Məhkəmə qərarları › İş №1(102)-1311/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1311/2019

29.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1311/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nüma yəndə, məhkumun müdafiəçisi X10 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Ağacavad oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.A.Kərimov (sədrlik edən və məruzəçi), R.A.Allahverdiyeva və R.Ə.Sadıxovdan ibarət tərkibdə) 1(101)-336/2019 nömrəli 11 fevral 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 sentyabr 2001-ci il tarixli qərarı əsasında barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar larında tibbi xarakterli məcburi müalicə tətbiq olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2018-ci il tarixdən hesablanmışdır. Cəza çəkdiyi dövrdə onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, 19 iyul 2018-ci il tarixdə saat 15.00 radələrində ünvan 3 ünvanında yerləşən metal qəbulu məntəqəsinə gələrək metalı qəbul edən əv vəllər tanımadığı Zərərçəkmiş şəxs 103 kiloqram dəmirdən olan metal məmulatları təhvil verməklə 15 manat 60 qəpik və həmin gün saat 18.00 radələrində isə 100 kiloqram dəmirdən olan metal məmulatları təhvil verməklə 15 manat məbləğində pulu təhvil verdiyi dəmir məmulatlarının hər kiloqramına görə 15 qəpikdən hesablanmaqla sonuncudan pulu aldıqdan sonra, həmin gün saat 20:00 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətində yenidən həmin metal qəbulu məntəqəsinə qayıdaraq, məntəqənin rəhbəri X8 tərəfindən dəmir məmulatlarının 1 kiloqramının ondan 20 qəpikdən hesablanmaqla qəbul edilməsindən Zərərçəkmiş şəxs məlumatının olmamasına baxmayaraq, sonuncudan həmin gün təhvil verdiyi dəmir məmulatlarının 20 qəpikdən hesablanıb, ona əlavə 10 manat verilməsini tələb edərək, həmin pulu ala bilmə diyindən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək mübahisə yaratmış, kənar şəxslər onları araladıqlarından sonra, pulun verilmədiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoymaqla qəsdən adam öldürmək məqsədi ilə şalvarının cibindən soyuq hesab edilməyən bıçağı çıxararaq, Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək niyyəti ilə məntəqədən çıxıb üzərinə gəlməsini təmin etmək üçün sonuncunu söyüb təhqir etmiş, Zərərçəkmiş şəxs həmin məntəqədən çıxaraq üzərinə gəlib ona əlindəki metal boru ilə başının sağ təpə alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirdiyi a nda, məntəqənin qarşısında sağ əlində saxladığı bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsindən zərbə endirməklə sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək və ürəyin zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən vuraraq həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) 1(103)-486/2019 nömrəli 12 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi Ağacavad oğlu verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin və əməlinin düzgün tövsif edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırmışdır ki, Məhkum törətdiyi cinayət əməli düzgün tövsif edilməmiş, həmçinin ona ağır cəza təyin edilmişdir. Belə ki, Məhkum törətdiyi cinayətdə xuliqanlıq niyyəti mövcud deyildir. Xuliqanlıq niyyəti ilə adam öldürmə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı q oyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsi həyatdan məhrumetmədə ifadə olunur. İşin hallarından göründüyü kimi, zərərçəkmiş tərəfindən, heç bir əsas olmadan, dəmir boru ilə Məhkum baş nahiyyəsinə zərbə endirilənə qədər, təqsirləndirilən şəxsin onu bıçaqla vurmaq və ya qətlə yetirmək niyyətində olmamışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CM-in 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamı şdırsa, cinayət sayılmır. Zəruri müdafiə həddini aşma qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə yalnız açıq-aşkar uyğun gəlməyən qəsdən törədilmiş hərəkətləri nəzərdə tutur. Lakin müdafiə hərəkətlərinin qəsdə uyğunluğu təkcə müdafiə hərəkətlərinin vurduğu zərər qəsd nəticəsində vurulan zərərə bərabər olduqda deyil, həm də müdafiə hərəkətinin vurduğu zərər qəsdin vuracağı zərərdən artıq olduqda da mövcud olur.Zəruri müdafiə həddini aşma, əksər hallarda, müdafiə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması, müdafiənin qəsdlə müqayisədə daha intensiv formada həyata keçirilməsi, müdafiə zamanı qəsdlə müqayisədə açıq uyğun olmayan tədbirlərin seçilməsi formalarında özünü göstərir. İş materiallarında toplanmış sübutlar belə söyləməyə əsas verir ki, Məhkum verilmiş ittiham ci nayət qanunvericiliyi ilə müəyyən edilmiş hallara uyğun deyildir, onun əməlinin tövsifi zamanı səhvə yol verilmişdir. İşin hallarına görə Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin deyil, həmin Məcəllənin 123.1-ci maddəsinin əlamətləri vardır. Bu səbəbdən də Məhkum törətmiş olduğu cinayət hadisəsinə görə Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələl ər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum cinayət əməlinin CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif olunmamasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 123.1 -ci maddəsinin dispozisiyasına görə zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə əməli həmin maddə ilə tövsif edilməlidir. Əməlin zəruri müdafiə həddini aşmaqla törədilməsi kimi qiymətləndirilərkən ilk növbədə zəruri müdafiə vəziyyətinin yaranıb-yaranmaması müəyyən edilməlidir. Zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Azərbaycan Respublikası CM-in 36-cı maddəsində zəruri müdafiəyə belə anlayış verilir: “Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.” Zə ruri müdafiədə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsdin qarşısı alınır. Bu yolla təhlükənin qarşısı alınarkən yol verilən hərəkət, zəruri müdafiə həddini aşmırsa, cinayət sayılmır. Odur ki, məhkəmə kollegiyası ilk növbədə Məhkum tərəfindən Zərərçəkmiş şəxs bıçaqla zərbə endirilərkən müdafiə vəziyyətinin yaranıb-yaranmamasını müəyyən etməlidir. İşə baxan məhkəmələrin gəldiyi nəticəyə görə Məhkum Zərərçəkmiş şəxs bıçaqla zərbə endirərkən müdafiə vəziyyəti yaranmamışdır. Kassasiya kollegiyası işə baxan məhkəmələrin zəruri müdafiə vəziyyəti ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, həm Məhkum verdiyi ifadəsindən, həm də iş üzrə dindirilmiş şahidlərdən X11, X13 və X9 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs Məhkum dəmir parçası ilə başından vurmamışdan əvvəl Məhkum artıq bıçağı cibindən çıxarıb əlində tutmuşdu. Digər tərəfdən, məhkəmə tibbi ekspertizasının 20 avqust 2018-ci il tarixli, 752 saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum bədən səthində aşkar edilmiş xəsarət-başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. Göründüyü kimi, Məhkum aldığı xəsarət onun sağlamlılğına real təhlükə yaratmamışdır. Həmçiniun, Məhkum müdafiə hərəkəti, yəni sağ əlində saxladığı bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsindən zərbə endirməsi Zərərçəkmiş şəxs tərəfindən edilən qəsdin xarakteri və təhlükəlilik dərəcəsinə uyğun olmamaqla onu aşmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən zərərçəkmiş şəxsə bıçaqla zərbə endirilərkə n müdafiə vəziyyəti yaranmamışdır və kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə əsasız olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.6, 416.0.11, 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şi kayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul etməklə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən “məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir”. Cinayət-prosessual qanunun 349.5-ci maddəsinə görə isə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-Prosessual Məcəllənin 399-cu maddəsi məhkəmə hökmünün qanuniliyi və əsasslılığı meyarlarına cavab verməyən pozuntulara, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən müəyy ən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsinə (CPM, maddə 399.1.3) və cinayət qanunu normasının düzgün tətbiq edilməməsinə (CPM, maddə 399.1.4) görə birinci instansiya məhkəməsinin hökmünün və yaxud digər yekun qərarının apellyasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini nəzərdə tutur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq motivinin sübut edilməsi şəxsin əməlinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməsini və həmin əməllərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 və 126.2.4-cü maddələrinin tətbiq edilməsini mümkün edən zəruri şərtdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, tə qsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskar ının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirka r öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətini n olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət n əzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət – xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətini n, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumi qəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. İşin müəyyən olunmuş hallarından görünür ki, Məhkumla zərərçəkmiş şəxslə X8 arasında baş vermiş mübahisəyə səbəb birincinin təhvil verdiyi dəmir qırıntılarına görə pulun az verilməsidir. Belə ki, Məhkum ifadəsindən görünür ki, o, X9dan pulu götürüb «Memar Əcəmi» metrostansiyası yanına getmişdir. Oradakı kafelərin birində iki bakal pivə sifariş edib içmiş və cibində olan pulları sayanda X9un ona təhvil verdiyi dəmirin əvəzində pulu az verdiyini görmüşdür.X9 ondan gətirdiyi dəmirə görə hər kilo əvəzində 20 qəpik verməli olduğu halda, ona 15 qəpik pul vermişdir. Bundan sonra o, təxminən saat 20:00 radələrində yenidən metal qəbulu məntəqəsinə qayıtmış,X9 və X5ın orada olduğunu görübX9dan bir neçə saat əvvəl təhvil verdiyi metala görə pulun az hesablandığını deyərək yenidən təhvil verdiyi metalın pulunu hesablamasını və ona çatan birinci dəfə 5 manat və ikinci dəfə 5 manat, ümumi olaraq 10 manat pulu tələb etmişdir.X9 isə ona pulu düz hesabladığını və dəmirin bir kilosunu on beş qəpikdən qəbul etdiklərini deyərək əlavə pul verməcəyini dedi. O, Xn6ın daima ondan dəmirin bir kilosunu 20 qəpikdən qəbul etdiyini, gətirdiyi dəmirin qalın hissələrdən ibarət olduğunu X9a demiş, lakin sonuncu onun sözlərinə fikir verməmişdir. Bunun üstündə mübahisələri düşüb bir-birlərinin və ailə üzvlərinin ünvanlarına söyüş söymüşlər.X9 ona yaxınlaşmaq istəyən zaman orada olan X5 və tanımadığı bir kişi onların arasına girərək onları aralayıb X9u məntəqənin içinə, onu isə təxminən 3-4 metr məntəqədən kənara çəkmişlər. O, X9un səhv hərəkət etdiyini görüb yenidən məntəqəyə yaxınlaşaraq ona pulunu verməsini demiş, X9 isə ona çıxıb getməsini bildirmişdir. O, X9un bir neçə dəqiqə əvvəl ailə üzvlərini söyüşlə təhqir etdiyini və pulunu vermədiyini görüb cibindəki bıçağı çıxarar aq onu qorxudub vuracağını dedikdə,X9 məntəqənin qarşısında yığılan metalların içindən dəmir boru götürərək onun baş nahiyyəsindən vurmuşdur. O, da özünü müdafiə etmək məqsədi ilə əlində olan bıçaqla X9un sinə nahiyəsindən vurmuşdur.X9 da ondan aralanıb yol istiqamətində qaçıb getdi. O da təxminən bir-iki dəqiqə orada dayandıqdan sonra yaşadığı evə getmiş, evdə hamam otağında köhnə qaz plitəsinin içinə qoymuşdur. Təxminən iki-üç saat sonra polis əməkdaşları gələrək onu yaşadığı evin qarşından götürüb polis bölməsinə aparmışlar. O,X9u qorxutmaq üçün vurmuş,X9u öldürmək niyyətində olmamışdır. Məhkum ifadəsində qeyd etdiyi xüsusatları, yəni təhvil verdiyi dəmirə görə pulun az verilməsi üstündə onunla Zərərçəkmiş şəxs arasında mübahisənin baş verməsi iş üzrə dindirilmiş şahidlər X6, X4, X7, X5 ifadələri ilə tam təsdiq edilir. Həmçinin Məhkum təhvil verdiyi dəmirin hər kiloqramına görə 20 qəpik istəməsi heç də əsassız olmamışdır. Belə ki, məhkəmə iclasında verdiyi ifadəsində X8 göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən metal qəbulu məntəqəsində fərdi sahibkar kimi işləyir. O, məntəqədə tək işləyir, lakin iş çox olanda qohumu X5 və digər şəxsləri gündəlik olaraq fəhlə kimi işlədir. O, dəmirin bir kilosunu on beş qəpiyə qəbul edir. 19 iyul 2018-ci il tarixdə rayona getmək məqsədi ilə hazırlıq görməyə başlamışdır. Saat 15:00 radələrində o, X5ı məntəqəyə çağırıb ona rayona getdiyini deyib ondanX9la işi yola verməyi xahiş etmişdir. Bundan sonra o,X9a 400 manat pul vermiş və metal qəbul etməsini, qəbul etdiyi metalı isə yazmağı tapşırmışdır, bundan sonra rayona yola düşmüşdür. Sa at 20 radələrində o, Mərəzə rayonuna çatan zaman X5 ona zəng edərək hadisə barədə məlumat verdikdə qayıdaraq işlədiyi yerə gəlmişdir. Orada ona məlum olmuşdur ki, X7 iki dəfə gələrək metal təhvil vermiş.X9 X7a metalın bir kilosuna görə 15 qəpik vermişdir. Axşam saat 20:00 radələrində X7 gələrək X9la mübahisə edib metalın hər kilosuna görə 20 qəpik verməli olduğunu demişdir.X9 bundan imtina etdikdə onlar mübahisə edərək bir-birlərinə söymüşlər. Həmin vaxt X5 onları aralasa da, X7 X9u söydüyündən X9 məntəqədən çıxaraq yerdən dəmir götürüb X7un başından vurmuş, X7 isə cibində olan bıçaqlaX9ı vurmuşdur. Məntəqədə müştərilərdən dəmirin bir kiloqramım 15 qəpikdən götürür. O, Məhkum isə son zamanlar metal qəbul məntəqəsində dəmirin 1 kiloqramını 20 qəpikdən götürürmüş. Çünki o, X7u bir neçə dəfə araba ilə yığdığı dəmiri digər metal qəbul məntəqəsinə apardığını görmüş və X7a yığdığı metalları onların məntəqəsinə gətirməsini demişdir. X7 məhz onların məntəqəsinə gəlməsinə həvəsləndirmək üçün o, X7dən dəmirin 1 kiloqramını 20 qəpikdən götürmüşdür. Topdan satış məntəqələrində dəmirin 1 kiloqramını 25 qəpikdən təhvil verdiyinə görə ona X7dən və bəzi bir iki müştəridən dəmirin 1 kiloqramını 20 qəpikdən götürmək ona da sərf etmişdir, lakin hadisə baş verən günü işlərə nəzarət edən X9a və X5ə hər hansı şəxsdən, o cümlədən X7dən dəmirin 1 kiloqramını 20 qəpikdən götürməsini deməmiş və onlara dəmirin 1 kiloqramını 15 qəpikdən götürməsini tapşırmışdır. Beləliklə, müəyyən olunur ki, Məhkumla Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə pulun üstündə olmuş, mübahisə zamanı onlar bir-birilərin ə qarşı söyüş söymüş, birinci olaraq Zərərçəkmiş şəxs Məhkum başına dəmir parçası ilə vurmuş, sonra da Məhkum Zərərçəkmiş şəxs sinə nahiyyəsinə bıçaqla zərbə endirmişdir. Məhkum Zərərçəkmiş şəxs vurmasını ittihamda göstərildiyi kimi, heç bir əsaslı səbəb olmadan baş vermə kimi qəbul etmək mümkün deyildir. Bundan əlavə hazırki işin müəyyən edilmiş mühüm hallarından birisi də odur ki, Məhkum ona ittiham olunan əməl dövründə əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarında olmamasıdır. Belə ki, kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 9 oktyabr 2018-ci il tarixli rəyi ilə Məhkum “epilepsiya mənşəli üzvü şəxsiyyət pozuntusu” kimi xroniki psixi patologiya müəyyən edilmişdir. Ekspert komis siyası tərəfindən Məhkum müşahidə edilən epilepsiya mənşəli üzvü şəxsiyyət pozuntusu ona ittiham olunan əməl dövründə əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum edən psixi pozuntu, Məhkum barəsində CM-in 22.1-ci maddəsinin tətbiqini tələb edən əsas kimi qiymətləndirilmişdir. Rəydə təsvir edilmiş Məhkum vəziyyətini, davranışını, öz əməlinə subyektiv münasibətini əks etdirən aşağıdakı hallar xüsusilə diqqəti cəlb edir: -“İttiham olunduğu əməli barəsində soruşularkən törətdiyi hadisə haqqında həvəssiz danışır. Zərərçəkmiş şəxsin onunla kobud danışdığını, üstünə hücum etdiyini, ona zərbə vurduğunu xüsusi vurğulayaraq etdiyi əmələ bəraət qazandırmağa çalışır. Yalnız özünü müdafiə etmək və qarşı tərəfi qorxut maq məqsədilə cibindən bıçaq çıxartdığını və əsəblərini cilovlaya bilməyib onu vurduğunu açıqlayır, həmin əməli haqlı olaraq törətdiyini söyləyir. Cinayət hadisəsi barədə danışarkən əsəbiləşir, səsinin tonunu yüksəldir, ayağa qalxıb jestikulyasiya edir. Hal-hazırki psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı formal tənqidi münasibət bəslədiyi, peşmançılıq hissinin olmadığı aşkarlanır. Öz gələcək aqibətinə bir qədər laqeydliklə yanaşır.” Məhkum psixi pozuntu üzündən öz hərəkətlərinin mənasını tam dərk etməməsi və tam idarə edə bilməməsi, o cümlədən ekspert rəyində onun davranışı və əməlinə subyektiv münasibəti ilə bağlı gətirilən halların, xüsusilə də əməllərini ümumqəbuledilmiş dəyərlər – ictimai qayda və cəmiyyətin ümumi maraqları kontekstində deyil, özünə qarşı edilən səhv davranış ın cavabı, qarşılığı kimi qiymətləndirməsi fonunda məhkəmələrin Məhkum hərəkətlərində xuliqanlıq motivini müəyyən edilmiş saymaları şübhələrə yer qoymadan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145 və 146-cı maddələrinin tələblərinə əməl olunmaqla əldə edilmiş nəticə kimi qiymətləndirilə bilməz. Bu xüsusatlar (yəni, hadisənin heç bir əsaslı səbəb olmadan deyil, qarşılıqlı münasibətlər zəminində baş verməsi, zərərçəkmiş şəxsin birinci olaraq metal boru ilə təqsirləndirilən şəxsi baş nahiyyəsindən vurması, təqsirləndirilən şəxsdə “epilepsiya mənşəli üzvü şəxsiyyət pozuntusu” kimi xroniki psixi patologiya müəyyən edilməsi və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi) məhkəmə icraatında iş in mühüm əhəmiyyət kəsb edən hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməkdən ötrü ittiham aktında göstərilən sübutlarla kifayətlənməməyi tələb etsə də, məhkəmələr cinayət təqibi orqanının təqdim etdiyi sübutlarla qane olmuş, şərh olunan məsələlər üzrə də cinayət-prosessual qanunun 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmişlər. Belə ki, Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin mü əyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Baxılan işdə mühüm sübutetmə predmeti olan xuliqanlıq niyyətinin, yəni ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərilməsi, özünü ətrafdakılara qarşı qoyması sübhələrə yer qoymadan müəyyən edilmədiyi üçün Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2ci maddəsi ilə tövsif edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü cinayətprosessual qanunun 349.4 və 349.5-ci maddələrində təsbit olunmuş məhkəmə hökmünün qanuniliyi və əsaslılığı meyarlarına cavab verə n məhkəmə aktı kimi qəbul edilə bilməzdi. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası qeyd olunan nöqsanalara baxmayaraq, həmin hökmü dəyişdirmədən saxlamış, bununla da cinayət-prosessual qanunun 398, 399.1.3-cü maddələrinin tələblərindən irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Cinayət qanunvericiliyinə əsasən cinayət əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməsi üçün təqsirkar şəxs tərəfindən zərərçəkmişi xuliqanlıq niyyəti ilə qəsdən öldürmə əməli törədilməlidi r. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilmiş cinayət əməlinin tövsifini müəyyən edərkən sübutların yoxlanılmasına dair Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozmuşlar. Belə ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət qanununa görə xuliqanlıq niyyəti ilə adam öldürmə təqsirli şəxsin öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini i fadə etməklə cəmiyyətə qarşı açıqdan – açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsi həyatdan məhrumetmədə ifadə olunur. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyətilə öldürməsini təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı Məhkum Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə öldürməsini sübuta yetirə bilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin tərkibi olmadığından ona CM-in 120.2.2-ci maddəsi ilə düzgün ittiham verilməmiş, işə baxan məhkəmələr də onun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti törətməsi barədə nəticəyə gələrkən sübutların qiymətləndirilməsində səhvə yo l vermişlər. Məhkəmə kollegiyasının qənaətinə görə onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühak iməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 12 aprel 2019-cu il tarixli qərarı dəyişdirilməli, onun Azərbaycan Respublikası CM-in 120.2.2 -ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli və ona törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilsin və ona 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin. Kas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar