Məhkəmə qərarları › İş №1(102)-1313/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1313/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1313/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Elnur Nizami oğlu İsa-zadə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və Məhkum1 müdafiəçisi X4 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə bəraət verilmiş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Y.Həsənov ) Məhkum1 -xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, **************************** qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə bəraət verilmiş Məhkum2- 23 noyabr 1995-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvələr məhkum olunmuş, məhklumluğu ödənilməmiş, Bakı şəhəri, ************************************************ qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2018-ci ildən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittiham aktına əsasən; Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Məhkum1 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında 15 fevral 2018ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, ************************* saylı evin qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı *********** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının şüşə sini sındırmaq yolu ilə avtomobilin salonuna qanunsuz daxil olaraq, orada quraşdırılan 175 manat dəyərində olan 1 ədəd “Pioneer 7150” markalı maqnitofonu, cəmi 40 manat dəyərində olan 2 ədəd “Pioneer” markalı TS-690 modelli avtomobil üçün nəzərdə tutulmuş səsgücləndiricini, cəmi 150 manat olan 2ədəd “Pioneer” markalı TS-680 modelli avtomobil üçün nəzərdə tutulmuş səsgücləndiricini, 100 manat dəyərində olan 1 ədəd “Stinger SC201MB” markalı elektrik ötürücüsünü, 200 manat dəyərində olan 1 ədəd “GM-X944” markalı avtomobil üçün nəzərdə tutulmuş səstənzimləyicini, cəmi 400 manat dəyərində olan üzərində “Champion ship” yazıları olan 2 ədəd “Pioneer” səsötürücü (basovik) tənzimləyəci monoblokla birlikdə, dəyəri 100 manat olan DVD monitoru, sükanın yanın yerləşən saxlanc yerdə olan cəmi dəyəri 25 manat olan 2 ədəd mobil telefon adaptoru və 1 ədəd telefon dayağı və məzənnəyə görə 49 qəpik təşkil edən 1 Yeni Türkmən manat və qəpik təşkil edən 10 Ukraina qrivna nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1191 manat 13 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki,o, qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Məhkum2 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Məhkum1 ilə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında 15 fevral 2018-ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, ***************** saylı evin qarşısında dayanmış Zərərçəkmiş şəxs m əxsus “Opel Astra” markalı *********** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının şüşəsini sındırmaq yolu ilə avtomobilin salonuna qanunsuz daxil olaraq, orada quraşdırılan 175 manat dəyərində olan 1 ədəd “Pioneer 7150” markalı maqnitofonu, cəmi 40 manat dəyərində olan 2 ədəd “Pioneer” markalı TS-690 modelli avtomobil üçün nəzərdə tutulmuş səsgücləndiricini, cəmi 150 manat olan 2ədəd “Pioneer” markalı TS-680 modelli avtomobil üçün nəzərdə tutulmuş səsgücləndiricini, 100 manat dəyərində olan 1 ədəd “Stinger SC201MB” markalı elektrik ötürücüsünü, 200 manat dəyərində olan 1 ədəd “GM-X944” markalı avtomobil üçün nəzərdə tutulmuş səstənzimləyicini, cəmi 400 manat dəyərində olan üzərində “Champion ship” yazıları olan 2 ədəd “Pioneer” səsötürücü (basovik) tənzimləyəci monoblokla birl ikdə, dəyəri 100 manat olan DVD monitoru, sükanın yanın yerləşən saxlanc yerdə olan cəmi dəyəri 25 manat olan 2 ədəd mobil telefon adaptoru və 1 ədəd telefon dayağı və məzənnəyə görə 49 qəpik təşkil edən 1 Yeni Türkmən manat və qəpik təşkil edən 10 Ukraina qrivna nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1191 manat 13 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən Məhkum1 münasibətdə verilmiş apellyasiya protestinə və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) 30 may 2019-cu il tarixli qərarı ilə apellyasiya protestini və Məhkum2 apellyasiya şikayətini təmin etmədən, h ökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı3 kassasiya protesti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum1 CMnin 177.2.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq, məhkəmələr həmin sübutlara məhəl qoymadan əsassız nəticəyə gəlmişlər. Belə ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri, ifadənin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, götürmə, şəx si axtarış və baxış keçirilməsi haqqında protokollar, məhkəmə-əmtəəşünaslıq ekspertizäsı rəyi, habelə digər təkzibedilməz sübutlarla kifayət qədər təsdiq edilmişdir. Məhkum1 ilkin izahatlarında və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək, törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələr vermiş, cinayət əməlinin törədilməsi vaxtını, üsulunu və şəraitini tam ətraflı şəkildə təsvir etmişdir. İbtidai İstintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilib və iş üzrə barəsində Suraxanı rayon məhkəməsində 26.02.2018-ci il tarixdə həbs qətimkan tədbiri seçilərkən vəkilin iştirakı ilə dindirilmiş Məhkum2 ona CM-nin 177.2.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. İş üzrə Məhkum1 və Məhkum2 if adələri yerində yoxlanılarkən, onlar əyani olaraq cinayəti törətdikləri yeri və oğurluq predmeti olan elektrik avadanlıqlarını hansı yerdən götürdüklərini göstərmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkum1 və Məhkum2 təqsiri təkcə onların ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə deyil, iş üzrə toplanmış digər sübutlarla, o cümlədən iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibitidai və məlikəmə istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq və 06.09.2018-ci il tarixdə birinci instansiya məhkəməsində verdiyi ifadələri, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Suraxanı rayon Polis idarəsinin 32-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X5 ifadələri ilə d ə təsdiq olunur. “Şəxsi axtarış aparılması haqqında” 23.02.2018-ci il tarixli protokolu mötəbər sübut kimi qəbul etməyən məhkəmələr şəxsi axtarışın həyata keçirilməsində iştirak edən hal şahidləri - X2 və X8 dindirilmələrini təmin etməmişlər. Apellyasiya baxışı zamanı bu barədə verdiyim vəsatət də məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, CPM-nin 323.5-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmə göstərilən vəsatətləri təmin etməlidir. Məhkəmələrin 23 fevral 2018-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokolu mötəbər sübut kimi qəbul etməməsi əsassız olduğundan rədd edilməli və həmin protokol iş üzrə möt əbər sübut növü kimi qəbul edilməlidir. Həmçinin Məhkum1 polis bölməsinə gətirilərkən, orada olan Məhkum2 ilk dəfə polis bölməsində gördüyünü qəbul edən məhkəmələr nəzərə almamışlar ki, iş materialları ilə müəyyən edilir ki, həmin oğurluq faktı ilə bağlı tutulan ilk Məhkum2 deyil, Məhkum1 olmuşdur. Bundan başqa, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Yusif oğlu və Şahid3 ifadələrində bir-birinə uyğun xüsusatları göstərmişdir. Birinci instansiya məhkəməsinin iclas protokollarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dindirilərkən, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi V6 sualına cavabda bildirmişdir ki, hadisədən 2 gün sonra Ramin zəng vurdu və görüşdük. Ramin dedi ki, vallah mənlik deyil, mən taksi şoferi kimi bunları aparmışam, Ramin mənə televizora çıxanda dedi bu nlardı. Şahid2 ibtidai istintaq zamanı və 06.09.2018-ci il tarixdə birinci instansiya məhkəməsində verdiyi ifadələri deyil, digər ifadələrini mötəbər sübut kimi qəbul edən apellyasiya instansiyası məhkəməsi bu xüsusatın dəqiqləşdirilməsi üçün Zərərçəkmiş şəxs məhkəmədə iştirakını və dindirilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 416-c maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəm əsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya protestinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Dövlət ittihamçısının kassasiya protestində Məhkum1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq, məhkəmələr həmin sübutlara məhəl qoymadan əsassız nəticəyə gəlmişlər. Məhkum1 ilkin izahatlarında və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək, törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələr vermiş, cinayət əməlinin törədilməsi vaxtını, üsulunu və şəraitini tam ətraflı şəkildə təsvir etmişdir. Lakin məhkəmələr onun bu ifadələrini nəzərə almamış məhkəmə iclasındakı ifadələrinə üstünlük vermişlər. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Əliyev X7 RPİ-nin 32-ci PB-ə yazdığı ərizədə, 102 xidmətinə etdiyi telefon məlumatında və zərərçəkmiş şəxs qismində ilkin ifadəsində onun avtomobilindən hər hansı başqa ölkələrin pul vahidində pul məbləğlərinin oğurlanması barədə göstərməmişdir. Suraxanı rayon Pi-nin 32-ci PB-nin rəisinin cinayət işinin materiallarında olan (cild-1, i.v-28) məktubundan və əlavə edilmiş “şəxsi axtarış” protokolunda gö stərilmişdir ki, Məhkum1 saxlanılarkən onun üzərindən bir ədəd Ukrayna pul vahidi 10 qrivna, bir ədəd Tükmənistan pul vahidi 1 manat, 1 ABŞ dollar və 1 Azərbaycan manatı aşkar edilmişdir. Həmin materiala əlavə edilmiş Zərərçəkmiş şəxs adından yazlmış əlavə ərizəsində göstərmişdir ki, hadisədən bir neçə gün sonra avtomobilin salonundakı saxanc yerinə baxarkən müəyyən etmişdir ki, oğurluq zamanı oradan 1 ədəd Ukrayna pul vahidi 10 qrivna və 1 ədəd Türkmənistan pul vahidi 1 manat da oğurlanmışdır. Bu hal Zərərçəkmiş şəxs avtomobilindən 1 ədəd Ukrayna pul vahidi 10 qrivnanın və 1 ədəd Türkmənistan pul vahidi 1 manatın həqiqətən oğurlanmasını şübhə altın alır və belə bir ehtimala əsas verir ki, Məhkum1 saxlanılarkən onun üzərindən bir ədəd Ukrayna pul vahidi 10 qrivna, bir ədəd Tükmənistan pul vahidi 1 manat “aşkar edildikdən” (əgər aşkar edilmişsə) sonra Zərərçəkmiş şəxs ərizəsinə əlavə yazdırılaraq (bu ərizənin üzərində “qəbuldan 20.02.2019” dərkənarı qoyulsa da rəsmi qrydiyyata alınmamışdır) Məhkum1 üzərində oğurlanmış əmlaklardan tapıldığı görüntüsü yaradılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında digər təqsirləndirilən şəxs Məhkum2 həmin pulların əslində onun öz üzərindən çıxmasını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət işinin materiallarında olan “şəxsi axtarış” protokolunun mümkünsüzlüyünə dair tam, hərtəfərli və obyektiv hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin məsələ ilə əlaqdar şərh etdiyi nəticələri Azərbaycan Respublikası CPMnin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun şərh etdiyində bu barədə kassasiya protestinin dəlillərini əsassız hesab edir. Bundan başqa Məhkum1 saxlanılarkən 23.02.2018-ci il tarixli izahatında oğurluğu Seymur adında şəxslə etdiyini göstərdiyi halda, 24.02.2018-ci il tarixli şahid ifadəsində izahatından fərqli olaraq göstərmişdir ki, R9 adlı şəxs onun ***-***-**-** nömrəli telefon nömrəsinə zəng vuraraq görüşməyi təklif etmiş, onunla razılaşıb görüşmüş və sonra onunla birlikdə avtomobildən oğurluq etmişlər. Həmin gün Məhkum2 da ilk dəfə şahid qismində dindirilmiş və eyni mzmunlu ifadə verərək R6 birlikdə avtomobildən oğurluq etdiklərini etiraf etmişdir. Onun şəxsiyyətinin necə müəyyən edilməsi cinayət işinin materiallarından müəyyən deyil. Cinayət işinə Apellyasiya məhkəmə baxı şı mərhələsində Məhkum1 göstərdiyi ***-***-**-** nömrəli telefon nömrəsinə və ya onun adına qeydə alınmış digər telefon nömrələrinə cinayət işi üzrə əhəmiyyət kəsb edən zənglərin edilməsi, o cümlədən Məhkum2 tərəfindən zəng edilməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 noyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Suraxanı rayon prokurorluğunun müstəntiqi vəzifəsini icra edən X9 qərarından görünür ki, Məhkum1 23.02.2018-ci il tarixdə Suraxanı rayon polis idarəsinin 32-ci PB-ə gətirilməsi və orada polis əməkdaşları tərəfindən döyülməsi barədə şikayəti araşdırılaraq cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın mətnindən müəyyən edilir ki, Məhkum1 30.06.2018-ci il tarixdə, yəni döyüldüyünü iddia etdiyi tarixdən 4 aydan çox müddət keçdikdən sonra məhkəmə-tibb ekspertizasından keçirilmiş və onun bədənində 23.02.2018-ci il tarixə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. Eyni zamanda qarardan görünür ki, Məhkum1 polisin müvəqqəti saxlama təcridxanasına və istintaq təcridxanasına qəbul edilərkən tibbi müayinədən keçirilməsinin nəticələrinə dair məlumatların yoxlanması barədə qərarda göstərilməmişdir. Məhkum1 23.02.2018-ci il tarixdə həqiqətən polis tərəfindən döyülməyə məruz qalmışsa, bu zaman onun bədəninə xəsarət yetirilməmişsə hadisədən 4 ay sonra döyülmənin başqa izlərinin ekspertiza rəyi ilə müəyyən edilməsinin mümkünlüyü inandırıcı deyil. Nəhayət cinayət işinin 2-ci cildinin 21-ci vərəqində olan Suraxanı rayon prokurorunun Məhkum1 ünvanlanmış məktubunda göstərilir ki, “cinayət işinin başla nmasının rədd edilməsi barədə Suraxanı rayon prokurorluğunun müstəntiqi vəzifəsini icra edən X9 05 noyabr 2018-ci il tarixli qərarı” 11.02.2019-cu il tarixdə prokuror tərəfindən ləğv edilmişdir və əlavə araşdırma aparılır. Həmin araşdırmanın nəticəsi barədə cinayət işinin materiallarında başqa məlumat yoxdur. Göstərilənlərə əsasən Məhkum1 ibtidai istintaq müddətində etirafedici ifadələr verməsinin, saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiq edilməsi ilə əlaqədar olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mükün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Yuxarıda göstərilən şübhəli halların təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalı olmasına dair qanunvericiliyin tələbini, təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı ifadələrinin tam şəkildə kompüterdə yazılaraq onlara yalnız imza etdirildiyini, ifadələrin mətnlərinin tam üst-üstə düşdüyünü, Məhkum1 polis əməkdaşları tərəfindən döyülərək etirafedici ifadələr alınması dəlilinin tam və hərtərəfli araşdırılmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərdən ibtidai istintaq müddətində alınmış Məhkum1 təqsirliliyinə dair etir afedici ifadələrin obyektivliyi şübhə doğurduğundan məhkəmələrin hər iki təqsirləndirilən şəxsin məhkəmə iclasındakı ifadələrinə üstünlük verməsi ədalətli məhkəmə araşdırması tələbinə uyğun olmuşdur. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Şahid2 26.07.2018-ci il tarixli məhkəmə iclasında dindirilmiş və ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin avtomobilindən oğurlanmış 2 dinamik və 1 səsgücləndiricisini onun yanına Məhkum2 və Novruz adında şəxslər gətirmişlər, Məhkum1 orada olmamışdır, onu orada görməmişdir. 06.09.2018-ci il tarixli məhkəmə iclasında səbəbi göstərilməmiş “zərurət” yarandığından o yenidən dindirilmiş, bu zaman dindirmədən qabaq müstəntiqin onunla danışdığını göstərmişdir. Həmin məhkəmə iclasında iştirak edən cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq X10 göstərmişdir ki, “yeni keçən prosesdən sonra zəng vurdum Raminə dedim ki, cən nə demisən mən onu yazmışam, niyə elə ifadə vermisən”. Təkcə bu ifadənin oması kifayətdir ki, Şahid2 06.09.2018-ci il tarixli ifadəsinin müstəntiqin təzyiqi altında verildiyi nəticəsinə gəlinsin. Şahid2 həmin ifadəni müstəntiqin və Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşlarının təzyiqi altında verdiyini birinci instansiya məhkəməsinin 13 dekabr 2018-ci il tarixli məhkəmə iclasındakı ifadəsində də təsdiq etmişdir. Ona görə də Şahid2 06.09.2018-ci il tarixli ifadəsinə üstünlük veilməli olması barədə kassasiya protestinin dəlilləri əsassız hesab edilir. Kassasiya protestində iş üzrə şahidlər Şahid3 və Şahid1 ifadələrinə də istinad edilmişdir. Birinci instansiya məhkəməsi onların məhkəmə iclasına məcburi gətirilmələri barədə müvafiq qərar qəbul etsə də, həmin şahidlərin məhkəmədə məcburi iştirakları müvafiq polis orqanları tərəfindən təmin edilməmişdir. Göstərilən şahidlərin 32-ci PB-nin elektron poçtuna öz elektron email adresləri vasitəsi ilə 19 sentyabr 2018-ci il tarixində göndərilmiş məlumatları həmin bölmənin 09 oktyabr 2018-ci il tarixli müşaiyyət məktubu ilə məhkəməyə göndərilmişdir. Həmin məlumatlarda hər iki şahidə münasibətdə qeyd olunmuşdur ki, «Suraxanı RPİ istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə şahid qismində onlar dindiriliblər, hazırda cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilmişdir. Onların RF-da olmaları, Bakı şəhərinə bir daha geri qayıtmayacaqlarını nəzərə alınaraq, istintaq zamanı verdikləri ifadələrini təsdiq edirlər». Göstərilənlərlə əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, bu məlumatlara məhkəmə tərəfindən tənqidi yanaşılmalı və həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr mötəbər sübutlar kimi qəbul edilməməlidir. birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsinin (təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququ) və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(d) bəndinin ( onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq) tələblərinə uyğundur. İttiham tərəfinin göstərilən şahidlərini məhkə mə iclasında dindirmək və təqsirləndirilən şəxsin onlara suallar vermək imkanı təmin edilmədiyindən həmin şəxslərin ibtidai istintaqda verdikləri ittihamedici ifadələrinə istinad edilməsi təqsirləndirilən şəxsin özünü müdafiə mövquyinə zidd olardı. Göstərilənlərə əsasən həmin şahidlərin ifadələri ilə bağlı kassasiya protestinin dəlili də əsassız hesab edilir. Kassasiya protestində qoyulan digər dəlillər apellyasiya instansiya məhkəməsinə verilmiş apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil etməklə həmin dəlillərin əsaslılığı apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmış və mötəbər sübutlara istinadən təkzib edilmişdir. Cinayət işi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələr qanuni və əsaslıdır. Cinayət işinə məhkəmə baxışı mərhələlərində cin ayət və cinayət prosessual qanunların pozulması hallarına, həmin qanunlarla və Avropa İnsan Hüquqları Konvensiyası ilə müəyyən edilmiş ədalətli məhkəmə araşdırması qaydalarının pozulması hallarına yol verilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçıs ının kassasiya protesti təmin edilməsin. Məhkum1 bəraət verilməsi və Məhkum2 məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar