Məhkəmə qərarları › İş №1(102)-1310/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1310/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1310/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 yanvar tarixli, 1(104)-105/2025 nömrəli qərarından məhkumun müdafiəçisi F.İsgəndərov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin (Hakim A.Ə.Əliyev) xx.xx.2024-cü il tarixli, 1(125)374/2024 nömrəli hökmü ilə, xx xxx 2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü madəsinə əsasən 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olma qla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, hazırda azadlıdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, ona cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, barəsində olan digər cinayət işi üzrə 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və hazırkı iş üzrə 4 may 2023-cü il tarixdən 6 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və Gəncə Şəhər Məhkəməsinin 6 may 2023cü il tarixli qərarı ilə barəsində seçilmiş 6 may 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək «ev dustaqlığı»nda olduğu 2 (iki) ay 11 (on bir) gün müddət olmaqla cəmi 2 (iki) ay 15 (on beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla 5 (beş) ay müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxla nılmış, cəzasının əvvəli cəzanı icra edən orqanda (Gəncə şəhər Probasiya Şöbəsində) qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə müəyyən vəzifələrin qoyulması, hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməsi, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm, məhkum Təqsirləndirilən şəxs münasibətdə mübahisələndirilməmiş, apellyasiya şikayəti və ya protesti verilməmişdir. Həmin hökmün Məhkum aid hissəsindən dövlət ittiha mçısı tərəfindən apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) 2025-ci il 27 yanvar tarixli, 1(104)-105/2025 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Məhkum CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 1(125)-374/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə cəza təyini hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və hazırki iş üzrə 4 may 2023-cü il tarixdən 6 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və Gəncə Şəhər Məhkəməsinin 6 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş və 6 may 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək ev dustaqlığında olduğu 2 (iki) ay 11 (on bir) gün müddət olmaqla cəmi 2 (iki) ay 15 (on beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbs edilmiş, hökm qalan hissədə apell yasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 31 yanvar tarixli, 1(104)-105/2025 nömrəli qərarı ilə, yekun qərarda olan anlaşılmazlıq aradan qaldırılmış, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının ağırlaşdırılaraq ona 3 il müddətinə azadlıdan məhrum etmə cəzası təyin edilməsi kimi oxunması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Belə ki, Məhkum 24 aprel 2023-cü il tarixdə səhər saat 6 radələrində Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə hasardan aşaraq qanunsuz daxil olduqdan sonra evin qapısını mismaraçan alətdən istifadə edib qırmaqla içəriyə qanunsuz daxil olaraq oradan 6 ədəd 3000 manat dəyərində taxta qapıları, 1 qutusu 25 manat olan 9 qutu 225 manat dəyərində kafelləri, 1 qutusu 25 manat olan 19 qutu 475 manat dəyərində metlakları, 1 rulonu 44 manat olan 27 rulon 1188 manat dəyərində divar kağızlarını, 1 kisəsi 10 manat olan 6 kisə 60 manat dəyərində sementləri, 1 ədəd 7 manat dəyərində su borusu, 1 ədədi 4 manat 50 qəpik olan 15 ədəd 67 manat 50 qəpik dəyərində plastik boruları, 1 ədədi 84 manat olan 672 manat dəyərində radiatorları, 100 manat dəyərində izolyasiya lentini, 1 ədəd 600 manat dəyərində plastik su çənini, 1 ədəd 600 manat dəyərində generatoru, 2 qutu 150 manat dəyərində asma tavanı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda 7144 manat 50 qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi qanunları təhrif edərək düzgün qərar qəbul etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. Müdafiəçi bildirmişdir ki, birinci instansiya məhkəməsi işin bütün hallarını o cümlədən qeyd edilən məsuliyyəti yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxs Məhkum ifadəsində özünü təqsirli bilməsi, əməlindən peşman olduğunu və dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində 2 azyaşlı uşaqlarının olduğunu onun şəxsiyyətini nəzərə alıb sanksiya çərcivəsində nəzərdə tutulan cəza təyin etmişdi. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 yanv ar tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkə mə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun m üdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirməmiş, yalnız ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbayca n Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzi fə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası məhkum tərəfindən cinayət əməlinin törədilib-törədilməməsi məsələsini cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayaraq belə nəticəyə gəlir ki, məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməl cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və məhkəmələr məhkumun əməllərinin tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə 7144,50 manat maddi zərər vurulmuşdur. Həmin zərər məhkum tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş və zərərçəkmiş şəxsin Məhkum qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqların olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş və məhkumun cəzasını ağ ırlaşdıran halın olmaması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protestini təmin edərək birinci instansiya məhkəməsinin hökmünü cəzaya aid hissədə dəyişdirərkən qəbul etdiyi qərarı aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquqi normaları və iş materiallarına əlavə edilmiş sübutlara əsaslanaraq qeyd edir ki, təqsirləndirilən şəxsin talama cinayətlərinə görə bir neçə dəfə məhkumluğunun, (Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə növündə cəzasına məhkum edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qər arı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci hissəsinə əsasən, ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 il azaldılaraq, üzərində 11 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır, sonradan xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tar ixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş) olması və onun əvvəlki məhkumluqlarından hər hansı bir müsbət nəticə çıxarmaması hazırki törətdiyi talama cinayətinin (CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri) ictimai təhlükəliliyinin və xarakterinin daha yüksək olduğunu göstərir. Həmçinin, elə təəsürat yaranır ki, Məhkum oğurluq etməsi sanki bir «peşə»yə çevrilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs talama cinayətlərinə görə dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olmasına və məhkumluqlarının ödənilməsinə baxmayaraq o, tərbiyə və islah olunmamış y enidən oğuluq cinayət əməlini törətməkdə davam etmişdir. Bu da onu göstərir ki, Məhkum cinayət törətməyə meyilli olan şəxsdir, onun azadlıqda olması gələcəkdə yeni cinayətlərin törədilməsinə gətirib çıxara bilər...” Bu forma və məzmunda əsaslandırma apararkən və bu əsaslandırmanın nəticəsi olaraq qeyd edilən qərarı qəbul edərkən apellyasiya instansiyası məhkəməsi CM-in 18.4, 18.5 və 83.6-cı maddələrinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıda qeyd edilən normalarına əsasən: 18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. 18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 50-ci bəndinin birinci abzasına əsasən: “Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilm əsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır.” CM-in 58.1-ci maddəsinin son cümləsinə əsasən də törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, məhkəmə cinayət törətmiş şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən cəza təyin edilməsi ilə bağlı Qanunvericiliyin qeyd edilən mövqeyindən çıxış etməli, cəza təyin edərkən həm törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, həm də cinayət əməlinin nəticələrinin aradan qaldırılması səviyyəsini, cinayət törətmiş şəxsin cəzasını yü ngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə almalı, CM-in 41.2ci maddəsində ifadə edilmiş cəzanın məqsədlərinə məhz hansı cəzanın təyin edilməsi yolu ilə nail olunmasının mümkünlüyünü dərindən təhlil etməli, bu zaman CM-in ədalət və humanizm prinsiplərinin tələblərinə də əməl edilməsinin zəruriliyi unudulmamalı, bu prinsiplərdən irəli gələrək daha sərt cəzaların təyin edilməsinə həssaslıqla yanaşılmalı, cinayət törətmiş şəxsin yalnız uzun müddət azadlıdan məhrum etmə cəzası təyin edilməsi ilə islah edilməsinin əsaslandırılması qanunamüvafiq, obyektiv və neytral müşahidəçini inandıracaq səviyyədə olmalıdır. Hazırki işin hallarından qeyd edilən məsələyə yanaşdıqda aydın olur ki, birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı təqsirləndirilən şəxs Məhkum onun tə qsirli bilindiyi maddələrlə 2 il 6 müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini təklif etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bununla bağlı əsaslandırma aparmadan Məhkum 3 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cü il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə edilmiş “pisə doğru dəyişmə” – müdafiə tərəfinin şikayəti əsasında baxılan işdə yuxarı məhkəmə tərəfindən daha sərt cəzanın təyin edilməsinin yolverilməzliyi prinsipinin tələblərinə ciddi şəkildə əməl edilməsinin zəruriliyi vurğulanmaqla, məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. B elə ki, birinci instansiya məhkəməsinin hökmündən də göründüyü kimi, həmin məhkəmə Məhkum CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilərək cəza təyin etdikdən sonra CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı əhatə etmə yolu ilə məhkuma qəti cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı qərarda heç bir əsaslandırma aparmadan, bu məsələyə heç bir münasibət bildirmədən, CM-in 66.5-ci maddəsinin tələblərinə hansı səbəbdən əməl etmədiyini qeyd etmədən qərar qəbul etmiş, bununla da Azərbaycan Respublikası CM-in 66-cı maddəsinin tələblərini pozmuş, 31.1.2025-ci il tarixdə qəbul etdiyi anlaşılmazlığın aradan qaldırılmasına dair qərarı ilə daha bir anlaşılmazlığa yol vermiş, bu zaman nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, lakin apellyasiya instansiyası məhkəməsi Məhkum hökmlə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş cəzanı, 3 il müddətinə azadlığın məhdudlaşdırılması kimi qəbul edərək, CM-in 66.5-ci maddəsinə əsasən əhatə olunmaq yolu ilə təyin edilmiş qəti cəzanı yanlış olaraq ağırlaşdırmış, bununla da cəzaların toplanmasında səhvə yol vermişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli yekun qərarı qismən, Məhkum barəsində həbs qətimkan tədbiri seçilməsinə dair hissə istisna olmaqla və xx.xx.2025-ci il tarixli anlaşılmazlığın aradan qaldırılmasına dair qərarı isə tam ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməli, işə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cü il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə edilmiş “pisə doğru dəyişmə” – müdafiə tərəfinin şikayəti əsasında baxılan işdə yuxarı məhkəmə tərəfindən daha sərt cəzanın təyin edilməsinin yolverilməzliyi prinsipinin tələblərinə ciddi şəkildə əməl etməklə, ədalət və humanizm prinsiplərinin tələblərinə riayət edilməklə baxılması tövsiyyə edilməlidir. Yu xarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-374/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 yanvar tarixli, 1(104)-105/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 İnqilab oğlunun kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə qismən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 31 yanvar tarixli, 1(104)-105/2025 nömrəli q ərarı isə tam ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 yanvar tarixli, 1(104)-105/2025 nömrəli qərarı ilə Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar