Məhkəmə qərarları › İş №1(102)-1311/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1311/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1311/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum1, onun müdafiəçisi-vəkil Mirzəyev Ruslan Soltanağa oğlunun, Məhkum2 və onun müd afiəçisi-vəkil Qədirov Ağabba İntiqam oğlunun iştirakları ilə, İmişli Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi-vəkil Mirzəyev Ruslan Soltanağa oğlu və Məhkum2 müdafiəçisi-vəkil Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Q.H.Hacıyev) Məhkum1 - xx.xx.1969-cu ildə İmişli rayonun Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, "xxxx" kredit itt ifaqı MMCnin idarə heyətinin sədri vəzifəsində işləyən, İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 70-c maddəsinə əsasən Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3(üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Məhkum2 - 07.01.1958-ci ildə İmişli rayonun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, "xxxx" kredit ittifanı MMC-nin baş mühasibi vəzifəsində işləyən, İmişli rayonu Qaralar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri seçilmiş Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 3(üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin halları: İmişli Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünə əsasən təqsirləndirilə n şəxs Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Beləki, o, 12 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmaqla Mərkəzi Bank tərəfindən verilmiş 20 may 2011-ci il tarixli lisenziya əsasında fəaliyyət göstərən "xxxx" Kredit İttifaqı məhdud məsuliyyətli cəmiyyətinin 17 may 2011-ci ildən İdarə heyətinin sədri vəzifəsində işləyərkən, “Kredit ittifaqları haqqında” 2 may 2000-ci il tarixli Azərbaycan Respublika sının Qanununa, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 29 aprel 2002-ci il tarixdə qeydə alınmış “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”na, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 07 noyabr 2005-ci il tarixli, 33 saylı protokolu ilə təsdiq edilməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 11 noyabr 2005-ci il tarixli razılığı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 21 noyabr 2005-ci il tarixdə qeydə alınmış “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması” Qaydalarına, "xxx x" Kredit İttifaqının nizamnaməsinə əsasən, İttifaqın fəaliyyətinə rəhbərlik etmək, cəmiyyətin işinə aid əmrlər və digər sərəncamlar vermək, cəmiyyətin mülkiyyət fondlarını idarə etmək, müxtəlif banklardan və səhmdarlardan alınmış resursların düzgün istifadəsini və vaxtında qaytarılmasını, müqavilələr üzrə öhdəliklərin tam və vaxtında yerinə yetirilməsini təmin etmək, nağd və nağdsız əməliyyatların düzgünlüyünə nəzarət etmək və bütün mədaxil və məxaric sənədlərinin düzgünlüyünə əmin olduqdan sonra onları imzası ilə təsdiq etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək İttifaqın baş mü hasibi Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarında olan ümumi cinayətkar niyyətə əsasən, rəhbərlik etdiyi ittifaqla Azərbaycan Respublikasının Sahibkarlığın İnkşafı Fondu arasında 26 noyabr 2014-cü il tarixdə Sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi üçün hissə-hissə olmaqla, cəmi 500.000 manat məbləğində güzəştli kredit ayrılması ilə əlaqədar bağlanmış müqavilə üzrə həmin Fonddan ittifaqa 2015-2016-cı illərdə cəmi 100 sahibkarlıq subyektinin hər birinin adına 5000 (beş min) manat məbləğində pul ayrılmasına, o cümlədən, həmin şəxslərdən əvvəlcədən qeyd edilən qaydada kredit almaq üçün müraciət etmiş 9 nəfərin –X26, X27, X28, X16, X17, X8, X11, X13 və X21 hər birinin adına xəbərləri olmadan, onlara müraciətlərinə baxılacağın ı bildirməklə, ittifaqın Ünvan 2 ünvanında yerləşən inzibati binasında qabaqcadan əlbir olduğu Məhkum2lə birlikdə tamah niyyətilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi həmin şəxslərin sahibkarlıq fəaliyyətinə dair saxta investiya lahiyələri tərtib etməklə onların adına sifarişi əsasında, Sahibkarlığın İnkişafı Fondunun ******* nömrəli bank hesabından Kredit ittifaqının "xxxx" ASC-nin İmişli filialında olan AZ64AİİB******************** №-li hesabına 2015-2016-cı illər ərzində hissəhissə olmaqla, ümumilikdə 500.000 manat məbləğində güzəştli kredit məbləğinin ayrılmasına və onun ayrı-ayrı sahibkarlıq subyektlərinə verilməsinə baxmayaraq, 26 noyabr 2014-cü il tarixli müqavilənin şərtlərinə görə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi və verilmiş güz əştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütamadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməli olduğu, güzəştli kredit vəsaitinin investisiya layihəsi üzrə istifadə edilməməsi halları aşkar olunduqda Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyeklərinə verilmiş güzəştli kreditləri və hesablanmış faiz borcunu sahibkarlıq subyektlərinin öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq bütövlükdə Fondun hesabına keçirməli, həmçinin sahibkarlıq subyektinin kredit ittifaqı qarşısında öhdəliyini icra edibetməməsindən asılı olmayaraq Fondun qarşında öhdəliyini vaxtında icra etməli, verilmiş kreditlərin təyinatı üzrə istifadə edilib-edilməməsini mütəmadi yoxlamalı olduğu halda həmin tələbləri qəsdən yerinə yetirməyərək, habelə həmin məb ləğdən 45.000 (qırx beş min) manat pul vəsaitinin xəbərləri olmadan X26, X27, X28, X16, X17, X8, X11, X13 və X21 hər birinin adlarına 5.000 manat pul ayrılması ilə bağlı həmin ofisdə saxta bildirişlər tərtib etməklə, guya həmin şəxslərin adlarına ayrılan pul vəsaitini almaları barədə baş mühasib Məhkum2 tərəfindən tərtib edilmiş saxta kredit sənədlərində - X18 adına olan 26 may 2015-ci il tarixli kassa məxaric orderinin “aldım” qrafasında imza sözünün qarşısındakı, X21 adına olan 19 may 2016-ci il tarixli, 226 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X6 adına olan 01 aprel 2016-cı il tarixli, 137 nömrəli kassa məxaric orderində “aldım ” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X4 adına olan 19 may 2016-cı il tarixli, 222 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X19 adına olan 15 iyul 2015-ci il tarixli, 313 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X20 adına olan 01 aprel 2016-cı il tarixli, 138 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun ad ına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X9 adına olan 21 avqust 2015-ci il tarixli, 400 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan 07 avqust 2015ci il tarixli, 461/470 nömrəli kredit müqaviləsində “sub borcalan” qrafasında X1 alt tərəfindən olan imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X10 adına olan 21 avqust 2015-ci il tarixli, 398 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan 07 avqust 2015-ci il tarixli, 461/471 nömrəli kredit müqaviləsində “sub borcalan” qrafasında X2 alt tərəfindən olan imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X3 adına olan 15 iyul 2015-ci il tarixli, 282 nömrəli kassa məxaric orderində “aldım”, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” qrafalarındakı imzalarını, guya həmin pul vəsaitlərini almalarının təsdiqi kimi özü şəxsən, əlbir olduğu Məhkum2 tərəfindən və istintaqa məlum olmayan şəraitdə imzalanmasına nail olub, tamah niyyətilə həmin rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməsi ilə qeyd edilən 9 nəfərin hər birinin adına 5.000 manat, ümumilikdə isə cəmi 45.000 (qırx beş min) manat pul vəsaitini 2015-2016-cı illər ərzində Kredit İttifaqının xəzinəsindən qanunsuz və əsassız olaraq qabaqcadan əlbir olduğu Məhkum2lə birlikdə götürməklə, onun istintaqla müəyyən edilmə yən hissəsini əməlinin qanuniliyi görüntüsü yaratmaq üçün adlarına saxta kredit sənədləşdirdiyi şəxslərin kreditləri üzrə əsas və faiz ödənişlərinin ödənilməsinə yönəldib, qalan hissəsini isə rəhbəri olduğu ittifaqın daha çox gəlir əldə etməsi məqsədilə həmin ittifaqın xəzinəsinə ittifaqın pulu kimi mədaxil edib ayrı-ayrı şəxslərə illik 36 faizlə kredit şəklində verməklə, habelə alınmış güzəştli kredit məbləğləri üzrə əsas və faiz borclarının sahibkarlıq subyektləri tərəfindən ödənilməməsi ilə ittifaqın Sahibkarlığın İnkişafı Fondu qarşısında 274290,90 (iki yüz yetmiş dörd min iki yüz doxsan manat doxsan qəpik) manat vaxtı keçmiş borcun yaranması ilə nəticələnən hərəkətləri ilə həmin Fondun əmlakının qorunması ilə əlaqədar hüquqlarına və güzəştli şərtlərlə kreditləşmə işinin pozulmasında i fadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Digər təqsirləndirilən şəxs Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 12 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmaqla Mərkəzi Bank tərəfindən verilmiş 20 may 2011-ci il tarixli lisenziya əsasında fəaliyyət göstərən "xx xx" Kredit İttifaqı məhdud məsuliyyətli cəmiyyətinin 10 fevral 2012-ci ildən baş mühasibi işləyərkən, “Kredit ittifaqları haqqında” 02 may 2000-ci il tarixli Azərbaycan Respublikasının Qanuna, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 29 aprel 2002-ci il tarixdə qeydə alınmış “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”na, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 7 noyabr 2005-ci il tarixli, 33 saylı protokolu ilə təsdiq edilməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 11 noyabr 2005-ci il tarixli razılığı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 21 noyabr 2005-ci il tarixdə qeydə alınmış “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması” Qaydalarına, Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğusuna» və "xxxx" Kredit İttifaqının nizamnaməsinə əsasən,təşkilat tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, daxil olan pul vəsaitlərinin, malmat erial qiymətlilərinin və əsas vəsaitlərin uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsul satışını, iş və xidmətlərin yerinə yetirilməsini, mühasibat işinin təşkil olunmasına, bu sahəyə bilavasitə rəhbərlik edilməsinə, uçot-hesabatın təşkilinə nəzarəti həyata keçirməsinə, kassa əməliyyatlarının mühasibat balansında düzgün əks etdirilməsinə cavabdeh vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və baş mühasibi olduğu cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək İttifaqın sədri Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarında olan ümumi cinayətkar niyyətə əsasən, ittifaqla Azərbaycan Res publikasının Sahibkarlığa Kömək Milli Fondu arasında 26 noyabr 2014-cü il tarixdə Sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi üçün hissəhissə olmaqla cəmi 500.000 manat məbləğində güzəştli kredit ayrılması ilə əlaqədar bağlanmış müqavilə üzrə həmin Fonddan ittifaqa 2015-2016-cı illərdə cəmi 100 sahibkarlıq subyektinin hər birinin adına 5000 (beş min) manat məbləğində pul ayrılmasına, o cümlədən, həmin şəxslərdən əvvəlcədən qeyd edilən qaydada kredit almaq üçün müraciət etmiş 9 nəfərin – X26, X27, X28, X16, X17, X8, X11, X13 və X21 hər birinin adına xəbərləri olmadan, onlara müraciətlərinə baxılacağını bildirməklə, ittifaqın Ünvan 2 ünvanında yerləşən inzibati binasında qabaqcadan əlbir olduğu Məhkum1lə birlikdə tamah niyyətilə bilə-bilə məzmununa yalan məluma tlar daxil etdiyi həmin şəxslərin sahibkarlıq fəaliyyətinə dair saxta investiya lahiyələri tərtib etməklə onların adına sifarişi əsasında, Sahibkarlığın İnkişafı Fondunun ******* nömrəli bank hesabından Kredit ittifaqının "xxxx" ASC-nin İmişli filialında olan AZ64AİİB******************** №-li hesabına 2015-2016-cı illər ərzində hissə-hissə olmaqla ümumilikdə 500.000 manat məbləğində güzəştli kredit məbləğinin ayrılmasına və onun ayrı-ayrı sahibkarlıq subyektlərinə verilməsinə baxmayaraq, Məhkum1lə birgə 26 noyabr 2014-cü il tarixli müqavilənin şərtlərinə görə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsi və vaxtında qaytarılmasını təmin edilməli o lduğu, güzəştli kredit vəsaitinin investisiya layihəsi üzrə istifadə edilməməsi halları aşkar olunduqda Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyeklərinə verilmiş güzəştli kreditləri və hesablanmış faiz borcunu sahibkarlıq subyektlərinin öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq bütövlükdə Fondun hesabına keçirməli, həmçinin sahibkarlıq subyektinin kredit ittifaqı qarşısında öhdəliyini icra edib-etməməsindən asılı olmayaraq Fondun qarşısında öhdəliyini vaxtında icra etməli, verilmiş kreditlərin təyinatı üzrə istifadə edilib-edilməməsini mütəmadi yoxlanılmalı olduğu halda həmin tələbləri qəsdən yerinə yetirilməməsi, habelə həmin məbləğdən 45.000 (qırx beş min) manat pul vəsaitinin xəbərləri olmadan X26, X27, X28, X16, X17, X8, X11, X13 və X21 hər birinin adlarına 5.000 manat pul ayrılması ilə bağlı həmin ofisdə saxta bildirişlər tərtib etməklə, guya həmin şəxslərin adlarına ayrılan pul vəsaitini almalarını özü tərəfindən tərtib edilmiş saxta kredit sənədlərində - X18 adına olan 26 may 2015-ci il tarixli kassa məxaric orderinin “aldım” qrafasında imza sözünün qarşısındakı X21 adına olan 19 may 2016-ci il tarixli, 226 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X6 adına olan 01aprel 2016-cı il tarixli, 137 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X 4 adına olan 19 may 2016-cı il tarixli, 222 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X19 adına olan 15 iyul 2015-ci il tarixli, 313 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X20 adına olan 01 aprel 2016-cı il tarixli, 138 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X9 adına olan 21 avqust 2015-ci il tarixli, 400 nömrəli kassa mə xaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan 07 avqust 2015ci il tarixli, 461/470 nömrəli kredit müqaviləsində “sub borcalan” qrafasında X1 alt tərəfindən olan imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X10 adına olan 21 avqust 2015-ci il tarixli, 398 nömrəli kassa məxaric orderində “aldım” qrafasında imza sözünün qarşısındakı imzanı, həmçinin onun adına olan 07 avqust 2015-ci il tarixli, 461/471 nömrəli kredit müqaviləsində “sub borcalan” qrafasında X2 alt tərəfindən olan imzanı, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” tərəfindən qrafasındakı imza sözünün üzərində olan imzanı, X3 adına olan 15 iyul 2015-ci il tarixli, 282 nömrəli kassa məxaric orde rində “aldım”, həmçinin onun adına olan ödəniş cədvəlində “borc alan” qrafalarındakı imzalarını, guya həmin pul vəsaitlərini almalarının təsdiqi kimi özü şəxsən, əlbir olduğu Məhkum1 tərəfindən və istintaqa məlum olmayan şəraitdə imzalanmasına nail olub, tamah niyyətilə həmin rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməsi ilə qeyd edilən 8 nəfərin hər birinin adına 5.000 manat, ümumilikdə isə cəmi 45.000 (qırx beş min) manat pul vəsaitini 2015-2016-cı illər ərzində Kredit İttifaqının xəzinəsindən qanunsuz və əsassız olaraq qabaqcadan əlbir olduğu Məhkum1lə birlikdə götürməklə, onun istintaqla müəyyən edilməyən hissəsini əməlinin qanuniliyi görüntüsü yaratmaq üçün adlarına saxta kredit sənədləşdirdiyi şəxslərin kreditləri üzrə əsas və faiz ödənişlərinin ödənilməsinə yönəldib, qalan hissəsini isə rəhbəri olduğu ittifaqın daha çox gəlir əldə etməsi məqsədilə həmin ittifaqın xəzinəsinə ittifaqın pulu kimi mədaxil edib ayrı-ayrı şəxslərə illik 36 faizlə kredit şəklində verməklə, habelə alınmış güzəştli kredit məbləğləri üzrə əsas və faiz borclarının sahibkarlıq subyektləri tərəfindən ödənilməməsi ilə ittifaqın Sahibkarlığın İnkişafı Fondu qarşısında 274.290,90 (iki yüz yetmiş dörd min iki yüz doxsan manat doxsan qəpik) manat vaxtı keçmiş borcun yaranması ilə nəticələnən hərəkətləri ilə həmin Fondun əmlakının qorunması ilə əlaqədar hüquqlarına və güzəştli şərtlərlə kreditləşmə işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifa də etmişdir. İmişli Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı Əli-zadə Aqil İlqar oğlu tərəfindən verilmiş apelyasiya protestinə, təqsirləndirilən şəxs Məhkum1, təqsirləndirilən şəxs Məhkum2 və zərərçəkmiş Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 28 aprel 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək və dövlət ittihamçısı tərəfindən verilmiş apellyas iya protesti qismən təmin edilərək, hökm dəyişdirilmiş, Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 aprel 2021-ci il tarixdən hesablanması və Məhkum2 Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 aprel 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Hər iki təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi-vəkil Mirzəyev Ruslan Soltanağa oğlu və Məhkum2 müdafiəçisi-vəkil Qədirov Ağabba İntiqam oğlu kassasiya şikayətləri verərək, hər iki məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini, bu mümkün olmadıqda Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən onların şərti məhkum edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Hər iki məhkum barəsində verilmiş kassa siya şikayətləri onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərin təmsil olunduğu "xxxx" MMC zərərçəkmiş şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondundan müxtəlif vaxtlarda götürdüyü kredit məbləğini özünün nizamnamə fəaliyyətinə uyğun olaraq ayrı-ayrı fiziki şəxslərə kredit vermişdir. "xxxx" MMC-dən kredit götürmüş fiziki şəxslər bağlamış olduqları kredit müqavilələrinə uyğun olaraq kredit ödənişlərini vaxtında etməmiş və nəticədə "xxxx" MMCnin zərərçəkmiş şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna borcu yaranmışdır. Bu hal məhkəmənin cinayət işi üzrə gəldiyi nəticədə nəzərə alınmamışdır. "xxxx" MMC ayrı-ayrı fiziki şəxslərə qarşı kredit borclarının ödənilməsi ilə bağlı iddia qaldırmış, iddiaların təmin olunması barədə qətnamələr qanuni qüvvəsini almı ş və icraya yönəldilmişdir. Həmin qətnamələr üzrə fonda qaytarılmalı olan gecikmiş kredit borclarının məbləği 173393,40 manat təşkil edir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə hökm qəbul etdikdən sonra təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna 25745,62 manat ödənmişdir. Qüvvədə olan məhkəmə qətnamələrinə əsasən ödəniləcək məbləğin 173393,40 manat olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna təqsirləndirilən şəxslərin borcu aşağıdakı kimi hesablanmalıdır: 208130,85-25745,62-173393,40=8991,83 manat. Əlavə olaraq kassasiya şikayətlərində göstərilmişdir ki, məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.1 1-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Hər iki məhkum barəsində verilmiş kassasiya şikayətlərində göstərilmişdir ki, təqsirləndirilən şəxslərin təmsil olunduğu "xxxx" MMC zərərçəkmiş şəxs Azərbaycan Respublikası Sahibkarlığın inkişaf fondundan müxtəlif vaxtlarda götürdüyü kredit məbləğini özünün nizamnamə fəaliyyətinə uyğun olaraq ayrı-ayrı fiziki şəxslərə kredit vermişdir. "xxxx" MMC-dən kredit götürmüş fiziki şəxslər bağlamış olduqları kredit müqavilələriinə uyğun olaraq kredit ödənişlərini vaxtında etməmiş və nəticədə "xxxx" MMC-nin zərərçəkmiş şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna borcu yaranmışdır. Bu hal məhkəmənin cinayət işi üzrə gəldiyi nəticədə nəzərə alınmamışdır. "xxxx" MMC ayrı-ayrı fiziki şəxslərə qarşı kredit borclarının ödənilməsi ilə bağlı iddia qaldırmış, iddiaların təmin olunması barədə qətnamələr qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin qətnamələr üzrə fonda qaytarılmalı olan gecikmiş kredit borclarının məbləği 173393,40 manat təşkil edir. Birinci instansiya məhkəməsi cinayət işi ü zrə hökm qəbul etdikdən sonra təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna 25745,62 manat ödənmişdir. Qüvvədə olan məhkəmə qətnamələrinə əsasən ödəniləcək məbləğin 173393,40 manat olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna təqsirləndirilən şəxslərin borcu aşağıdakı kimi hesablanmalıdır: 208130,85-25745,62-173393,40=8991,83 manat. Apellyasiya instansiyası məhkəməsi öz qərarında təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin hökmündə gəldiyi nəticəni düzgün hesab etməklə kifayətənmiş, onların barəsində verilmiş apellyasiya şikayətlərinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikasının Sahibkarlığa kömək milli fondu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında fondun vəsaitlərindən istifadə edilməsi haqqında 26 noyabr 2014-cü il tarixli müqaviləyə əsasən “tərəflərin məsuliyyəti” adlanan 6-cı fəslində göstərilmişdir ki: 6.1. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş Fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. 6.2. Tərəflər təqdim olunan hesabatların, sənədlərin, məlumatların düzgünlüyünə aparılan əməliyyatların qanunvericiliyə uyğunluğuna, həmçinin Qaydalar və bu müqavilədən irəli gələn öhdəliklərin tam şəkildə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın bir hissəsində göstərilmişdir ki, alınmış güzəştli kredit məbləğləri üzrə əsas və faiz borclarının sahibkarlıq subyektləri tərəfindən ödənilməməsi ilə Sahibkarlığın İnkişafı Fondu qarşısında 274290,90 (iki yüz yetmiş dörd min iki yüz doxsan manat doxsan qəpik) manat vaxtı keçmiş borcun yaranması ilə nəticələnən hərəkətl əri ilə həmin Fondun əmlakının qorunması ilə əlaqədar hüquqlarına və güzəştli şərtlərlə kreditləşmə işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. İttihamın bu hissəsinin məzmunundan 274290,90 manat məbləğ vaxtı keçmiş borc kimi göstərilmişdir. Vaxtı keçmiş kredit borcuna görə borcu gecikdirən şəxsə qarşı hansı sanksiyaların tətbiq edilməli olması cinayət işinin materiallarında olan Sahibkarlığa Kömək Milli Fondu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuşdur. Lakin göstərilən ittihamın məzmununda 274290,90 manat məbləğ vaxtı keçmiş borcun vaxtında ödənilmə məsi nəticəsində fonda hansı məbləğdə ağır nəticələrə səbəb olan mühüm zərər vurulduğu göstərilməmişdir. Ümumiyyətlə məhkəmə qərarlarında gecikdirilmiş kredit məbləğinin cinayət nəticəsində vurulmuş zərər kimi tanınması əsaslndırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 181.2 və 181.3-cü maddələrində bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduğu hallar və halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyan vurulduğu hallar göstərilmişdir. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın yuxarıda göstərilən hissəsində göstərilmiş ziyanın qanunda sadalanan hansı növə aid olduğu göstərilməmişdir. Təqsirləndirilən şəxslər barəsində verilmiş kassasiya şikayətlərinə əlavə edilmiş qətnamələrdən müəyyən edilmişdi r ki, həmin kredit borclarının qaytarılması məhkəmə qətnamələri ilə həll edilmişdir. Məhkəmələr göstərilən ittihamlar üzrə vurulmuş ziyan məsələsini həll edərkən həmin qətnamələrdə göstərilənlərə münasibət bildirməmişlər. Cinayət işinə baxmış məhkəmələr Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında fondun vəsaitlərindən istifadə edilməsi haqqında 26 noyabr 2014-cü il tarixli müqavilənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin fond qarşısında kredit öhdəliklərinin gecikdirilməsi nəticəsində nəzərdə tutulmuş sanksiyaların müqavilə şərtlərinə uyğun düzgün tətbiq edilibedilməməsini yoxlayıb müvafiq hüquqi qiymət verməmişlər. Kassasiya şikayətlərinə əlavə edilmiş Şirvan İnzibati-İqtisad Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməs inin surətindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Sahibkarlığa kömək milli fondu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 273588,60 manat əsas kredit, 2633,74 manat faiz və 159644,54 manat cərimə borcu olmaqla, cəmi 435896,88 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi tam həcmdə təmin edilmişdir. Eyni zamanda kassasiya şikayətinə əlavə edilmiş İmişli Rayon Məhkəməsinin qətnamələrinin surətlərindən müəyyən edilir ki, "xxxx" MMC-nin sahibkarlığın inkişafı məqsədi ilə kredit götürmüş ayrı-ayrı fiziki şəxslərə qarşı kredit müqavilələri üzrə borcun qaytarılması barədə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamələr üzrə kredit götürmüş ayrı-ayrı fiziki şəxslərdən alınıb qaytarılmalı olan kredit borcunun məbləği 173393,40 manatdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, göstərilən qətnamələrlə təmin edilmiş iddiaların hazırkı işə aidiyyəti araşdırılıb hüquqi qiymət verilmədən məhkumlara elan edilmiş 274290,90 manat vaxtı keçmiş borcun yaranması ilə nəticələnən hərəkətləri ilə həmin Fondun əmlakının qorunması ilə əlaqədar hüquqlarına və güzəştli şərtlərlə kreditləşmə işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurması nəticəsi kifayət qədər əsalandırılmamışdır. Ağır nəticələrin nədə ifadə olunması birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında konkret göstərilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmədə və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməkdə ifadə olunan pozuntulara yol verdiyindən bu əsaslarla qərar ləğv edilib cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qayd asında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya şikayətlərində hər iki məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, bu mümkün olmadıqda Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən onların şərti məhkum edilməsi xahiş edilmişdir. Məhkəmə qərarlarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki məhkumlara azadlıqdan məhrum etmə cəzaları təyin edilməklə tətbiq edilmiş şərti məhkumetmə apellyasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş və məhkumların üzərində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən cinayət işinin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan məhkumların barəsində cinayət t əqibinə bəraətverici əsaslarla xitam verilməsi və ya şərti məhkumetmənin yenidən tətbiqi barədə qərar qəbul edilməsi mümkünsüzdür. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu barədə qərarları yeni apellyasiya baxışının nəticələrindən sonra qəbul edilməlidir. Ona görə də kassasiya şikayətləri qismən təmin edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbayca n Respublikası CPM-nin 416.1.2-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayətləri qismən təmin edilməli və qərar ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum1 müdafiəçisi-vəkil Mirzəyev Ruslan Soltanağa oğlu və Məhkum2 müdafiəçisi-vəkil Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar