Məhkəmə qərarları › İş №1(102)-131/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-131/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-131/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Bədəlov Fuad Murad oğlunun iştirakları ilə x xxxx 1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Aran kəndində qeydiyyatda olan, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2024-cü il tarixli 1(106)603/2022 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2024-cü il tarixli 1(106)-603/2022 nömrəli qərarından məhkumun müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 may 2022-ci il tarixli 1(099)-276/2022 nömrəli hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 1 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin 4 may 2022-ci il tarixli hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli 1(106)-603/2022 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və İ.Q.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 may 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ildən 8 (səkkiz) ilə endirilmiş, CMin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qərara alınmışdır. Məhkum müdafiəçisi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 6 iyul 2022-ci il tarixli qərarından Şirvan Apellyasiya Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş, eyni zamanda həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), İ.H.Əhmədov və M.Ə.Bağırov) məhkumun müdafiəçisinin kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu kassasiya şikayəti və vəsatət verərək Şirvan Apellyasiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 1(106)-603/2022 nömrəli qərarının ləğv edilməsini, buraxılmış prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini və işə mahiyyəti üzrə baxılma sını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2024-cü il tarixli 1(106)-603/2022 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), İ.H.Əhmədov və Y.X.Həşimov) məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi F.Bədəlovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab ed ir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1ci maddəsində nəzərdə tutulmuş halda (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün) isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci madd əsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 və 520.7-ci maddəsində nəzərdə tutulmuş apellyasiya məhkəməsinin qərarlarından onların çıxarıldığı gündən bir ay müddətinə kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas, ya şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obye ktiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalıdır. Yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, məhkumun müdafiəçisinin hazırkı vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Kassasiya şikayətinin verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, Şi rvan Apellyasiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixli müşayiət edici məktubla müdafiəçiyə, eləcə də Məhkum saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkum müdafiəçisi Bədəlov Fuad Murad oğlu kassasiya şikayətini 1 ay ərzində kassasiya şikayəti vermək hüququ olduğu halda, həmin müddəti üzrsüz səbəbdən ötürərək 12 iyul 2024-cü il tarixdə, yəni 5 aydan artıq vaxt keçdikdən sonra kassasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verdiyi şikayət əsassızdır və kassa siya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2024-cü il tarixli 1(106)-603/2022 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən dəyişdirilmədən saxlanılsın. verilmiş kassasiya şikayətinə münasibətdə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar