəd verib aldadaraq, 2018-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 68 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs3 26.690 (iyirmi altı min altı yüz doxsan) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda 26.690 (iyirmi altı min altı yüz doxsan) manat məbləğində maddi zərər vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Mirzə Tağızadə və Rəşad Abdulov) 1(103)-1330/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməsi və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı qanunsuz, əsas sız və ədalətsizdir. Kassator hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, hər üç epizod üzrə X7 elan edilmiş ittiham öz təsdiqini tapmadığından ona bəraət verilməlidir. Qeyd olunan iş üzrə cinayət işində cinayət hadisəsi mövcud olmamaqla yanaşı, hüquqlarını müdafiə etdiyimiz X6 əməlində cinayət tərkibinin olması sübuta yetirilmir. Zərərçəkmiş şəxs1 bildirir ki, X10 müxtəlif vaxtlarda ondan 10.000.000 manat pul almışdır. Bu halları təsdiq edən sübut kimi Zərərçəkmiş şəxs1 özünün ifadəsi, ailə üzvləri - arvadı Şahid17 və qızı - Şahid6, həmçinin daima onlara şahidlik edən Şahid7 ifadəsinə istinad edilmişdir. Lakin həmin xüsusatlar heç bir mötəbər sübutla təsdiq olunmur. Həmin süni, yalan, şər-böhtan xarakterli və qərəzli ifadələr istər birlikdə, istərsə də ayrı-ayrılıqda obyektiv həqiqətə əks etdirmir və X7 verilmiş ittihamları təsdiq etmir. Nə ibtidai istintaq orqanı, nə də məhkəmələr həmin şəxslərin ifadələrinə tənqidi yanaşmamışdır. Həm Zərərçəkmiş şəxs1, həm Şahid17, Şahid6, həm də daimi onlara şahidlik edən Şahid7 əvvəllər dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərdir. Zərərçəkmiş şəxs1 10.000.000 (on milyon) manat pulu haradan, hansı yollarla əldə etməsi nə ibtidai istintaq orqanı, nə də məhkəmələr tərəfindən araşdırılmamışdır. Şahid7 ifadəsində göstərir ki, o, 2017-ci ilin may ayında 100.000 (yüz min) ABŞ dolları borc olaraq Zərərçəkmiş şəxs1 vermişdir. Sonuncu isə həmin pulu Hüseynov Cəlala vermişdir. Sonradan sonuncu bu pulu da qaytarmamışdır. Halbuki, məhkəməyə təqdim olunmuş borcun etirafı haqq ında 12 aprel 2017-ci il tarixli müqaviləyə əsasən Məzahir X1 2014-cü ildən 15.000 (on beş min) ABŞ dolları borcu olmasını etiraf etmiş, həmin pulu 3 (üç) aya qaytarmağı öhdəlik kimi üzərinə götürmüşdür. Sonradan həmin pulu qaytarmadığına görə 15 may 2018-ci ildə icra qeydi yazılaraq icra üçün Nizami rayon İcra Şöbəsinə göndərilmiş və Şahid7 icra şöbəsində yalnız 7000 (yeddi min) manat qaytarmış, qalan 8.000 manatı qaytarmadığına görə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən də görünür ki, ondan Atabank ASC-nin iddiası üzrə 7929 manat pul tutulmuşdur. Məhkəməyə təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçıl ar Şahid6 və Şahid7 Şahid17 cinayət məsuliyyətindən qurtarmaq üçün zərərçəkmiş şəxslərlə borc müqaviləsi bağlamışlar və həmin pulları da qaytarmamışlar. Həmin pul məbləği ümumilikdə 20.000 manat təşkil edirdi. Zərərçəkmiş şəxs1 məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2016-cı il tarixli hökmündən görünür ki, o, X4 400.000 manat pulu 2008-ci ilin fevral ayında almışdır. Zərərin tam ödənildiyi barədə zərərçəkmiş məhkəməyə ərizə ilə müraciət etmiş, bundan sonra məhkəmə ona şərti cəza tətbiq etmişdir. Sonradan zərərçəkmiş aldadıldığını bildirib, hökmdən apellyasiya şikayəti vermiş, lakin buraxılmış prosessual müddət bərpa edilməmişdir. İşin bu halları ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs1, Şahid6 və Şahid17, həmçinin onların daimi şahidi Şahid7 maddi vəziyyətləri ağ ır vəziyyətdə olmuşdur və onlar daima borc içində olmuşlar. Ona görə də X7 heç bir vaxt 10.000.000 manat məbləğində pul vermək iqtidarında olmamışlar. Zərərçəkmiş şəxs1 iddia etdiyi pul məbləğlərinin verilməsi özü-özlüyündə inandırıcı deyil və heç bir mötəbər sübutla təsdiq olunmur. Belə ki, o, iddia edir ki, verilən pulun qaytarmamasına baxmayaraq, əlavə pulların verilməsi davam edirdi. Bir daha təsdiq olunur ki, pul məbləğləri qərəzli olaraq fantastik rəqəmlər həddində süni olaraq şişirdilmiş, süni və saxta, qanunsuz, əsassız və son dərəcə ədalətsiz ittihamın verilməsinə səbəb olmuşdur. Bir daha təsdiq olunur ki, bu şəxslər açıq-aydın yalan ifadə verməklə, bilə-bilə yalan xəbərçilik edirlər. Ona görə də X7 həmin epizodla bağlı bəraət verilməlidir. Eyni zamanda yalandan xəbərçilik edən həmin şəxslərin barəsində əməllərində cinayətin əlamətləri olduğu üçün xüsusi qərar çıxarılıb prokurora xəbər verilməlidir. Zərərçəkmiş şəxs2 epizodları üzrə X7 verilmiş ittiham sübuta yetirilmir. Ona görə də həmin ittihamla bağlı Məhkum bəraət verilməlidir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2lə Cəlal Hüseynovun tanışlığı Adil adlı ərəbin Bakıya gəlib, ət alqı-satqısı ilə məşğul olmasından başlayıb və Cəlal Hüseynovun bu məsələdə rolu yalnız tərcüməçilik olmuşdur. İşgüzar münasibətlər Zərərçəkmiş şəxs2lə Adil arasında yaranmışdır. Zərərçəkmiş şəxs2lə həmin ərəb - Adil arasında 245.000 ABŞ dolları mübahisəli məbləğ yarandığından, həmin məbləğ zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən qanunsuz və əsassız olaraq Hüseynov Cəlaldan tələb edilmiş və həmin məbləğ süni olaraq şişirdilmişdir. Zər ərçəkmiş şəxs2 kiməsə verdiyi pul borcundan 1 manat belə keçməməsi, iş materialları ilə və özünün ifadəsi ilə tam sübuta yetirilir. Misal olaraq onun Hüseynov Cəlala icarəyə verdiyi avtomaşınlarla bağlı icarə haqqı bir gün gecikdirildikdən sonra avtomaşınlar Cəlal Hüseynovdan dərhal geri götürülmüşdür. Bu xüsusatı məhkəmədə həm Zərərçəkmiş şəxs2, həm də sürücüsü işləmiş şəxs təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 istintaqın əvvəlindən axırına kimi tam ziddiyyətli ifadələr vermişdir. Ona görə də həmin ifadələr Zərərçəkmiş şəxs2 qeyri səmimi olmasını birbaşa təsdiq edir. Zərərçəkmiş şəxs2 Polisə yazdığı ərizədə Hüseynov Cəlalın onu aldadaraq, 877.000 ABŞ dollarını aldığını bildirir. Hüseynov Cəlalla 2017-ci ilin noyabr ayında Rafiq adlı tanışının vasitəsilə tanış olduğunu bildirir. Həmin ərizədə Cəlalın Adil adlı ərəblə müqavilə bağladığını bildirərək, ona ət göndərilməsinin lazım olduğunu bildirir. Bu məqsədlə hissə-hissə 245.000 ABŞ dolları məbləğində xırda buynuzlu heyvan alaraq Dubayda Adil adlı şəxsə göndərmişdir. Lakin ətlər Adilə çatsa da, pullar ona ödənilməmişdir. 245.000 ABŞ dolları məbləğində (cild 1, səhifə 8), sonrakı ifadələrdə ətin 470.000 ABŞ dolları məbləğində olduğunu, Cəlal tərəfindən Adillə onu tanış etməsini və sonuncu onun özünün müqavilə bağladığını və ətləri də özü Adilə göndərdiyini bildirir. Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat şöbəsinə yazdığı izahatında 870.000 ABŞ dollarının verdiyini bildirir və ərizəni təkrarlayır. Nəsimi RPİ-nin İstintaq şöbəsində müstəntiqə verdiyi izahatında isə məbləği 907.000 ABŞ dolları olduğunu bildirir. Eyni zamanda Zərərçəkm iş şəxs2 bildirir ki, Adil adında ərəbi onunla Cəlal tanış edib və onun Adillə mal-qara müqaviləsi var idi. Mal-qaranı yollayıb, ancaq Adil 245.000 ABŞ dollarını ona göndərməyib. Ondan soruşanda deyib ki, 245.000 ABŞ dollarım Cəlala veribdir. Ona görə də Zərərçəkmiş şəxs2 ifadələri qeyri səmimi olmaqla inandırıcı deyil. O, bildirir ki, onu Cəlal aldatmağa davam edirdi, lakin o, yenə də pul verməyə davam edirdi. Ona görə də iş üzrə toplanmış sübutların heç bir mötəbərliyi yoxdur, olan da tam şübhə altındadır. Digər epizod üzrə zərərçəkmişin ifadəsindən başqa heç bir sübut təqdim edilməmişdir. Ona görə də verilmiş ittihamlar tam şübhə altında olmaqla qeyri mötəbərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət və cinayət-pros essual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Kassator yekunda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüq uqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı s əbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu d əlilini əsassız sayır. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarmış, məhkumun əməllərini 178.4-cü maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ndə nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətlə ndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçı ları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 178.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara ə saslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum əməllərinin tövsifi ilə əlaqədar kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə tövsif edilməsi "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş izahlara tam uyğundur. Belə ki, həmin qərarda göstərilir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, ş əxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin Zərərçəkmiş şəxs1, Şahid6 və Şahid17, həmçinin onların daimi şahidi Şahid7 maddi vəziyyətləri ağır vəziyyətdə olması və onlar daima borc içində olmaları, ona görə də X7 heç bir vaxt 10.000.000 manat məbləğində pul vermək iqtidarında olmamaları, Zərərçəkmiş şəxs1 iddia etdiyi pul məbləğlərinin verilməsi özü-özlüyündə inandırıcı olmamas ı və heç bir mötəbər sübutla təsdiq olunmaması barədə dəlilləri də işin hallarına və işdə olan sübutlara ziddiyyət təşkil etdiyindən əsaslı hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs1 bildirir ki, X10 müxtəlif vaxtlarda ondan 10.000.000 manat pul almışdır. Göstərilən hal və işin digər hallar iş üzrə şahidlər Şahid17, Şahid6, Şahid7, Şahid21, X9, Şahid15, Şahid5, Şahid13, Şahid23, Şahid10 Bəxtiyar oğlu, Şahid12, Şahid11, Şahid8, Şahid1, Şahid3, Şahid9 Mikayıl oğlu, Şahid24, Şahid20, Şahid18, Şahid4 və Şahid22 ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı verdikləri ifadələrlə də təsdiq olunur. Apellyasiya məhkəməsi şahidlərin ifadələri digər sübutlarla müqayisə edib onları mötəbər və mümkün sübutlar kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi nin mövqeyi ilə razılaşmaqla şahidlərin ifadələrinin yenidən təsvir edilməsinə lüzum görmür. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məh kəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar