Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1312/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin (bundan sonra CM-in) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakim Ş.Nəcəfova) Məhkum – Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 326.2-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzal arın qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd il) müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, Məhkum həbsdə saxlanıldığı 02 (iki) gün müddətin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, nəzərə alınmaqla ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çıxılması və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və onun cəzaçəkməsinin əvvəlinin 20 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Zərərçəkmiş şəxs10 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellya siya Məhkəməsinin 26 yanvar 2020-cu il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), V.C.Cəfərov və E.G.Rəhimov) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, yəni Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsində göstərilən əsasla cəza təyin edilməmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hökmdən Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tətbiqinə da ir müddəalar xaric edilmişdir. Məhkum həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMin 69.3-cü maddəsinə əsasən, nəzərə alınmaqla ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çıxılmış və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 yanvar 2019-cu il tarixdə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində Zərərçəkmiş şəxs5 yaşadığı evin qarşısında park edilmiş sonuncuya məxsus Mercedes E-220 markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının şüşəsini sındıraraq avtomobilin salonundan sandıqçadan 2750 (ikimin yeddi yüz əlli) manat nağd pulu gizli olaraq oğurlayaraq maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 yanvar 2019-cu il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs18 məxsus fərdi yaşayış evinin qapısını özü ilə götürdüyü mismar çıxardan alət vasitəsi ilə sındırmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evdən 7 (yeddi) top hər biri 100 (yüz) manat olmaqla, ümumilikdə 700 (yeddi yüz) manat dəyərində 4 (dörd) mm-lik elektrik naqillərini, 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində elekt rik açarını, 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində elektrik şitini, 600 (altı yüz) manat dəyərində elektrik lampalarını, 1 (bir) ədəd 400 manat dəyərində perferatoru, 1 (bir) ədəd 300 (üç yüz) manat dəyərində dreli və 1 (bir) ədəd 300 (üç yüz) dəyərində laqondanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs18 ümumilikdə 2700 (iki min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 yanvar 2019-cu il tarixdə saat 01:30 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsi Beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evə hasardan aşmaq yolu ilə daxil olub evin pəncərəni əli ilə sıxıb açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş 100 (yüz) metri 71 (yetmiş bir) manat olan 24 (iyirmi dörd) top ümumi dəyəri 1704 (bir min yeddi yüz dörd) manat təşkil edən elektrik naqillərini gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1704 (bir min yeddi yüz dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 yanvar 2019-cu il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan saxlanc yerinin pəncərəsi üzərində olan dəmirbarmaqlıqları sındırmaqla qanunsuz daxil olub, oradan 1 (bir) ədəd 220 (iki yüz iyirmi) manat dəyərində qaynaq aparatı, 1 (bir) ədəd 190 (yüz doğsan) manat dəyərində kompressor apa ratı, 1 (bir) ədəd 190 (yüz doğsan) manat dəyərində dülgər dəzgahı, 1 (bir) ədəd 60 (altmış) manat dəyərində plastik boru ütüsü, 1 (bir) ədəd 40 (qırx) manat dəyərində drel, 1 (bir) ədəd 280 (iki yüz səksən) manat dəyərində preforator,1 (bir) ədəd 30 (otuz) manat dəyərində balaca drel, 1 (bir) ədəd 140 (yüz qırx) manat dəyərində laqonda, 2 (iki) ədəd hər biri 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində balaca laqonda, 1 (bir) ədəd 50 (əlli) manat dəyərində primus, 1 (bir) ədəd 50 (əlli) manat dəyərində cərəyan ölçən, 2 (iki) ədəd hər biri 23 (iyirmi üç) manat olmaqla 46 (qırx altı) manat dəyərində preforator başlığı, 1 (bir) ədəd 35 (otuz beş) manat dəyərində böyük «sverlo», 1 (bir) dəst 45 (qırx beş) manat dəyərində rezba açan, 1 (bir) ədəd 160 (yüz altm ış) manat dəyərində su nasosu, 1 (bir) top 55 (əlli beş) manat dəyəri su şlanqı və 4 (dörd) ədəd hər biri 20 (iyirmi) manat olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 15 (on beş) radiuslu avtomobil təkərlərini gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1911 (bir min doqquz yüz on bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06 fevral 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evininin pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evdən 3 (üç) ədəd 270 (iki yüz yetmiş) manat dəyərində velosipedi,1 (bir) ədəd 50 (əlli) manat dəyərində l aqondanı, 250 (iki yüz əlli) manat dəyərində taxtalari, 150 (yüz əlli) manat dəyərində məftilləri, 30 (otuz) manat dəyərində armatur dəmirlərini, 150 (yüz əlli) manat dəyərində inşaat materiallarını, 30 (otuz) manat dəyərində elektrik naqillərini, 50 (əlli) manat dəyərində dəmir borunu və 80 (səksən) manat dəyərində şteyleri gizli yolla talayaraq Zərərçəkmiş şəxs17 ümumilikdə 1060 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 fevral 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 3 ünvanının qarşısında saxladığı qara rəngli **-PC-*** dövlət qeydiyyat nişanlı “Daewoo” gentra markalı avtomobil qapısını açılması yolu ilə 70 (yetmiş) manat dəyərində “Kgtel” telefon, 735 man at pul və 30 manat dəyərində telefon qulaqcığının oğurlanmış və oğurluq nəticəsində Zərərçəkmiş şəxs7 ümumi dəyəri 835 manat ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2019-cu il tarixdə, gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X6 Abşeron rayonu Nübar yaşayış massivində yaşadığı evin qarşısında küçədə saxladığı “Rexston” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qabaq şüşəsini əlindəki dəmir parçası ilə vurub sındırmaqla, avtomobilin qabaq oturacaqları arasında olan yerdən 750 (yeddi yüz əlli) manat pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkr arən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2019-cu il tarixdə, gecə saat 03 radələrində X2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşadığı evin qarşısındakı küçədə saxladığı Mersedes markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qabaq şüşəsini əlindəki dəmir parçası ilə vurub sındırmaqla, avtomobildən 8000 (səkkiz min) manat pulu və 700 (yeddi yüz) ABŞ dollar pulu, X2 adına rəsmi sənədlər olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini, etibarnaməni, müharibə veteranı vəsiqəsini və pensiya kartını ələ keçirib gizli yolla talayaraq zərərçəkmiş X2 9190 (doqquz min yüz doxsan) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 mart 2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Süleyman Rəhimov küçəsində yerləşən Zərərçəkmiş şəxs16 məxsus fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin dəhlizində yerləşən dolabın üzərindən 2000 (iki min) manat nağd pulu və 2 (iki) ədəd hər biri 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat dəyərində kişi ayaqqabısını gizli yolla talayaraq zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs16 ümumilikdə 2100 (iki min yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 mart 2019-cu il tarixdə saat 18:30 radələrində ünvan 4 yerləşən Zərərçəkmiş şəxs11 məxsus evin plastik pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin yataq otağında olan şkafı açaraq oradan 350 (üç yüz əlli) manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 350 (üç yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 aprel 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həyətyani sahəsindən 01 (bir) ədəd 1,5 tonluq 250 (iki yüz əlli) manat dəyərində kopron materiallı su çəni, 03 (üç) ədəd biri 200 (iki yüz) litrlik olan hər birinin qiyməti 11 (on bir) manat olmaqla ümumilikdə 33 (otuz üç) manat dəyərində dəmir boçkalar, 01 (bir) ədəd 10 (on) manat dəyərində daş baltası, 01 (bir) ədəd 1 (bir) manat dəyərində ATL yazısı olan divar (tərəzi) ölçən,01 (bir) ədəd 9 (doqquz) manat dəyərində hörgü üçün (ip) şuğur, 04 (dörd) ədəd hər biri 2 (iki) manat olmaqla ümumilikdə 8 (səkkiz) manat dəyərində plasmas vedrələr, 02 (iki) ədəd hər biri 3 (üç) manat olmaqla ümumilikdə 6 (altı) manat dəyərində plasmas su vannaları, 04 (dörd) ədəd hər biri 8 (səkkiz) manat olmaqla ümumilikdə 32 (otuz iki) manat dəyərində lapatqalar, 25 (iyirmi beş) metr hər metrəsi 1 (bir) manat olmaqla ümumilikdə 25 (iyirmi beş) manat dəyərində rezin şlanq,09 (doqquz) ədəd 1,52x1,52 ölçüdə olan hər biri 15 (on beş) manat olmaqla ümumilikdə 135 (yüz otuz beş) manat dəyərində taxta materialından diktlər, 17 (on yeddi) ədəd 5x10 sm, uzunluğu 4 (dörd) metr ölçülü hər biri 5 (beş) manat olmaqla ümumili kdə 85 (səksən beş) manat dəyərində atma taxtaları gizli talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 594 (beş yüz doğsan dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 aprel 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Masazır qəsəbəsi yeni məhəllədə yaşadığı nömrəsiz evin qarşısına qoyduğu 1500 (bir min beş yüz) manat dəyərində betonhamarlayan aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (bir min beş yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 aprel 2019-cu il tarixdə saat 03 radələrində Abşeron ray onu, Saray qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs12 məxsus evin həyətyanı sahəsində hasardan aşaraq həyətdə olan dəmir setkadan hasara alınmış hinin qapısını açmaqla saxlanc yerinə, yəni evin həyətyani sahəsində olan quş hininə qanunsuz daxil olaraq oradan 17 (on yeddi) ədəd hər biri 11 (on bir) manat olmaqla ümumilikdə 187 (yüz səksən yeddi) manat dəyərində toyuqları və 1 (bir) ədəd 23 (iyirmi üç) manat olan hind quşunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 210 (iki yüz on) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2019-cu il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yeni inşa etdiyi ünvanda yerləşən evin həyətindəki hasardan aşaraq həyətə girmiş, nərdivanla evin ikinci mərtəbəsinə qalxaraq, evin plastik pəncərəsini sıxaraq açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş elektrik naqillərini sökmüş və evin zirzəmisində olan istifadə olunmamış 01 (bir) ədəd içində 100 metr olan rulonda 30 manat dəyərində 2,5 mmlik elektrik naqilini və 17 (on yeddi) rulon ümumilikdə 5000 (beş min) manat dəyərində 6250 metr uzunluqda 6 mm-lik olan elektrik naqillərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 3695 (üç min altı yüz doxsan beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 may 2019-cu il tarixdə saat 02 radələrində Abşer on rayonu, Masazır kəndində, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evin pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evdən 500 (beş yüz) metr 4x3 markalı hər metrəsi 50 (əlli) qəpik olmaqla 250 (iki yüz əlli) manat dəyərində elektrik naqillərini və 500 (beş yüz) metr 4x4 markalı hər metrəsi 62 (altmış iki) qəpik olmaqla 310 (üç yüz on) manat dəyərində elektrik naqillərini gizli yolla talayaraq zərərçəkmiş şəxs4 ümumilikdə 560 (beş yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 iyun 2019-cu il tarixdə saat 23 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs14 Bəhman oğluna məxsus evə hasardan aşmaq yolu ilə daxil olub evin pən cərəni əli ilə sıxıb açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş 240 (iki yüz qırx) metr uzunluqda hər metrəsi 2 (iki) manat 50 (əlli) qəpik ümumilikdə 600 (altı yüz) manat dəyərində elektrik naqillərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs14 ümumilikdə 600 (altı yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 iyun 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığını üzərində gəzdirdiyi dəmir parçası ilə sındırdıqdan sonra əli ilə pəncərəyə güc verib açmaqla yaşayış sahəsinə, yəni evə qa nunsuz daxil olaraq evdən 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində Türkiyə Cümhuriyyətində istehsal edilmiş yataq dəsti, 5 (beş) ədəd hər biri 20 (iyirmi) manat olmaqla can ümumilikdə 100 (yüz) manat dəyərində dəsmalları, 8 (səkkiz) ədəd hər biri 10 (on) manat olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində əlüz dəsmallarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 iyul 2019-cu il tarixdə saat 03 radələrində Bakı-Şamaxı yolunun kənarında “Elsu” şirkətin qarşısında saxlanmış Zərərçəkmiş şəxs8 məxsus “MAN” markalı yük avtomobilindən 02 (iki) ədəd hər biri 480 (dörd yüz səksən) manat olmaq1a ümumilikdə 960 (doqquz yü z altmış) manat dəyərində akkumulyatorları gizlin yolla talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 960 (doqquz yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 iyul 2019-cu il tarixdə axşam saat 18 radələrində Zərərçəkmiş şəxs19 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində olan eyvanının qapısının açıq olmasından istifadə edərək həmin yerdən yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsinin pilləkanın altında olan 01 (bir) ədəd 40 (qırx) manat dəyərində “HİPROTERM” 350 w, 55 mm markalı elektrik mişarı 01 (bir) ədəd 40 (qırx) manat dəyərində laqonda, 01(bir) ədəd 20 (iyirmi) manat dəyərin də drel, 16 (on altı) ədəd hər biri 3 (üç) manat 25 (iyirmi beş) qəpik olmaqla ümumilikdə 52 (əlli iki) manat dəyərində elektrik açarları,20 (iyirmi) ədəd hər biri 01 (bir) manat 50 (əlli) qəpik olmaqla ümumilikdə 30 (otuz) manat dəyərində yivli plastik dirsək,10 (on) ədəd hər biri 50 (əlli) qəpik olmaqla ümumilikdə 5 (beş) manat dəyərində plastik körpü və 50 (əlli) metr metrəsi 1 (bir) manat 60 (altmış) qəpik olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 4 (dörd) mm-lik misdən olan elektrik naqillərini gizli talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs19 ümumilikdə 267 (iki yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunur ki, ədalətli araşdırma aparılmadan barəsində i ttiham hökmü çıxarılmışdır. Ədalətli məhkəmə araşdırması aparılsaydı, onun tərəfindən törədildiyi bildirilən cinayətlərin onun törətmədiyi aşkar olunardı. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində qarşı irəli sürülmüş ittihamın bir çox epizodlarının sübuta yetirilmədiyi göstərilir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən k onkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, Məhkum 17 yanvar 2019-cu il tarixdən 15 iyul 2019-cu il tarixədək olan dövr ərzində Abşeron rayonu ərazisində baş vermiş cəmi 19 (on doqquz) gizli oğurluq hadisəsinin törədilməsinə görə ittiham elan edilmiş və məhkum olunmuşdur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun tə qsirli bilinməsinə yol verilmir, ittiham sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhru m etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sü butların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum törədilməsi istinad edilən: - 06 fevral 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evindən, - 06 fevral 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi blok 5, m. 17 ünvanının qarşısında saxladığı qara rəngli **-PC-*** dövlət qeydiyyat nişanlı “Daewoo” gentra markalı avtomobilindən, - 07 fevral 2019-cu il tarixdə, gecə saat 02 radələrində X6 Abşeron rayonu Nübar yaşayış massivində yaşadığı evin qarşısında küçədə saxladığı “Rexston” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilindən, - 07 fevral 2019-cu il tarixdə, saat 03 radələrində X2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşadığı evin qarşısındakı küçədə saxladığı “Mersedes” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilindən və - 15 aprel 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həyətyani sahəsindən həmin şəxslərə məxsus məmlakların oğurlanması epizodları üzrə Azərbaycan Respublikası CPM -in 144-146-cı maddələrinin tələbləri pozularaq kifayət qədər mötəbər sübutlar olmadan ittiham elan edilmiş və aşağı instansiya məhkəmələri tərəfindən o, məhkum edilmişdir. Belə ki: İş materiallarından görünür ki, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06 fevral 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evinin pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evdən 3 (üç) ədəd 270 (iki yüz yetmiş) manat dəyərində velosipedi,1 (bir) ədəd 50 (əlli) manat dəyərində laqondanı, 250 (iki yüz əlli) manat dəyərində taxtalari, 150 (yüz əlli) manat dəyərində məftilləri, 30 (otuz) manat dəyərində armatur dəmirlərini, 150 (yüz əlli) manat dəyərində inşaat materiallarını, 30 (otuz) manat dəyərində elektrik naqillərini, 50 (əlli) manat dəyərində dəmir borunu və 80 (səksən) manat dəyərində şteyleri gizli yolla talayaraq Zərərçəkmiş şəxs17 ümumilikdə 1060 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 fevral 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhəri Gənclər şəhərciyi blok 5, m. 17 ünvanının qarşısında saxladığı qara rəngli **-PC-*** dövlət qeydiyyat nişanlı “Daewoo” gentra markalı avtomobil qapısını açılması yolu ilə 70 (yetmiş) manat dəyərində “Kgtel” telefon, 735 manat pul və 30 manat dəyərində telefon qulaqcığının oğurlanmış və oğurluq nəticəsində Zərərçəkmiş şəxs7 ümumi dəyəri 835 manat ziyan vurmuşdur. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2019-cu il tarixdə, gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X6 Abşeron rayonu Nübar yaşayış massivində yaşadığı evin qarşısında küçədə saxladığı “Rexston” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qabaq şüşəsini əlindəki dəmir parçası ilə vurub sındırmaqla, avtomobilin qabaq oturacaqları arasında olan yerdən 750 (yeddi yüz əlli) manat pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2019-cu il ta rixdə, gecə saat 03 radələrində X2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşadığı evin qarşısındakı küçədə saxladığı “Mersedes” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qabaq şüşəsini əlindəki dəmir parçası ilə vurub sındırmaqla, avtomobildən 8000 (səkkiz min) manat pulu və 700 (yeddi yüz) ABŞ dollar pulu, X2 adına rəsmi sənədlər olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini, etibarnaməni, müharibə veteranı vəsiqəsini və pensiya kartını ələ keçirib gizli yolla talayaraq zərərçəkmiş X2 9190 (doqquz min yüz doxsan) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 06 fevral 2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evindən edilən gizli oğurluq və Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhəri Gənclər şəhərciyi blok 5, m. 17 ünvanının qarşısından edilən gizli oğurluq, habelə 07 fevral 2019-cu il tarixdə X6 Abşeron rayonu, Nübar yaşayış massivində yaşadığı evin qarşısından edilən gizli oğurluq və X2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşadığı evin qarşısından edilən gizli oğurluq hadisələrində ifadə olunan cinayətlər təxminən eyni zamanda, yəni cəmi bir saat fərqlə Abşeron rayonunun müxtəlif yerlərində törədilmişdir. Həmin cinayətlərin Məhkum tərəfindən törədilməsinə dair sübutlar yalnız təqsirləndirilən şəxsin ifadələrindən ibarətdir. Məlumdur ki, cinayətin törədilməsi zamanı həmin cinayətlərə hazırlıq, cinayətlərin i crası və cinayətin başa çatdırılmasından sonra gizli yolla oğurlanmış əmlakların cinayəti törətmiş şəxs (şəxslər) tərəfindən müəyyən vaxt ərzində özlərinə məxsus yerlərdə yerləşdirilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən cinayətlərin törədilməsi üçün cəmi bir saat fərqlə eyni şəxs tərəfindən hazırlıq işlərinin görülməsi, cinayətin icra edilməsi və cinayət yolu ilə ələ keçirilmiş əmlakların yerləşdirilməsinə dair Məhkum verdiyi ifadələrin mötəbər sübut kimi qiymətləndirilməsi və həmin ifadələrin əsasında Məhkum həmin cinayətlərin törədilməsinə görə məhkum edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ittihama görə Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 aprel 2019-cu il tarixdə saat 20 radə lərində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həyətyani sahəsindən 01 (bir) ədəd 1,5 tonluq 250 (iki yüz əlli) manat dəyərində kapron materiallı su çəni, 03 (üç) ədəd biri 200 (iki yüz) litrlik olan hər birinin qiyməti 11 (on bir) manat olmaqla ümumilikdə 33 (otuz üç) manat dəyərində dəmir boçkalar, 01 (bir) ədəd 10 (on) manat dəyərində daş baltası, 01 (bir) ədəd 1 (bir) manat dəyərində ATL yazısı olan divar (tərəzi) ölçən,01 (bir) ədəd 9 (doqquz) manat dəyərində hörgü üçün (ip) şuğur, 04 (dörd) ədəd hər biri 2 (iki) manat olmaqla ümumilikdə 8 (səkkiz) manat dəyərində plasmas vedrələr, 02 (iki) ədəd hər biri 3 (üç) manat olmaqla ümumilikdə 6 (altı) manat dəyərində plasmas su vannaları, 04 (dörd) ədəd hər biri 8 (səkkiz) manat olmaqla ümumilikdə 32 (otuz iki) ma nat dəyərində lapatqalar, 25 (iyirmi beş) metr hər metrəsi 1 (bir) manat olmaqla ümumilikdə 25 (iyirmi beş) manat dəyərində rezin şlanq,09 (doqquz) ədəd 1,52x1,52 ölçüdə olan hər biri 15 (on beş) manat olmaqla ümumilikdə 135 (yüz otuz beş) manat dəyərində taxta materialından diktlər, 17 (on yeddi) ədəd 5x10 sm, uzunluğu 4 (dörd) metr ölçülü hər biri 5 (beş) manat olmaqla ümumilikdə 85 (səksən beş) manat dəyərində atma taxtaları gizli talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 594 (beş yüz doğsan dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin cinayətin də Məhkum tərəfindən törədilməsini təsdiq edən sübut kimi yalnız təqsirləndirilən şəxsin ifadələrinə istinad edilmişdir. Təqsirləndirilən şəxs Məhkum həmin ifadəsindən görünür ki, 15 aprel 2019-cu il tarix də saat 16 radələrində Qobu qəsəbəsində yaşayış evlərinin qarşısı ilə piyada gəzərək oğurluq edəcəyi evin müəyyən etməyə çalışırmış. Xeyli getdikdən sonra yaşayış olmayan yerə gəlmiş, orda yarımçıq inşa edilmiş yerlər olmuş, orada yarımçıq inşa edilmiş hasarlı həyətə gəlmiş, həyətin bir tərəfində bünövrənin yeri qazılsa da, hasar inşa edilməmişdir. Həyətdə su çəni, 01 ədəd 1,5 tonluq kopron materiallı su çəni, 03 ədəd dəmir boçkalar, 01 ədəd daş baltası,01 ədəd düzlüyü ölçən tərəzi, 01 ədəd hörgü üçün ip, 04 ədəd plasmas vedrələr, 02 ədəd plasmas su vannaları, 04 ədəd lapatqalar, təxminən 20-25 metrdə rezin şlanq, 09 ədəd taxta materialından diktlər, 17 ədəd təxminən 4 metr uzunluqda atma taxtalar olmuşdur. Həmin əşyaları bir yerə cəmləyib yığmış, hava qaranlıq olduqdan sonra yola çıxıb ta ksi saxlatmış və həmin taksi ilə əşyaları yıxdığı yerə gəlmiş, topladığı əşyaları taksiyə yığıb getmiş, yolda taksidə sıxlıq olduğuna görə çəlləyin birini xatırlamadığı yerə atmış, qalanını Masazır kəndinə oğurladığı əşyaları yığdığı yerə gətirmişdir. Həmin ifadənin mötəbər olmadığı aşkar görünür. Çünki 1,5 tonluq həcmdə kapron materiallı su çəninin, 03 ədəd hər biri 200 litrlik olan dəmir boçkaların, habelə oğurlanmış digər əşyaların həm həcm, həm də kütlə baxımından bir nəfər tərəfindən, həm də taksi maşınına yüklənməsi və daşınması barədə verilən ifadə mötəbər hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan epizodların Məhkum tərəfindən törədilməsi sübuta yetirilmədiyindən onun ittihamından xaric edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Resp ublikası CPM-nin 207.6-cı maddəsinə əsasən: - 06 fevral 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evindən, - 06 fevral 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi blok 5, m. 17 ünvanının qarşısında saxladığı qara rəngli **-PC-*** dövlət qeydiyyat nişanlı “Daewoo” gentra markalı avtomobilindən, - 07 fevral 2019-cu il tarixdə, gecə saat 02 radələrində X6 Abşeron rayonu Nübar yaşayış massivində yaşadığı evin qarşısında küçədə saxladığı “Rexston” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilindən, - 07 fevral 2019-cu il tarixdə, saat 03 radələrində X2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşay ış massivində yaşadığı evin qarşısındakı küçədə saxladığı “Mersedes” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilindən və - 15 aprel 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həyətyani sahəsindən həmin şəxslərə məxsus əmlakların oğurlanmasına dair törədilmiş cinayətlər haqqında məlumatlar baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum ittiham olunduğu digər epizodlar üzrə Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumun, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi həmin epizodlar üzrə işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmə hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən epizodlar üzrə cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum beş epizod üzrə ittihamı təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xaric edildiyindən və beləliklə də elan edilmiş ittihamın həcmi azaldığından apelyasiya instansiyası məhkəməsinin qərarı cəza təyini hissəsində də dəyişdirilməli və ona təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respub likası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaları n növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları n müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il ta rixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bi r halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasən, məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azər baycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum ittihamından təqsirliyi sübuta yetmədiyinə görə onun ittihamından: -06 fevral 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evindən, -06 fevral 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi blok 5, m. 17 ünvanının qarşısında saxladığı qara rəngli **-PC-*** dövlət qeydiyyat nişanlı “Daewoo” gentra markalı avtomobilindən, -07 fevral 2019-cu i l tarixdə, gecə saat 02 radələrində X6 Abşeron rayonu Nübar yaşayış massivində yaşadığı evin qarşısında küçədə saxladığı “Rexston” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilindən, -07 fevral 2019-cu il tarixdə, saat 03 radələrində X2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşadığı evin qarşısındakı küçədə saxladığı “Mersedes” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilindən və -15 aprel 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həyətyani sahəsindən həmin şəxslərə məxsus əmlakların oğurlanmasına dair epizodlar xaric edilsin və onun həmin epizodlar üzrə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən: - 06 fe vral 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evindən, -06 fevral 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi blok 5, m. 17 ünvanının qarşısında saxladığı qara rəngli **-PC-*** dövlət qeydiyyat nişanlı “Daewoo” gentra markalı avtomobilindən, -07 fevral 2019-cu il tarixdə, gecə saat 02 radələrində X6 Abşeron rayonu Nübar yaşayış massivində yaşadığı evin qarşısında küçədə saxladığı “Rexston” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilindən, -07 fevral 2019-cu il tarixdə, saat 03 radələrində X2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşadığı evin qarşısındakı küçədə saxladığ ı “Mersedes” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilindən və -15 aprel 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həyətyani sahəsindən həmin şəxslərə məxsus əmlakların oğurlanmasına dair törədilmiş cinayətlər haqqında məlumatlar baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 06 (altı) aydan 04 (dörd) il 03 (üç) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1312/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1312/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver