Məhkəmə qərarları › İş №1(102)-1311/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1311/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1311/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 1962-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonunun Quzaxlı kəndində qeydiyyatda olmaqla ünvan 3-də yaşamış, hal- hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 1(103)-1724/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(101)-1118/2022 nömrəli hökmü ilə ( hakimlər: T.Q.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və Ə.İ.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müdd ətinin 06 yanvar 2022-ci il tarixdən hesablanmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasə n Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməklə və daşıyaraq saxlamış və satmışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 2,320 qram külli miqdarda psixotrop maddə metamfetamin və xalis çəkisi 0,357 qram narkotik vasitə heroini əldə etməklə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq saxlamış və 06 yanvar 2022-ci ildə yaşadığı ünvanın yaxınlığında narkotik vasitə heroinin 0,337 qramını 20 manat pul müqabilində Şahid1 satmış və həmin tarixdə saat 17:30 radələrində, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanıl araq Bakı şəhəri ünvan 4 ünvanında yerləşən 23-cü polis bölməsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı Şahid1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı kimi həmin tarixdə saat 22:20 radələrində 23-cü polis bölməsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 4 ünvanda olan fərdi yaşayış evinə baxış keçirilərkən mənzilin yataq otağında masanın üzərindən bir ədəd bükümdə, təmiz çəkisi 2,320 qram külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 03 ədəd 02 ml həcmli şprisə doldurulmuş halda, ümumilikdə 01 ml həcmində narkotik vasitə heroinin quru maddəsinin ümumi ç əkisi 0,02 qram təşkil edən məhlul, üzərində psixotrop maddə metamfetaminin izləri olan 02 ədəd göy rəngli sellofan kəsiyi, içində narkotik vasitə heroinin izləri olan 02 ədəd sınıq ampula, 01 ədəd boruşəkilli şüşə qab və bir ədəd 2 ml həcmli boş şpris aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərk ib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CMnin 234.1-ci maddəsinə tövsif etməklə, 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlilləri ndən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiy a məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri ola raq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şə rh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyalarına görə həmin normalar (hazırki işin konteksitndə) şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2 -ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqda rına görə siyahı”ya (İ siyahıya) əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bən di). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, müdafiəçinin Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, m əhkəmələrin işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən məhkum edilmiş şəxsin özünün qismən etirafedici ifadəsinə, Şahid1 ifadəsinə (polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bölməyə aparıldığını və xidməti otaqların birində üzərinə baxış keçirilən zaman o, əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə olan bükümü təqdim edərək həmin bükümdə narkotik maddə heroin olduğunu, həmin narkotik maddə olan heroini Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Elxan adlı şəxsdən 20 manata aldı ğını bildirmiş); məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəylərinə, maddi sübutlara və onların Məhkum götürüldüyünü əks etdirən “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” 06 yanvar 2022-ci il tarixli protokola və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Odur ki, məhkəmə kollegiyası nə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktik hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkumun ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində deyil, 234.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən Məhkum cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, biri nci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 1(103)-1724/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar