Məhkəmə qərarları › İş №1(102)-1310/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1310/2019

22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1310/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum və Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 1 81.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) xx.xx.1984-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum hazırkı cinayət işi üzrə həbsdə olduğu müddət təyin edilən cəzaya hesablanaraq cəza çəkmə müddətinin başlanğıcının 10 mart 2018-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Məhkum narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi qərara alınmışdır. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə) 08 noy abr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarından məhkum və müdafiəçisi ayrı-ayrılıqda kassasiya şikayəti verərək qərarın ləğv edilərək, məhkumun əməlinin 322-ci maddəyə tövsif edilməklə barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdirlər. İşin halları: Hökmə əsasən Məhkum quldurluq yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 mart 2018-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 12 ünvanında yerləşən ünvan 2 aptekinə müştəri qismində daxil olaraq satıcı Zərərçəkmiş şəxs aptekin müdiri kimi bildiyi X1i soruşaraq tanışı olduğunu bildirməklə zəng vurub çağırmasını xahiş etmiş, satıcının diqqətinin telefona yayınmasından istifadə edərək ümumi zaldan piştaxtanın arxasına keçməklə aptekin işçi heyəti üçün nəzərdə tutulmuş, kənar şəxslər üçün girişi qadağan olunmuş, dərman və preparatların saxlanc yeri olan sahəyə qanunsuz girərək orada cibindən özü ilə gətirdiyi bir ədəd soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxarıb silah qismində istifadə edərək Zərərçəkmiş şəxs üzərinə çəkməklə vuracağı ilə hədələyərək hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə pul tələb etmiş, satıcı pulların kassada olmasını bildirdikdə kassanın rəfini açmaqla saxlanc yerinə qanu nsuz girərək rəfin içərisindən 165 (bir yüz altmış beş) manat pulu götürüb ələ keçirərək zərərçəkmiş şəxs "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla quldurluq cinayət əməlini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiə tərəfi kassasiya şikayətini onunla əsaslandırmışdır ki,. hadisənin baş verdiyi aptekin müdiri X1in ona olan borcunu qaytarmadığı üçün, Məhkum niyyəti yalnız aptekin kassasında olan pulları götürmək olmuşdur. Niyyəti quldurluq olmadığı üçün aptek işçisinin mobil telefonu və digər dəyərli əşyalara toxunmamışdır.Məhkəmələr tərəfindən işin hallarının düzgün araşdırılmadığı, sübutlara əsaslı qiymət verilmədiyi nəzərə alınmaqla əməlinin düzgün tövsif edilməsini və Məhkum barəsində daha yüngül cəza təyin edilməsini xahiş edir. Müdafiəçi kassasiya şikayətində qey d etmişdir ki,məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bu səbəbdən məhkumun əməli düzgün qiymətləndirilməmiş, Azərbaycan Respublikası CM-in 322-ci maddəsindən Azərbaycan Respublikası CM-in 181.2.3 və 181.2.5-ci maddələrinə tövsif olunmuşdur. Belə ki, X2Əliyevanın quldurluq niyyəti olmamışdır. İşin hallarından da göründüyü kimi Məhkum ona məxsus pulu, yəni Ş.Allahverdiyevin ona olan borcunu tələb etmiş, vermədiyi halda özbaşına hərəkət edərək, yəni özbaşınalıq cinayətini törədərək kassadan pulu götürərək getmişdir. Bundan başqa, işin mahiyyətini kökündən dəyişən aptekdə satıcı kimi işləyən Zərərçəkmiş şəxs qismində verdiyi ifadəyə diqqət yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci-ci il tarixli qərarının dəyişdirilməsi, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinə tövsif edilməsi, onun cəzasını yüngülləşdirən hallar və həbsdə yatdığı müddət nəzərə alınmaqla həbsdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkum və müdafiəçinin kassasiya şikayətlərində törədilmiş əməlin tövsifi mübahisələndirilir. Məhkum ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 185.1ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitələr alüdəçisi olduğu üçün ailəsi ondan üz çevirmiş, buna görə də müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Yaşadığı kirayə evin yaxınlığında yerləşən ünvan 2 aptekindən bir neçə dəfə dərman almış və həmin aptekin sahibi X1lə nünasibəti yaranmışdır. Hadisədən bir neçə ay əvvəl X1 ondan 100 (bir yüz) manat borc pul alaraq qaytarmamışdır. 10 mart 2018-ci il tarixdə, saat 12 radələrində X1dan borcunu geri almaq üçün aptekə getdikdə orada satıcı xanımı görüb sonuncud an X1a zəng etməsini xahiş etmiş, satıcı X1a zəng edib mobil telefonu ona verdikdən sonra X1 onun səsini eşidib mobil telefonu söndürmüşdür. Bundan sonra o, aptekin kassasında olan pulu götürərək oradan çıxıb getmişdir. Həmin vaxt onun üzərində bıçaq olsada, o, həmin bıçağı aptekin satıcısı olan Zərərçəkmiş şəxs göstərərək pulun yerini deməsini tələb etmiş, lakin onu hədələməmişdir. X1 telefonu onun üzünə bağlayıb borcunu qaytarmadığı üçün o, əsəbləşib kassada olan pulları götürüb oradan uzaqlaşmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən ünvan 2adlanan aptekdə əczaçı işləmişdir. Həmin aptekdə ondan başqa qohumu X2 da əczaçı işləmişdir. 10 mart 2018-ci il tarixdə, saat 12 radə lərində aptekdə olduğu zaman hazırda təqsirləndirilən şəxs olan Məhkum aptekə daxil olaraq ondan X1ı soruşmuşdur. O, X2ə X1ın hazırda aptekdə olmadığını bildirmiş və bu vaxt X2 ondan X1a zəng etməsini xahiş etmişdir. O, mobil telefonu ilə X1a zəng edərəkən X2 icazəsiz aptekin giriş qapısının sağ tərəfində yerləşən qapıdan vitrinlərin arxasına daxil olub ona yaxınlaşaraq bir neçə saniyə sonra qəfildən üzərindən bıçaq çıxarıb onun üstünə hücum çəkmiş və kassanın olduğu yeri göstərməsini tələb etmişdir. Həmin vaxt o, X2ün ona xəsarət yetirəcəyindən qorxaraq ona kassanı göstərmiş, sonuncu da kassanı acıb oradan 165 manat pul götürmüşdür. Bundan sonra X2 dərhal apteki tərk etmək istəyərkən sonuncunun qarşısına X1ın həyat yoldaşı X3 çıxmış və X3 X2ü tutub saxlamaq istədikdə X2 X3ni itələyib əlin dən çıxaraq apteki tərk etmişdir. Bundan bir qədər sonra X1 gəlmiş və onlar birlikdə polis bölməsinə gedib orada izahat vermişlər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarıda göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Bundan başqa, müdafiəçinin kassasiya şikayətində qeyd etdiyi və işin mahiyyətini kökündən dəyişməyə əssas hesab etdiyi Zərərçəkmiş şəxs ifadəsindən və iş materiallarına əlavə edilmiş videogörüntülərdən də görünür ki, Zərərçəkmiş şəxs telefonla danışarkən məhkum icazəsiz olaraq vitrinin ar xa tərəfinə, yalnız işçilərin daxil ola biləcəyi hissəyə keçmiş, Zərərçəkmiş şəxs ona telefonu uzadarkən o cibindən bıçaq çıxardaraq zərərçəkmiş şəxsi hədələyərək kassasının yerini soruşmuş və kassadakı pulları götürərək oradan çıxmağa çalışmışdır. Müdafiəçinin qeyd etdiyi həmin ifadə və iş materiallarında olan videogörüntülər bir biri ilə uzlaşmaqla məhkumun əməlinin CM-nin 181.2.3 və 181.2.5-ci maddələrinə tövsifinin düzgünlüyünü əks etdirir. Məhkum həmin cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə təsdiq edildiyi nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməlini həm CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkum və müdafiəçinin kassasiya şikayətində qeyd etdiyi digər dəlil məhkumun cəzadan azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi barədədir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq o laraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcə si, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarını-törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alıb qeyd edir ki, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun çəkilməmiş qalan cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkumun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını Məhkum cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59-cu maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir Göstərilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin olunmadan qərarın dəyişdiri lmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar