Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1312/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Axundov Fuad Aydın oğlu) Məhkum, xx xxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) i l 05 (beş) ay 26 (iyirmi altı gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2020-ci il tarixli qərarı ilə 31 may 2020-ci il tarixli hökm dəyişdirilməklə həmin hökmlə təyin olunmuş cəza 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi iste hlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 28 fevral 2022-ci il tarixdə saat 15:10 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4 RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.305 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən Məhkum ona qarşı irəli sürülmüş ittiham üzr ə cinayəti törətməsi sübuta yetirilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 09 sentyabr 2022-ci il tarixli bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Əliyev Şaiq Allahyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 12 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İş üzrə Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra normalarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutlara istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum təqsirini sübuta yetirən və barəsində ittiham hök münün çıxarılmasına kifayət edən sübutlara əhəmiyyət verilməmiş, həmin sübutlar qanuna müvafiq qaydada qiymətləndirməmiş və bunun nəticəsi olaraq Məhkumun barəsində əsassız olaraq bəraət hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi də eyni nöqsanlara yol verərək həmin hökmü dəyişdirilmədən saxlamışdır. Belə ki, birinci instansiya məhkəməsi Məhkum yaxın qohumu olan anası X2nın əlavə şahid qismində dindirilməsi ilə bağlı vəsatəti qanunsuz olaraq təmin etmiş və bəraət hökmü çıxararkən də sonuncunun məhkəmə iclasnda verdiyi ifadələrinə istinad edilmişdir. Halbuki həmin iclasda X2 əlavə şahid qismində dindirilməsinə dövlət ittihamçısı münasibət bildirərək onun həmin cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında əvvəllər iştirak etməsini məhkəmənin diqqətinə çatdırmış və onun şahid q ismində dindirilməsinin qanuna uyğun olmadığını, bu haqda müdafiə tərəfinin vəsatətinin rədd edilməsini təklif etsə də, məhkəmə həmin vəsatəti təmin edərək cinayət hadisəsinin şahidi olmamış X2 əlavə şahid qismində dindirmişdir. Məhkum üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, sonradan isə ilkin izahat verərkən və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən o, üzərində aşkar edilmiş narkotik vasitənin ona aid olmasını etiraf etmiş, qeyd olunan xüsusatla və həmin narkotik vasitənin əldə edildiyi mənbə ilə əlaqədar ardıcıl və tamamlayıcı ifadələr vermişdir. Həmçinin, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar verilən vəsatətə və təqdimata Xətai Rayon Məhkəməsində baxılarkən də narkotik vasitənin ona məxsus olmasını təkzib etməmiş və o na elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Bundan başqa, Məhkum və onun ibtidai istintaq zamanı hüquqlarını müdafiə edən müdafiəçisi istintaq zamanı tərtib olunmuş dindirmə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tanış olma protokollarını təsdiqedici qeydlər aparmaqla imzalamışlar. Məhkum barəsində cinayət işi üzrə ibtidai araşdırmanın qeyri-obyektiv aparılması və bu mərhələdə ona qarşı təsir və təzyiqin göstərilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. İş materiallarından aydın olur ki, Məhkum polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirildikdən dərhal sonra müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş və əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Tərtib olunmuş müvafiq protokol Məhkum və müdafiəçisi tərəfindən imzalanmış, onların bu istintaq hərəkətinin aparılması ilə bağlı heç bir vəsatətləri və ya etirazları olmamışdır. Göründüyü kimi, məhkəmələr tərəfindən ibtidai araşdırma zamanı ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətmiş Məhkum qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməməsinə (ən azından müdafiə tərəfinin bu halı təsdiqləyən obyektiv sübutları da yoxdur) baxmayaraq, təqsirləndirilən şəxsin həmin təsirlərə məruz qalaraq guya istintaq hərəkətlərinin sənədlərinə imza etməsini bildirməsinə inandırıcı qiymət verilməmiş, yalnız onun məhkəmə iclasında verdiyi ifadələri əsas götürülərək, cinayət işi üzrə toplanmış sübutlar müqayisəli şəkildə təqdiq edilməmişdir. A nten məlumatları ilə bağlı hissədə isə dövlət ittihamçısı A.A.Ələkbərov qeyd etmişdir ki, ünvan 6 ünvanında yerləşir, yəni bu ünvanın məhkəmələrin müəyyən etdiyi saatlarda təqsirləndirilən şəxsin mobil telefon nömrəsinin anten məlumatlarının əks olunduğu ünvanlara heç bir aidiyyəti olmamış, əksinə, onun və anasının nömrələri həmin dəqiqələrdə polis şöbəsi ilə bərabər yaşadıqları ünvana yaxın ərazilərdə qeydə alınmışdır (eyni zamanda, təqsirləndirilən şəxs saxlanılarkən mobil telefonu üstündə olmaya da bilərdi və şəxsi axtarış-götürmə protokolunda, eləcə də təqsirləndirilən şəxsin ilkin ifadələrində üzərindən mobil telefonun aşkar edilməsi barədə heç bir qeyd yoxdur, məhkəmələr isə bu halın əksini yalnız onun ifadələri əsasında müəyyən etmişlər). Məhkəmələr isə bu hissədə də qanunvericiliyi n tələblərini pozaraq, yalnız şübhəli və ya təqsirləndirilən şəxsin başqa şəxslərə ötürdükləri məlumatları (yaxud təqsirləndirilən və ya şübhəli şəxsə ötürülən məlumatları) əldə edə bilmələri halda, digər şəxslərin (polis əməkdaşı və Məhkum anasının) texniki qurğularla aparılan fərdi məlumatlarını ələ keçirərək sübutların mümkünlüyü şərtlərini pozmuşlar. Kassasiya protesti müəllifinin mövqeyinə görə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yekun qərar qəbul edərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları CPM-nin 143-146-cı maddələrinə əsasən tədqiq edib qiymətləndirməmiş, Məhkum barəsindəki yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.A.Ələkbərov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin bəraət almış şəxs Məhkum məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında ci nayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum bəraət verilməsi haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.3- cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azə rbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası mə hkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiy a məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə sə lahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələ rinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Konstitusiyanın 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitus iyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutu lan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticə yə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutul urur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cina yət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddələsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbayca n Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlı qlarına riayət olunmasını təmin etmələrini tələb edir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıql arının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onla r ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olm amasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləş dirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərl iliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı h esab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsi ri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət müha kimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsi rinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın pred metini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində ta razlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensi yaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hal larla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial ola raq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 i yul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan R espublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müə yyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Kassasiya protestində də istinad olunan “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki halları Konstit usiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətlən dirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi haqda birinci instansiya məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarınd a məhz həmin sübutlara, habelə müdafiə tərəfinin vəsatətlərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış digər sübutlara da istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısının bununla bağlı müraciətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestin ə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən baxaraq Məhkum barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına, o, cümlədən Məhkum müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilmişdir. Belə ki, ibtidai araşdırma zamanı Məhkum özünü ona qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək həmin ittihamda göstərilənlərə uyğun etirafedici ifadələr versə də, birinci instansiya məhkəməs inin məhkəmə iclasında o, göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat təxminən 09-10 radələrində evdə olan zaman anası X2 ona zəng vuraraq Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid1 onu axtardığını və yaşadıqları ünvanın qarşısında gözlədiyini bildirmişdir. O, Şahid1 zəng edərək ondan nə istədiyini soruşmuş, sonuncu isə bildirmişdir ki, oğurluq faktı ilə əlaqədar onu axtarır. Həmçinin Şahid1 ona demişdir ki, aşağıda, yəni yaşadığı evin qarşısında onu gözləyir. Buna görə, o, saat 10 radələrində yaşadıqları ünvanın qarşısına çıxmış və orada olan Şahid1 və digər polis əməkdaşı tərəfindən tutularaq Xətai RPİ-nin 34-cü PŞ-nə aparılmışdır. Polis şöbəsində olan zaman ona oğurluq cinayətini törətməsi və narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə ed ərək üzərində daşıması bildirilmişdir. O, polis əməkdaşlarına sözügedən cinayət əməllərini törətmədiyini, əvvəllər narkotik vasitə istifadəçisi olsa da, hazırda istifadə etmədiyini və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Lakin Bakı şəhəri Xətai RPİ- nin 34-cü PŞ-də rəis müavinin otağında olan zaman ona sonuncu tərəfindən sözügedən cinayət əməllərini törətməsini etiraf etməsi tələb edilmiş, əks təqdirdə isə barəsində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə cinayət işinin başlanması ilə hədələnmişdir. Bununla da o, fiziki və psixi təzyiqlərə məruz qalaraq "VAZ 21061” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön nəfəsliyini vintaçanla sındıraraq qapısını açıb atomobilə daxil olduğunu, avtomobildə olan 400 manat qiymətində "Pioneer” markalı maqnitofonu və saxlanc yerində olan 200 manat pulu gizli olaraq taladığını, həmçinin 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxladığını etiraf etmişdir. Bu ifadələrin fövqündə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri Məhkum xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, Məhkum ibtidai araşdırma zamanı deyil, məhz məhkəmə iclasında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, cinay ət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, kassasiya protestində Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrlə təsdiq olunması iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri bilir ki, CPM-nin 126.6cı maddəsinin müddəaları təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ittihamın əsası kimi qəbul edilməsini o, halda nəzərdə tutur ki, belə etiraf yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində m əhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş if adəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edən məhkəmə kollegiyası daha sonra qeyd edir ki, işdə olan Xətai RPİ-nin 34cü Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 28 fevral 2022-ci il tarixdə göstərilən Polis Şöbəsinin rəisinə ünvanladığı raportunda vətəndaş Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “VAZ 2106” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda Pioneer markalı maqnitafon və 200 manat məbləğində pulun oğurlanmasını və bununla bağlı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxs Məhkum olmasını, şöbənin əməkdaşları tərəfin dən 28 fevral 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun saxlanılaraq 34-cü PŞ-nə gətirildiyini, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Məhkum üzərində şəxsi istehlak miqdarında narkotik vasitə aşkar edilməsini və bu halı onun özünün etiraf etməsini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq əməliyyat müvəkkili Şahid2 raporta dair göstəriş verilməsini xahiş etmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Məhkum barəsində CM-nin 177.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon prokuroru baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən qəbul edilmiş ittiham aktının məzmu nundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməlin cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutulan cinayətə tövsif edilməsi və bu dəyişikliklərlə ittiham aktının təsdiq edilməsi haqqında 26 may 2022-ci il tarixli qərarına əsasən Məhkum CM-nin 177.1- ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric olunmuş və onun əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilərək ittiham aktı təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 fevral 2022ci il tarixli protokola görə, Məhkum həmin tarixdə saat 16:15 radələrində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasında CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, lakin o, saat 15.10-da tutulmuş sayılmışdır (təhqiqatçının gəldiyi nəticəyə görə, şübhəli şəxsin faktiki saxlanıldığı vaxtdan). Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Məhkum üzərində saat 16.30-dan saat 16.45-dək şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Məhkum üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 0 1 ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəflərindən Məhkum üzərinə baxış keçirilmiş, əlavə olaraq 01 ədəd yaşıl rəngli alışqan və 01 paçka “Rothmans” markalı siqaret aşkar olunaraq götürülmüş, üzərindən aşkar edilmiş bükümdəki kütlə elektron tərəzidə çəkildikdən sonra həmin kütlənin 0.62 qram çəkidə olması müəyyən edilmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 əvvəlcə istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. İcraatına Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis mayoru Xun verdiyi tapşırıq daxil olmuşdur. Həmin tapşırıqda naməlum şəxs tərəfindən oğurluq əməlinin törədildiyi və həmin oğurluq etmiş şəxsin tapılması göstərilmişdir. O, əməliyyat tapşırığı əsasında 28 fevral 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq alınmış məxfi məlumat əsasında birlikdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinə yollanmışlar. Orada şifahi məlumata əsasən müəyyən edilmiş şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxs isə onun xidmət göstərdiyi ərazidə yaşayan və onun əvvəlcədən tanıdığı Məhkum olmuşdur. O, Məhkum oğurluq etməsində şübhəli olduğunu deyən zaman həmin şəxsin narkotik vasitənin təsiri altında olmasını görmüş, ondan narkotik vasitə istifadə edib etmədiyini, üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, Məhkum isə narkotik vasitə istifadə etdiyini, üzərində də bir büküm narkotik vasitə olmasını bildirmişdir. Buna görə də, onlar Məhkumni şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmiş, sonuncu onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermiş və birlikdə polis şöbəsinə yollanmışlar. Polis şöbəsinin inzibati binasında olan zaman Məhkum hüquqlarını müdafiə etmək üçün 13 saylı Vəkil bürosundan vəkil dəvət olunmuş, vəkil polis bölməsinə gəldikdən sonra saat 16:00 radələrində xidməti otaqda Məhkum üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüş ü rəngli iç kağızına bükülmüş bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra, onun üzərinə və ciblərinə baxış keçirilmiş, lakin əlavə heç nə aşkar edilməmişdir. Axtarış zamanı Məhkum bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki heroini o, 28 fevral 2022-ci il tarixdə saat 12 radələrində Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında, tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Daha sonra Məhkum üzərindən aşkar olunaraq götürülmüş heroin çəkilərək qablaşdırılmış və istintaq hərəkətinin aparılması haqda protokol tərtib edilərək həm bu protokol, həm də heroinin qblaşdırıldığı zərf iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, o, həmin gün Məhkum ilə telefonl a danışmamış, yalnız sonuncunun anası Bahar xanımla Məhkum tutulmamışdan əvvəl təxminən saat 14:00 radələrində əlaqə saxlayaraq sonuncunun harada olmasını soruşmuşdur. Məhkumun 28 fevral 2022-ci il tarixdə faktiki tutulması ilə onun verdiyi ifadələrdə göstərilən hallarla tutma protokolunda göstərilən hallar arasında ziddiyyətlərin müəyyən edilməsi nəzərə alınaraq məhkəmə həmin ziddiyyətin aradan qaldırılması məqsədilə Şahid1 təkrarən dindirilməsini zəruri bilmiş və sonuncu bu dəfə dindirilərkən göstərmişdir ki, o, 28 fevral 2022-ci il tarixdə təxminən saat 09-10 radələrində Məhkum anası X2ya zəng edərək Məhkumni axtardığını bildirib onun harada olmasını soruşmuş, bundan sonra Məhkumyə zəng etmiş, lakin onun mobil nömrəsinə zəng çatmamış, bundan bir neçə dəqiqə sonra Məhkum ona özü zəng etm iş və o, sonuncuya onu axtardığını bildirərək polis bölməsinə gəlməsini tələb etmişdir. Telefon danışığından sonra o, Məhkumun yaşadığı evin yanına yollanmış, bir qədər sonra Məhkum həmin evdən çıxaraq getdiyini görmüş və onu həmin tarixdə saat 10-11 radələrində şübhəli qismində saxlayaraq 34-cü Polis Şöbəsinə aparmışdır. Polis Şöbəsində olan zaman Məhkum təhqiqatçı Xə təhvil verilmiş, bundan sonra isə təxminən saat 15-16 radələrində onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Polis bölməsinə aparılan zaman və orada olan zaman Məhkum mobil telefonu onda olmuşdur. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ- nin əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilərkən Şahid1 ilkin ifadələrinə uyğun ifadə verərək Məhkum ünvan 43 ünvanının yaxınlığında 28 fevral 2022ci il tarixdə təxminən saat 15:00 radələrində saxlanılmasını, sonra Xətai RPİ-nin 34-cü PŞnə aparılmasını və saat təxminən 16:00 radələrində üzərində şəxsi axtarış və götürmə aparılmasını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat təxminən 09-10 radələrində o, işdə olan zaman Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində çalışan Şahid1 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq oğlu Məhkumnin harada olmasını soruşmuş və onunla işi olduğunu, onu axtardığını bildirərək yaşadıqları ünvan 43 ünvanının qarşısında gözlədiyini bildirmişdir. Oğlu Məhkum nə səbəbə axtardığını və nə baş verdiyini soruşduqda, Şahid1 ona heç bir problem olmadı ğını, Məhkum ilə söhbət etməli olduğunu, buna görə də onu axtardığını bildirmişdir. Bundan sonra o, oğlunun mobil nömrəsinə zəng vurmuş, harada olmasını soruşmuş və Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru Şahid1 onunla işi olduğu üçün onu axtardığını və halhazırda yaşadıqları evin qarşısında gözlədiyini bildirərək aşağı düşməsini bildirmişdir. Məhkum isə evdə yatdığını deyərək Şahid1 onu nə üçün axtardığını soruşmuş, daha sonra isə sonuncunun yanına düşəcəyini bildirmişdir. O, oğlunun istifadəsində olan mobil nömrə ilə təxminən 3-4 dəfə əlaqə saxlamış və nə baş verdiyini öyrənməyə çalışmış, oğlu isə polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getdiyini bildirmiş, lakin sonradan yenidən zəng vurduqda telefona sahə inspektoru Şahid1 c avab verərək oğlunun oğurluq cinayəti törətdiyini və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşımasını bildirmişdir. Bundan sonra o, saat 11-12 radələrində 34-cü Polis Şöbəsinə yaxınlaşmış və təxminən axşam saat 19:00 radələrində Məhkum həbs olunanların müvəqqəti saxlama yerinə göndərilmişdir. Təsvir olunmuş ifadələrdən çıxış edən birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum ittihamda göstərildiyi vaxt və yerdə saxlanılmasına şübhə ilə yanaşaraq bu halların digər sübutların araşdırılması yolu ilə həqiqətə uyğun olub-olmamasını yoxlamağı zəruri bilmiş və belə yoxlamanın nəticəsində təqsirləndirilən şəxsin ifadələrinin araşdırılmış digər sübutlarla uzlaşmasını müəyyən etmişdir. Belə ki, iş materiallarında olan internet resurslarından istifadə olunaraq əldə edilmiş sənəddən g örünür ki 34-cü Polis Şöbəsi Qaçaq Nəbi, Seyid Əzim Şirvani və Məzahir Rüstəmov küçələrinin arasında olan ərazidə yerləşir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə 27 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək Məhkum istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı, əlavə şahid qismində dindirilmiş X2 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid1 istifadəsində olmuş 070-280-85-00 saylı, Şahid2 istifadəsində olmuş 050-309-2522 saylı mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) və həmin nömrələrin anten dairələri barədə məlumatların əldə edilməsi üçün “Azercell” və "xxxx" MMC-lərə sorğular verilmişdir. Bu sorğulara cavab olaraq "xxxx" MMC tərəfindən 27 fevral 2022-ci il tarixdən 01 ma rt 2022-ci il tarixədək Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər barədə 28 iyul 2022-ci il tarixli çıxarışdan görünür ki, 28 fevral 2022ci il tarixdə saat 09:22-də, 09:25-də, 09:41-də Şahid1 istifadəsinə olan ***-***-**-** saylı mobil nömrədən X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, həmçinin həmin tarixdə saat 09:26-da Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsinə olan ***-***-**-** saylı mobil nömrəyə, bundan başqa həmin tarixdə saat 09:29da, 09:30-da, 10:28-də, 14:23-də, 20:50-də və 21:10-da X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zənglər daxil olmuşdur. Həmçinin, daxil olan anten dairələri barədə məlumatlardan gör ünür ki, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi 28 fevral 2022-ci il tarixdə saat 11:38 radələrindən başlayaraq 16:42 radələrinədək Xətai rayonu, Seyid Əzim ünvan 9 ünvanında yerləşən antenna dairəsinin əhatəsində olmuş; X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi 28 fevral 2022-ci il tarixdə saat 11:40 radələrindən 15:32 radələrinədək Xətai rayonu, Seyid Əzim ünvan 9 ünvanında yerləşən antenna dairəsinin əhatəsində olmuş; Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi 28 fevral 2022-ci il tarixdə saat 15:12 radələrində Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 7 ünvanında yerləşən antenna dairəsinin əhatəsində olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 28 fevral 2022-ci il tarixli protokolda isə qeyd edilmişdir ki, Məhkum həmin Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 fevral 2022-ci il tarixdə saat 15:10-da tutulmuş, saat 16:30-da üzərində şəxsi axtarış aparılmağa başlanmış və şəxsi axtarış saat 16:45-də başa çatmışdır. Halbuki, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından aydın olur ki, 28 fevral 2022-ci il tarixdə saat 09:22-də, 09:25-də, 09:41-də Şahid1 istifadəsinə olan ***-***-**-** saylı mobil nömrədən X2 istifadəsində olan ***-***-**** saylı mobil nömrəyə, həmçinin həmin tarixdə saat 09:26-da Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsinə olan ***-***-**-** saylı mobil nömrəyə, bundan başqa həmin tarixdə saat 09:29-da, 09:30-da, 10:28 -də, 14:23-də, 20:50-də və 21:10-da X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zənglər daxil olmuşdur. Bundan əlavə, məhkəmə tərəfindən əldə olunmuş çıxarışlardan görünür ki, şübhəli şəxsin tutulması haqqında 28 fevral 2022-ci il tarixli protokolda “ağardıcı boyanın” üzərində Məhkum saat 15:10-da ünvan 11 ünvanında tutulması göstərilsə də, sahə inspektoru Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin həmin tarixdə saat 10:38 radələrində Neapol dairəsində, saat 15:12 radələrində isə 5 saylı Xəzər qazanxana/ünvan 12 ünvanında yerləşən antenaların əhatə dairəsində (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin yerləşdiyi ərazi) olması müəyyən edilmişdir. Məhkəməyə təqdim olunmuş məlumatlarla həmçinin mü əyyən edilir ki, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi 28 fevral 2022-ci il tarixdə saat 11:38 radələrindən başlayaraq 16:42 radələrinədək Xətai rayonu, Seyid Əzim ünvan 9 ünvanında yerləşən (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin yerləşdiyi ərazi) antenna dairəsinin əhatəsində olmuş; X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi isə 28 fevral 2022-ci il tarixdə saat 11:40 radələrindən sonra uzun müddət Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 1 (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin yerləşdiyi ərazi) antenna dairəsinin əhatəsində olmuşdur. Yuxarıda göstərilənlər Məhkum və şahid X2nın ifadələrində göstərilən xüsusatların doğruluğunu təsdiq edir. Təsvir edilən məlumatlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum, tutma proto kolunda göstərildiyi kimi, 28 fevral 2022-ci il tarixdə saat 15.10 radələrində tutulması inandırıcı deyil və o, əslində həmin vaxt deyil, saat 09-11 aralığında yaşadığı ünvan 3 evin qarşısında tutulmuş, bundan sonra təxminən beş saat ərzində polis əməkdaşlarının nəzarəti altında olmuş və bu haqda tərib olunmuş protokola əsasən yalnız saat 16.30-da onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bu qədər müddət ərzində Məhkum üzərində ona elan olunmuş ittihamda göstərilən narkotik vasitəni saxlaması, sonradan isə həmin narkotik vasitənin aşkar edilrək götürülməsi, digər tərəfdən isə onun polis əməkdaşları tərəfindən axtarıldığını, sonuncuların onun yaşadığı evin qarşısında gözlədiklərini bildiyi təqdirdə üzərinə narkotik vasitə qoyaraq onların yanına düşməsi inandırıcı görünmür, bu kim i hallar isə bəraə almış şəxsin məhkəmə iclasında verdiyi ifadələrin (narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması barədə) həqiqətə uyğun olmasına dəlalət edir. Bununla yanaşı, təhqiqat orqanının tərtib etdiyi sənədlərə diqqət yetirildkdə görünən odur ki, 28 fevral 2022-ci il tarixdə saat 09-11 aralığında polis əməkdaşları tərəfindən saxlanılan Məhkum üzərində şəxsi axtarış aparılana qədər heç bir qərar olmadan 5 saatdan artıq müddətdə qanunsuz olaraq onun azadlığı məhdudlaşdırılmış, yəni azadlıq hüququ pozulmuş, bununla da Konstitusiyanın 28-ci maddəsinin, Avropa Konvensiyasının 5-ci maddəsinin və cinayət-prosessual qanunveiciliyinin bir çox normalarının tələbləri kobud şəkildə pozulmuş, digər tərəfdən isə polis orqanı tərəfindən onun faktiki tutulduğu vaxtdan b unun rəsmiləşdirilməsi və dərhal da üzərində şxsi axtarışın aparılması üçün heç bir tədbir görülməmişdir. Belə müəyyən edilmiş pozuntularla bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPMnin 90.11.2-ci maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsini daşımışdır və hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2, hər birisi ayrı-ayrılıqda Məhkum saxladıqdan sonra onun üzərində şəxsi axtarışın aparılması üçün Şöbəyə gətirilməsini bildirsələr də, ibtidai araşdırma zamanı onun saxladığı yerdə üzərində dərhal şəxsi axtarışın aparılmamasının səbəblərini aydınlaşdırılmamışlar. Hərçənd, hazırki işin materiallarından Məhkum saxlanıldığı yerdə tutulmasının rəsmiləşdirilməsi və onun üzərində məhz saxlanıldığı yerdə şə xsi axtarışının aparılması üçün hər hansı maneənin olması müəyyən edilmir. CPM-nin 246.2.1-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı olmadan onun üzərinldə şəxsi axtarış aparıla bilər. Qanunvericiliyin bu normasının mənasından belə nəticə hasil olur ki, şəxsin üzərində şəxsi axtarış həm o, şübhəli şəxsi qismində tutularkən saxlanıldığı yerdə, həm də polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə təxirə salınmadan aparılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28ci bəndində məhkəmələri n diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum həm onun üzərində şəxsi axtarışın aparılması zamanı, həm də sonradan izahat verərkən və şübhəli şəxs qismində dindirilərkən aşkar edilərək götürülmüş maddənin həqiqətən də narkotik vasitə heroin olması, həmin narkotik vasitəni Xətai rayonunun ərazisində tanımadığı şəxsdən 10 manata alması barədə göstərdikləri də şübhə yaradır ona görə ki, bu vasitənin həqiqətən heroin olması ilk olaraq yalnız şübhəli şəxsin izahatına və ifadələrinə əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamışdır. Buna görə təsadüfi deyil ki, CPM-nin 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-nin 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-nin 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə "Həbs yer lərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı m üvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Məhkum üzərində şəxsi axtarış və götürmə saxlanıldığı yerdə və dərhal deyil, təxminən beş saat sonra polis idarəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə istintaq hərəkəti, bu haqda olan protokollar cinayət prosesi prinsiplə rinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin CPM-nin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi itmiş olur. Məhkəmə kollegiyası həmçinin müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin ( Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı Məhkum hüquqlarının müdafiə olunması 13 saylı Vəkil Bü rosunun vəkili Nurəliyev Kamal Elfak oğluna həvalə edilərək sonradan o, təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif isintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış, sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş və yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdirdir. Belə olan halda vəkil K.E.Nurəliyev tərəfindən Məhkum hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Həmçinin məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ona elan olunmuş ittiham üzrə təqsirliliyinə dair məsələlər üzrə şübhələr ortada olduğu vəziyyətdə, Məhkum ibtidai istintaq zamanı verdiyi və başqa sübutlarla təsdiq olunmayan, əkzinə araşdırılmış sübutlarla təkzib edilən etirafedici ifadələrini mümkün sübut kimi qiymətləndirməmiş və həmin sübutun yolverilənliyi məsələsi üzrə şübhəni Məhkum xeyrinə şərh etmişlər. Kassasiya protestində dövlət ittihamçısı birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum anası X2 əvvəllər iştirak etməsinə baxmayaraq onun şahid qismində dindirilməsinin qanuna uyğun olmadığını iddia etsə də məhkəmə kollegiyası aşağıda təsivr edilən normalara əsaslanaraq məhkəmənin həqiqətin müəyən edilməsi məqsədilə bu istintaq hərəkətinin aparılmasında heç bir qanun pozuntusu görmür. Belə ki, CPM-nin 95.1-ci maddəsinə əsas ən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. CPM-nin 95.2-ci maddəsinin tələblərinə görə aşağıdakılar şahid qismində çağırıla və dindirilə bilməzlər: 95.2.1. azyaşlı olduqlarına, fiziki və psixi pozuntularına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər; 95.2.2. müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər; 95.2.3. cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumat ları bilən şəxslər; 95.2.4. cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi; 95.2.5. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər. Göründüyü kimi, qanun tərəfindən Məhkum anası X7 CPM-nin 95.2-ci maddəsində sadalanan şəxslərin heç birinə aid olmamış və onun məhkəmə iclasında şahid qismində dindirilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Həmçinin X2 məhkə mə iclasında əlavə şahid qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti haqqında xəbərdar edilmiş, o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada and içmiş və onun məhkəmə iclasında oğlunun tutulması vaxtı haqqında verdiyi ifadələri nəinki Məhkum, həm də polis əməkdaşı olan və şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdikləri ifadəldərlə üst-üstə düşmüşdür. Dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestində bu ifadələrə şübhə ilə yanaşsa da, məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidin yalan ifadələr verməsi iş materialları ilə müəyyən edilmir və buna görə də bu ifadələrin yolverilməz sübutlar kimi qiymətləndrilməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum qarşı irəli sürülmüş ittiha m ittihamda göstərilən hallar toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmamış, əksinə, bu hallar məhkəmə iclasında araşdırılmış sübutlara ziddiyyət təşkil etmiş və təkzib olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 223.1-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. CPM-nin 223.3-cü maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; 223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; 223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; 223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Təhlil göstərir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə görə elan olunmuş ittihamda nəinki yuxarıda göstərilən halların əksəriyyəti əksini tapmamış, həm də bu hallar araşdırılmış sübutlara uyğun olmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq Məhkum elan olunmuş i ttiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə Məhkum hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, digər tərəfdən isə tam haqlı olaraq həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməkdən və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmişlər. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri bu nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə sübutların toplanması zamanı kobud qan un pozuntularına, xüsusilə də Məhkum müdafiə hüququnun kobud şəkildə pozulmasına heç bir münasibət bildirməmiş və bu halları təkzib edən hər hansı dəlil irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və buna görə dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin dəlillərini qəbuledilməz saya raq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir k, Məhkum CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törəd ilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinin cinayət işinin materialları ilə birgə müqayisəli şəkildə tədqiq edərək və həmin protestin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1312/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1312/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver