Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1312/2018 15.11.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1312/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 15 noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və X2 ibarət tərkibdə; Röya Əli qızı Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunm uş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim Zeyqəm Hüseynov) xx xx 2014-cü il tarixli hökmü ilə, Məhkum, xx xx 1967-ci ildə Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Sumqayıt şəhəri 17 saylı orta məktəbdə Təlim-tərbiyə işləri üzrı direktoru vəzifəsində işləmiş, evli, məhkum olunmayan, Zəngilan rayonu, Sarallı Xəştab kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, ev1 yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2014-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Nazim Mövsümov, hakimlər Mübariz Zeynalov və Rasim İsgəndərovdan ibarət tərkibdə) dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2014-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Hafiz Nəsibov, hakimlər İlham Cəfərov və Əli Seyfəliyevdən ibarət tərkibdə) dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2014-cü tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellya siya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarı ilə (sədrlik edən hakim İlham Həsənov, hakimlər Vidadi Cəfərov (məruzəçi) və Hüseyn Nəbiyevdən ibarət tərkibdə), dövlət ittihamçısı İ.Əsədovun apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2016-cı il tarixli qərarı ilə (hakimlər sədrlik edən və məruzəçi hakim İmran Hacıqayıbov, hakimlər Gülzar Rzayeva və Fərhad Kərimovdan ibarət tərkibdə) dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasi ya baxışına qaytarılmışdır. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Fərmayıl Zeynallı, hakimlər Telman Məmmədov və Aqil Abbasovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilmiş, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2014-cü il tarixli hökmü ləğv edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının xx xx 2017-ci il tarixli hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Sumqayıt şəhər 17 saylı Orta Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyərkən, xx xx 2009-cu il tarixli «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə əsasən üzərinə pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək, uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq vəzifələrinin qoyulduğuna, xx xx 1998-ci il tarixli «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə əsasən isə uşaqların azad lıq və şəxsi toxunulmazlıq hüquqlarının olmasına, onlara qarşı qəddar rəftar, fiziki və psixi zorakılığın yolverilməzliyinin təsbit olunmasına baxmayaraq, eləcə də vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsini müəyyən edən digər normativ aktların tələblərini kobud surətdə pozmaqla, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edib xx xx 2013-cü il tarixdə saat 09 radələrində həmin günü dərsə gecikmiş məktəbin 11 sinif şagirdi - xx xx 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı Uşaq Poliklinikasında hipotrofikkardiomiopatiya diaqnozu ilə qeydiyyatda olan X4 və digər 15-20 nəfər şagirdə dərsə gecikmə hallarının qarşısını almaq məqsədi ilə qanunda qadağan olunmuş cəza tədbiri tətbiq etmək qərarına gəlmiş və bu məqsədlə çox saylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş vermiş, həmin göstərişin yerinə yetirilməsi stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olaraq yerə yıxılıb göstərilən ilkin tibbi yardıma baxmayaraq A1 «dilatsion kardiomiopatiya ilə əlaqədar dekompensasion» ürək çatışmamazlığından ölməklə ağır nəticələrə səbəb olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli hökmündən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. \ Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyaları yalnız də rslərin keçirilməsi ilə məhdudlaşdırılmır, əsasən dərsdən kənar keçirilən tədbirlərlə məktəbdə tərbiyə işinin təşkil edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş şagirdlərin ifadələrindən görünür ki, məktəbin daxili qaydalarına uyğun olaraq hər dərs günü dərsdən əvvəl keçirilən idman məşğələsi və dövlət himninin ifadə olunması ilə başlanır. Yəni idman məşğələləri hər gün dərsdən əvvəl və dərsdən kənar keçirilir. Səhər idman məşğələsinə gecikən şagirdləri tərbiyələndirmək, fiziki inkişafını yaxşılaşdırmaq məqsədi ilə məktəb proqramına daxil olan digər növ idman məşğələsi qaçışla əvəz edilməklə bu barədə göstəriş verməsi tərbiyə işləri üzrə direktor müavininin vəzifə səlahiyyətlərindən açıq-aşkar kənara çıxan, şagirdlərə qarşı qəddar rəftar, fiziki və psixi zorakılıq sayıla bilməz. İdman ayaqqabısı olmadan şagirdlərə qaçışla məşğul olmadan şagirdlərə qaçışla məşğul olmaq göstərişi verilməsi müvafiq qaydalara ziddiyyət təşkil etsə də, həmin pozuntunu baş vermiş ağır nəticələrlə səbəbli əlaqədə olmadığı üçün cinayət kimi qiymətləndirmək olmaz. Kassator qeyd etmişdir ki, cinayət işinin materiallarından görünür ki, o, 01.02.2013 tarixədək 17 nömrəli məktəbin fiziki tərbiyə müəllimi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi T, şahidlər S, R, N, R1, X, G ifadələrindən, işdə olan mərhum A1 şəxsi işindən görünür ki, A1 xəstəliyi barədə məktəbə məlumat verilməmiş, A fiziki tərbiyə dərsindən azad olunmamış, idman dərslərində qaçmışdır, həmin fənn üzrə qiymətləndirilmişdir. Bu isə sübut edir ki, Məhkum A1 xəstə olmasını bilməmiş və onun Aa qaçması barədə göstər iş verməsi səlahiyyətinin aşması kimi qəbul edilməməlidir. Mərhum A1 1-ci sinifdən 11-ci sinifədək məktəbdə oxuyan vaxtı fiziki tərbiyə fənnindən azad olunmadan idman dərsləri zamanı qaçması və qaçma ilə əlaqədar onun səhhəti ilə hər hansı bir problemin ortaya çıxmaması faktı ekspertlərin A1 ölümü və onun ölümündən əvvəl qaçışı arasında səbəbli əlaqənin olmaması barədə nəticənin düzgünlüyünü təsdiq edir. Beləliklə də, məhkəmə-tibbi ekspertizalarının rəylərində də A1 ölümünün məhz qaçışla əlaqədar baş verməsi göstərilmir, zərərçəkmişin qaçışı və onun ölümünün arasında birbaşa səbəbli əlaqəsi müəyyən olunmamışdır. Kassator yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyasından barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 12.09.2017-ci il tarixli hökmünün ləğv edilərək, onun barəsində bə raət hökmü çıxarılmasınıxahiş etmişdir. AzərbaycanRespublikasıAliMəhkəməsininCinayət Kollegiyasıcinayətişininmateriallarınıaraşdırıbkassasiyaşikayətinin dəlillərinimüzakirəedərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Ceyhun Əliyevin çıxışını dinləyərək beləhesabedirki, aşağıdakıəsaslaragörəkassasiyaşikayəti təminedilməməli və Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildir. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində qanunsuz və əsassız hökm çıxarıldığını, heç bir cinayət əməli törətmədiyini, təqsirinin sübuta yetirilmədiyni vurğulayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli hökmünün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və bu tələbl ərini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinə uyğun olaraq sübutları tədqiq etmədikdə) və 416.0.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.6-cı maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məh kəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək ilk növbədə qeyd edir ki, bu iş üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarı iki dəfə kassasiya protestinə əsasən ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmü ilə işin müəyyən edilmiş hallarına əsasən, Məhkum Sumqayıt şəhər 17 saylı Orta Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyərkən, xx xx 2009-cu il tarixli «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə əsasən üzərinə pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək, uşaq və gən cləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq vəzifələrinin qoyulduğuna, xx xx 1998-ci il tarixli «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə əsasən isə uşaqların azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının olmasına, onlara qarşı qəddar rəftar, fiziki və psixi zorakılığın yolverilməzliyinin təsbit olunmasına baxmayaraq, eləcə də vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsini müəyyən edən digər normativ aktların tələblərini kobud surətdə pozmaqla, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edib xx xx 2013-cü il tarixdə saat 09 radələrində həmin günü dərsə ge cikmiş məktəbin 11 sinif şagirdi - xx xx 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı Uşaq Poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olan X4 və digər 15-20 nəfər şagirdə dərsə gecikmə hallarının qarşısını almaq məqsədi ilə qanunda qadağan olunmuş cəza tədbiri tətbiq etmək qərarına gəlmiş və bu məqsədlə çox saylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş vermiş, həmin göstərişin yerinə yetirilməsi stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olaraq yerə yıxılıb göstərilən ilkin tibbi yardıma baxmayaraq A1 «dilatsion kardiomiopatiya ilə əlaqədar dekompensasion» ürək çatışmamazlığından ölməklə ağır nəticələrə səbəb olmuşdur. Kassatorun əsas dəlili ondan ibarətdir ki, onun əməlində təqsirli bilindiyi Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsinin tərkibinin iki əsas əlaməti – cinayətin obyektiv və subyektiv cəhəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsinin ağır nəticələrə səbəb olması cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 309-cu maddəsində nəzərdə tutulmuş cinayət birbaşa və ya dolayı qəsdlə edilə bilər. Təqsirkar vəzifə səlahiyyətlərini aşdığını dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuracağını qabaqcadan görür və bu hərəkətləri törətməyi arzu edir və ya nəti cələrin baş verməsinə şüurlu surətdə yol verir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından da göründüyü kimi Məhkum Sumqayıt şəhər 17 saylı Orta Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyərkən 15-20 nəfər şagirdə dərsə gecikmə hallarının qarşısını almaq məqsədi ilə cəza tədbiri kimi məktəbin stadionunda qaçmaq barədə göstəriş vermiş və nəticədə şagirdlərdən biri - X5 təngnəfəs olaraq yerə yıxılmış və göstərilən ilkin tibbi yardıma baxmayaraq o, «dilatsion kardiomiopatiya ilə əlaqədar dekompensasion» ürək çatışmamazlığından ölmüşdür. Məhkum apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 2001-ci ildən Sumqayıt şəhəri 17 saylı orta məktəbdə fiziki tərbiyə fənni ü zrə müəllim, 01.02.2013-cü ildən isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə təşkilatçı direktor müavini vəzifəsində işləmiş, əsas vəzifəsi şagirdlərin dərsə davamiyyətinə, məktəbli formasına, nizam-intizama riayət edilməsinə nəzarət etmək, gənclərin adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi hazırlığına, fiziki inkişafına rəhbərlik etməkdən ibarət olmuşdur. xx xx2013-cü il tarixdə dərsin başlanmasına 20 dəqiqə qalmış şagirdlər səhər idmanı etdilər, idman hərəkətlərindən sonra bütün şagirdlər dövlət himnini oxudular, daxili nizam-intizama əsasən himn oxunan zaman cərgəyə gecikən şagirdlərə himn ərəfəsində dərhal cərgəyə keçməyə icazə verilmirdi, himn oxunan zaman gecikən şagirdlər qrup halında cərgənin arxasında dayanıb himnin qurtarmasını gözləyirdilər. O, bəzən ge cikən şagirdlərin qeydiyyatım aparıb gecikmə hallarının qarşısını almaq üçün sinif rəhbərlərinin məsuliyyətini artırmaq üçün onlara xəbərdarlıq etmiş və zərurət yarandıqda isə gecikən şagirdlərin valideynlərini məktəbə dəvət edib bu barədə profilaktik söhbətlər aparmışdır, lakin bu növ tədbirlərin keçirilməsi uşaqların dərsə davamiyyətinə heç bir müsbət təsiri olmadığından həmin günü dərsə gecikən şagirdləri nizam-intizama dəvət etmək üçün, bir daha gecikmələrinin qarşısını almaq üçün, onları maarifləndirmək və nəhayət onların intizamlı şagird kimi yetişmələri məqsədi ilə həmin günü dərsə gecikən 15-20 nəfər şagirdi məktəbin arxasına idman zalının önündəki stadiona dəvət edib qızlara asta yerişlə getməyi, oğlanlara isə asta qaçışla qaçmağı tapşırmışdır. Həmin vaxt dərsə gecikənlərin sırası nda mərhum A2 da var idi. A2 təxminən yarım dövrə vurduqdan sonra ona yaxınlaşıb özünü narahat hiss etdiyini deyəndə A2a kənarda durmasına icazə vermişdir. 1-2 dəqiqədən sonra qəfildən A2 huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt yanında olan R müəllimlə köməkləşib A2ı yerdən qaldırıb idman zalının qarşısında yerdə uzandırıb ağzını açaraq sudurğa keçirməsi ehtimalına qarşı dilinin qatlanıbqatlanmamasını yoxlamışdır. 5-10 dəqiqədən sonra Sumqayıt şəhər TTYX-nın həkim briqadası gəlib A2ı müayinə etdikdən sonra onun artıq öldüyünü bildirmişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn A2ın anasından eşitmişdir ki. A2ın ürəyi xəstə olub, xəstəliyi ilə əlaqədar müalicə alıb, hadisə olan günü də dərsə gəlməmişdən qabaq dərman içmişdir. Qaçma əmrini verərkən onun niyyəti şagirdləri cəzalandı rmaq olmamışdır. Bunu sadə və təcrübədə formalaşmış tərbiyəvi tədbir kimi hesab etmişdir. Məhkum apellyasiya instansiyası məhkəməsində dindirilərkən ifadəsində göstərmişdir ki, o, 2001 -ci ildən Sumqayıt şəhəri 17 saylı orta məktəbdə fiziki tərbiyə fənni üzrə müəllim, 01.02.2013cü ildən isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə təşkilatçı direktor müavini vəzifəsində işləmiş, əsas vəzifəsi şagirdlərin dərsə davamiyyətinə, məktəbli formasına, nizam-intizama riayət edilməsinə nəzarət etmək, gənclərin adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi hazırlığına, fiziki inkişafına rəhbərlik etməkdən ibarət olmuşdur. xx xx 2013-cü il tarixdə dərsin başlanmasına 20 dəqiqə qalmış şagirdlər səhər idmanı etdilər, idman hərəkətlərindən sonra bütün şagirdlər dövlət himnini oxudula r, daxili nizam-intizama əsasən himn oxunan zaman cərgəyə gecikən şagirdlərə himn ərəfəsində dərhal cərgəyə keçməyə icazə verilmirdi, himn oxunan zaman gecikən şagirdlər qrup halında cərgənin arxasında dayanıb himnin qurtarmasını gözləyirdilər. O, bəzən gecikən şagirdlərin qeydiyyatım aparıb gecikmə hallarının qarşısını almaq üçün sinif rəhbərlərinin məsuliyyətini artırmaq üçün onlara xəbərdarlıq etmiş və zərurət yarandıqda isə gecikən şagirdlərin valideynlərini məktəbə dəvət edib bu barədə profilaktik söhbətlər aparmışdır, lakin bu növ tədbirlərin keçirilməsi uşaqların dərsə davamiyyətinə heç bir müsbət təsiri olmadığından həmin günü dərsə gecikən şagirdləri nizam-intizama dəvət etmək üçün, bir daha gecikmələrinin qarşısını almaq üçün, onları maarifləndirmək və nəhayət onların intizamlı şagird kimi yetişmələri məqsədi ilə həmin günü dərsə gecikən 15-20 nəfər şagirdi məktəbin arxasına idman zalının önündəki stadiona dəvət edib qızlara asta yerişlə getməyi, oğlanlara isə asla qaçışla qaçmağı tapşırmışdır. Həmin vaxt dərsə gecikənlərin sırasında mərhum A2da var idi. A2 təxminən yarım dövrə vurduqdan sonra ona yaxınlaşıb özünü narahat hiss etdiyini deyəndə A2a kənarda durmasına icazə vermişdir. 1-2 dəqiqədən sonra qəfildən A2 huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt yanında olan R müəllimlə köməkləşib A2ı yerdən qaldırıb idman zalının qarşısında verdə uzandırıb ağzını açaraq sudurğa keçirməsi ehtimalına qarşı dilinin qatlanıb-qatlanmamasını yoxlamışdır. 5-10 dəqiqədən sonra Sumqayıt şəhər TTYX-nın həkim briqadası gəlib A2ı müayinə etdikdən sonra onun artıq öldüyünü bildirm işlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn A2ın anasından eşitmişdir ki, A2ın ürəyi xəstə olub, xəstəliyi ilə əlaqədar müalicə alıb, hadisə olan günü də dərsə gəlməmişdən qabaq dərman içmişdir. Qaçma əmrini verərkən onun niyyəti şagirdləri cəzalandırmaq olmamışdır. Bunu sadə və təcrübədə formalaşmış tərbiyəvi tədbir kimi hesab etmişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavininin dərsə gecikən şagirdlərə belə cəza vermək səlahiyyəti olmuşdurmu? Çünki, şagirdləri öz iradələri əleyhinə səhər-səhər məktəb stadionunda qaçmağa məcbur etməkdə Məhkum məqsədi onları mükafatlandırmaq olmamışdır. Bu fiziki zorakılıqla müşayiət edilən cəzadır. Belə ki, 19.06.2009-cu il tarixli "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə əsasən, onun üzərinə pedaqoji eti ka və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək, uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq vəzifələri qoyulmuşdur. Kollegiya qeyd edir ki, 19.05.1998-ci il tarixli “Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə əsasən, uşaqların azadlıq və şəxsi toxunulmazlıq hüquqları olduğu, onlara qarşı fiziki və psixi zorakılıq yolverilməzdir. Bundan əlavə, iş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsini müəyyən edən digər normativ aktların tələblərin i kobud surətdə pozaraq, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt şəhər Təhsil şöbəsinin 18.06.2013cü il tarixli, 391 saylı məktubundan görünür ki, "Uşaq hüquqları Konvensiyasında, “Uşaq hüquqları haqqında“ Azərbaycan Respublikasının Qanununda, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə və təhsillə bağlı digər sənədlərdə şagirdlərin dərsə gecikən zaman onlara hansısa cəza tədbirinin tətbiq edilməsi barədə heç bir maddə öz əksini tapmamışdır. Əgər şagird daxili nizam-intizam qaydalarını pozarsa, dərsə, səhər gimnastikasına gecikərsə, ona xəbərdarlıq edilməli, tərbiyəvi söhbət aparılmalı, valideynləri ilə birlikdə məsələnin müsbət həllinə nail olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, həmin gün, yəni 13.05.2013-cü il tarixdə, saat 09 radələrində dərslərə gecikmiş şagirdləri “tərbiyə etmək” məqsədi ilə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Məhkum xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb, qanunda qadağan olunmuş cəza tədbiri tətbiq etmək qərarına gələrək, çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş vermiş və bunun nəticəsində A2əziyyət çəkdiyi xəstəlikdən vəfat etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əvvəllər ixtisası üzrə bədən tərbiyəsi müəllimi işləmiş Məhkum bilirdi ki, səhər vaxtlarında səhər yeməyindən sonra qaçış üçün nəzərdə tutulmayan ayaqqabı və geyimdə qaçmaq sağlam orqanizmdə də böyük gərginlik yaratmaqla ağır nəticələrə və ya fəsadla ra səbəb ola bilər. Buna baxmayaraq, Məhkum vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərə yol verərək, cəza tədbiri kimi dərsdən kənar, digər dərslərin əvəzinə şagirdlərə qaçmaq barədə qanunsuz göstəriş vermişdir. Həmçinin o fakt da qeyd edilməlidir ki, Məhkum məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Deməli, o, bütün məktəbdə oxuyan şagirdlərin təlim-tərbiyəsi üçün məsuliyyət daşıyan şəxs olmuşdur. Məktəbin hər bir insanın təhsilində, bir şəxsiyyət kimi formalaşmasında, həyata baxışının və gələcəyinin müəyyən edilməsində necə mühüm və əhəmiyyətli rol oynamasını geniş qeyd etməyə lüzum yoxdur. 11-ci sinif şagirdləri isə orta məktəbin son sinfində olduqları və artıq uşaq olmadıqları üçün onlara mün asibət də xüsusi olmalı, hər bir şagirdə fərdi yanaşılmalı və şagirdlərin dərsə gecikməməsi üçün onlarla tərbiyəvi söhbət aparılmalı idi. Ona görə ki, Müəllim şagirdlərə təkcə elm öyrətmir, həm də onları həyata hazırlayır, valideyndən az olmayaraq tərbiyə verir. O, həm də Pedaqoqdur. Belə hallarda məcburiyyət tətbiq etmə heç də 11-ci sinif şagirdlərinin şüurunda müsbət reaksiyaya səbəb olmur. Əksinə, 16-17 yaşlı gənclər özlərini alçalmış hiss edir və şüurlarında gələcəkdə müəllim, həmçinin valideyn olduqlarında şagirdlərlə və öz övladları ilə tərbiyəvi söhbətlər aparmaq deyil, daha çox məcburiyyət tətbiq edilməsi instinkti həkk olunur. Məhkum də təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışdığından onun borcu idi ki, hərəkətlərinin şagirdlərin tərbiyəsinə və onların sağlamlı qlarına təsir dərəcəsini düşünsün. Lakin görünən odur ki, təlim-tərbiyə işləri üzrə direktor müavini şagirdlərə “tərbiyə vermək” üçün “özünəməxsus metod”dan istifadə etməyə üstünlük vermişdir. Bunlarla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Sumqayıt Şəhər Təcili və X3 stansiyasının 16.05.2013-cü il tarixli 600 saylı məktubundan görünür ki, 13.05.2013cü il tarixdə "Qıcolma" səbəbi ilə çağırışa gələn tibbi yardım briqadası məktəbin həyətində A.İlyasovun artıq ölməsini müəyyən etmişdir. Bundan əlavə həmin məktubda qeyd edilmişdir ki. "ətrafdakıların deməsinə görə, mərhum ürək xəstəsi olub, bu gün stadionda qaçan zaman qəflətən yıxılıb keçinmişdir”. İşdə olan məhkəmə-tibb ekspertizasının 13.06.2013-cü il tarixli, 97 saylı rəyindən göründüyü kimi, mərhum A.İlyasovun meyitinin üzəri ndə sol almacıq nahiyyəsinin sıyrıqları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər küt əşya təsirindən törənmiş, öz boyu hündürlüyündən yıxılması zamanı törənməsi inkar olunmur, ölümlə əlaqəsi yoxdur, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aiddir. Mərhumun ölümünə səbəb dilatasion kardiomiopatiya ilə əlaqədar dekompansesion ürək çatışmamazlığı olmuşdur. Mərhumun ölümündən az əvvəl qaçışı onun ölümü ilə əlaqəli deyil. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının T 175/2013 saylı, 02.08.2013-cü il tarixli rəyindən görünür ki, X6 ölümünə səbəb dilatasiyon kardiomiopatiya nəticəsində yaranmış ürək-damar çatışmamazlığı olmuşdur ki, bu da meyitdən götürülmüş biomaterialın məhkəməhistoloji tədqiqatının nəticələri ilə təsdiq edilir (daxili üzvlərdəxroniki venoz durğunluq, ka rdiomiositlərin distrofık, hipertrofik dəyişiklikləri, miokardda sklerotik dəyişikliklər). X6 meyitinin müayinəsi zamanı sol almacıq nahiyyəsində iki ədəd sıyrıq müəyyən edilmişdir ki, bunlar küt yaranma mexanizminə malikdirlər, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir və istər bu xəsarətlər, istərsə də onun ölümündən əvvəl qaçışı arasında birbaşa deyil, dolayı səbəbli əlaqə vardır. Belə ki, xroniki ürək xəstələrində istənilən fiziki gərginlik onun fəaliyyətinin pozulmasına və ölümə səbəb ola bilərdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, o cümlədən Məhkum ibtidai istintaq zamanı və birinci və apellyasiya instansiya məhkəmələrində verdiyi if adələri ilə, ekspert rəyi ilə, iş üzrə şahidlərin ibtidai istintaq, birinci instansiya və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında verdikləri ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeydedirki, cinayət işinin materiallarından və apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmənin hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Bundan başqa kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnsan Hüquqlarının və Əsas A2lıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar CPM-in 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun qeyd edilən maddələrlə təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və apellyasiya məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsindəki istinad etdiyi sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri tuta rlı bir fakta və ya təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir, onların əsassız olması qənaətinə gəlir və belə nəticəyə gəlir ki, Məhkum törətdiyi cinayət əməli cinayət işinin materiallarındakı araşdırılıb qiymət verilmiş sübutlarla təsdiq edilmişdir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə heç bir əsas yoxdur. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli hökmündən məhkum Məhkum verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən hökm ün isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A AL D İ: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İnqilab Nəsirov İlqar Qılıcov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1(102)-1312/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1312/2018
15.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver