Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1312/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X12, Məhkum1, müdafiəçiləri X31, X16, Məhkum2 və müdafiəçisi X13 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.11, 177.2.2, 177.2.3 və 181.3.3-cü maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X32 (sədrlik edən), X28 və X17 ibarət tərkibdə) 11 sentyabr 2020-ci il tarixli hökmü ilə 21 may 1988-ci ildə Rusiya Federasiyası, Omsk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, iş üzrə 15 sentyabr 2019-cu il tarixdən həbsdə saxlanılan, ünvan 1 ünvanda yaşamış Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 177.2.2, 177.2.3 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, ona CM-nin 120.2.1 və 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 5 (beş ) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının 15 sentyabr 2019-cu il tarixdən hesablanması, Məhkum1 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması. xx xxxxxx 1969-cu ildə Lənkəran rayonunun Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, iş üzrə 15 sentyabr 2019cu il tarixdən həbsdə saxlanılan, ünvan 1 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə t utulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, ona CM-nin 120.2.1 və 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının 15 sentyabr 2019-cu il tarixdən hesablanması, Məhkum2 CM-nin 93.1.2- ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin X4 CM-nin 120.2.1, 120.2.11, 177.2.1, 177.2.3, 177.2.4 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: X39 (sədrlik edən və məruzəçi), X40 və X5 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum1, məhkum edilmiş şəxs Məhkum2, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi X25 və zərərçəkmiş şəxsin hüquqi varisi X33 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli hökmü dəyiş dirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum1 CM-nin 120.2.1, 120.2.11, 177.2.2, 177.2.3 və 181.3.3-cü, Məhkum2 CM-nin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, məhkum olunmuşlar ona görə ki, Məhkum1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin iyul ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə, saat 14 radələrində X11 yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək açıq qapıdan qanunsuz daxil olub evin dəhliz formalı giriş otağında çarpayının üzərində açıq şəkildə qoyulmuş Gülzar Xaya məxsus 150 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Məhk um1 təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 iyul 2019-cu il tarixdə, saat 11 radələrində X11 yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək açıq qapıdan qanunsuz daxil olub evin dəhliz formalı giriş otağında divardan asılmış vəziyyətdə olan əl çantasının içərisindən Gülzar Xaya məxsus dəyəri 3 manat olan pulqabını və pul qabının içərisində olan 415 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 418 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Lənkəran rayonu Liman şəhərində sakinləri, aralarında yaxın münasibətlər olan Məhkum1, X4 və Məhkum2 2019-cu ilin sentyabr ayının əvvəllərində Məhkum2 dayısı X18 onkoloji xəstəliyi ilə əlaqədar müalicəsi üçün topladığı və evində saxladığı 1.800 manat pulu nu quldurluq yolu ilə ələ keçirmək barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13.09.2019-cu il tarixdə, saat 22 radələrində X29 rayonu, Liman şəhəri, R.Rza küçəsi ev 127 ünvanında yerləşən evinə getmiş, özləri ilə gətirdikləri narkotik vasitəni hər üçü, eyni zamanda Z1 Z1 qəbul edərək sonuncunun narkotik maddənin təsiri altında divanda uzanmasından istifadə etməklə hər üçü birlikdə silah qismində istifadə edilən əşyalar tədbiq etməklə hücuma məruz qalmış Z1 Yusibova həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Məhkum2 evin giriş otağının sol küncündə, divara söykənmiş vəziyyətdə olan, uzunluğu 102,9 sm, eni 3,5 sm, qalınlığı 2,3 sm ölçülərdə, Z1 Z1un işığı söndürmək üçün istifadə etdiyi taxta parçasını götürüb silah qismində istifadə etm əklə qəsdən öldürmək məqsədi ilə Z1 Z1un baş nahiyəsinə bir neçə dəfə ardıcıl zərbələr vurması nəticəsində Z1 Z1 dizləri üstə döşəməyə çökmüş, X43 Z1un müqavimət göstərdiyini görüb Məhkum2 işarəsi ilə yaxınlaşaraq öz növbəsində Z1 Z1un qollarından tutub müqavimətini qırmış, Məhkum2 öz hərəkətlərini davam etdirib yumruqla zərbələr endirməklə Z1 Z1a sağlamlığa dərəcəsi təyin edilməyən təpə, alın, sol qaş, sol said, sağ dirsək oynağı, hər iki diz qapaqları nahiyələrində sıyrıqlar, sağ alt göz qapağı, sağ ord və boyun nahiyələrində qançırlar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol V qabırğanın sınığı, alın, burun nahiyələrində əzilmiş yaralar və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid burun sümüyünün açıq yerini dəyişən qəlpəli sınıqları xəsarətləri yetirmiş, Məhkum1 isə həmin vaxt öz növbəsində Z1 Z1un belində olan şərfi açaraq sonuncunun boğazına dolayaraq və şərfin digər hissəsini ağız boşluğuna yerləşdirməklə nəticədə mexaniki asfiksiya baş verməklə boğub həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə Z1 Z1u sağlamlığına ağır zərər vurmaqla quldurluqla əlaqədar qəsdən birgə öldürüb həyatdan məhrum etmiş, sonra isə hər üçü əməllərini davam etdirərək Z1 Z1a məxsus 15 manat dəyərində «Nokia» markalı mobil telefon aparatını masanın üzərindən və 1.800 manat nağd pulunu şalvarının arxa cibindən götürməklə özgənin əmlakını, Vüsalə Mirzəyeva və Məhkum1 təkrar olmaqla, quldurluq yolu ilə birgə ələ keçirmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Məhkum1 kassasiya şikayətində ona qarşı əsassız ittihamın irəli sürüldüyü, heç bir cinayət əməli törətmədiyi təqdirdə barəsində qanunsuz, saxta ittiham hökmü çıxarıldığını qeyd etmiş və bildirmişdir ki, apellyasiya məhkəməsi cinayət işi üzrə sübutları araşdırmadan, işin faktiki hallarına düzgün qiymət vermədən həmin hökmü dəyişdirmədən saxlamaqla qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Məhkum qeyd olunan cinayət hadisəsini törətmədiyini vurğulayaraq barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətində ibtidai istintaq orqanı tərəfindən əsassız yerə ittiham olduğunu bildirərək, heç bir cinay ət törətmədiyini, ibtidai istintaq dövründə ağır işgəncələrə məruz qaldıqdan sonra əvvəlcədən tərtib olunmuş hazır izahata imza etməyə məcbur qaldığını vurğulamışdır. Məhkum kasasiya şikayətində bildirmişdir ki, qeyd olunan cinayət hadisəsi ilə heç bir əlaqəsi olmamış, onun təqsirli olmasını sübut edən heç bir əsaslı sübut yoxdur. İbtidai istintaq orqanı digər məhkum X1 əsassız və yalan ifadələrini əsas götürərək onun barəsində qanunsuz, heç bir əsası olmayan ittiham irəli sürmüşdür. Məhkum həmçinin bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən nə telefon danışıqları, nə də hadisə yerinə yaxın olan market və gözəllik salonuna aid təhlükəsizlik kameralarından video görüntülər götürülməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan yalan və əsassız dəlillərə əsaslanaraq, işin halla rını araşdırmadan. Sübutlar arasında olan ziddiyyətlərə fikir vermədən, qanunsuz və ədalətsiz qərar qəbul edərək qeyd olunan cinayətlərin törədilməsində onu təqsirli bilmişdir. Apellyasiya instansiya məhkəməsi isə ibtidai istintaq orqanın əsassız ittihamına və birinci instansiya məhkəməsinin qanunsuz hökmünə əsaslanaraq, heç bir araşdırma aparmadan həmin hökmü qüvvədə saxlamaqla Prosessual qanunvericiliyin tələblərinə riayət etmədən qanuna zidd qərar qəbul etmişdir. Məhkum2 qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayə tlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilə n normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlə rinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahiz ələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumların təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndiril miş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, təqsirləndirilən şəxs X4, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X33, zərərçəkmiş şəxslər X26, X6, şahidlər X2, X8, X7, X14, X19, X20, X15 və X3 ifadələri, hadisə yerinə baxış, axtarış və götürmə istintaq hərəkəti protokolları, məhkəmə-tibbi, məhkəmə-tibbi-bioloji, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyləri və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, Vüsalə Mirzəyevanın ibtidai istintaqda özünü elan olunmuş ittihamda təqsirli bilərək verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmi şdir ki, “hadisədən əvvəl M2 ona və M1ə Z1da özünün müalicəsi üçün 1.800 manat pul olduğunu, bildirərərək həmin pulu Z1ı döyüb huşunu itirdikdən sonra götürərək öz aralarında üç yerə bölmələrini təklif etmişdir. Onlar M2nin təklifi ilə razılaşmışlar. 13.09.2019-cu il tarixdə, saat 11 radələrində M2 41-lə bitən «sim» nömrə ilə ona zəng edərək axşam saatlarında dayısı Z1gildə görüşəcəklərini demişdir. O, həmin gün, saat 22 radələrində Z1ın yaşadığı evə getmiş, həmin vaxt Z1dan başqa M2 və M1ə də evdə olmuşlar. Z1 evin girişindəki dəhlizdə çarpayının yanındakı divanda oturmuş və yemək yemişdir. M1 stolda, M2 isə dayısı ilə üzbəüz giriş qapısının qarşısındakı divanda əyləşmiş, o da, gedib dayının yanında əyləşmişdir. M2 mətbəxə keçib yemək gətirmiş və M1lə M2 həmin yeməkdən yemişlər. M2, Z1 və M1 narkotik vasitə olan heroini inyeksiya yolu ilə, o isə zərfdə qızdırıb tüstüsünü qəbul etmişdir. Birdən Z1ın bədəninə üşütmə düşmüş və o, divanda uzanmış, M2 Z1ın üzərini yorğanla örtmüşdür. M2 Z1ın ayaqlarını suya qoymaqdan ötrü mətbəxə gedib suyu qızdırmağı ona tapşırmışdır. O, mətbəxə keçərkən M2nin M1 ilə birlikdə yataq otağına keçib hər ikisinin narıncı rəngli əlcəklə otaqdan çıxdıqlarını görmüşdür. Həmin vaxt M2nin əlində bir ədəd reyka olmuşdur. M2 həmin reyka ilə Z1ın başına 3-4 dəfə zərbə endirmiş və sonuncu zərbədən ayağa qalxmışdır. Reyka 3-4 yerə bölünmüşdür. Z1 dizi üstə yerə çökmüş və qaçmağa çalışmış, həmin vaxt M1 Z1ın ayaqlarından yapışaraq evin giriş qapısına tərəf sürümüş, M2 isə kürəyindən tutaraq Z1a qalxmağa imkan verməmişdir. M2 ona Z1ın qolundan tutmasını demişd ir. O da Z1ın qollarını tutmuşdur. M2 həmin vaxt yumruqla Z1ın sifət və baş nahiyəsinə zərbələr endirmişdir. M2 M1ə demişdir ki, Z1ın belində olan qara rəngli şərfi açıb Z1ın boğazına bağlasın. M1 şərfi götürüb Z1ın boğazına bağlayıb bərkdən sıxmış və qalan hissəsini isə Z1 qışqırdığı üçün sonuncunun ağzına salmışdır. M2 Z1ın nəbzini yoxladıqdan sonra sonuncunun öldüyünə əmin olmuşlar. O, stolun üstündə olan Z1a məxsus qara rəngli “Nokia” markalı mobil telefonu götürüb evdən çıxmış, M1 ilə M2 isə Z1ın evində qalmışlar...” Bundan başqa, iş materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxs Məhkum2 ibtidai istintaqda özünü elan olunmuş ittihamda təqsirli bilərək verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, “hadisədən az əvvəl M1gildə olarkən M1ə təklif etmişdir ki, dayısı Z1ın 800 manat pulunu gedib sonuncunu döyüb huşsuz vəziyyətə gətirəndən sonra götürsünlər. M1 də onunla razılaşmış, o da, yoldan keçən birindən telefonu alıb Vüsaləni yığmış və dayısıgilə çağırmışdır. Telefonda Vüsaləyə demişdir ki, dayısının 800 manata yaxın pulu var, gedib onu götürüb aralarında bölüşdürsünlər. O və M1 dayısıgildə narkotik vasitəni hazırlayarkən Vüsalə də, gəlib ora çıxmışdır. Vüsalə, o, M1 və dayısı narkotik vasitə qəbul etmişlər. M1 ilə dayısıgildə olanda dayısı evdə səs-küy saldıqlarını bildirərək onu təhqir etməyə başlamışdır. Z1 ona həbsdə olanda onun arvadı ilə başqalarının gəzdiklərini demişdir. O da öz növbəsində dayısına həbsdə olanda nə üçün onun arvadına nəzarət etmədiyini demişdir. O, Z1ın oturduğu kresloya yaxınlaşıb Z1ı itələmiş, həmin vaxt son uncunun başı kresloların arasındakı mizə dəymişdir. Sonra pəncərənin yanında olan reykanı götürüb iki dəfə dayısının baş nahiyəsinə zərbə vurmuşdur. Dayısı dizi üstə yerə yıxılaraq qaçmağa çalışmış, həmin vaxt Vüsalə gəlib Z1ın qollarından yapışmış, M1 də pəncərənin qırağından şərfi götürüb, Z1ın boğazına bağlayıb sıxdıqdan sonra qalan hissəsini onun ağzına salmışdır. O, Z1ın nəbzini yoxladıqdan sonra onun öldüyünə əmin olmuşdur. Z1 öldükdən sonra onun arxa cibində olan pulu götürmüşdür. Vüsalə dayısının telefonunu götürüb evdən çıxmışdır. Dayısının telefonu qara rəngli, «Nokia» markalı olmuşdur. Həmin vaxt pulu saymamış, amma əli ilə toxunanda təxminən 800 manat pulun olduğunu bilmişdir. Əvvəlcədən aralarında razılaşmışlar ki, pulu üç yerə bölüşdürsünlər. Qalan pulu həyətlərindəki otluqda otların altında gizlətmişdir. Həmin puldan Vüsaləyə və M1ə verməmişdir. Dayısını öldürməklə bağlı hər hansı planı olmamış, lakin əvvəlcədən M1 və Vüsalə ilə razlaşmışdır ki, dayısının evinə gedib onu döyüb huşsuz vəziyyətə gətirəndən sora pulunu götürüb aralarında bölsünlər...” İş materiallarında olan, təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaqda verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, “Z1 Z1un 1.500 manat məbləğində pulunun olmasını o, Vüsalə və M2 bilmişlər. Belə ki, onlar həmin məbləğdə pulu əvvəllər Z1 Z1 cibindən çıxararkən görmüşlər. Daha sonra həmin puldan Z1 Z1 300 manat pul xərcləmiş, xərclədiyi puldan 150 manat Vüsaləyə borca vermiş, qalan 150 manatı isə yemək və dərmanlarına sərf etmişdir. 13.09.2019-cu il tarixdə, saat 19 radələrində M2 onu e vdən səsləyərək çağırmış və ona dayısıgilə, yəni Z1 Z1un evinə getməyi təklif etmiş, ona demişdir ki, Z1 Z1un evində qabları yuyar, o isə Z1 Z1un iynəsini vurar. M2 ilə razılaşmış və birlikdə Z1 Z1un evinə getmişlər. Evə girəndə M2 ona qapını açıq saxlamasını, adam gələcəyini demiş, lakin kimin gələcəyini bildirməmişdir. O da, evin həyətinə giriş qapısını açıq saxlamışdır. Bir müddət sonra Z1 Z1un evində sonuncunun istifadə etdiyi iynə şəklində olan “trammadol” dərmanını Z1ın yanına vurmuşdur. Sonra oturub birlikdə çay içmiş, saat 20 radələrində Vüsalə həmin evə gəlmiş və stol arxasında oturmuşdur. Həmin vaxt o, stol arxasında oturub yemək yemiş, onun sağ və sol tərəfində Vüsalə və M2 oturmuş, Z1 Z1 isə həmin otaqda divanda uzanmışdır. X37 pul istəmiş, ümumiyyətlə pul barədə söhbət getmiş, bundan başqa, X38 arvadının və nənəsinin əxlaqsız olduğunu demiş, həmin vaxt M2 dərhal ayağa qalxıb divanın yan tərəfində döşəmədə olan taxta parçasını əlinə götürmüş və taxta parçası ilə Z1 Z1un başına təxminən 2-3 zərbə endirmişdir. Həmin vaxt Vüsalə də, oturduğu yerdən tez ayağa qalxıb Z1 Z1un belindən şərfı açıb həmin şərflə sonuncunu boğmağa başlamışdır. O da, həmin vaxt Z1 Z1un qışqırdığını görüb şərf parçası ilə Z1 Z1un ağzını tutmuş və Z1 Z1un səsi kəsilmiş, sonuncunun artıq öldüyünü görmüşdür. X57 Z1un cibindən 100 manatlıq əskinaslardan ibarət olmaqla 1.200 manat pulu götürüb öz cibinə qoymuş və onlar həmin yeri tərk etmişlər. Evdən çıxdıqdan sonra M2 və Vüsalə 1-2 dəqiqə evin yaxınlığında söhbət etmiş, nə haqqında söhbət etdiklərini bilməmiş, sonra isə öz evlərinə getmişlər. Sə hərisi gün, saat 10 radələrində M2 onun yaşadığı evə gəlmiş və cibindən 5 manat pul çıxarıb ona verərək 4 manat pul saxlamasını, 1 manata isə portun bazarında oturub çay içməsini, özünün də, ora gələcəyini bildirmişdir. Lakin o, M2 ilə həmin çayxanada görüşə bilməmişdir” Həmçinin, iş materiallarına əlavə edilmiş, Məhkum1 məhkəmə baxışında verdiyi ifadəsində oğurluqla əlaqədar göstərmişdir ki, “yaşadığı ünvanda onunla bir həyətdə, amma ayrı evdə yaşayan X26 onun mərhum babası, yəni atasının atası İbrahim Xin ikinci arvadıdır. Gülzarın pensiyasını aldığını və pulu olduğunu bilmişdir. 2018-ci ilin iyulun ortalarında Gülzar Xa evinin həyətində olduğu vaxt evinə girərək stolun üstündə olan 150 manat pulunu oğurlamışdır. Bundan sonra 21 iyul 2019-cu il tarixdə səhərçağı Gülzar həyətdə işlədiyi z aman sonuncunun qapısına yaxınlaşmış, Gülzar onu görmədiyinə görə açıq qapıdan içəri girmiş və dəhlizdə qoyulmuş çarpayının üstündə pəncərənin çərçivəsinə vurulmuş asılqandan asılmış qara rəngli qadın çantasını götürüb içinə baxanda orada qırmızı rəngli üstü güllü qadın pulqabısını görmüşdür. Pulqabını içindəkilərlə birlikdə götürüb tez evdən çıxmış, orada vaxt itirməmək üçün pulqabının içinə baxmamışdır. Pulqabını götürüb oradan uzaqlaşandan sonra açıb içinə baxanda orada Gülzarın şəxsiyyət vəsiqəsinin, «Kapital bank»ın iki ədəd bank kartının, iki ədəd qırmızı üzlüklü pensiyaçı vəsiqəsinin, iki-üç ədəd fotoşəkilin, əhəmiyyətsiz kağız parçalarında qeydlərin, qəbzlərin olduğunu görmüşdür. Bundan əlavə, pulqabında 415 manat pul olmuş, onların üç ədədi 100 manatlıq, bir ədədi 50 manatlıq, b ir ədədi 20 manatlıq, üç ədədi 10 manatlıq və üç ədədi isə 5 manatlıq əskinaslar olmuşdur. O, pulu götürmüş, pulqabını isə evdə gizlədib özü Bakı şəhərinə getmişdir. Bir həftəyə yaxın Bakıda olub pulları xərcləyəndan sonra evə qayıtmışdır. Liman şəhərinə gələndən sonra polis əməkdaşları onu polis bölməsinə çağırmış, polis bölməsində Gülzarın şikayət edərək ondan şübhələndiyi ona məlum olmuşdur. Polis əməkdaşları bu barədə onunla sorğu-sual edəndə hər şeyi olduğu kimi danışmağı qərara almışdır. Bundan əlavə, o, evdə saxladığı pulqabını və içindəki sənədləri də, qaytarmağı qərara almış, çünki həmin sənədlər ona lazım olmamış, digər tərəfdən oğurluq etdiyini etiraf edib danışandan sonra sənədləri saxlamağının da, əhəmiyyəti olmamışdır. Ona görə də, pulqabını gətirib içindəkilərlə birlikdə, xə rclədiyi 415 manat puldan başqa, polis əməkdaşlarına təqdim etmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilməklə pulqabı ondan götürülmüşdür” İş materiallarından da görünür ki, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum1 və Vüsalə M3a zərərçəkmiş şəxs Z1 Z1a qarşı quldurluq cinayətini əvvəlcədən razılaşmaqla birgə törətmələri barədə ifadələrində cinayətin törədilmə vaxtını, yerini, üsul və mexanizmini (Məhkum2 əvvəlcə zərərçəkmiş şəxs Z1 Yusibova taxta parçası ilə zərbələr vurması, taxta parçasının qırılaraq bir neçə hissələrə bölünməsi, Məhkum1 Z1 Yusibovun ayaqlarından çəkərək ayağa qalxmasına imkan verməməsi, Vüsalə Mirzəyevanın onun əllərini tutması, Məhkum2 zərərçəkmişə çoxsaylı yumruq zərbələri vurması, sonda Məhkum1 Z1 Yusibovun belindəki şərfi açaraq onun boğazına dola yıb boğması, şərfin bir ucunu isə onun ağzına soxması) obyektiv olaraq düzgün göstərmişlər. Onların etirafedici ifadələri arasında heç bir ziddiyyət olmamaqla bir-birlərini tamamlayırlar. Eyni zamanda onların etirafedici ifadələri hadisə yerində müəyyən edilmiş hallar və məhkəmə-tibb ekspertinin rəyi ilə (hadisə yerində bir neçə hissələrə bölünmüş və üzərində qanabənzər ləkələr olan taxta parçalarının aşkar olunması, mərhum Z1 Yusibovun şərfinin boğazına dolanmış, bir hissəsinin isə ağzına soxulması vəziyyətdə olması, onun 1.800 manat məbləğində pulunun və “Nokia” markalı mobil telefonunun götürülmüsi, Z1 Yusibovun meyiti üzərində bərk, küt əşyaların və ekspertizaya təqdim edilmiş taxta parçasının təsirindən yaranmağa xarakterik olan çoxsaylı xəsarətlərin olması və s.) tam uyğunluq təşkil edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqda etirafedici ifadələr vermələri zamanı aparılmış videoçəkilişlər birinci instansiya məhkəmə iclas zalında nümayiş etdirilərkən onların heç bir təsir olmadan, müdafiəçilərinin iştirakları ilə həm təklikdə, həm də bir-birləri ilə üzləşdirmə-dindirmədə sərbəst şəkildə ifadə vermələri müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu M əcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətlərinin dəl illərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumların təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum1 və Məhkum2 münasibətdə müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin işin faktiki hallarını nəzərə alaraq və tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxs Vüsalə Mirzəyevanın zərərçəkmiş Z1 Yusibova tanışı Bayrambəy Məmmədli ilə birlikdə basqın etməsi və öldürməsi, Z1 Z1a qarşı quldurluq cinayətinin törədilməsində digər təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 iştiraklarının olmaması, eləcə də Məhkum1 və Məhkum2 zərərçəkmiş Z1 Yusibova qarşı quldurluq cinayətində iştirak etməmələri, ibtidai istintaqda onlara polis tərəfindən təzyiq göstərildiyinə görə etirafedici ifadələr vermələri barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri obyektiv ifadə kimi qiymətləndirməsi və sübut kimi qəbul etməməsi, eyni zamanda təqsirləndirilən şəxslərin hər üçünün ibtidai istintaqda verdikləri etirafedici ifadələrini obyektiv ifadə kimi qiymətləndirməsi və sübut kimi qəbul etməsi qanuni və əsalı olmuşdur. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, hazırki kassasiya şikayətlərində göstərilən dəlillər məhkumların eyni məzmunlu apelyasiya şikayətlərində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilm iş, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmiş, cinayət və cinayətprosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət K ollegiyası. Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 177.2.2, 177.2.3, 181.3.3-cü maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1312/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1312/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver