Məhkəmə qərarları › İş №1(102)-1313/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1313/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1313/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Bəraət verilmiş şəxsin iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər İlkin Abdullayev (sədrlik edən), Müşfiq Məmmədov və Cəlil Nəbiyevdən ibarət tərkibdə) xx xxxxxx 1964-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Bəraət verilmiş şəxs olunmamış, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla yaşayan Bəraət verilmiş şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirlil iyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2, 234.4.1 və 234,4.3-cü maddələri ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Camalov Etibar Əli oğlu sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sucəddin oğlundan ibarət tərkibdə) 13 aprel 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Bəraət verilmiş şəxsə ittiham irəli sürülmüşdür, ona görə ki, o, 2019-cu ilin noya br ayının sonlarında İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Ukraynaya daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, 925 kiloqram 55 qram heroin narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1884 ədəd, şəffaf və sarı yapışqanlı lentlə sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 768 ədəd standart ölçülü plastik yeşiklərə yığılmış “kivi” yükünün sarı rəngli kağızla örtülmüş 471 ədəd yeşiyinin içərisində, hər bir yeşiyin içərisində 4 ədəd olmaqla örtücü mal qismində istifadə olunmuş kivinin altında yerləşdirərək “nar və kivi” yükü ilə birlikdə onun idarə etdiyi “Volvo” markalı, 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı avtomobilinə yüklətmiş, o isə qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Ukraynaya aparmaq üçün idarə etdiyi “Volvo” markalı, 42BP450/42ZA122 qeydiyyat nişanlı yük avtomobilində nar və kivi yükü adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 28 noyabr 2019-ci il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarında sübutlar CPM-in 143-146 maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Bəraət verilmiş şəxs barəsində əsassız yekun qərar qəbul edildiyindən, həmin qərar qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmə düzgün nəticəyə gəlməyərək qeyd əməllərə görə Bəraət verilmiş şəxs bəraət verilməsində haqlı olmamışdır. İbtidai istintaqda olduğu kimi məhkəmə baxışlarında da Bəraət verilmiş şəxs İran İslam Respublikasındakı şəxsiyyəti məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik maddəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıması və saxlaması tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, yükün özündə heç bir plomb, möhür, onun açılıb baxılmasını istisna edən hal olmamış, həmin yük Bəraət verilmiş şəxs a iddiyyəti olmayan hansısa zavod, hüquqi şəxs tərəfindən deyil, məhz fiziki şəxslər tərəfindən qablablaşdırılmışdır. Bu isə o deməkdir ki, Bəraət verilmiş şəxs həmin yükü yoxlamaq imkanı istisna olunmamış, ümumilikdə maşının yük yerinə plomb vurulanadək sonuncunun yükün xüsusiyyəti nəzərə alınmaqla tamlığına heç bir xələl gətirmədən yükü açıb baxaraq yoxlamaqla yenidən qabablaşdırmaq imkanı olsa da o, bunu etməmişdir. Həmçinin Bəraət verilmiş şəxs öz ifadələrində göstərmişdir ki, “Qoşqunun ön hissəsinə nar, ortaya kivi və arxaya isə yenidən nar paletləri yüklənmişdir. Yük yerində boş yer qaldığı üçün Əziz gedərək əlavə iki palet kivi yükü almış və həmin boşluğa yerləşdirmişdir.” Bəraət verilmiş şəxs uzun müddət sürücü işləməsinə baxmayaraq yükləmə qaydasına da müdaxilə etməmiş, narkotik vas itə olan kivi yüklərinin sonradan alınıb gətirilən kivi və nar paletlərinin arasında gizlədildiyini ya başa düşməmiş, ya da başa düşmək istəməmişdir. Məhkəmə Bəraət verilmiş şəxs təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verərkən yuxarıda göstərilən halları araşdırmayaraq nəzərə almamış, ümumi təmiz çəkisi 925055 qram olan narkotik vasitə heroinin oraya harada və necə yerləşdirilməsindən, habelə həmin maddəni Azərbaycan Respublikasına daşımasından məlumatsız olduğunu, başqa sözlə, qeyd olunan narkotik vasitənin əldə edilməsi, meyvə yeşiklərinin içərisinə yığılması və Azərbaycan Respublikasına daşınmasında sonuncunun təqsirinin olmadığı qənaətinə gəlmişdir. Lakin, məhkəmə hökmdə Bəraət verilmiş şəxs təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verərkən yanlış olaraq narkotik maddən in onun idarə etdiyi nəqliyyat vasitəsinə yüklənməsi anından sonrakı davranış və hüquqi məsuliyyətini araşdırmış, onun narkotik maddənin nəqliyyat vasitəsinə yüklənməsinədək artıq cinayətkar qrupun üzvləri ilə qabaqcadan əlbir olduğu və onun iştirakı və birbaşa qəsdi olmadan qablaşdırmasında şübhəli əlamətlərin mövcud olduğu narkotik maddənin nəqliyyat vasitəsinə yüklənməsinin mümkün olmamasını nəzərə almamış, nəticə etibarı ilə işin faktiki hallarına, həmçinin, yükün və onun qablaşdırılmasının xarıcı görünüşünü yoxlamaqdan ibarət sürücünün vəzifəsinin təsbit edildiyi beynəlxalq konvensiyanın və daxili qanunvericiliyin tələblərinə uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, göstərilənlərə əsasən, Bəraət verilmiş şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Bəraət verilmiş şəxs özünü təqsirli bilmədiyini, kassasiya protestinin əsassız olduğunu bildirib, protestin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanı lmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən Bəraət verilmiş şəxs barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət verilmiş şəxsin kassasiya protestinin təmin edilməməsi, dövlət ittihamçısının isə kassasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Bəraət verilmiş şəxsə verilmiş CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bəraət verilmiş şəxs həqiqətən dartıcı yük avtomobilini təmir etdirmək məqsədilə İİR-in Ərdəbil şəhərinə getmiş, orada avtomobilin təmiri ilə bağlı işlərin görülməsi və bu işlərin avtomobil üzərində olan sonuncu işlərin olması yük avtomobillərinin servis mərkəzi tərəfindən müəyyən edilmişdir. Bundan əlavə, Bəraət verilmiş şəxs özü Əziz adlı şəxsdən ona yük tapmasını xahiş etmiş və həmin yükləri götürmək üçün “Pəyanə” gömrük terminallına gələrək hələ terminala daxil olan zaman nəqliyyat vasitəsini gömrük yoxlanışından keçirmişdir. Həmin gün ora da 26 ədəd paletdə qablaşdırılmış 2702 ədəd yeşikdə olan kivi və nar yükləri fəhlələr tərəfindən gömrük işçilərinin nəzarəti altında avtomobilin yük yerinə yığılmışdır. Hər bir yeşiyin bir çox yerdən qoruyucu lentlə zavod üsulu ilə bağlanması, həmin lenti kəsilib açılmadan içərisindən hər hansı bir əşyanı götürməyin və dəyişdirməyin mümkünsüzlüyü Bəraət verilmiş şəxs hadisədən xəbərsiz olmasının göstəricidir. Eyni zamanda, həmin gün növbənin çoxluğundan gömrük əməkdaşları Bəraət verilmiş şəxs evə getməsini təklif etmiş, Bəraət verilmiş şəxs da evə gedərək növbəti gün avtomobili gömrük yoxlanışından keçirmək üçün sərbəst olaraq gömrük postuna qayıtmışdır. Növbəti gün gömrük yoxlanışı keçirilən ana qədər avtomobilə vurulmuş plomb qırılmamış, gömrük əməkdaşları tərəfindən plomb qırılaraq açıl mışdır. Bu müddətdə Bəraət verilmiş şəxs da yüklərin yoxlanılmasında fəal iştirak etmiş, narkotik vasitə tapılarkən isə səmimi təəccübünü gizlədə bilməmişdir. Dərhal Əziz adlı şəxsə zəng edərək orada baş verən hadisənin nə demək olduğunu soruşması da Bəraət verilmiş şəxs hadisədən xəbərsiz olduğunu, narkotik vasitənin əldə edilməsində və yeşiklərə yığılmasında onun iştirakının olmamasının nəticə etibarı ilə də həmin maddələrin Azərbaycan Respublikasına daşınmasında Bəraət verilmiş şəxs təqsirinin olmamasının bariz nümunəsidir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Bəraət verilmiş şəxs və şahidlərin ifadələrindən, Bəraət verilmiş şəxsə məxsus “Volvo” markalı avtomobilin soyuducusuna baxış protokolu və digər istintaq hərəkətlərinin protokolundan görünür ki, Bəraət verilmiş şəxsi n idarə etdiyi yük maşının soyuducusunda olan qablaşdırılmış nar və kivi yükləri istehsalçı və ya yükgötürən tərəfindən sellofanla tam bağlanmış vəziyyətdə sürücü Bəraət verilmiş şəxs təhvil verilmiş və bundan sonra həmin yükə kənar müdaxilə olmamışdır. Yükdaşıyıcı sürücü kimi maşınına yüklənmiş qablaşdırılmış məhsulu aşaraq içərisində sənəddə qeyd olunan yükün olub-olmamasını yoxlamaq səlahiyyəti olmamışdır. Belə olan halda, onun gömrük postunda bağlamardan narkotik vasitə aşkar edilərkən səmimi təəccüblənməsi, telefonu ilə Əziz adlı şəxsdən məsələni aydınlaşdırmağa çalışması həmin yeşiklərin içərisində narkotik vasitənin olduğunu bilməməsinə dəlalət edir. Beləliklə, hər iki məhkəmə instansiyası belə qənaətə gəlmişdir ki, Bəraət verilmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qa çaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunan sübutlarla öz təsdiqini tapmamış, yəni həm ibtidai istintaq, həm də hər iki məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdı r. Məhkəmə kollegiyası yuxarıda göstərilən qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərini də nəzərə alır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki,.. hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törət məkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Apellyasiya məhkəməsinin qərarını apellyasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmələr iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, İnsan Hüquqları üzə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın cinayət və cinayət prosessual qanunvericiliyin normaları ilə müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni p rosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Bəraət verilmiş şəxsin təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyiş dirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbə r tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş Bəraət verilmiş şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar