Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1310/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu iştirakı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, nümayəndəvəkil Quliyev Sahil Əziz oğlu ilə birlikdə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Ə.M.Abbasov (sədrlik edən və məruzəçi), M.M.Ağalarov və E.Ə.Mikayılov) xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, xx qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 15 iyul 2019-cu il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, mülki iddia təmin edilməklə Məhkum 65450 manat pulun Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Rüstəmov İlqar Sahib oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli hökmü ilə (Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.3.2-cü maddələri ilə bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, nümayəndə-vəkil Quliyev Sahil Əziz oğlu ilə birlikdə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum bəraət verilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədi ilə istintaqa məlum olan tanışı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ölkədə istehsal olunan kənd məhsullarının ölkə xaricinə daşınmasında gömrük xidmətlərini həyata keçirən Zərərçəkmiş şəxs MMC-nin maliyyə direktoru Şahid1 özləri tərəfindən toplanmış meyvə məhsullarını ölkə hüdudlarından çıxarılaraq Rusiya bazarında satışını təmin edib, bu işdə gömrük xidmətini həyata keçirən Zərərçəkmiş şəxs MMC-nin ödəmiş olduğu gömrük xərclərini həmin məhsulun ünvanına çatdıqdan sonra tam məbləğdə şirkətə ödəyəcəklərini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə aralarındakı şifahi razılaşmaya əsasən vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində Xaçmaz rayonu ərazisində 27 ədəd almadan və 1 ədəd xurmadan ibarət təq dim etdikləri meyvə məhsullarını yük avtomobilləri vasitəsi ilə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə daşıtdırmaqla sifarişçilərə çatdırmış, həmin məhsulların pulu mal sahibləri tərəfindən alınaraq daşınan yükün pulu Məhkum və digər şəxsə ödənilsə də, sonuncular vədlərinə əməl etməyərək bunun müqabilində Zərərçəkmiş şəxs MMC-yə ödənməli olan 38.500 ABŞ dolları, manat məzənnəsi ilə 65.450 manat təşkil edən gömrük xərclərini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri və d igər mötəbər bütün sübutları müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə Məhkum ittiham olunduğu CM-nin 178.2.1 və 178.3.2-ci maddələri ilə bəraət verməkdə səhvə yol vermişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş Məhkum tərəfindən hazırlanmış sənədlər əsasında 27 maşın alma və 1 maşın xurma məhsullarının Rusiya Federasiyasına göndərilməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə texniki ekspertizasının 149 saylı 30 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, Məhkum iş otağından götürülən sənədlərdə olan möhür və ştamplar müxtəlif üsullarla icra olunmuşdur. Göründüyü kimi Məhkum külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi zərərçəkmiş şəxsi n, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işi üzrə toplanmış sair sübutlarla təsdiq olunmuşdur. Lakin məhkəmə nəticəyə gələrkən bu hallara diqqət yetirməmiş, yalnız təqsirləndirilən şəxsin ifadələrini əsas götürmüşlər. Məhkəmə, cinayət işinin materialları ilə təsdiq olunan zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini deyil, yalnız təqsirləndirilən şəxsin özünün müdafiə xarakterli verdiyi ifadələrini sübut kim qəbul etməsinin səbəblərini hökmdə əsaslandırmamışdır. Halbuki, Avropa insan Hüquqları Məhkəməsinin “Andandonski Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəz ərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında qeyd edilmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilmə sini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, nümayəndə-vəkil Quliyev Sahil Əziz oğlu ilə birlikdə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Apellyasiya Məhkəməsi əsassız olaraq Məhkum təqsirin sübuta yetməməsi əsası bəraət verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə - dələduzluğa görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi fak tlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Təqsirləndirilən şəxs Məhkum şərh edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübut lar, o cümlədən iş materiallarına əlavə edilmiş istintaq sənədləri ilə tam sübut olunmuşdur. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən hökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.3.2-ci maddələri ilə bəraət verilməsinə dair hökmün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestini müdafiə etdiyini bildirib, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli hökmünü ləğv edərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq m əsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəf indən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək ilə bağlı ittihamın ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə, tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığı nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, birinci inst ansiya məhkəməsi Məhkumva istinad olunan cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gələrkən əsasən zərərçəkmiş şəxslərin ifadələrinə, habelə şahidlərin ifadələrinə və digər sübutlara istinad etmiş, lakin bu sübutların hər birini ayrı-ayrılıqda tədqiq etməmiş, habelə hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxlamadan əsassız ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsində qismən məhkəmə istintaqı keçirilmiş, Məhkum, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlər dindirilmiş, onların ifadələrinə yenidən hüquqi qiymət verilmişdir. Belə ki, Şahid3 ibtidai araşdırma və eyni zamanda birinci instansiya məhkəməsində verdiyi ifadələrinə, iş materiallarndan Şahid3 təsisçi kimi çalışdığı Rusiya şirkəti olan "xxxx" MMC-nin Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlığının əsas mey arına əsaslanmaqla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ərazisində sahibkarlardan qəbul etdiyi malı Rusiya Federasiyası ərazisində "xxxx" MMC-nin tapdığı alıcılara çatdırmağı öhdəsinə götürən və buna görə gömrük və daşınma xərclərindən qazanc əldə edən Zərərçəkmiş şəxs MMC rəhbərliyinin hər hansı müqavilə və ya yazılı sənəd imzalamadan məhz Məhkum sifarişi ilə 28 avtomobil məhsulu Rusiya Federasiyasına göndərməsi və eyni zamanda Rusiya Federasiyası ərazisində yeri və alıcısı müəyyən olunmayan 28 avtomobil məhsulun gömrük və daşınma xərclərinin "xxxx" MMC tərəfindən firmanın şəxsi hesabına ödənilməsi şübhəli hal olmaqla yanaşı, inandırıcı deyildir. İşin hallarından müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlığı yalnız Azərbaycan ərazisində mallarını Rusiya Federa siyası ərazisində müştəriyə satmaq istəyən mal sahiblərini tapmaq və həmin malların ölkə ərazisindən çıxarılması üçün göndərilən malların gömrük sənədlərini hazırlamaqdan ibarət olmuşdur. Onun həmin malların Rusiya ərazisində satılmasını həyata keçirməklə bağlı hər hansı fəaliyyəti müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs MMC-nin daşınmasını həyata keçirdiyi malların alıcıları müəyyən etmək məhz Zərərçəkmiş şəxs MMC-nin partnyorluq etdiyi "xxxx" MMC-nin əsas vəzifəsi və öhdəliyi olmuşdur. Bu halı təkzib edən hər hansı sübut iş materillarında müəyyən edilməmişdir. İşin hallarından müəyyən olunur ki, 26 avtomobil meyvə 2018-ci ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində Rusiya Federasiyasının ərazisinə göndərilmişdir. Belə ki, məhkuma ayrı-ayrı vaxtlarda Dərbənd şəhəri nə gedərək meyvə avtomobillərinin açılaraq satılması üçün göstəriş verməsi ilə bağlı ittiham verilmişdirsə, Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə verilmiş rəsmi məlumata görə Məhkum 2018-ci ilin sentyabr-dekabr ayları ərzidə ölkə hüdudlarından kənara çıxması barədə məlumat qeydə alınmamışdır. Göründüyü kimi, Rusiya ərazisinə çatmış avtomobillərin gömrük xərclərini Rusiya ərazisindəki müştərilərdən alaraq mənimsəməsi faktı təkzib olunur. Həmçinin bu hal Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Piriyev İlkin Mirələm oğlu, eləcə də Şahid1 tərəfindən verilmiş ifadələrdə öz əksini tapmamışdır. Apellyasiya məhkəməsinin qənaətinə görə, Məhkum qeyd edilən 2018-ci ilin sentyabr-dekabr ayları ərzində ölkə ərazisini tərk etməməsi öz təsdiqini tapdığı üçün, Rusiya ərazisində həmin malların müştərilər inə paylanması və bunun müqabilndə müştərilərdən malın pulunun hər hansı şəxs tərəfindən alınması labüddür. Hazırki vəziyyətdə isə, istintaq orqanı tərəfindən həmin malların Rusiya Federasiyası ərazisində kimlər tərəfindən qəbul edilməsi və malın pulunun hansı şəxs tərəfindən əldə edilməsi müəyyən edilməmişdir. Bundan əlavə, cinayət işinin materiallarında Məhkum il Zərərçəkmiş şəxs MMC arasında malların gömrük rəsmiləşdirilməsinin aparılmasına və vergi, gömrük xərcləri ödəmiş MMC-yə malların avtomobillərdən açılaraq naməlum şəhərlərə göndərilməsi tapşırığının verilməsi səlahiyyətini verən hər hansı müqavilə və ya rəsmi sənəd müəyyən edilməmişdir. Həmçinin, qeyd olunan səlahiyyətlər Zərərçəkmiş şəxs MMC tərəfindən Məhkum verilmiş etibarnamədə də öz əksini tapmamışdır. Apellyasiya baxışı zam anı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı Məhkum Zərərçəkmiş şəxs MMC-yə məxsus 38.500 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi, həmin məbləğdə pula dair sərəncam imkanının yaranmasını sübut edə bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri tərəfindən verilmiş ifadələrdən görünür ki, hər avtomobil üçün Məhkum 50 ABŞ dolları məbləğində pul "xxxx" MMC tərəfindən ödənilmişdir. Həmçinin, cinayət işinin materiallarında olan gömrük bəyənnamələrindən də görünür ki, 2018-ci ilin sentyabr-dekabr aylarında Rusiya ərazisinə ixrac olunan 27 avtomobil alma və 1 avtomobil xurma məhsulları Zərərçəkmiş şəxs MMCyə məxsus məhsullar kimi qeydə alınmışdır. Məhkum həmin məhsulların mülkiyyətçisi, eləcə də həmin məhsullara dair sərəncam verən şəxs olmaması aydın şəkildə müəyyən olun muşdur. Məhkum həmin məhsulları talamaq və ya onların barsində hər hansı sərəncam vermək niyyəti olsaydı, gömrük rəsmiləşdirilməsi sənədlərində məhsulların ona məxsus olması qeydi öz əksini tapmış olardı. Zərərçəkmiş şəxs MMC-nin nümayəndələrinin Zərərçəkmiş şəxs MMC ilə Məhkum arasında şifahi razılaşmanın olması barədə ifadələrinə gəldikdə isə, göstərilən xüsatlar yalnız ittiham tərəfi mövqeyində dindirilən şahidlərin ifadələrində öz əksini tapmışdır ki, həmin ifadələrin obyektivliyi isə şübhə doğurur. Buna baxmayaraq, mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqaviləni bağlamazdan əvvəl özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olsun. Bu hal isə məhkəmə araşdırması zamanı Məhkum hə rəkətlərində müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsi mübahisəli olmuşdur. O, bir ifadəsində qeyd edir ki, Məhkum inanmış və vətəndaşlarda olan kənd məhsullarını alıb gətirib Rusiya Federasiyasına ixrac etməsi üçün ona vermiş, amma göndərdiyi kənd təsərrüfatı məhsullarının pulunu tam şəkildə alıb Məhkum ödəmişdir. Məhkum isə Zərərçəkmiş şəxs MMC vasitəsi ilə Rusiya Federasiyasına ixrac etdiyi həmin malların pullarını alıb Zərərçəkmiş şəxs MMC-nin gömrük və digər xərclərini həmin şirkəti aldadaraq özünə götürüb mənimsəmişdir. Məhkum həmin şirkətə məxsus mənimsədiyi pulları Xəyyamla onun üstünə atır. Onun Məhkum heç bir borcu yoxdur. Digər tərəfdən də qeyd edir ki, həmin 28 avtomobil məhsulun sahiblərinin kim olması barədə heç bir məlumatı olmamışdır. Özü 2018-ci ilin sentyabr-dekabr aylarında Elnur və onunla birlikdə işləyən qardaşı Elxan vasitəsi ilə 40-a yaxın meyvə yüklü avtomobili Rusiya Federasiyasına yola salmış, həmin məhsulun göndərilməsinə görə olan xərcləri də nağd şəkildə Elnurun Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ofisində Elnurun şəxsən özünə ödəmişdir. Apellyasiya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şahid5, işin hallarına əsasən, onun Elnurla olan pul münasibətləri işdə heç bir sənədlə təsdiqini tapmır və onlar arasında bununla əlaqədar mübahisə mövcuddur. Bu mübahisə mülki xarakterlidir, həmçinin sübuta ehtiyacı var. Göstərilənlərə və apellyasiya məhkəməsinin hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittih am tərəfi Məhkum təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin hökmünü kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Hə min mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanun suz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, “məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər”. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğ u əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyri nə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, m üəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin Qeyd edilənlənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində və kassasiya şikayətində göstərilmiş yuxarıda sadalanan dəlillər Məhkum barəsində bəraət hökmü çıxarılmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Kassasiya protestində və kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apelly asiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab ed ir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, nümayəndə - vəkil Quliyev Sahil Əziz oğlu ilə birlikdə verdikləri kassasiya şikayətinə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini v ə ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, nümayəndə-vəkil Quliyev Sahil Əziz oğlu ilə birlikdə verdikləri kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli hökmü kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, nümayəndə-vəkil Quliyev Sahil Əziz oğlu ilə birlikdə verdikləri kas
Məhkəmə qərarları › İş №1(102)-1310/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1310/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver