Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1310/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum və onun müdafiəçisi – Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi birgə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Ağdam Rayon Məhkəməsinin hazırlıq iclasının 23 fevral 2 021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.Ş.Niftəliyev) X1 Məhkumana qarşı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, hakimlər Ş.Q.Rzaquliyev və T.A.Muxtarovdan ibarət məhkəmə tərkibi) xüsusi ittihamçı X1 apelyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına da ir 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, xüsusi ittiham qaydasında şikayətin yenidən hazırlıq iclasında baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkuma və onun müdafiəçisi – vəkil Müdafiəçi birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkuma və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrində göstərilən hallar olduğuna, yəni xüsusi ittiham qaydasında şikayətin məzmunu CPM-in 293.3.1, 293.3.2, 293.3.4, 293.3.5, 293.3.6-cı maddələrinin tələblərinə cavab vermədiyinə və şikayət edilmiş əməldə cinayətin əlamətləri olmadığına görə X1 xüsusi ittiham qaydasında şikayətini məhkəmənin icraatına qəbul etməkdən imtina etdiyi halda, apellyasiya instansiyası məhkəməsi əsassız və qanunsuz olaraq xüsusi ittihamçının apellyasiya şikayətini təmin edərək, birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, xüsusi ittiham qaydasında şikayəti yenidən hazırlıq iclasında baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərmişdir. Müəlliflər kassasiya şikayətində göstərdiklərinə əsasən kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiya sı məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419 və 416-cı maddələri müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlar ını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkuma və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsaslarından hər hansı birinə istinad etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinə dair məsələləri tənzimləyən cinayət-prosessual normaların tətbiqi üzrə apellyasiya instansiyası məhkəm əsinin hüquqi mövqeyini mübahisələndirib onun qərarının ləğv edilməsi barədə tələb irəli sürmüşlər. Məhkəmə kollegiyası barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən bu cür qərarların kassasiya qaydasında ləğv edilməsi əsaslarından hər hansı birinə müraciət etməmələrini onların öz mövqeylərini kifayət qədər əsaslandırmadıqlarını göstərən hal kimi qiymətləndirərək, həmin şikayətlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı birinci instansiya məhkəməsinin qərarında istinad olunmuş aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydas ında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini nəzərdə tutur: _şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (CPM, maddə 302.1.3); _xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (CPM, maddə 302.1.6). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda, məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Təsvir olunan normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin 23 fevral 2021-ci il tarixli hazırlıq iclasının qərarına baxdıqda müəyyən olunur ki, həm in qərar Cinayət-Prosessual Məcəllənin 302.1.3-cü maddəsində göstərilən halın mövcud olması barədə nəticəyə gəlmək üçün əsas olmadan və CPM-in 302.1.6-cı maddəsində təsbit edilmiş əsas düzgün təfsir edilmədən çıxarılmışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət onu vermiş X2 haqqında məlumatları əks etdirdiyi və şikayətə XXX35un şəxsiyyət vəsiqəsinin kserosurəti əlavə olunduğu; törədilməsi iddia edilən cinayət barədə məlumatları nəzərdə tutduğu; şikayətdə törədildiyi iddia edilən cinayətin hallarının hansı sübutlarla təsdiq edildiyini əks etdirdiyi və şikayətə həmin sübutlar (o cümlədən, videodisk, fotoşəkillər, X80ndə aparılmış araşdırma materialları əlavə olunduğu; cinayət törətməsi iddia edilən şəxsin – Məhkum Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilm əsi barədə xahişi nəzərdə tutduğu; şikayətin (üzərindəki məhkəmə ştampına görə) 16 fevral 2021-ci ildə verildiyini əks etdirdiyi halda, məhkəmə bu halların ziddinə olaraq xüsusi ittiham qaydasında şikayətin məzmununun Cinayət-Prosessual Məcəllənin müvafiq olaraq 293.3.1, 293.3.2, 293.3.4, 293.3.5, 293.3.6-cı maddələrinin tələblərinə cavab verməməsi haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etməsi üçün gətirdiyi ikinci dəlil də CPM-in 302.1.6-cı maddəsinin “barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda” müddəasının cinayət-prosessual qanunun digər normaları ilə qarşılıqlı əlaqəsi nəzərə alınmadan təfsir olunmasından irəli gəldiyi üçün əsaslı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsinin qənaətinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayəti subyektiv cəhətdən qəsdən törədilən cinayətdir (yəni, birbaşa qəsd cinayət tərkibinin subyektiv cəhətinin zəruri əlamətidir), XXX35 isə bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş maddələrinə baxdıqda və bu maddələri cinayət-prosessual qanunun ümumi hissəsinin normaları, o cümlədən CPM-in 8-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifələri, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi (C PM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi (CPM, maddə 33) kimi cinayət mühakimə icraatının prinsipləri ilə müqayisə etdikdə, aydın olur ki, birinci instansiya məhkəməsində icraatın hazırlıq iclası (ilkin dinləmə) və məhkəmə baxışı mərhələləri araşdırılan məsələlərə (araşdırma predmetinə), araşdırmanın həcminə, araşdırmanın məqsədlərinə görə bir-birindən fərqlənən mərhələlərdir və onların eyniləşdirilməsi, məsələn yalnız məhkəmə baxışında həll edilməli məsələnin hazırlıq iclasının nəticələrinə görə həll olunması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrində nəzərdə tutulmuş məhkəmənin hazırlıq iclasının nəticələrinə görə “əməldə cinayətin əlamətləri olmadıqda”, habelə “şikayət əsassız olduqda və şika yət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə” xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən (şikayətin icraata qəbul edilməsindən) imtina etmək səlahiyyətinə də həmin müddəaların və onlardan irəli gələn CPM-in digər normalarının işığında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsində “...cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq”, 8.0.5-ci maddəsində isə “cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək” cinayət mühakimə icraatının vəzifələri sırasında təsbit edilmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və əd alətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəllədə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxsınlar (CPM, maddə 28.1). Cinayət mühakimə icraatında tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını (maddə 32.2.1) və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını (maddə 32.2.2) ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərini n mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir (maddə 32.2.3), müdafiə tərəfi isə əksinə - cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və CPM-in 32.2.4-cü maddəsində təsbit olunmuş digər funksiyaları yerinə yetirir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144-146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4) və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsassən “sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır”. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsində təsbit olunmuş qaydaya görə “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir”. “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər” (maddə 145.2). Cinayət-Prosessual Məcəllənin 346.1, 346.1.1 və 346.1.2-ci maddələrinə əsasən cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi – bunlar məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həl edilməli olan məsələlərdir. Yuxarıda təsvir edilmiş cinayət-prosessual normalardan göründüyü kimi məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi müvafiq tədqiqata (sübutlara baxılmasına) əsaslanmalı, belə tədqiqat isə çəkişməli xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçi rilməlidir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş normalarından isə aydın görünür ki, qanunverici bu instansiyada ittihamın həlli ilə əlaqədar sübutlara baxılması, yəni həm də onların yoxlanılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi, yeni sübutlar barədə təkliflərin irəli sürülməsi, bir sözlə sübutların tədqiqi mövzusunda cinayət prosesi tərəflərinin çəkişməsi üçün uyğun prosedur kimi müstəsna olaraq CPM-in XLİİİ fəslində təsbit edilmiş məhkəmə baxışının məhkəmə istintaqı mərhələsini nəzərdə tutmuşdur. Məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi isə CPM-in 338.1.2-ci maddəsinə və XLV fəslinin qaydalarına görə məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşmaqla yalnız yekun qərarın çıxarılması üçün müşavirənin gedişində həyata keçirilməlidir. Məhkəmə baxışından və məhkəmə baxışının qeyd olunan (məhkəmə istintaqı, yekun müşavirə) mərhələlərindən fərqli olaraq, məhkəmənin hazırlıq iclası ittihamın həlli nöqteyi-nəzərindən sübutlara baxılmasını, yəni sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsini, o cümlədən yoxlanılmasını və qiymətləndirilməsini ehtiva etmir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 299.1-ci maddəsinə görə “məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir”. CPM-in 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı sübutların qiymətləndirilməsi məsələsi deyil, cinayət prosesi tərəflərinin “məhkəmə baxışında” tədqiq edilmək üçün təqdim etdikləri “sübutlar siyahısı”, “məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi” barədə məsələlər həll edilir. Yalnız cinayət işlərinə və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına deyil, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmənin hazırlıq iclasında baxılarkən də cinayət-prosessual qanunun qeyd olunan normaları nəzərdən qaçırılmamalı və CPM-in 302.1.6 və 302.1.7-ci maddələrində nəzərdə tutulmuş müddəalar sübutların xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamı, o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olmasını kifayət qədər təsdiq edib-etməmə si (sübutların kifayətedənliyi) baxımından qiymətləndirilməsini ehtiva edən normalar kimi təfsir edilməməlidir. Məhkəmə kollegiyasının fikrincə, CPM-in 302.1.7-ci maddəsində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında “şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini əks etdirən sübutları əks etdirmədikdə” müddəası xüsusi ittihamçının gətirdiyi sübutlarının tədqiq edilməsi və yaxud birbaşa qiymətləndirilməsi yolu ilə şikayətin əsassız olması barədə nəticənin çıxarılmasını ehtiva etmir. Sözügedən müddəa şikayətdə faktik əsaslar gətirilmədən ittihamın irəli sürülməsini və yaxud müvafiq ittihamla (məsələn, CM-in 148-ci maddəsi ilə) ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktik hallara istinad edilərək (açıq-aşkar əsassız) ittihamın irəli sürülməsini, şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutların gətirilməməsini və təqdim edilməməsini nəzərdə tutur. Lakin, hazırki işin materiallarına yuxarıda gətirilən normalarla və məhkəmə kollegiyasının hüquqi mövqeyi ilə müqayisə etməklə baxdıqda, müəyyən olunur ki, XXX35 xüsusi ittiham qaydasında şikayətində Məhkum qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürdüyü ittihamı öz mülahizələrinə uyğun olaraq konkret faktik hallarla – Məhkum yaşadıqları kənddə yerləşən mağazanın qabağına və kafenin divarına onun özü və ailə üzvləri (atası və arvadı) haqqında ifadə yazaraq onların şərəf və ləyaqətini qəsdən alçaltması ilə əsaslandırmış və iddiasını təsdiq edən sübutlar kimi videodiski, fotoşəkilləri, X80ndə aparılmış araşdırma materiallarını xüsusi ittiham qaydasında şikayəti ilə birlikdə məhkəməyə tə qdim etmişdir. Lakin, birinci instansiya məhkəməsi yalnız XXX35un və Məhkum qısa dinlənildikləri, başqa heç bir sübutun tədqiq olunmadığı, əslində sübutların tədqiq edilməsi üçün nəzərdə tutulmayan hazırlıq iclasında Məhkum əməlində birbaşa qəsdin olmasını təsdiq edən sübutların şikayətə əlavə olunmaması kimi mühakimə yürütməklə, faktiki olaraq şikayətə əlavə olunmuş materialları müvafiq prosedurda tədqiq etmədən ittihamı təsdiq etməyən sübutlar kimi qiymətləndirmiş və Məhkum əməlində Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinə aid olan əlamətin – birbaşa qəsdin olmaması haqqında nəticəyə gəlmişdir. Təsvir edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi hazırlıq iclasında XXX35un təqdim etdiyi dəlil və sübutları faktiki olaraq xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün kifayət edib-etməməsi nöqteyi-nəzərindən qiymətləndirməklə yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Cinayət-Prosessual Məcəllənin ümimi hissəsinin digər normalarının, eləcə də sübutların tədqiqinə dair 138-146-cı maddələrinin tələblərini pozmaqla məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini şərtləndirən nöqsanlara yol vermişdir. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq onun qərarını ləğv edib, XXX35un xüsusi ittiham qaydasında şikayətini birinci instansiya məhkəməsinin hazırlıq iclasında yenidən baxılmağa təyin edən apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı əsassız və qanunsuz qərar kimi qiymətləndi rilə bilməz. Bütün bunlar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsinin nəzərdə tutduğu pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkum və onun müdafiəçisi Müdafiəçi birgə verdikləri kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkum və onun müdafiəçisi Müdafiəçi birgə verdikləri kassasiya şikayəti tə min edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması haqqında Ağdam Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hazırlıq iclasının qərarının ləğv edilməsinə, xüsusi ittiham qaydasında şikayətin yenidən hazırlıq iclasında baxılmağa təyin edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1310/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1310/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver